Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   46   47   48   49   50   51   52   53   ...   97

108 
 
Çinlilərin  dilindəki  «siyasət»lə  «inzibatçılıq»,  «iradə»  ilə  «niyyət»  və  ya 
«liberalizm»lə  «lisenziya»  sözləri  arasındakı  fərqləri  müəyyən  etmək  çətindir. 
Marksizm  də  daxil  olmaqla  Qərb  sosializm  nəzəriyyələrinin  çinləşdirilməsi  onların 
konfutsiçiliyi ifadə etməyə qadir olan dilə tərcümə edilməsinin özündən başlandı.  
Çin  ənənəsinin  mərkəzi  paradoksu  onda  idi  ki,  Çin  hökuməti  totalitar  olanda, 
hökumət həyatın, demək olar ki, hər bir sahəsinə müdaxilə edəndə, Çin cəmiyyəti bu 
vaxt,  əksinə,  muxtar  ailələr  və  nəsillər  hesabına  özünü  idarə  etməyə  əsaslanırdı, 
kəndlərdə  və  yerli  icmalarda  qruplaşıb  yüksək  dərəcədə  olan  bir  muxtariyyətdən 
istifadə  edirdi. Bu paradokslar həm də özünü  belə bir faktda ifadə  edirdi ki, çinlilər 
başqa xalqlarla üz-üzə gəldikdə, bir millət kimi güclü şüura malik olurdu.  
Sun  Yatsen  ideyaları  siyasətə  cəlb  olunduqda  yüksək  dərəcədə  iki  mənalı 
olurdu.  Onun  sözlərinə  görə  millətin  davam  edən  mövcudluğu  şübhə  altında  idi: 
«Əgər Yaponiya... zərbə vursa, istənilən gün... Çini məhv edə bilər. Birləşmiş Ştatlar 
hücum etdikdən sonra Çini bir ay içində məhv edəcəkdir, İngiltərə... ən uzağı iki aya 
Çini yer üzündən siləcəkdir. Fransa da... İngiltərə kimi Çini iki ay ərzində məhv edə 
bilər».  
 
Maoist ideyaların inkişafı 
 
Çan  Kayşinin  siyasi  ideyaları  bütünlüklə  «Çinin  taleyi»  (1943-cü  il)  əsərində 
ifadə  edilmişdir.  Çanın  şəraiti  Sun  Yatseninkindən  fərqli  idi.  Birincisi,  Yaponiyanın 
təhlükəsi ilə üz-üzə gəldikdə milli birliyin bəzi ölçülərinə nail olunmuşdu. İkincisi isə, 
millətçilər  artıq  kommunistlərlə  ittifaqda  deyildilər.  Çan  Kayşiyə  görə  Çinin 
bədbəxtlikləri  qeyri-bərabər  müqavilələrlə  başlandı.  «Çinin  iqtisadi  və  siyasi 
hakimiyyəti bütünlüklə əcnəbilərin əlinə düşdü və dövlətin həyatverici qanı kəsildi».  
Mao Tszedun partiya rəhbərliyindəki xarakterik siyasi ideyaları qeyri-stabil və 
qarışıq  şəraitə  təsadüf  etdi.  1926-cı  ildə  özünün  «Çin  cəmiyyəti  siniflərinin  analizi» 
essesində  Mao  soruşurdu:  «Sənin  düşmənlərin  kimdir?  Sənin  dostların  kimdir?» 
Təməl səbəb ondan ibarətdir ki, Çindəki bütün əvvəlki inqilabi mübarizlərin belə az 
şeyə  nail  olması,  real  düşüncələrə  hücum  etmək  üçün  real  dostların  birləşməsində 
onların  uğursuzluğu  olmuşdu».  Digər  bütün  siniflər  prinsipial  müttəfiqlər  idi.  Mao 
proletariatın  liderliyinin  əhəmiyyətinə  məhəl  qoymurdu.  O,  təkcə  potensial  kəndli 
üsyanının  gücü  barədə  təkid  etmirdi,  həm  də  onun  səmərəliliyini  qeyd  edirdi.  Mao 
təkid edirdi ki, siyasi hakimiyyətin ələ keçirilməsi fundamental əhəmiyyətə malikdir. 
Kommunist  siyasi  təsirinin  yayılması  heç  də  asan  məsələ  deyildi. 
Kommunistlərin başçılıq etdiyi zonalar tədricən böyüyürdü. Kommunistlərin təsirinin 


109 
 
inkişafının açarı torpaq islahatı üzərində mərkəzləşmiş sosial siyasət idi. Çində böyük 
torpaq  islahatı  kommunistlər  hakimiyyətə  gələndən  sonra,  1947-ci  illə  1953-cü  il 
arasında başlandı.  
          Maonun  praqmatik  tədbirləri  onun  iki  –  «Praktika  barədə»  (1937-ci  il)  və 
«Ziddiyyət barədə» (1937-ci il) esselərində öz ifadəsini tapmışdır. Onlarda spesifik və 
praktiki  problemlər  vurğulanırdı.  «Praktika  barədə»  əsəri  mücərrəd  intellektual 
doqmaya  hücum  etməyə  kömək  edirdi.  «Ziddiyyət  barədə»  əsərində  isə  Çin 
şəraitlərinin  Sovet  şəraitlərindən  fərqli  olduğunu  qəbul  edə  bilməyənlərə  hücum 
olunurdu.  Maonun  və  onun  qüvvələrinin  mübarizə  tarixində  1930-cu  ildə  cənubdan 
qaçıb, Kiansi sovet zonasında özlərinə baş baza yaratması xüsusi yer tutur. Ancaq bu 
baza kasıb və geridə qalmış idi. Bu dağlıq ərazidə təcrübə aparmaq da çətin idi.  
Maonun siyasi ideyaları onun «Yeni demokratiya barədə» əsərində (1940-cı il) 
cəmlənmişdi, burada Yaponiyanın məğlubiyyətindən sonra Çn üçün siyasi və iqtisadi 
təşkilatlanma  təklif  edilirdi.  Mao  «qeyri-antoqonist  ziddiyyətlər»in  ruhunu 
qiymətləndirdiyindən,  kənd  təsərrüfatını  və  biznesi  1957-ci  ildə  uğurlu  qaydada 
sosialistləşdirdikdən sonra inkişaf etdirməli idi. 1942-ci ildə isə o, «yaxşı qoşunlar və 
sadə inzibatçılıq» adlı yeni şüarını irəli sürmüşdü.  
Çində  kommunistlərin  qələbəsi  inqilabçıları  hakimiyyətə  gətirməklə,  ölkənin 
fundamental  dəyişikliklərə  məruz  qoydu.  Çin  Xalq  Respublikası  yaranmamışdan  bir 
ay  əvvəl  yeni  liderlər  elan  etdilər  ki,  onların  ilk  bir  neçə  addımı  modernizasiyaya 
xidmət edəcəkdir. Uduzanların əhval-ruhiyyəsi, bu vaxt onlar döyüşdən sonra Tayvan 
adasına  qaçmışdılar,  qaliblərin  əhval-ruhiyyəsi  ilə  kəskin  kontrast  təşkil  edirdi. 
Millətçi  qüvvələrin  qalıqları  8  dekabr  1949-cu  ildən  sonra  Tayvandakı  Taybeydə 
rəsmi olaraq fəaliyyət göstərirdi.  
Kommunist partiyası Xalq Respublikası elan edəndə çinlilərin əksəriyyəti başa 
düşdü ki, yeni liderlər sənayeləşmə ilə məşğul olacaqdır. Kommunist siyasi sisteminin 
ən  başlıca  məqsədi  Çini  böyük  dövlət  statusuna  qaldırmaq  idi.  Ona  görə  də 
kommunist siyasətinin «cazibə mərkəzi» kənd yerindən şəhərə dəyişildi. Lakin Mao 
israr  edirdi  ki,  kəndli  mübarizəsində  ərimiş  inqilabi  baxış  partiyanı  idarə  etməkdə 
davam edəcəkdir.  
Sədr  Mao  Tszedun  1949-cu  ildəki  bir  sıra  çıxışlarında  bəyan  etdi  ki,  onun 
məqsədi sosialist cəmiyyəti və müəyyən şəraitlərdə kommunizm dünyası yaratmaqdır.  
İlk dövrlərdə iqtisadi və sosial proqramlar stabilliyi bərpa etdi və müharibədən 
əvvəlki istehsal səviyyəsi və planlar faktiki olaraq, bütün sahələrdə hərəkətə gətirildi. 
1950-ci  ilin  oktyabrında  Xalq  Azadlıq  Ordusunun  qoşunları  Çin  Xalq  Könüllüləri 
adlanmaqla  Koreya  müharibəsinə  girib,  Birləşmiş  Millətlər  Təşkilatının  qüvvələrinə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə