Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   41   42   43   44   45   46   47   48   ...   97

98 
 
yaradılsın və həm də Çindəki şəraitlərdən fayda götürmək üçün müstəsna imtiyazlar 
axtarmaqdan  vaz  keçilsin.  Yaponiya  Şandundakı  keçmiş  alman  mülkiyyətinin 
qaytarılmasına razılıq versə də, əyalətdə öz imtiyazlarını saxladı.  
Respublika  Çini  ilk  illər  ərzində  rəqib  hərbi  rejimlər  tərəfindən  parçalanırdı. 
Cənub Pekinin nəzarətindən çıxdı. Güclü Pekin ordusu iki böyük fraksiyaya bölündü.  
Qomindanın Kantonda 1924-cü ilin yanvarında birinci Milli Qurultayı keçirildi. 
Borodin  Kantona  gələn  kimi  təxirə  salmadan  Suna  məsləhət  gördü  ki,  partiyanı 
yenidən qursun. O, nizamnamə hazırladı və partiya proqramının layihəsini cızdı, bu, 
milli  siyasətin  əsası  olmalı  idi.  Qurultay  nümayəndələri  proqramı  və  yeni 
nizamnaməni qəbul etdi. Proqram geniş sosial islahatlar barədəki məqsədləri və Çinin 
beynəlxalq  statusuna  yenidən  fundamental  əlavələri  elan  etdi.  Onun  tonu  millətçilik 
ruhunda  idi,  Çinin  düşmənlərini  isə  imperializmin  və  militarizmin  timsalında 
tanıyırdı.  
Nizamnamə  Rusiya  Kommunist  Partiyasından  götürülmüş  model  əsasında 
mərkəzləşmiş təşkilat kimi təsvir olunurdu, hakimiyyət kiçik, seçilmiş qrupun əlində 
cəmlənirdi,  coğrafi  idarələrin  aşağı  iyerarxiyasına  yuxarıdan  istiqamətlənən  İcraiyyə 
Komitəsi  nəzarət  edirdi.  Üzvlər  sərt  intizama  tabe  olmalı  və  sıx  özəklərdə  təşkil 
olunmalı idilər. Onlar həmkarlar ittifaqları ilə yanaşı digər təşkilatlara nüfuz etməli və 
onların  üzərində  nəzarəti  ələ  keçirməli  idilər.  Sun  partiyanın  lideri  oldu.  Qurultay 
İcraiyyə  Komitəsini  və  Mərkəzi  Nəzarət  Komitəsini  seçdi,  onlar  partiyanın  işlərini 
idarə  etməli  idilər  və  Sunun  qərarının  kommunistlər  tərəfindən  qəbul  edilməsi  üçün 
onu  təsdiq  etməli  idilər.  Baxmayaraq  ki,  Qomindanın  özünün  üzərində 
kommunistlərin 
hegemonluğunun 
yaranacağından 
qorxduqlarından 
partiya 
veteranlarının  bir  çoxu  buna  müxalif  çıxmışdı.  Bir  neçə  kommunist,  Li  Ti-çao  da 
daxil olmaqla Icraiyyə Komitəsinə seçildi.  
1924-cü  il  ərzində  Sun  kolleqaları  ilə  birlikdə  Qomindanın  milli  miqyasda 
təsirinin  artmasına  nail  olmaq  sahəsində  bir  sıra  uğurlar  qazandı.  Sun  noyabrda 
dəvətlə Şimala yola düşdü. Pekinə gəlməmişdən əvvəl o, özünün ciddi xəstə olduğunu 
hiss  etdi,  onda  qaraciyərin  sağalmaz  xərçəng  xəstəliyi  var  idi.  Sun  Yatsen  12  mart 
1925-ci  ildə  Pekində  vəfat  etdi.  Onun  vəfatından  sonra  Qomindanda  daxili 
münaqişələr  dövrü  başlandı  və  bu  münaqişələr  Rusiyanın  köməyi  ilə  möhkəm 
qaydada  çoxalırdı.  Münaqişənin  başlıca  səbəbi  kommunistlərin  təsiri  altında 
partiyanın  radikallaşması  idi.  Onlar  həmkarlar  ittifaqları  və  kəndli  assosiasiyaları 
təşkil edir, sinfi mübarizəyə və antiimperializm hərəkatına təkan verirdilər.  
Mayın  30-da  vətənpərvər  tələbələr  Şanxayda  antiimperialist  nümayişi  təşkil 
etdilər  və  xarici  polislə  toqquşdular.  Britaniya  kapitanı  öz  stansiyasına  hücum 


99 
 
ehtimalına inandığından polisə əmr etdi ki, kütləyə atəş açsın. Tələbələr daxil olmaqla 
12 çinli öldürüldü. Bu, milli etiraz dalğası əmələ gətirdi və Şanxaydakı ümumi tətilə 
yol açdı. İyunun 23-də fransız və Britaniya dənizçiləri çinli kadetlərlə atəş mübadiləsi 
apardılar. 52 çinli öldürüldü, onlardan çoxu mülki adamlar idi. Ən azı 117 nəfər isə 
yaralanmışdı.  Bu  tətillərlə,  Britaniya,  Fransa  və  Yaponiya  əleyhinə  boykotla 
nəticələndi.  Lakin  sonralar  yalnız  britaniyalılara  qarşı  olmaqla  boykot  bir  qədər 
daraldı.  Tətilə  və  boykota  kommunistlər  rəhbərlik  edirdi,  16  ay  ərzində  davam 
etməklə  tətil  Honkonqun  ticarətinə  mənfi  təsir  göstərdi.  Bu  hadisələr  nəticəsində 
Qomindan  üzvlərinin  sayı  200  minə  çatdı.  ÇKP  də  həmçinin  fayda  götürməmiş 
qalmadı,  onun  üzvlərinin  sayı  1925-ci  ilin  mayındakı  1.000  nəfərdən  ilin  sonuna 
10.000 nəfərə çatdı.  
İki  partiya  millətçi  siyasəti  istiqamətləndirmək,  kütləvi  təşkilatlara  nəzarət 
etmək və özlərinə üzvlər cəlb etmək üstündə rəqabət aparırdılar. Rusların məşqçiliyi 
altında  Kommunist  partiyası  Qomindandan  ayrılmağa  cəhd  edirdi,  özündən 
mühafizəkar  üzvləri  qovurdu  və  daha  çox  radikal  kursa  tərəf  dönürdü.  1925-ci  ilin 
avqustunda  Kantondakı  Qomindan  mühafizəkarları  sol  meyli  dayandırmağa  cəhd 
etdilər.  Qomindanın  Rusiya  istiqamətli  ən  möhkəm  tərəfdarlarından  biri  olan  Liao 
Çun-kay  qətlə  yetirildi.  Şimaldakı  Qomindanın  veteranlar  qrupu  Borodinin  və 
kommunistlərin  qovulmasına  göstəriş  verdilər,  onlar  Şanxayda  özlərinin  rəqib 
Qomindan qərargahlarını yaratdılar.  
Milli  İnqilabi  ordunun  yeni  komandanı  Çan  Kayşi  kommunistləri  cilovlamaq 
üçün  addım  atdı  və  bir  neçə  rus  zabitini,  özünə  qarşı  Uan  Çinq-ueylə  birlikdə  qəsd 
hazırladıqlarına  inandığından  ordudan  tərxis  etdi.  Kommunistlərə  artıq  mərkəzi 
qərargahlarda  yüksək  vəzifə  tutmağa  icazə  verilmirdi  və  Uan  Fransaya  istirahətə 
yollandı.  Çan  özünün  baş  hərbi  müşaviri  olmuş  Qızıl  Ordu  generalı  V.K.Blyuxerin 
(gələcək Sovet İttifaqı Marşalı olmaqla 1938-ci ildə güllələnmişdi) geri qaytarılmasını 
tələb  etdi.  O,  Çanla  1924-cü  və  1925-ci  illərdə  işləmişdi  və  Milli  İnqilabi  ordunun 
formalaşmasında  iştirak  etmişdi.  Blyuxer  mayda  Kantona  qayıtdı  və  Şimal 
ekspedisiyası planlarının dəyişdirilməsinə kömək etdi, bu yürüş iyunda başladı və Çan 
bu vaxt baş komandan kimi çıxış etdi.  
İki ayın içərisində Milli İnqilabi ordu Hunan və Hupeh üzərində nəzarəti əldə 
etdi. 1927-ci ilin yazında inqilabi qüvvələr Nankinə və Şanxaya hücuma hazırlaşırdı, 
lakin  siyasi  şərait  qeyri-stabil  idi.  Hunan  və  Hupehdə  kəndli  üsyanları mülkədarlara 
qarşı zorakılıqla əlamətdar olmaqla baş vermişdi. Sənaye və kommersiya mərkəzləri 
olan Yantszı vadisində və şəhərlərdə tətillər dalğası ilə biznes az qala iflic vəziyyətinə 
düşmüşdü.  Kommunistlər  və  Qomindanın  solçuları  bu  sosial  inqilaba  başçılıq 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə