Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   40   41   42   43   44   45   46   47   ...   97

96 
 
vəzifələr tutur və cəmiyyətdə modernizasiya qüvvələrinə çevrilirdilər. Onların yazıları 
və öyrəndikləri tələbələrin gəlməkdə olan nəsli üçün güclü təsir rolunu oynadı.  
1915-1916-cı illərdə Çində 130 minə yaxın yeni üslublu məktəblərdə 4 milyona 
yaxın şagird və 200 minə yaxın müəllim var idi. Bu, əsasən şəhər fenomeni idi, kənd 
həyatı isə buna çətinliklə nail ola bilərdi. Respublikanın birinci onilliyində intellektual 
inqilab  baş  verdi.  Yeni  ziyalıların  çoxu  Çin  mədəniyyətinin  və  milli  etikanın  bütün 
cəhətlərinə  tənqidi  qaydada  yanaşmaqla,  onları  dəstəkləyirdilər.  Onlar  Çin 
institutlarında daha dərin islahatlar aparılmasına can atırdılar.  
 
 
 
Milli inqilabın başlanğıc dövrləri 
 
Bu  yeni  inqilaba  Milli  Partiya  (Qomindan)  və  Kommunist  Partiyası 
(Kunqçantan  və  ya  ÇKP)  başçılıq  edirdi.  Qomindan  öz  başlanğıcını  Mancuya  qarşı 
olan  əvvəlki  Birləşmiş  partiyadan  götürmüşdü.  Sun  Yatsenin  1914-cü  ildə  yaratdığı 
və  ölkədə  olan  partiyanın,  1929-cu  ildə  vətənpərvərliyin  yüksəlməsi  ilə  onun 
yaradıcılarının  və  veteranlarının  kiçik  qrupunun  köməyi  ilə  fəaliyyəti  yenidən 
canlandırılmışdı. Sunun ardıcılları arasında sosializm ideyaları populyar idi.  
Sun  Kantona  1920-ci  ildə  gəldi  və  onu  yeni  Cənub  rejiminin  prezidenti 
seçdilər. Bu rejim özünün Çinin legitim hökuməti olduğunu iddia edirdi. 1922-ci ilin 
yazında  Sun  Mancuriya  hərb  xadimi  ilə  ittifaqda  Pekinə  nəzarət  edən  dəstəyə  qarşı 
Şimal kampaniyasını başlamağa cəhd etdi. Vaxtilə Kantondan Kuansi militaristlərini 
qovan  general  Çen  Çiu-minin  əlaltılarından  biri  Sunu  Kantondakı  prezident 
iqamətgahından  1922-ci  ilin  iyununda  qovdu.  Sun  Cənub  hərbi-dəniz  qüvvələrində 
sığınacaq tapdı və yalnız 1923-cı ilin fevralında Kantona qayıda bildi. Burada o, baza 
yaratdı və partiyanı yenidən qurdu.  
Çin  Kommunist  Partiyası  birbaşa  «4  May»  hərəkatından  böyümüşdü.  Onun 
liderləri və ilkin üzvləri professorlar və tələbələr idi. Onlar bir inama gəlmişdilər ki, 
Çin  sosial  inqilaba  möhtacdır  və  model  kimi  isə  Sovet  Rusiyasını  görürdülər. 
Yaponiyadakı  və  Fransadakı  çinli  tələbələr  əvvəllər  sosialist  təlimlərini  və  Karl 
Marksın  ideyalarını  öyrənmişdilər.  Lakin  1917-ci  il  Rusiya  inqilabı  bu  marağı 
təzələmişdi.  1920-ci  ilin  martına  Sovet  Rusiyasının  inqilabı  xarici  siyasətinin  bəzi 
tədbirləri Çinə də gəlib çatdı. Onlardan biri çar Rusiyasının Çindəki xərclərinə görə 
əldə  etdiyi  bütün  hüquqlardan  imtina  edilməsi  və  Rusiyaya  məxsus  olan 
Mancuriyadakı Çin Şərq Dəmir yolunun heç bir kompensasiya almadan Çinin özünə 


97 
 
qaytarılması  idi.  Baxmayaraq  ki.  Sovet  hökuməti  sonralar  bu  vədini  inkar  etdi  və 
dəmir  yola  nəzarəti  ələ  keçirməyə  cəhd  etdi,  həmin  birinci  Karaxan  manifesti,  çinli 
vətənpərvərlər arasında böyük təsir gücünə sahib olmuşdu.  
Rusiya  1919-cu  ildə  beynəlmiləl  Kommunist  təşkilatı  olan  Kommunist 
İnternasionalını  –  Kommunterni  yaratdı  və  sonrakı  ili  öz  nümayəndəsini  Çinə 
göndərdi.  Li  Ta-çao  Pekində,  Çen  Tu-hsiu  isə  Şanxayda  Sosialist  Gənclər  Liqası 
təşkil  etdilər,  bu,  Kommunist  Partiyası  üçün  plan  rolunu  oynayırdı.  1921-ci  ilin 
yazında partiyanın Çinin müxtəlif şəhərlərində və Yaponiyada 50-yə yaxın üzvü var 
idi.  Linin  protejesi  olan  Mao  Tszedun  Çanşada  belə  qrupların  birində  fəaliyyətə 
başladı. Partiyanın I qurultayında Çen Tu-hsiu partiyanın başçısı seçildi. 
ÇKP  sonrakı  iki  ili  özünə  üzvlər  toplamaqla,  marksizmin  təbliği  ilə  yanaşı, 
həmçinin  xarici  imperializmə  və  Çin  militarizminə  qarşı  yönələn  milli  inqilaba 
ehtiyac olduğunu, dəmir yolu və fabrik fəhlələri arasında isə yeni həmkarlar ittifaqları 
təşkil  etməyi  təbliğ  edirdi.  Kominternin  Marinq  adlanan  nümayəndəsi  olan  holland 
kommunisti  Milli  İnqilabi  Hərəkatda  Qomindanı  və  ÇKP-ni  bir  yerə  gətirmək  üçün 
vasitəçi  rolunu  oynayırdı.  Bir  neçə  gənc  təcrübə  keçmək  üçün  Rusiyaya  göndərildi. 
Onların arasında gələcək baş nazir Çjou Enlay da var idi. 1923-cü ildə partiyanın artıq 
300 üzvü var idi. Köməkçi Sosialist Gənclər Liqasında isə üzvlərin sayı 3 minlə 4 min 
arasında idi.  
ÇKP-nin  III  qurultayında  Kominternin  təzyiqi  ilə  kommunistlər  Qomindanla 
birləşdilər  və  bu  birliyi  Milli  İnqilabi  hərəkatın  mərkəzi  etdilər.  Sun  çoxpartiyalı 
ittifaqı rədd etsə də, kommunistlərin özünün partiyasına daxil olmalarına razılıq verdi. 
Liderlər  də  daxil  olmaqla  artıq  bəziləri  Qomindana  birləşmişdi.  Kommunistlər  digər 
partiyaya  fərdlər  kimi  daxil  olmalı  idilər.  ÇKP  ayrıca  varlığını  qoruyub  saxlamaq 
qərarına gəldi.  
Rusiya  liderləri  köhnə  bolşevik  Mixail  Borodini  özlərinin  Sun  Yatsenə 
məsləhətçisi kimi seçib göndərdilər. Marinq və Voytinski isə ÇKP-nin məsləhətçiləri 
idilər, partiyanın qərargahı Şanxayda idi. Üç adam – Lev Karaxan Pekində, Borodin 
Kantonda,  Voytinski  isə  Şanxayda  olmaqla,  Çini  «dünya  inqilabının»  antiimperialist 
cəbhəsinə gətirmək cəhdini bilavasitə həyata keçirməklə məşğul idi. Hücum hədəfi ilk 
növbədə Böyük Britaniyanın, Yaponiyanın və Birləşmiş Ştatların Çindəki  mövqeləri 
idi. Həmin dövlətlər də müharibədən sonra Çinlə yeni əlaqələr qurmağa doğru hərəkət 
edirdilər.  Vaşinqton  Konqressində  (noyabr  1921-  fevral  1922-ci  illər)  səkkiz  dövlət 
Çinin  suverenliyinə,  müstəqilliyinə,  ərazi  və  inzibati  varlığına  hörmət  etmək  barədə 
razılığa gəldi. Onlar istəyirdilər ki, Çinə öz stabil hökumətini inkişaf etdirmək imkan 
verilsin.  Bütün  millətlərlə  bu  dövlətin  kommersiya  və  sənaye  əlaqələri  üçün  imkan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə