Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə56/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

121 
 
50  iri  sənaye  şirkətlinin  orta  dəyəri  252-dən  61-ə  düşdü.  Həmin  üç  ildə  5  min 
amerikan bankı öz qapılarını ağladı.  
Böhran maliyyədən sənayeyə, Birləşmiş Ştatlardan isə dünyanın qalan hissəsinə 
yayıldı. Amerikan kapitalının müharibədən sonrakı gur ixracı başa çatdı. Öz gəlirləri 
aşağı  düşdüyündən  amerikanlar  xarici  malları  almağı  dayandırdılar.  Şirkətlər  və 
adamlar hər yerdə onlara olan borcu ala bilmirdilər və fabrik-zavodlar öz məhsullarını 
ya sata bilmir, ya da bütünlüklə bağlanırdı.  
Dünya istehsalı üç ildə 38% aşağı düşdü, dünya beynəlxalq ticarəti 2\3-yə qədər 
azaldı. Birləşmiş Ştatlarda milli gəlir 85 milyard dollardan 37 milyard dollara düşdü. 
İşsizlik  artdı.  1932-ci  ildə  dünyada  30  milyon  işsiz  var  idi.  Adamlar  həyatının  əsas 
hissəsini işdən kənarda keçirirdi. Milyonlarla adam dolanışığından məhrum olmuşdu, 
çoxları ailələrini xeyriyyə vəsaitləri və maddi yardımlar hesabına saxlayırdı. Ölkələr 
öz  iqtisadiyyatlarını  himayə  etməyə  keçdilər,  öz  valyutalarını  devalvasiya  edirdilər. 
Ticarət  hətta  barterə  yaxın  olan  qaydada  keçirilirdi.  İxrac  və  idxal  hökumətin 
lisenziyasına  tabe  edilir,  bütövlükdə  xarici  ticarət  mərkəzləşmiş  qaydada 
planlaşdırılmalı  və  idarə  edilməli  idi.  Bu,  SSRİ  qaydasına  yaxınlaşırdı.  İqtisadi 
millətçilik güclənirdi.  
Tarixi  nümunələr,  əlbəttə  ki,  Çində  baş  verən  fond  birjası  uçqunundan  daha 
geniş  miqyası  əhatə  edirdi,  ona  görə  də  ciddi  iqtisadi  və  sosial  böhrana  səbəb 
olmuşdu. Çində isə fond birjalarının çökməsi heç də ümumi böhrandan xəbər vermir 
və  prosesin  davamına  mane  törədilsə,  ölkə  və  xalq  nisbətən  az  ziyanla  həmin 
vəziyyətdən  çıxa  biləcəkdir.  ÇXR-in  potensialı  bu  qorxulu  çağırışa  uğurla  cavab 
vermək ümidi yaradır və düzgün iqtisadi və maliyyə siyasəti problemin böyüməsinə 
və onun ziyan vurmasının artmasına çox güman ki, imkan verməyəcəkdir. 
 
 
 
 
Müasir Çin  möcüzələr ölkəsidir 
 
Çin  xalqı  özünün  qədim  sivilizasiyası,  zəngin  tarixi  ilə  fəxr  edə  bilər.  Xalqı 
birləşdirən  mədəniyyət  fenomeni  hələ  bizim  eradan  əvvəl  221-ci  ildə  əvvəlki 
dövlətlərdən  yaranan  vahid  mərkəzləşmiş  imperiyanın  ərazisinin  min  illər  boyu 
qorunub  saxlanmasında  mühüm  rol  oynamışdır.  İmperiya  hərbi  qələbələr  hesabına 
meydana gəlmiş, sonralar çox sayda uğursuzluğa və uğura düçar olsa da, tarix boyu 
çölün  köçəri  xalqlarının,  ondan  çox  şeyi  əxz  etmiş  yaponların  və  Qərb  ölkələrinin 


122 
 
genişmiqyaslı işğallarına və müstəmləkə meylləri ilə üz-üzə gəlsə də, nəticə etibarilə 
öz böyük ərazisini qoruyub saxlaya bilmişdir. 1949-cu ildən həmin ərazidə Çin Xalq 
Respublikası özünün əvvəlləri heç də asan olmayan, üç onillik ərzində  ona ağır zərbə 
vuran sosial və iqtisadi eksperimentlərə son qoya bilmiş, sosializmin və kapitalizmin 
elementlərinin  tətbiqindən  fayda  götürməklə,  Den  Syapinin  ifadə  etdiyi  “pişiyin 
rənginin necə olması vacib deyildir, təki o siçan tutsun” prinsipini həyata keçirməklə 
böyük  iqtisadi  və  sosial  yüksəliş  dövrünə  qədəm  qoymuşdur.  1987-ci  ildə  o,  bu 
metaforanı  dilə  gətirərkən  əlavə  etmişdi  ki,  “Real  həyatda  heç  də  hər  şey  sinfi 
mübarizə  deyildir.”  Onun  böyük  məqsədi  güdməklə  söylədiyi  bu  məşhur  kəlmə, 
altında  praqmatik  iqtisadi  islahatların  həyata  keçirildiyi  qeyri-rəsmi  devizə  çevrildi. 
Bugünkü bol bəhrələr Çinin iqtisadi islahatlar banisinin uzaqgörənliyinin canlı sübutu 
oldu.  
Çinin səmasından siyasi kataklizmi andıran həmin böyük sıçrayışın və mədəni 
inqilabın  qara  buludu  çəkilmiş,  ölkə  stabilliklə  müşayiət  olunan  iqtisadi  zirvələrə 
qalxmaq yolunu tutmuşdur. Çinin son otuz ildəki iqtisadi inkişaf səviyyəsi Böyük Çin 
Səddini andırır, dünyada Səddin tayı-bərabəri  olmadığı kimi, ölkədəki ardıcıl  həqiqi 
proqress dövrünün də müasir dünyada oxşar miqyasda bənzəri yoxdur. XX əsrin 60-cı 
illərində müharibənin dəhşətlərini arxada qoyub, böyük iqtisadi yüksəlişə malik olan 
Gündoğan ölkədə baş verənləri «Yapon möcüzəsi» adlandırırdılar. Çinin ən azı XXI 
əsrin  başlanğıcında  əldə  etdiyi  möhtəşəm  nailiyyətlər  heç  də  az  möcüzə  xarakteri 
daşımır.  
Çin  öz  əhalisini  ərzaqla  təmin  etməklə  yanaşı,  yenə  də  kənd  təsərrüfatı 
məhsullarının  ixracından  xeyli  fayda  götürür.  Çinin  sənaye  inkişafı  isə  heyrət  və 
təəccüb  doğurmaya  bilməz.  Bir  əsrdən  də  az  əvvəl  sənaye  istehsalı  cəhətdən  çox 
geridə  qalan  Çin  indi  demək  olar  ki,  bütün  dünyaya  sənaye  maşınları  ixrac  edir  və 
onların  böyük  əksəriyyəti  ən  müasir  texnologiyalara  əsaslanır.  ÇXR  ixrac  həcminə 
görə dünyada birinci yeri tutur, ixrac dövlətin valyuta gəlirinin 80 faizini verir. İndi 
Çin əsl dünya fabrikidir. İxrac malları istehsal edən sahələrdə 20 milyon adam çalışır. 
Ölkə  sənayesinin  və  kənd  təsərrüfatının  ümumi  daxili  məhsulunun  20  faizi  ölkədən 
kənara satılır. İxrac nomenklaturası 50 min addan ibarətdir. ÇXR dünyanın 182 ölkəsi 
və rayonları ilə ticari-iqtisadi əlaqələr saxlayır. Onun əsas ticarət partnyorları inkişaf 
etmiş Yaponiya, ABŞ, Qərbi Avropa dövlətləridir, xarici ticarət dövriyyəsinin 55 faizi 
bu dövlətlərin üzərinə düşür. Rəqabətə ən davamlı məhsullar kimi paltar, ayaqqabı və 
oyuncaqlar  qalmaqdadır,  ancaq  elektronika,  velosiped,  mototsiklet,  avtomobillər, 
nəqliyyat və inşaat maşınqayırması məhsullarının ixracı daha fəal surətdə inkişaf edir. 


123 
 
Artıq  2005-ci  ildən  Çin  yüksək  texnoloji  avadanlıqların  ixracının  həcminə  görə 
bütünlüklə inamla liderlik edir.  
ÇXR-n  toxuculuq  sənayesi  dünyada  birinci  yeri  tutur,  ona  görə  də  çox  sayda 
ölkələrdə  onun  məhsullarına  rast  gəlmək  mümkündür.  Toxuculuq  sənayesi  sintetik 
parçalardan paltar hazırlamaq üzrə ixtisaslaşmışdır. 
1980-ci  illərin  ortalarından  ölkə  əhalisinin  ərzaqla  təmin  edilməsinə  nail 
olunmuşdur.  Bu  gün  meyvələr,  balıq,  dəniz  məhsulları,  həmçinin  pambıq  əsasən 
MDB ölkələrinə ixrac edilir. Çin üzüm plantasiyalarının sahəsinə görə Fransanı ötüb 
keçərək, İspaniyadan sonra dünya reytinqində ikinci yeri tutmuşdur.  
2012-ci  ildə  Çinin  idxal  və  ixracının  həcmi  3  trilyon  886,76  milyard  ABŞ 
dolları təşkil edərək, əvvəlki illə müqayisədə 6,2% artmışdır. Ondan ixracın həcmi 2 
trilyon 48.93 milyard dollar olmaqla, 7,9% artmışdı. İdxalın həcmi 1.817,83 milyard 
olmaqla 4,3% çoxalmışdır. Xarici ticarətdə Çin müsbət saldoya malikdir.  
Coşqun  iqtisadi  yüksəliş  ÇXR-i  enerji  resurslarının  idxalında  daha  böyük 
asılılqda  qoyur.  Dünya  neft  bazarında  Çinin  payı  8%-ə  bərabərdir  və  2000-ci  illə 
müqayisədə neft  məhsullarına tələbat 30% artmışdır. Çinin istifadə etdiyi neftin 1\3-
dən  çoxu  idxalın  payına  düşür.  2002-ci  ildə  ölkənin  özündə  168  milyon  ton  neft 
istehsal  edildiyi  halda,  istehlak  həcmi  245  milyon  ton  olmuşdu.  Çinin  öz  neft 
yataqlarında  bu  səvətin  hasilatına  və  ya  daha  səmərəli  istehsal  üsullarının  tətbiqinə 
görə xərclər nəzərə alındıqda idxal edilən neft daha ucuz başa gəlir.   
Çin dünya iqtisadiyyatının yeni arxitekturasını yaradır. 2013-cü ildə inflyasiya 
2,6% təşkil etmişdi. Şəhərlərdə 13 milyondan çox yeni iş yerləri yaradılmışdı. Şəhər 
və  kənd  sakinlərinin  təmiz  gəlirlərinin  artımı  müvafiq  olaraq  7%  və  9,3%-ə 
yüksəlmişdi. İlbəil Çin qlobal iqtisadi proseslərə inteqrasiya olunur və bu gün bir sıra 
göstəricilərə görə Çinlə müqayisə oluna bilən iri dövlət tapmaq çətindir. Hətta ABŞ 
da  çox  böyük  sürətlə  inkişaf  edən  Çin  iqtisadiyyatı  ilə  müqayisə  oluna  bilmir.  Çin 
texnologiya  sferasının  da  yüksək  sürətlə  inkişafını  təmin  edir  və  qeydə  alınmış 
patentlərin  miqdarına  görə  ABŞ-ı  xeyli  qabaqlayır.  Çində  istehsal  edilmiş  mallar 
faktiki  olaraq  dünya  bazarını  doldurmuşdur.  Ölkədə  xidmət  sferasına  da  ciddi  fikir 
verilir.  2013-cü  ildə  Çinin  ÜDM-nun  strukturasında  xidmətlərin  payı  46,1%  təşkil 
etməklə ilk dəfə olaraq sənaye bölməsinin payını ötüb keçmişdir. Çin iqtisadiyyatının 
uğurları onun islahatlara və innovasiyalara istiqamətlənməsi ilə izah olunur. Onlar isə 
bütövlükdə dünya iqtisadiyyatının yenidən qurulması üçün vacib şərtdir.  
Çin dövlətinin maliyyə sahəsindəki cəsarətli təşəbbüslərindən biri öz valyutası 
olan yuanın universal pul vahidi statusuna nail olmasına təqdim etməsidir. Rusiya ilə 
bağlanmış  müqaviləyə  görə  bu  ölkədən  satın  alınan  qaza  olan  xərclər  Çin  yuanı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə