Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   44   45   46   47   48   49   50   51   ...   97

104 
 
1943-cü ilin noyabrında Qahirə konfransında Çan Çörçill və Ruzveltlə ilk dəfə 
görüşdü. Qahirə Bəyanatı Mancuriya, Tayvan və Peskadora adalarını Çinə qaytarmağı 
və Koreyanı azad etməyi vəd edirdi.  
Üç  müttəfiq  «Yaponiyanın  qeyd-şərtsiz  təslim  edilməsi»  barədə  öhdəlik 
götürdü.  SSRİ  Almaniyanın  məğlubiyyətindən  sonra  Yaponiyaya  qarşı  müharibəyə 
girəcəkdi. Lakin Çin-amerikan əlaqələri getdikcə soyuq şəkil almağa başladı.  
1944-cü  ildə  Çin  böhranda  idi.  Yaponiya  Sakit  okeanda  artıq  təzyiqlə 
üzləşmişdi.  Buna  ikiqat  cavab  vermək  üçün,  birincisi,  Birmadan  Hindistandakı 
Assama hücum etmək və ikincisi, Çindəki dəmir yolu sistemini işğal etməklə, Şərqi 
Çindəki ABŞ-ın istifadə etdiyi hava məkanını tutmaq istəyirdi.  
Çin  orduları  bir  neçə  yüz  min  adamdan  ibarət  olsa  da,  səmərəli  müqavimət 
göstərməyə  qadir  deyildi.  Bu  vaxt  həm  də  Çin  hökuməti  Birləşmiş  Ştatlarla 
əlaqələrində böhrana cəlb edilmişdi. Çan  faktiki olaraq  öz qərargahının başçısı kimi 
fəaliyyət göstərən amerikan generalına məhəl qoymurdu. Onun xahişi ilə general geri 
çağırıldıqda,  Ruzveltlə  Çanın  əlaqələri  artıq  heç  də  səmimi  deyildi.  Çin 
bürokratiyasında və ordu qüvvələrində korrupsiya yayılmışdı.  
1943-cü  və  1944-cü  illərdə  Kommunist  orduları  sürətlə  böyüyürdü. 
Kommunistlər demokratiyaya sədaqətli olmalarını açıqca etiraf edirdilər və müharibə 
cəhdində  Milli  Hökumətlə  əlaqələrini  davam  etdirirdilər.  Şimali  və  mərkəzi  Çində 
kommunistlərin  nəzarətində  olan  ərazilər  yüzlərlə  mil  genişlənmişdi.  Kommunistlər 
bütün  əhalini  düşmənə  qarşı  səfərbər  etməyə  çalışırdılar.  Partiya  üzvləri  yerli 
hökumətlərdə  fəal  iştirak  edirdilər.  Onlar  kəndlilərə  istehsalı  artırmaqda  kömək 
edirdilər.  Yaponiyaya  qarşı  birgə  mübarizə  üçün  kommunist  təşkilatları  islahatçı 
iqtisadi siyasətlərə üstünlük verməyə meyl edirdi. 1945-ci ildəki Yenandakı ÇKP-nin 
VII qurultayında partiya 900 min nəfərlik ordu yaratmaq vəzifəsini qoydu. Bu iddia 
bir qədər mübahisəli idi, lakin təşkilatın kommunist sisteminin böyük gücü və geniş 
coğrafi ərazidə yayılması bir fakt olaraq qalırdı.  
1944-cü  ilin  mayından  sentyabrına  qədər  hökumət  və  ÇKP  nümayəndələri 
Sianda  sülh  danışıqları  apardılar.  Başlıca  nəticə  Kommunist  ordularının  yerləşməsi, 
ölçüsü  və  komandanlığı,  mülki  hüquqlar  problemləri  və  ÇKP-in  leqallaşması  və 
millətçi  zonalarda  onun  fəaliyyət  göstərməsi  oldu.  Nəzərdə  tutulurdu  ki,  ilk  illərdə 
koalisiya  hökuməti  qurulsun.  Lakin  razılıq  əldə  edilmədi.  Çan  Çinlə  SSRİ  arasında 
münasibətlərin  yaxşılaşması  məsələsinə  görə  və  Kommunist  probleminin  həll 
edilməsində amerikanlardan kömək göstərmələrini xahiş etdi.  
1944-cü ilin noyabrında Ruzveltin şəxsi nümayəndəsi Yenanda Mao Tszedunla 
görüşdü.  Lakin  iki  tərəfin  mövqeləri  barışmadı  və  1945-ci  ilin  martında  danışıqlar 


105 
 
kəsildi.  Çindəki  tərəflərin  biri  digərinə  inanmırdı.  Qomindan  siyasi  ağalığını  davam 
etdirmək istəyirdi, ÇKP isə öz ordularının müstəqilliyi məsələsi üzərində israr edirdi.  
Sakit okean müharibəsi 14 avqust 1945-ci ildə başa çatdı, yaponlar rəsmi olaraq 
2  sentyabrda  qeyd-şərtsiz  təslim  aktını  imzaladılar.  Çin  sevinirdi  və  prezident  Çanın 
nüfuzu çox yüksək idi. Ölkə hələ də yenidən birləşmənin və yenidənqurmanın nəhəng 
ölçüdəki  çətin  problemləri  ilə  üzləşdi  və  bu  vaxt  həm  də  gələcək  vətəndaş 
müharibəsinin qaranlıq perspektivi dumanına bürünmüşdü.  
 
Vətəndaş müharibəsi 
 
Yaponiyanın təslim olmasından dörd ildən bir az sonra ÇKP və Xalq Azadlıq 
Ordusu  Çinin  materik  ərazisini  tutdu  və  1  oktyabr  1949-cu  ildə  paytaxtı  Pekin 
olmaqla  Çin  Xalq  Respublikası  quruldu.  Təməl  fakt  ondan  ibarət  idi  ki,  inqilab 
bünövrəsi  üzərində  kommunist  hərbi  zəfəri  meydana  gəlmişdi.  Bu  proses  üç  fazada 
gedə  bilərdi:  1)  1945-ci  ilin  avqustundan  1946-cı  ilin  sonunadək  millətçilər  və 
kommunistlər  yaponların  tutduqları  ərazilərdə  üstünlük  qazanmaq,  öz  qüvvələrini 
qurmaq  uğrunda  yarışırdılar;  2)  1947-ci  il  ərzində  və  1948-ci  ilin  birinci  yarısında 
millətçilərin ilkin uğurundan sonra strateji tarazlıq kommunistlərin xeyrinə döndü; 3) 
kommunistlər  1948  və  1949-cü  illərin  sonrakı  hissələrində  tarmaredici  qələbələr 
qazandılar.  
Yaponiyanın  təslim  olmasının  qaçılmaz  olduğu  bilindikdən  az  sonra 
kommunist  ordularının  komandanı  general  Çju  De  11  avqustda  (1945-ci  il)  öz 
adamlarına əmr etdi ki, yaponların tutduqları ərazilərə girib, yapon ordularını özlərinə 
təslim  etsinlər.  Çan  isə  əmr  etmişdi  ki,  onlar  olduqları  yerdə  qalsınlar.  Birləşmiş 
Ştatlar  başlıca  şərq  şəhərləri  olan  Pekini,  Şanxayı  və  müharibədən  əvvəlki  paytaxt 
olan  Nankini  işğal  etməklə  Çin  hökumətinə  köməklik  göstərdi.  Sovet  ordusu  isə 
Cənubi  Mancuriyanı  tutmuşdu.  Amerika  generalı  Duqlas  Makartur  Çindəki  bütün 
yapon  qüvvələrinin  təslim  olması  barədə  əmr  verdi,  onlar  bu  vaxt  silahlarını  Milli 
Hökumət qüvvələrinə təhvil verməli idilər. Yaponlar bu əmrə tabe oldular.  
Mancuriya  40  milyon  əhalisi  olan  geniş  ərazi  idi,  burada  ağır  sənaye 
mərkəzləşmişdi və Çin dəmir yolları oradan keçirdi. Bura həm də mineral sərvətlərlə 
zəngin idi. Sovet İttifaqı Yaponiyanın təslimindən sonrakı 90 gün ərzində öz işğalçı 
ordularını  çıxartmalı  və  Çinə  öz  regionu  kimi  qaytarmağı  vəd  etmişdi.  Lakin 
Kommunist  ordusu  millətçi  qoşunların  ora  girməsinə  imkan  vermədi.  1945-ci  ilin 
sonundan kommunist qüvvələri ətraf əyalətlərə yayıldılar. Milli hökumət isə cənubda, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə