Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə58/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

126 
 
Vaxtilə  Çingiz  xan  hərbi  gücün  vasitəsi  ilə  İpək  Yolunda  ticarəti  xeyli 
asanlaşdırdığı  və  faydalı  etdiyi  kimi,  axı  imperiyada  gömrük  məsələləri  kiçik 
dövlətlərin çoxluğuna nisbətən daha əziyyətsiz və vahid qayda əsasında aparılır, həm 
də  tacirlərin  və  malların  təhlükəsizliyi  təmin  edilir,  indi  bu  işi  Çinin  maliyyə 
imkanları görəcəkdir və yeni İpək Yolu müasir insfrastruktura imkanları müqabilində 
daha sürətli və səmərəli işləməyə qadir olacaqdır. 
Çinin  yeni  ideyası  heç  də  fantaziya  xarakteri  daşımır,  reallığa  əsaslanmaqla 
yanaşı, müəyyən tarixi təcrübədən ilhamlanır. Bu təcrübələr bəlkə də müəyyən qlobal 
hadisələrə  görə  başa  çatmasa  da,  ideya  öz  cazibədarlığını  heç  də  itirməmişdir.  Bu 
ideyanın ən son nümunəsi kimi bir əsr əvvələ nəzər salmaq yaxşı olardı.  
1904-cü  ildə  geosiyasətin  banisi  olan  ingilis  coğrafiyaçısı  ser  Helford 
Makkinder  «Kolumb  erasının»  –  başqa  sözlə,  qərb  dəniz  dövlətinin  ağalığının  başa 
çatması və quru yol dövləti epoxasının meydana gəlməsi barədə məşhur sözünü dilə 
gətirmişdi.  Yeni  epoxada  Avrasiyanın  içəriləri  dünya  ağalığına  açar  rolunu 
oynayacaqdır.  Bu  ox  regionu  müasir  mərkəzi  və  şimali  Avrasiyanı  tutan  Rusiya 
imperiyasının ərazisi ilə üst-üstə düşürdü. Makkinder bu fikrini «Tarixin coğrafi oxu» 
əsərində  ifadə  edir.  O,  Avrasiya  nəzəriyyəsini  təsvir  edərək,  onu  «dəniz  ətrafı»nın 
(başqa  sözlə,  digər  qitələrin)  tabeçilyi  şəklində  olması  vasitəsilə  geopolitik  bir 
hakimiyyətin  təbii  yeri  adlandırmışdır.  Ona  görə  də  indi,  bəlkə  də,  Makkinderin 
qabaqcadan  görməsini  silib  yoxa  çıxarmaq  hələ  tezdir.  Çünki  qitənin  içərilərinə 
nəzarət  etməyə  yeni  iddiaçı  –  Çin  meydana  çıxmışdır  və  Rusiya  artıq  onunla 
müqayisədə  uduzur.  Çinin  strategiyası  çox  və  ya  az  dərəcədə  bu  Britaniya 
coğrafiyaçısının nəzəriyyəsinə uyğun gəlir. Çin İpək Yolunu dirçəltdikdə başlıca rolu 
artıq  dəvə  karvanları  deyil,  dəmir  yollarında  hərəkət  edən  çox  sürətli  qatarlar 
oynayacaqdır.  Çin  öz  dəmir  yolları  şəbəkəsini  sürətlə  genişləndirəcəkdir.  Yüksək 
sürətli  xəttlərin  çəkilməsində  Çin  dünya  liderinə  çevrilməklə,  qonşu  dövlətlərin 
ərazilərində  də  bu  işi  davam  etdirə  bilər.  Hələlik  Mərkəzi  Asiya  bu  nəhəng  planın 
həyata keçirilməsində başlıca məqsəd rolunu oynayır.  
Yəqin  ki,  başqa  dövlətlərin  ərazilərində  təkcə  dəmir  yol  şəbəkəsi  deyil, 
həmçinin  avtomobil  yolları,  boru  nəqliyyatı  və  infrastrukturanın  digər  elementləri 
tikiləcəkdir. İpək Yolunun başqa mümkün ola biləcək bir qanadı Çindən şimalda olan 
istiqamətə  yönələcəkdir.  Nəzərdə  tutulan  yüksək  sürətli  dəmir  yolunun  bir  hissəsi  7 
min  km  uzunluğunda  olmaqla  Moskva  ilə  Pekini  birləşdirəcəkdir,  bu  isə  iki  şəhər 
arasındakı  yola  sərf  edilən  səfər  vaxtını  6  və  ya  hətta  daha  çox  sutkadan  33  saata 
endirəcəkdir.  İpək  Yolunda  sadəcə  addımlamaqla  olduqca  yavaş  hərəkət  edən  dəvə 
karvanlarını çox sürətlə gedən müasir elektrovozların çəkdiyi qatarlar əvəz edəcəkdir.  


127 
 
Əgər  çinlilər  öz  dəmir  yolu  irəliləmələrində  uğur  qazansalar,  onlar  nəticədə 
Makkinderin  «Transkontinental  dəmir  yollar  quru  ərazinin  dövlətinin  də  vəziyyətini  
dəyişəcəkdir  və  onlar  Avrasiyanın  bağlı  içərisində  olan  kimi  heç  yerdə  belə  böyük 
səmərəliliklə işləməyəcəkdir» kimi sözlərdə ifadə olunan ideyasının düzgünlüyünü də 
sübut  edəcəklər.  Dəmir  yollarının  dəniz  yolları  ilə  müqayisədə  üstünlüyünü 
vurğulamaqla, Makkinder qeyd edirdi ki, «qitə dəmir yolu vaqonu ixrac üçün işləyən 
fabrikdən bilavasitə idxalçının əmtəə anbarınadək hərəkət edə bilər». Müasir iqtisadi 
dildə bu tikişsiz nəqliyyat sistemi adlanır. Çin də, göründüyü kimi, Avrasiya nəqliyyat 
şəbəkəsinin  məntəqəsi  olmaq  istəyir.  Mühüm  cəhət  odur  ki,  Avrasiya  qitə  şəbəkəsi 
əsas etibarilə ABŞ üçün əlçatmaz olacaqdır, axırıncının hərbi-dəniz qüvvələri qlobal 
dəniz  yollarına  nəzarəti  həyata  keçirir,  bu  da  əsasən  dənizlə  həyata  keçirilən  Çin 
ticarətinin  ehtimal  edilən  kimi  blokadaya  alınmasına  görə  narahatçılıq  törədir.  Axı 
lord Palmerston XIX əsrin ortalarında Böyük Britaniyanın baş naziri kimi bir Mərakeş 
və Britaniya təbəəsi olan yəhudinin maddi marağına görə Yunanıstanı cəzalandırmaq 
üçün ölkənin başlıca limanı olan Pireyi blokadaya almışdı. ABŞ da öz hərbi gücünə 
bel bağlayıb Çinə qarşı hansısa uydurulmuş bir səbəbə görə belə cəza tədbirini tətbiq 
edə bilər.  
 Mərkəzi  Çində  olan  transkontinental  dəmir  yolu  şəbəkəsini  okean  yolları 
tamamlaya  bilər,  onlar  Çin  limanlarını  uzaq  Avrasiya  sahilləri  ilə  birləşdirə  bilər. 
Onların  arasında  ən  mühüm  olanı  cənubi-şərqi  Asiyanın  dənizlərindən  və  Hind 
okeanından  keçən  Dəniz  İpək  Yoludur. Yaxın  vaxtlardaTailandın  cənub  hissəsindən  
keçən Tay kanalının tikintisinə başlana bilər. Onun maliyyələşdirilməsi Çin tərəfindən 
həyata keçirləcəkdir və nəticədə Dəniz İpək Yolu Çinə dost olan Kamboca, Tailand 
və  Birma  kimi  ölkələrin  ərazilərinə  yaxınlaşacaqdır.  Əslində  elə  bil  ki,  Asiyanın 
şərqində  yeni  Panama  kanalı  meydana  gələcəkdir  və  axırıncı  Atlantik  okeanla  Sakit 
Okean  arasındakı  məsafəni  min  kilometrlərlə  qısaldan  kimi,  Tay  kanalı  da  oxşar 
funksiyanı həyata keçirəcəkdir. Belə olan şəraitdə amerikan hərbi-dəniz qüvvələrinin 
Malakka boğazına nəzarətinin əhəmiyyəti da azalacaqdır.  
Çin  həmçinin  Şimal  dəniz  yoluna  da  maraq  göstərir,  bu,  Rusiyanın  nəzarət 
etdiyi  Arktika  akvatoriyasından  keçir  və  o  yoldan  istifadə  də  həyata  keçirildikdə 
Moskva Çinin daha yaxın «strateji partnyoruna» çevriləcəkdir.  
Çinin  Avrasiya  konsepsiyasında  iqtisadi  düşüncələr  geostrateji  maraqlarla 
çulğlaşmışdır.  İqtisadi  nöqteyi-nəzərdən  Çin  onun  rəhbərliyi  altında  olan  nəhəng 
inteqrasiya  olunmuş  ərazinin  yaranmasından  fayda  əldə  edəcəkdir.  Strateji  nöqteyi-
nəzərdən  Çin  təsirinin  nəzarətində  olan  bu  zona  xeyli  dərəcədə  çin-amerikan 
münasibətlərində  ciddi  böhran  baş  verdikdə,  düşmənçilik  müdaxiləsi  üçün  heç  də 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə