Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   43   44   45   46   47   48   49   50   ...   97

102 
 
Elan  olunmamış  müharibənin  birinci  ilində  Yaponiya  çinlilərin  inadkar 
müqavimətinə baxmayaraq bir-birinin ardınca qələbələr qazanırdı. Dekabrın sonunda 
Şanxay  və  Nankin  tutuldu.  Lakin  Çin  müdaxiləçilərə  müqavimət  göstərmək  barədə 
qətiyyətini  bütün  dünyaya  nümayiş  etdirdi.  Bu  isə  xarici  dəstək  almaq  üçün 
hökumətdən  ötəri  vacib  əhəmiyyətə  malik  idi.  Sovet  İttifaqı  silah,  sursat,  hərbi 
məsləhətçilər  və  sovet  təyyarəçiləri  ilə  yüzlərlə  təyyarə  göndərdi.  Yapon  qüvvələri 
mühüm qələbələr çalmaqda davam edirdi. 1938-ci ilin ortalarında yaponlar dəmir yol 
xəttlərinə və şimali Çindəki əsas şəhərlərə nəzarət edirdilər.  
Müharibənin  birinci  fazasında  Milli  hökumət  özünün  müasir  ordularının  ən 
yaxşılarını,  hərbi-hava  qüvvələrini  və  cəbbəxanalarını,  Çinin  müasir  sənayesini  və 
dəmir  yollarının  əksəriyyətini,  əsas  vergi  resurslarını  və  bütün  limanlarını  itirdi.  Bu 
limanlara  isə  hərbi  sursat  və  mülki  təchizat  malları  idxal  edilə  bilərdi.  Çin 
müqavimətini  davam  etdirdikcə,  Yaponiyanın  işğal  etdiyi  ölkənin  şərq  ərazilərinə 
nəzarəti xeyli çətinləşməli idi.  
Müharibənin  ikinci  səhnəsi  ərzində  (1939-1943-cü  illər)  döyüş  xətti  azacıq 
dəyişildi. Yaponiya Azad Çini asılılığa salmaq üçün ərazini bombalamağa cəhd etdi. 
Hava hücumlarından minlərlə mülki adam həlak olurdu. 1940-cı ildə Nankində Uan 
Çinq-ueyin başçılığı altında rəqib hökumət yarandı. Yüz minlərlə adam Çinin qərbinə 
miqrasiya  etdi  ki,  mübarizəni  davam  etdirsin.  Hökumət  dağılmış  orduları  yenidən 
qurdu  və  xaricdən  sursat  almağa  cəhd  etdi.  1938-1940-cı  illərdə  Sovet  İttifaqı  hərbi 
kömək  üçün  kreditləri  250  milyon  dollara  genişləndirdi,  bu  vaxt  Birləşmiş  Ştatlar, 
Böyük  Britaniya  və  Fransa,  mülki  mallar  satın  almaq  və  valyutanı  stabilləşdirmək 
üçün Çinə  263,5 milyon dollar pul verdi. 1940-cı ilin  sentyabrında Yaponiya şimali 
Hind-Çin üzərində nəzarəti əldə etdi və həmin rayonda Çinin təchizat xəttini bağladı. 
Almaniya  1941-ci  ilin  iyununda  Sovet  İttifaqına  hücum  etdikdə  SSRİ-nin  Çinə 
göstərdiyi  əksər  hərbi  yardım  faktiki  olaraq  kəsildi.  Birləşmiş  Ştatlar  isə  Çinə  100 
döyüş təyyarəsi satmışdı.  
Müharibə  ÇKP-yə  əks-təsir  göstərdi.  Kommunist  liderlər  onillik  müharibədən 
sonra  salamat  qalmışdılar.  Onlar  kəndli  əhalini  səfərbər  etməyə  və  partizan 
müharibəsinə başlamağa öyrənmişdilər. 1937-ci ildə ÇKP-nin üzvlərinin sayı 70 minə 
çatmışdı  və  pis  silahlanmış  Qızıl  Ordunun  100  min  əsgəri  var  idi.  Kommunistlərin 
şimali-qərbdəki  bazaları  üç  əyalətin  bir  hissəsini  örtmüşdü.  Onlar  qoşunlarının 
qalıqlarını  birləşdirmiş  və  qida  ehtiyatı,  yeni  döyüşçü  cəlb  etmək  və  kiçik  yapon 
qarnizonlarına hücum edən partizan birliklərinə sığınacaq vermək üçün əhalini təşkil 
edirdilər.  Başqa  tədbirləri  də  həyata  keçirməklə  ÇKP  həm  də  özünü  yenidən  xeyli 
canlandırırdı.  Kommunistlərlə  millətçilər  arasında  düşmən  əraziləri  üzərində  nəzarət 


103 
 
üstündə  onların  hərbi  qüvvələrinin  rəqabəti  bir  sıra  toqquşmalar  əmələ  gətirdi. 
Kommunistlər həm də millətçilərin ərazilərində təbliğat və gizli təşkilatlanma yolu ilə 
öz  siyasi  təsirlərini  genişləndirməyə  çalışırdılar.  Hər  ki  tərəf  Yaponiyaya  qarşı 
müharibə aparsa da, onlardan hər biri məhz özünün qəti faydası naminə vuruşurdu.  
Hökumət  qüvvələri  6  yanvar  1941-ci  ildə  Yantszının  cənubundakı  bazaya 
hücum  edib,  sayca  artıq  olan  kommunistləri  məğlub  etdilər,  2  min  nəfər  əsir 
götürüldü. Hər iki tərəf ağır itki verdi, təzələnən vətəndaş müharibəsi təhlükəsi Çinin 
mülki liderlərinin geniş yayılan etirazına səbəb oldu. Nə Qomindan, nə də Kommunist 
partiyaçı  1941-ci  ildə  münaqişəni  açıq  vətəndaş  müharibəsinə  çevirməyə  hazır 
deyildi.  
Amerika Birləşmiş Ştatlarına məlum oldu ki, Çindəki müharibə başa çatdıqdan 
sonra  Yaponiya  cənubda  Britaniya  Malayyasına  və  Niderland  İndiyalarına 
(İndoneziyaya) irəliləməyə ümid edir, əvvəlcə isə cənubi Hindi-Çini və Tailandı işğal 
etməyi  planlaşdırır.  Yaponlar  belə  bir  cəhəti  nəzərə  almırdılar  ki,  bu,  Britaniya  və 
Birləşmiş Ştatlarla müharibə riski yaradacaqdır. İyulda Birləşmiş Ştatlar Çinə böyük 
miqdarda  silah  və  sursat  göndərdi.  Millətçi  ordu  yaponlarla  vuruşmaq  üçün  pis 
silahlanmışdı. 1941-ci ilin dekabrından Birləşmiş Ştatlar Çinə hərbi missiya göndərdi, 
30  diviziyanı  silahlandırmağı  öz  üzərinə  götürdü.  Yaponların  7  dekabr  1941-ci  ildə 
Pyorl-Harboru  (ABŞ-ın  Havay  adalarındakı  hərbi  bazasını)  bombalaması  Birləşmiş 
Ştatları  Çinin  müttəfiqi  etdi.  Böyük  Britaniya  da  öz  müstəmləkə  ərazilərinə  hücum 
edildikdə,  Sakit  okean  müharibəsinə  qoşuldu.  Dekabrın  25-də  Honkonq  yaponlar 
tərəfindən işğal edildikdə, Çin kənar dünya ilə hava əlaqəsini itirdi. 1942-ci ilin mayın 
sonundan yaponlar Birmanın əksər hissəsində britaniyalıları, hindliləri, birmalıları və 
Çin  müdafiəçilərini  məğlub  etməklə,  bu  ərazini  əlində  saxladı.  Bu  vaxt  Çin,  demək 
olar ki, bütünlüklə blokadaya alınmışdı.  
Çinin  Birləşmiş  Ştatlar  və  Böyük  Britaniya  ilə  ittifaqı  dərin  münaqişə  ilə 
əlamətdar  oldu.  Böyük  Britaniya  özünün  başlıca  düşməni  olan  Almaniyanın 
məğlubiyyətinə  ən  yüksək  qaydada  prioritetlilik  verirdi.  Çin  həmçinin  Amerikanın 
strateji  planlaşdırılmasında  aşağı  mövqeyə  malik  idi.  Prezident  Çana  münasibətdə 
Britaniya  baş  naziri  Uinston  Çörçillin  və  ABŞ  prezidenti  Franklin  D.Ruzveltin 
fundamental  qaydadakı  fərqli  baxışları  və  həmin  ölkələrin  milli  maraqlarının  bir-
birinə  uyğun  gəlməməsi  və  çox  sayda  olan  əksliklər  dövlətlər  arasındakı  ümumi 
münasibətlərə  güclü  surətdə  təsir  edirdi,  partiyalar  arasında  da  anlaşılmazlığın  və 
şübhələrin əmələ gəlməsinə aparıb çıxarırdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə