Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   42   43   44   45   46   47   48   49   ...   97

100 
 
edirdilər.  Britaniya  hökuməti  Şanxaydakı  mühüm  mövqelərini  himayə  etmək  üçün 
ekspedisiya  göndərməyə  hazır  idi.  Əcnəbilər  və  çinlilərin  yüksək  siniflərindən 
olanların  çoxu  millətçilərin  nəzarətində  olan  əyalətlərdən  qaçırdılar.  Şimal  orduları 
cənublulara qarşı ittifaq yaratmağa başlamışdılar.  
1927-ci  ilin  yanvarında  ÇKP  Mərkəzi  Komitəsinin  qəbul  etdiyi  qətnamədə 
partiyaya  qarşı  əksinqilabi  dalğanın  başa  düşüldüyü  göstərildi.  Onlar  Qomindanın 
daxilindəki  koalisiyadan  və  onun  imperialist  dövlətləri  ilə  ittifaq  bağlamasının 
mümkün olmasından qorxurdular. Mərkəzi rəhbərlik Qomindanın rəhbərliyinə hər cür 
dəstək verməyi qərara aldıqda, ÇXP daxilində bəziləri, xüsusən Mao Tszedun bununla 
razılaşmadı.  Onlar  inanırdılar  ki,  kütləvi  inqilab  öz  xətti  ilə  getməyə 
həvəsləndirilməlidir.  
Mühafizəkar  Qomindan  liderləri,  bəzi  ordu  komandanları  və  Şanxaydakı  çinli 
olan  biznes  liderləri  Çana  məsləhət  gördülər  ki,  kommunistləri  qovsun  və  Şanxay 
ümumi  həmkarlar  ittifaqını  əzsin.  Aprelin  12-13-də  banditlər  və  qoşunlar  qan 
axıtmaqla  ümumi  həmkarlar  ittifaqını  əzdilər  və  çox  sayda  kommunistləri  həbs 
etdilər. Buna bənzər hadisələr Kantonda, Nankində və başqa şəhərlərdə də baş verdi.  
Qomindan mühafizəkarları bu vaxt Nankində rəqib millətçi hökumət qurdular. 
ÇKP  üsyana  qalxdı.  Dekabrda  kommunist  liderlərininKantonda  başladıqları 
üsyan  Kanton  Kommunası  kimi  (1871-ci  ilin  Paris  Kommunasını  xatırladaraq) 
tanınır. Onlar qan axıtmaqla və qarətçiliklə şəhəri işğal etdilər. Lakin bu bunt tezliklə, 
həm də çoxsayda olan qətllərlə yatırıldı.  
1928-ci  il  oktyabrın  10-da  millətçilər  rəsmi  olaraq  paytaxtı  Nankində  olmaqla 
Çin Respublikasının yenidən təşkil edilmiş Milli Hökumətini qurdular. Yeni hökumət 
hərbi  separatizm  kimi  çox  ciddi  problemlə  üzləşdi.  Hökumət  qərbi  Çin  kimi  geniş 
ərazidə və hətta müstəqil rejimlərin hökmranlığı altında olan şərqi Çin regionlarında 
hakimiyyətə  malik  deyildi.  Millətçilər  çox  çalışdılar  ki,  müasir  hökumət,  aydın 
monetar və bank sistemi yaratsın və vergiləri yaxşılaşdırsın. Bu hökumət ilk bir neçə 
ildə  hakimiyyətdə  olanda  Çinin  suverenliyinin  təşkil  edilməsində  müəyyən  uğur 
qazandı. Bir neçə konsessiya ərazisi Çinin nəzarətinə qaytarıldı.  
Mancuriya  Çinin  nəhəng  və  varlı  zonası  idi,  burada  Yaponiya  geniş  iqtisadi 
imtiyazlara  malik  idi,  cənubi  Mancuriya  dəmir  yolu  vasitəsilə  bu  zonanın 
iqtisadiyyatının çox hissəsinə nəzarət edirdi. Yaponiya üçün Mancuriya həyati strateji 
və  iqtisadi  əhəmiyyətə  malik  idi.  Yaponların  çoxu  belə  bir  düşüncəyə  malik  idi  ki, 
Yaponiya  Qərbin  əleyhinə  Asiyaya  rəhbərlik  etməlidir.  Yaponiya  hökuməti 
addımbaaddım  Mancuriyanın  işğalına  və  Mancu-qo  kimi  tanınan  rejimin 
yaradılmasına  girişdi.  Bu  həyati  zonanı  tutmaqda  Yaponiyanın  qarşısını  almağa  Çin 


101 
 
qadir  deyildi.  1932-ci  illər  ərzində  Yaponiya  Mancuriya  sərhədindəki  ərazilərin 
çoxunu tutdu.  
Bu  vaxt  kommunistlər  mərkəzi  Çində  15  kənd  bazası  yaratdılar  və  7  noyabr 
1931-ci ildə onlar Sovet hökuməti qurdular. Yaponların Mancuriyanı işğal etməsi və 
1932-ci ildə Şanxayda müharibənin lokallaşdırılması millətçilərin diqqətini yayındırdı 
və kommunistlərə genişlənmək və konsolidasiya olunmaq üçün qısa bir imkan verdi. 
Millətçilər tezlikilə Qızıl Orduları öz bazalarını tərk etməyə və geri çəkilməyə məcbur 
etdilər. Sonrakı kommunist liderləri, Mao Tszedun, Çju De, Çjou Enlay, Lü Şaotsi və 
Lin  Byao  də  daxil  olmaqla,  qərbi  Çinə  getməli  oldular.  Onlar  öz  yolları  boyu 
vuruşurdular. 1936-cı ilin ortalarında Qızıl Ordular, onların qalıqları şimali Şensidəki 
yoxsullaşmış zonada toplaşdılar, sonralar bura Yenan regionu kimi tanındı.  
Çan  Kayşinin ordularından  çox sayda adam kommunistlərin «çinlilər  çinlilərə 
qarşı  vuruşmayacaqdır»  şüarına  rəğbətlə  yanaşırdı,  onlar  Yaponiya  ilə  vuruşmağı 
seçirdilər.  Bu  hiss  Mancuriya  ordusunda  xüsusilə  güclü  idi.  1936-cı  ilin  dekabrında 
Çan Kayşi Siana qaçdı ki, antikommunist kampaniyasını təzələsin.  
İki  Çin  parityası  bir-birinə  tərəf  yönəlirdi  və  əlaqə  yaratmaq  üçün  gizli 
danışıqlar  başlandı.  Hər  biri  bu  danışıqlarda  güzəştə  gedirdi.  Bu,  Çin-yapon 
müharibəsi  başlanandan  sonra  da,  1937-ci  ilin  sentyabrına  qədər  davam  etdi.  Milli 
hökumət Sun Yatsenlə birlikdə xalqın üç prinsipi uğrunda vuruşmaq barədə ÇKP-nin 
vədlərini  dərc  etdi.  Bundan  məqsəd  Çindəki  Sovet  hökumətini  ləğv  etmək  və 
kommunist qoşunlarını hökumətin komandanlığı altına keçirmək idi. 
 
Çin-yapon müharibəsi 
 
7  iyun  1937-ci  ildə  Pekin  yaxınlığında  yaponlar  və  çinlilər  arasında  kiçik 
toqquşma baş verdi və bu, nəticədə iki milləti müharibəyə cəlb etdi. İyulun sonlarında 
yeni vuruş başlandı. Yaponlar tezliklə Pekini (millətçilər onu Peypin adlandırırdılar) 
tutdular.  Avqustun  13-də  Şanxayda  qızğın  döyüş  getdi.  Bu  vaxtdan  etibarən  iki 
millətin prestiji riskə məruz qaldı və onlar artıq müharibədə üz-üzə dayanmışdılar.  
Çinlilər  xarici  düşmənə  qarşı  birləşdilər.  Çinin  nizami  ordusu  1,7  milyon 
nəfərdən  ibarət  idi,  0,5  milyonluq  da  ehtiyat  var  idi.  Yaponiyanın  hərbi-dəniz  və 
hərbi-hava  qüvvələrinin  üstünlüyü  şübhə  doğurmurdu.  Yapon  ordusunun  başlıca 
narahatlığı  Sovet  İttifaqından  olsa  da,  bu  vaxt  hərbi-dəniz  qüvvələri  üçün  başlıca 
qayğı  Birləşmiş  Ştatlar  idi.  Ona  görə  də  Yaponiya  Çindəki  kampaniyaya  bütün 
gücünü qoy bilməmişdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə