Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə59/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

128 
 
kövrək  olmayacaqdır.  Birləşmiş  Ştatlar  Çin  geoiqtisadi  imperiyasının  dəniz 
kənarlarına zərbə vurmaq gücündə olan ən qüdrətli hərbi-dəniz qüvvələrinə malikdir. 
Lakin  Vaşinqton  praktiki  olaraq  Avrasiyanın  içərilərində  Çinin  quru  hissəsinə  zərbə 
vurmaq qabiliyyətində olmayacaqdır.  
Özünün əvvəlki Avrasiya ambitsiyalarına baxmayaraq, Moskva Pekinin böyük 
layihəsinin  yolu  üzərində  dayanmayacaqdır.  İndiki  şəraitdə  Rusiya  Qərblə  pis 
münasibətlərini yaşadığına görə Çinə yaxınlaşmaqdan başqa elə bir çıxış yoluna malik 
deyildir.  Rusiyanın  yaşadığı  iqtisadi  böhranda  Çin  çətin  vəziyyətdə  olan  bu  ölkəyə 
kömək  etməyə  hazırdır.  Rusiya  mütəxəssisləri  də  etiraf  edirlər  ki,  yeni  İpək  Yolu, 
təkcə gələcək iqtisadi faydası ilə deyil, həm də iqtisadi- siyasi düşüncədə Avrasiyada 
gələcək  böyük  qitə  dövləti  üçün  «yüksəliş  bazası»  yaratmaq  ümidləri  ilə  bağlıdır. 
Çinlə  Rusiya  arasındakı  partnyorluq  Avrasiyanın  formasını  dəyişməklə,  onda  yeni 
tarazlıq  yaradacaqdır.  Bu  vaxt,  əlbəttə  ki,  onun  cazibə  mərkəzi  Moskvadan  Pekinə 
keçəcəkdir.  
Əgər  Rusiyanın  bəxti  gətirərsə,  onda  o,  nəticədə  Çin  «Kanadasına»-  təbii 
sərvətlərin  nəhəng  anbarına  çevriləcəkdir.  Onları  Moskva  cənub  qonşusuna 
ötürəcəkdir,  bu  vaxt  həm  də  suverenliyinin  müəyyən  dərəcəsinin  qoruyub 
saxlayacaqdır.  Lakin  ssenarinin  pis  variantına  müvafiq  olaraq  Rusiyanın  Çin 
imperiyası  daxilində  vassala  çevrilmək  qorxusu  vardır.  Çin  isə  uzun  tarixində  öz 
vassalları ilə necə davranmaq təcrübəsinə malik olmuşdu və belə variant da onun üçün 
hansısa çətinliyə səbəb olmayacaqdır.  
1904-cü  ildə  Makkinder  Rusiyanın  Çin  torpağına  çevrilməsi  imkanını  nəzərdə 
tuturdu  və  bu  təhlükəni  görürdü.  Çünki  həmin  hadisə  bütün  dünyada  sülh  üçün  sarı 
təhlükə kimi meydana çıxardı. Sadəcə olaraq ona görə ki, bu halda dəniz sərhədlərini 
də böyük qitənin ehtiyatlarına əlavə edəcəkdi. Britaniya coğrafiyaçısı təkcə yaponlara 
görə səhvə yol vermişdi. O düşünürdü ki, onlar çinliləri təşkil edə bilərlər. Lakin o, bu 
vaxt mövcud şəraitlərdən çıxış edirdi, güclü yaponları və zəif, məğlub edilmiş çinliləri 
nəzərə alırdı. Bu gün artıq o dövrlər arxada qalmışdır. Tokio yalnız Moskva ilə Pekin 
arasında  ittifaqın  yaranmasının  qarşısını  almağa  çalışır.  Bir  əsrlik  məsafə  Çinlə 
Yaponiyanın qüvvələri arasındakı nisbəti də əsaslı surətdə dəyişmişdir. Yuxarıda qeyd 
olunan ittifaq Yaponiyanı güclü düşmən bloku ilə üz-üzə qoya bilərdi.  
Tarixə üç Avrasiya imperiyası məlumdur. Birinci imperiya monqolların XIII və 
XIV əsrlərdəki işğalları nəticəsində yaranmışdı və onun ərazisi Yapon dənizindən və 
Cənubi-Çin dənizindən Aralıq dənizinə qədər uzanırdı. 33 milyon kvadrat km. əraziyə 
malik olmaqla o tarixdəki ən böyük qitə imperiyası idi, lakin vahid tamlıq kimi uzun 
müddət  yaşaya  bilmədi.  Həm  Çin,  həm  də  Rusiya  həmin  dövrdə  bu  köçərilərin 


129 
 
imperiyasının hissələri idi, onlar Daxili Monqolustan ərazisində yerləşən Karakorum 
şəhərindən, sonralar isə Xanbalıqdan idarə olunurdu. Daha sonra meydana Bizans və 
Rusiya imperiyaları çıxdı.  
İndi  Çinin  növbəsi  gəlmişdir,  o,  özünün  «Avrasiya  imperiyası»  versiyasını 
əmələ  gətirməyə  cəhd  edəcəkdir.  Monqol  və  ya  Rusiya  dövlətlərindən  fərqli  olaraq, 
çinlilər hərbi gücdən deyil, yalnız iqtisadi gücdən istifadə edəcəklər. Ona görə də bu 
gün həmin yeni imperiyanın necə olacağını demək çətindir, lakin dumanın arxasından 
siluet artıq gözə dəyir.  
Çinin  rəhbərliyi  altında  Avrasiyanın  inteqrasiyası  sahəsində  Pekinin  cəhdləri 
Vaşinqtonda çoxları tərəfindən ciddi çağırış, hətta təhlükə kimi qiymətləndirilir. Çin 
iqtisadi  ekspansiyanı  həyata  keçirə  bilər.  Lakin  onun  yaxın  gələcəkdə  hərbi 
ekspansiyaya  əl  atacağı  ehtimalı  sıfıra  bərabərdir.  Çünki  Çin  öz  tarixi  boyu  belə 
cəhdlərdən uzaq olmuşdur. Başqalarından fərqli olaraq, çinlilərə revanşizm hissləri də 
yaddır. Çin ağır keçmişindən son onilliklərdə xoş gələcəyə addımlamaq üçün olduqca 
uğurlu  gedişlər  etmişdir..  Bu  uğurlar  onu  təkcə  Asiyada  deyil,  qlobal  səviyyədə  də 
inkişaf  zirvəsinə  istiqamətlənən  lokomotivə  çevirə  bilir.  Dünyanın  sayca  ən  böyük 
xalqının iqtisadi və sosial sahədəki zəfərləri başqa xalqlarda da yalnız sevinc hissləri 
yaratmalıdır. Çin həm də qarşıya çıxan problemlərin, çətinliklərin, rəqabətin və bazar 
iqtisadiyyatının  yeni  çağırişlarına  cavab  vermək,  onları  ağır  haqq  vermədən  dəf 
etməyi  bacarmalıdır.  Bu isə o  qədər  də  asan  məsələ deyildir.  Onun  uğurlarına digər 
ölkələr  və  xalqlar  da  qısqanclıqla  yanaşmamalıdır.    Çünki  bu,  dünyanı  silkələməyə 
sərf  olunmayacaqdır.  Əksinə,  planetin  əhalisinin  hər  beşincisini  daha  xoşbəxt  və 
ləyaqətli həyata cəlb etməklə, bütövlükdə bəşəriyyətin də inkişafına təkan verəcəkdir. 
Buna görə isə yalnız fərəh hissləri keçirmək lazımdır.  
 
SON 
 
 
 
 
 
 
Telman Orucov 
 
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə 
 


130 
 
“Özümə  gəldikdə  mən  elmdə  məskun  olanlardan  biri  deyiləm.  Mən  keçmişi 
sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.  
Konfutsi 
 
İnsan  xarakteri  mürəkkəb  olduğu  kimi,  həm  də  ziddiyyətlidir.  Axı  bəşər 
övladının daxilində o, həm ali yaradana bənzədiyindən ilahi ruh, həm də ondan əsaslı 
surətdə  fərqləndiyindən  və  öz  növünə  aid  olanların  arasında  dolaşdığından  şeytan 
ruhu  gizlənir.  Bu  qütblərin  hansının  qalib  və  ya  üstün  olmasından  isə  xarakterin  və 
mənəviyyatın  əsas  cəhətləri  və  perspektivləri  meydana  gəlir.  Onlar  nisbi  şəkildə  iki 
yerə bölünməklə nəcibliyi əks etdirən ləyaqət xüsusiyyətlərini və əsasən şəri təcəssüm 
etdirən  qüsurları  əmələ  gətirir.  Çox  az  sayda  adamlar  sırf  nəciblik  rəmzlərinə 
çevrilirlər,  çünki  belələri  özlərinin  həyat  prinsiplərində  eqoistik  başlanğıclardan 
əsasən  uzaqlaşaraq,  daha  çox  məhz  şəxsiyyəti  yüksəldən  xüsusiyyətlərə  üstünlük 
verirlər. Onlar təbiət etibarilə əsl möminlik dərəcəsinə yüksəlirlər, özlərini ali hisslərə 
tabe  etməklə,  başqaları  üçün  xoş  olan  əməllərə  həsr  edirlər.  Buna  nail  olmaq  üçün 
qüsurlardan yayınmağa, onların arası kəsilməyən təzyiqindən azad olmağa çalışırlar. 
Altruistlər  isə  tam  yad,  özgə  adamların  xeyrinə  təmənnasız  qayğı  göstərməklə, 
başqaları  naminə  öz  şəxsi  mənafelərini  qurban  verməyə  hazır  olurlar.  Təəssüf  ki, 
onları “ağ qarğa” hesab edənlər də vardır.  
Nəciblik səylərini dağıtmağa, azaltmağa çalışan obyektiv təsir qüvvələri heç də 
az  deyildir.  İnsanı  əhatə  edən  sosial  mühitin  təsiri,  həyatın  onu  sınağa  çəkmək 
vasitələri,  adi  məişət  qayğıları  ləyaqətləri  məhv  etmək  qəsdində  olan  bu  dağıdıcı 
qüvvələrə  daxildir.  Axı  insan  heç  də  sırf  ruh  məxluqu  deyildir,  bioloji  növ  kimi  o, 
yaşamaq,  həyatını  qoruyub  saxlamaq  üçün  müəyyən  qida  təminatına  möhtacdır, 
yaşayış  vasitələrinə  malik  olmalıdır.  Ona  görə  də  ölümdən  qorxmaq  və  yaşamaq 
arzusu insanın başlıca mənəvi dəyərlərinə çevrilir, əsl aparıcı dəyərlər isə unudulur.  
Kamil insanın ən böyük və vacib olan ehtiyaclarından biri başa düşülməsi, ona 
məxsus olan mənəvi dünyanın addımbaşı inkar edilməməsidir. Axı qüsurlar okeanının 
quduz dalğaları daim nəcibliyi batırıb, məhv etməyə çalışır. Belə dalğalar, böyük şair 
Ovidının  təşbihindən  istifadə  etsək,  asimana  qədər  yüksəlir.  Ləyaqət  daşıyıcılarını 
anlamayanlar  heç  də  öz  mərhəmətsizliklərinin  fərqinə  varmırlar,  özünə 
bənzəməyənlərə  bir  qayda  olaraq  yuxarıdan  aşağı,  həm  də  ələ  salmaq,  təhqir  etmək 
prizmasından  baxmaqla,  hətta  onları  dəli  hesab  etməklə,  bəzən  hələ 
möhkəmlənməmiş,  bərkiməmiş  iradələrin  əyilməsinə,  sınıb  dağılmasına  nail  olurlar. 
Ona  görə  də  ləyaqət  günəşinin  altına  sığınanlardan  bəziləri  həyatın  və  əzici  ətraf 
mühitin irəli sürdüyü çətinliklərə davam gətirə bilməyib, qüsurları gəzdirənlərin çox 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə