Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   45   46   47   48   49   50   51   52   ...   97

106 
 
qərbdə və aşağı Yantszı vadisinin varlı əyalətlərində öz hakimiyyətini yenidən qurdu. 
Onlar həm də Tayvan üzərində mülki nəzarəti əldə etdilər.  
1946-cı ilin yanvarında razılaşdırıldı ki, Çan və Mao düşmənçiliyi dayandırmaq 
barədə göstəriş verəcəklər. Dörd əsas partiya Siyasi Məşvərət Şurası yaratdı, prezident 
Çan onun zəmanətlərini yerinə yetirməyə söz verdi. Hərbi məsələlər üzrə belə razılığa 
gəlindi ki, hökumət  və kommunist  qüvvələri bir  il  ərzində  müvafiq  olaraq  90 və 18 
diviziyaya azaldılacaqdır, həm də ordular siyasətə müdaxilə etməyəcəkdir.  
1946-cı  ilin  əvvəlləri  barışığın  yüksək  nöqtəsi  oldu.  Kommunistlər 
Mancuriyada  Millətçilərin  hərbi  nəzarətinin  genişlənməsinin  qarşısını  almağa  cəhd 
edirdilər.  Onlar,  Birləşmiş  Ştatlar  Milli  hökumətə  hərbi  və  maliyyə  yardımı 
etdiyindən, bu ölkəyə qarşı düşmənçilik münasibəti bəsləyirdilər.  
1946-cı  ilin  ikinci  yarısında  hökumət  qüvvələri  Şimali  Çində  və  Mancuriyada 
165  şəhəri  düşməndən  aldı.  Milli  Məclis  15  noyabrda  Sun  Yatsenin  xalqın  üç 
prinsipini  yenidən  təsdiqləyən  konstitusiya  qəbul  etdi.  Milli  Hökumət  ciddi  iqtisadi 
problemlərlə  mübarizə  aparırdı.  İnflyasiya  idxala  tələbatı  artırırdı,  ixraca  isə  mane 
olurdu.  
Kommunistlər  isə  öz  zonalarında,  əsasən  kənd  yerlərində  ümumi  xalq  üçün 
spartalılara  məxsus  həyat  tərzini  həyata  keçirirdilər.  Kommunist  qoşunları  müharibə 
illərində çox saydakı yollarla kütlələrin rəğbətini qazanmağa çalışmışdı. Bu isə heç də 
kiçik  məsələ  deyildi.  1947-ci  ilin  iyulunda  Millətçilər  Mancuriyadakı  ərazilərin 
yarısını  itirdilər.  Həmin  ili  strateji  təşəbbüs  kommunistlərin  Xalq  Azadlıq  Ordusuna 
keçdi.  İlin  sonunda  2,7  milyon  nəfərlik  hökumət  qüvvələri  1,65  milyonluq 
kommunistlərlə  üz-üzə  gəldi.  Millətçilər  geniş  səpələnmişdilər  və  müdafiə 
olunurdular.  Noyabrda  Mao  Tzsedun  şimalda  kommunist  paytaxtı  qurmaqla  Şimali 
Çində  kommunist  mövqelərini  konsolidasiya  etdi.  Dekabrda  o,  bəyan  etdi  ki, 
çinlilərin xalq inqilabi müharibəsi indi dönüş nöqtəsinə gəlib çatmışdır.  
Kommunistlərin uğurunun bir səbəbi də kəndli Çinində sosial inqilab idi. ÇKP 
birləşmiş  cəbhə  dövrünün  çoxsinifli  ittifaqı  tərəfindən  bu  vaxt  sərbəstləşmişdi. 
Ənənəvi kənd sosial strukturuna həlledici hücum başlandı. Kəndlilər mülkədarlara və 
Qomindan tərəfdarlarına qarşı mübarizəyə həvəsləndirilirdi, onları cəzalandırır, bəzən 
hətta öldürürdülər.  
1948-ci  il  dönüş  nöqtəsi  oldu.  Mərkəzi  Çində  kommunist  orduları  əsas 
döyüşlərdə  qalib  gəlib,  bir  sıra  mühüm  şəhərləri  tutdular.  Şimali  Çində  də  uğur 
qazanılırdı.  Mancuriyada  hökumətin  ən  yaxşı  orduları  darmadağın  edildi.  Lin 
Byaonun  kolonnaları  Milli  qüvvələri  məğlub  etdi.  Millətçilərin  itkinlərinin,  əsir 
düşənlərinin və ya yaralananlarının sayı 400 min nəfər idi. 1949-cu ilin yanvarında isə 


107 
 
65  günlük  döyüşdə  millətçilərin  itkisi  500  min  nəfər  adam  və  onların  silah,  sursatı 
oldu. Paytaxt Nankin tezliklə müdafiəsiz qaldı. Pekin yanvarın 23-də təslim oldu və 
Çinin tarixi paytaxtı və mədəniyyət mərkəzi dinc həyata döndü.  
1948-ci  ilin  ikinci  yarısında  kommunist  orduları  Mancuriya  və  Yantszı  çayına 
qədər şimali-şərqi Çində nəzarəti əldə etdi. 1949-cu ildə böyük siyasi dəyişikliklər baş 
verdi.  Yanvarda  Çan  Kayşı  müvəqqəti  olaraq  istefa  verdi,  vəzifə  general  vitse-
prezidentə keçdi. Axırıncı Mao Tszedunla sülh danışıqları aparmağa cəhd etdi, lakin 
bu  danışıqlar  özünün  ümidsiz  olduğunu  sübut  etdi.  Millətçilər  təslim  olmağa 
hazırlaşmışdılar, onlar hələ də Çinin yarısından çoxunu idarə etmək iddiasında idilər. 
Uğur davam etdikcə kommunist qüvvələri bir-birinin ardınca Nankini, Hankounu və 
Şanxayı  tutdular.  Millətçilər  axırıncı  ümidlərini  şimala  və  qərbə  bağlamışdılar. 
Millətçilərin  uzun  müddət  bastionu  olan  Sian  da  təslim  oldu.  1949-cu  ilin  ikinci 
yarısında  kommunist  orduları  şimalın  və  qərbin  əyalətlərini  ələ  keçirdilər.  İlin 
sonunda millətçilərin əlində yalnız Haynan və Tayvan adaları qalmışdı. Məğlub olan 
millətçi hökumət özünü Tayvanda yenidən qurdu. Çan hələ ilin əvvəlində buraya geri 
çəkilmişdi.  Oktyabrın  1-də  materik  ərazisinin  əksəriyyəti  Xalq  Azadlıq  Ordusunun 
əlində idi. Mao Pekində Çin Xalq Respublikasının qurulmasın elan etdi.  
Həm Qomindan, həm də Çin Kommunist Partiyası Çinin spesifik problemlərini 
həll  etməyə  çalışırdı.  Çində  Qərb  imperializmi  mifi  meydana  gəldi.  İqtisadi 
imperializm  mifi  həmin  dövrdəki  Çin  vətənpərvərliyinin  köhnə  inamı,  özünəməxsus 
parolu idi.  
Çin  şəraitinin  diaqnozları  zaman  keçdikcə  dəyişirdi.  Bir  problemin  həlli  onun 
alt  qatındakı  digərlərini  aşkara  çıxarırdı.  İnqilabçılar  Mancu  konstitusiyionalizmini  
ləğv etdilər.  
Hətta Sun Yatsen inanırdı ki, imperializmin onillikləri ərzində Çinin əhalisi 90 
milyon  nəfər  azalmışdır.  «4  May»  Hərəkatı  genişlənən  Çin  siyasi  ictimaiyyətində 
imkanların  yeni  dərəcələrini  nümayiş  etdirdi.  1927-ci  ildəki  kəndli  üsyanı  Mao 
Tszedunun  diqqətini  cəlb  etdi,  bundan  Çin  Kommunist  Partiyası  ilə  Çinin  kənd 
zonalarının uzun müddətli və geniş birliyi meydana gəldi. 
Siyasi  ideyalardakı  və  siyasi  birliklərdəki  bu  dəyişikliklər  müasir  sosial  və 
iqtisadi  dəyişikliklərlə  müşayiət  olunurdu  və  onların  təsirinə  məruz  qalırdı.  Çin 
həyatının  bütün  ideoloji  və  siyasi  cəhətlərində  dəyişiklik  addımı  xüsusilə  təəccüblü 
olurdu.  
Bunu  xatırlamaq  əhəmiyyətlidir  ki,  Çin  və  Yaponiya  bütöv  düşüncədə 
müstəmləkəyə  çevrilən  digər  Asiya  xalqlarına  bənzəmədən,  öz  yazı  dilini  saxlayır, 
onu maddiləşdirir və müasir ideyaları onda ifadə edirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə