Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

124 
 
vasitəsilə  ödəniləcəkdir.  Beləliklə,  Çin  valyutası  tezliklə  hətta  o  tam 
konvertləşdirilmiş olmasa belə, qlobal ehtiyat valyutaya çevrilə bilər.  
Çin iqtisadiyyatı son üç onillikdə daim böyüyür. Proqnozlara görə, 2040-cı ilə 
Çin  ABŞ-dan  3  dəfə  iri  iqtisadiyyata  malik  ola  bilər.  ABŞ-ın  isə  hələlik  birincilik 
mövqeyi möhkəmdir və indi də davam etməkdədir. XXI əsrin əvvəllərində artıq Çin 
dünya sənaye fövqəldövlətinə çevrilmişdir. Çin həm də son illərdə kosmik tədqiqatlar 
ölkəsi kimi qəbul olunur. XX əsrin əvvəllərində isə rikşadan istifadə edən bir ölkə bu 
gün  dünyanın  ən  iri  avtomobil  istehsalçısı  sayılır.  Heç  bir  elmi,  texniki  nailiyyət 
Çindən yan keçmir. Bu ölkədə 500 milyondan artıq internet istifadəçisi vardır.  
Çini daha böyük proqress gözləyir, ona görə də dövlət rəhbərliyi başlanğıcını Şi 
Huandidən  götürən  mühüm  ənənələri  davam  etdirərək  daha  böyük  proyektlərə  imza 
atır. Çin Avrasiyanın içərilərinə nəzarət etməyə qadir olan bir iddiaçı kimi çıxış edir. 
Düzdür, hazırda Pekin daha çox Afrikaya və Latın Amerikasına nüfuz edir, Afrikanın 
infrastruktura  layihələrinə  xeyli  vəsait  qoyur.  Lakin  onun  əsas  maraq  dairəsi,  bu 
acıqca  elan  olunmasa  da,  Avrasiyadır.  Çin  hərbi  ekspansiyadan  çox  uzaqdır,  lakin 
iqtisadi  ekspansiyanı  öz  məqsədlərinə  çatmağın  mühüm  vasitəsi  hesab  edir.  Çinlilər 
Rusiyanın  pis  məskunlaşdırılmış  Uzaq  Şərqində  və  Sibirində  həvəslə  işləməklə, 
həmin  ərazilərdə  öz  koloniyalarını  yaradırlar.    Rusiyanın  neft  və  qaz  şirkətləri 
getdikcə  Çinin  daha  çox  asılılığına  düşürlər.  Pekin  bilir  ki,  hazırda  pula,  kreditə  və 
yeni bazara çox ehtiyacı olan Rusiyaya öz şərtlərini diqtə edə bilər.  
Rusiya  Çinə  115  min  hektarlıq  kənd  təsərrüfatı  torpaqlarını  icarəyə  verməyə 
hazırlaşır.  Bu,  strateji  əməkdaşlığı  möhkəmləndirməklə  yanaşı,  dünya  ərzaq 
böhranının  həlli  üçün  də  daha  bir  yol  ola  bilər.  Çin  Ukrayna  ilə  dəyəri  3  milyard 
dollar  olan  iri  torpaq  sahəsini  icarəyə  götürmək  barədə  danışıqlar  aparmışdı, 
Ukraynada 2014-cü ildən etibarən baş verən hadisələr bu prosesə müəyyən maneçilik 
törətmişdir.  
Pekin canfəşanlıqla İpək Yolunu bərpa etməyə çalışır, buna Avrasiyadan keçən 
fəvqəl  magistral kimi baxır.  Doğrudan da, İpək  Yolu  qitənin içərilərindən  keçməklə 
Çini  onun  müxtəlif  hissələri  ilə  etibarlı  qaydada,  o  cümlədən  Avropa  ilə,  Yaxın 
Şərqlə,  Cənubi-Şərqi  Asiya  və  Cənubi  Asiya  ilə  birləşdirə  bilər.  Onu 
maliyyələşdirməkdən  ötəri  Çin  yeni  maliyyə  institutları  yaradır,  məsələn,Asiya 
İnfrastruktura İnvestisiyaları Bankı və İpək Yolu Fondu. 2015-ci ilin martında Çində 
yeni  köhnə  yol  adlanan  İpək  Yolunun  çəkilməsinə  dair  beynəlxalq  konfrans 
keçirilmiş, ÇXR sədri Si Tszipin bütün ölkələri bu işə qoşulmağa dəvət etmişdi. 
 ÇXR həm də yeni Asiya infrastrukturlarına investisiyalar bankını öz rəhbərliyi 
altında yaratmaqla, əslində dünyada yeni iri beynəlxalq maliyyə qurumunun meydana 


125 
 
gəlməsinə  nail  olur.  57  ölkə,  həm  də  20-yə  yaxın  beynəlxalq  təşkilat  bu  yeni  banka 
qoşulmuşdur.  Həmin  ölkələrin  arasında  Rusiya,  Türkiyə,  hətta  Çinlə  mürəkkəb 
münasibətlərinə  görə,  ağıla  gəlməyən  Tayvan  da  vardır.  Bu  bankın  yaranmasının 
əsasında Çinin “bir zolaq, bir yol” ideyası durur. Bu qitə və dəniz İpək Yolları barədə 
köhnə  ideyaların  yeni  keyfiyyətdə  və  nəhəng  miqyasda  həyata  keçirilməsi  cəhdidir. 
AİİB  adlanan  Asiyadakı  yeni  bank  köhnə  Asiya  inkişaf  bankının  inhisarını 
dağıdacaqdır,  onun  isə  iri  partniyorları  ABŞ  və  Yaponiyadır.  Həm  də  Beynəlxalq 
Valyuta  Fonduna  və  Dünya  Bankına  alternativ  olmaqla,  ABŞ-ın  dünya  ağalığını 
şübhə altına salacaqdır. 
Yeni bankın layihələrinin əksəriyyəti həqiqətən beynəlxalq xarakter daşıyır və 
onlar  digər  dövlətlərin  iştirakı  və  nəzarəti  ilə  həyata  keçiriləcəkdir.  AİİB-in 
yaradılması həm də dünya iqtisadiyyatı qaydalarındakı dəyişiklikləri əks etdirir.  Ona 
Yaponiyadan  başqa  ABŞ-ın  bütün  müttəfiqləri  qoşulmuşdur.  Bankın  başlanğıc 
kapitalı  100  milyard  dollardır,  onun  yarısını  Çin  qoyacaqdır.  İnfrastruktura 
layihələrinə isə on il ərzində Asiya ölkələri hər il 1 trilyon dollar sərf etməlidir. Çin bu 
işdə  əsas  rolu  oynayacaqdır,  çünki  zəruri  maliyyə  imkanlarına  malikdir.  Həm  də 
tarixdə  heç  bir  ölkə  bugünki  Çin  kimi  belə  çox  və  belə  sürətli  qaydada  tikinti  işləri 
aparmamışdır, bu da onun qazandığı böyük təcrübədən xəbər verir. 
Layihənin iqtisadi aspekti isə geopolitika ilə sıx bağlıdır – bank Çinin regionda 
siyasi  çəkisini  xeyli  artıracaqdır.  Müasir  dövrün  siysi  və  iqtisadi  çağırışı  da  məhz 
bundadır. AİİB-in 2015-ci ilin axırlarında fəaliyyətə başlayacağı nəzərdə tutulur.  
Çinin  bu  təşəbbüsü  dünya  iqtisadiyyatında  dollardan  uzaqlaşmağa  mühüm 
töhfə verəcəkdir, yuanın və digər milli valyutaların dolların yerinə istifadə imkanlarını 
xeyli  artıracaqdır.  Çinin  işləyib  hazırladığı  bu  sistem  dolların  ağalığına  zərbə 
vurmaqla,  dövlətlərin  xarici  ticarətində  daha  stabil  iqtisadi  baza  təklif  edir.  ABŞ-ın 
hətta ən yaxın müttəfiqləri və ticarət partnyorları üçün də bu təşəbbüs cəzbedici kimi 
görünür. Axı dollar yalnız elementar qaydada pulu çap etmək yolu ilə dünya valyutası 
statusunda qalmaqda davam edir və onun ehtiyat valyuta olması real olaraq heç nə ilə 
möhkəmlənmir.  Hazırda  Çinin  xeyli  dövlət  və  özəl  şirkətləri  beynəlxalq 
sövdələşmələrdə dollar əvəzinə yuandan istifadə edirlər. Sentyabrın əvvəllərində Çin 
paytaxtındakı iki dövlətin rəhbərlərinin görüşündə Pekin və Moskva dolların dünyada 
amaerikan ağalığının aləti kimi istifadə edilməsinə son qoymağı qərara aldılar. Qərb 
jurnalistləri  bunu  istənilən  qorxulu  hərbi  hərəkətlər  sırasına  daxil  olan  əsl  müharibə 
elan etmək kimi qiymətləndirdilər.  XX əsr Amerika əsri idisə, göründüyü kimi XXI 
əsr yəqin ki, Çİn əsri olacaqdır.   


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə