Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

114 
 
deyil,  kommunist  Çini  idi.  1960-cı  ilin  ortalarından  Sovet  İttifaqının  rəsmiləri  belə 
baxış  nümayiş  etdirdilər  ki,  mahiyyətcə  mühafizəkar  dövlət  kimi  SSRİ  sərhədlərini 
genişləndirməkdən  daha  çox  öz  geniş  imperiyasını  himayə  etmək  barədə  düşünür. 
Mao  Tszedunun  bütöv  sinifsiz  cəmiyyət  yaratmaq  barədəki  cəhdinə  isə  çox  böyük 
diqqət  verilirdi.  Böyük  Sıçrayış  siyasətinin  uğursuzluğa  uğramasına  baxmayaraq,  o, 
bu  vaxt  daha  böyük  dramatik  məcburiyyətlə  Çinin  kommunizmə  doğru  hərəkətinə 
başladı.  
Mao inanmışdı ki, yalnız daimi inqilabi qızğınlıq atmosferində çinlilər keçmişi 
geridə  qoyacaq  və  kommunizmin  son  səhnəsinə  çatacaqdır.  Buna  müvafiq  olaraq, 
1966-cı  ildə  o,  Qırmızı  Qvardiyaçıların  –  xunveybinlərin  cilovunu  buraxdı, 
kommunist  partiyasının  bəxti  gətirməyən  üzvlərindən  və  narazı  gənclərdən  inqilabi 
birliklər  yaratdı.  Onlar  küçələrə  tökülüşüb,  Çin  cəmiyyətini,  kapitalist  yolunu 
tutmaqda  günahkar  olan  elementlərin  natəmizliyindən  təmizləmək  istəyirdilər. 
Məktəblər,  universitetlər,  fabriklər  və  hətta  hökumət  üzvləri  –  nazirlər  Qırmızı 
Qvardiyaçıların  yoxlamasına  tabe  olmalı  idilər.  Bu  Böyük  Proletar  Mədəni  İnqilabı 
(hərfi mənada Çin dilindəki adı «proletar mədəniyyəti yaratmaq üçün böyük inqilab» 
kimi  tərcümə  olunurdu)  1966-cı  ildən  1976-cı  ilə  kimi  on  il  ərzində  davam  etdi. 
Qırmızı  Qvardiyaçılar  millətin  diqqətini  ona  cəlb  edirdilər  ki,  «dörd  köhnə»  ad 
altındakı-  köhnə  ideyalar,  köhnə  mədəniyyət,  köhnə  qaydalar  və  köhnə  adətlər  ləğv 
edilsin.  Onlar  məbədləri  dağıdır,  əcnəbi  yazıçıların  kitablarını  yandırırdılar.  Onlar 
küçə  adlarını  cırıb  atır  və  onların  yerinə  inqilabi  adlar  qoyurdular.  Mao  təlimindən 
uzaqlaşmaqda şübhələnən adamlara hücumlar edilirdi. Belə ittiham olunanlar ictimai 
mitinqlərdə  alçaldılır,  onlar  öz  «cinayətlərini»  etiraf  etməyə  məcbur  edilirdilər. 
Xunveybinlər  professorları,  böyük  dövlət  xadimlərini  diz  üstə  çökdürüb,  onların 
başına,  inkvizitorların  istintaq  apardıqları  adamların  başına  uzun  konusvari  papaq 
geyindirdikləri kimi, ağ kolpak qoyurdular, onlara hər cür təhqir yağdırırdılar. Həmin 
canfəşanlığın bir nəticəsi kimi də ziyalılar kənd təsərrüfatı əməyi ilə məşğul olmağa 
göndərilirdilər. 
Mao başa düşdü ki, daimi inqilabi həvəs əhval-ruhiyyəsini dəstəkləmək heç də 
asan  iş  deyildir.  Partiya  üzvləri  də  daxil  olmaqla  əsas  qruplar  və  çox  sayda  hərbi 
zabitlər «daimi inqilab» barədə Maonun arzusuna tərəfdar çıxmışdılar. Xalq hərəkata 
qarşı çıxmağa başladı və 1976-cı ilin 9 sentyabrında Mao öldükdə, praktiki qaydada 
düşünən  islahatçılar  hakimiyyəti  radikalların  əlindən  aldılar  və  Çin  problemlərinə 
daha ratsional münasibət bəsləməyə keçdilər. Maodan bir neçə ay əvvəl- həmin ilin 8 
yanvarında  Çjou  Enlay  da  həyatdan  getmişdi.  Maonun  -“böyük  sükançının”  və 


115 
 
özünün  adlandırdığı  kimi  “qoca  Buddanın”  vəfatı  xəbərini  xalq  böyük  hüznlə 
qarşıladı.  
Maonun  Çin  inqilabına  başçılıq  etdiyi  tarixin  maraqlı  səhifələri  vardır.  Çin 
Qızıl  Ordusu  qoşunlarını  Qomindan  ordusunun  mühasirəsindən  çıxarmaq  üçün  o, 
1934-1935–ci  illərdə  şimal  əyaləti  olan  Şensiyə  «Böyük  Yürüşü»  təşkil  etmiş  və 
orada  kommunist  dayaq  mərkəzi  yaratmışdı.  Bu  yürüşün  yolu  2  min  km  məsafədə 
olmaqla,  şimali  Çindən  keçirdi.  «Böyük  Yürüş»  dağ  silsilələrindən  və  səhradan 
keçməklə bir il davam etmişdi.    
 Maonun ölümündən sonra yeni mühüm hadisələr baş verdi. Böyük sıçrayış da, 
mədəni  inqilab  ideyaları  da  artıq  arxada  qalmışdı.  Çin  xalqı  gələcəyə  yeni  qapı 
açmağı  bacardı.  Xalqa  xas  olan  daxili  müqavimət  qüvvəsi  mədəni  inqilabın  milli 
xarakterə  ağır  təsir  göstərməsinə  imkan  vermədi.  Düzdür,  xunveybinlər  onlara 
deyilənləri təkrar edirdilər, onlar əllərində kiçik sitat kitabçasını yelləyərək deyirdilər 
ki,  əgər  Günəş  gündüz  işıq  saçırsa,  Maonun  əsərləri  əbədi  işıq  buraxır.  Lakin  bu, 
xalqın psixologiyasına ciddi xətər toxundura bilmədi. Bu, sadəcə rəhbərə ritual təzimi 
praktikası idi. Ona görə də Çinin öz xarakteri ölmədi. Bəzilərinin fikrinə görə, mədəni 
inqilabın yeganə müsbət cəhəti ondan ibarət oldu ki, insanlar həm də sərbəst qaydada 
düşünmək və hansısa bir dərəcədə fikrini azad ifadə etmək imkanı qazandılar. Ümumi 
psixozun  təsiri  ilə  yanaşı  adamlar  qadağalar  qandalının  qırıldığını  güman  edib, 
yuxarıdan  gələn  göstərişə  boyun  əyməklə  yanaşı,  sərbəst  fərdi  fikrə  gəlməyi  də 
öyrəndilər.  
1970-ci illərdə Çin-amerikan əlaqələri yaxşılaşmaqda davam etdi, 1979-cu ildə 
iki  ölkə  arasında  diplomatik  əlaqələr  quruldu.  Bu  dövrdən  Çin  və  Birləşmiş  Ştatlar 
«strateji münasibətin» qapısını döydülər və bununla Asiyada Sovet müdaxiləsinə qarşı 
mübarizələrini əlaqələrdirməyə başladılar.  
Çinlə SSRİ arasındakı münasibətlər ideoloji və siyasi çəkişmələr atmosferində 
gedirdi. Çin hətta sərhədlər barədə 1858-ci il müqaviləsini ləğv etməyi qərara aldı və 
1903-cü  ildə  Rusiyaya  keçmiş  bütün  ərazilərin  geri  qaytarılmasını  tələb  etdi. 
Danışıqlar  heç  bir  nəticə  vermədi.  Nəhayət,  SSRİ  də  öz  növbəsində  1964-cü  ildə 
Sovet-Çin  sərhədlərini  dəyişikliyə  məruz  qalmayacağını  bəyan  etdi.  Sərhədlər 
üstündəki  mübahisə  artıq  üç  il  ərzində  davam  edən  ideoloji  mübarizəni  daha  da 
kəskinləşdirdi.  Çəkişmə  sonralar  da  «böyük  proletar  mədəni  inqilabı»  illərində  də 
davam  etdi. Maoist rəhbərlik sinfi mübarizəni kəskinləşməsi tezisindən çıxış edərək, 
bunu  «sosialist  tərəqqisi»  kampaniyası  kimi  aparırdı  və  Sov.  İKP-nin  Qərblə  dinc 
yanaşı yaşamaq barədə irəli sürdüyü xətti rədd edərək, onu «təftişçilik» kimi ittiham 
edirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə