Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

92 
 
başlananda keçmiş qubernator, general Yuan Şih-kayı öz yeni ordusuna komandanlıq 
etməyə  çağırdı.  İlin  sonunda  Yuan  emissarları  ilə  inqilabçı  nümayəndələr  arasında 
başlanan  sülh  danışıqlarında  razılaşıldı  ki,  Tsin  istefa  verməli  və  yeni  respublikanın 
prezidenti  vəzifəsinə  Yuanın  təyin  edilməsi  rəsmi  qaydada  Milli  Məclis  tərəfindən 
həll edilməlidir. Lakin məsələnin belə qoyuluşu Yuan tərəfindən rədd edildi, güman 
ki,  o,  ümid  edirmiş  ki,  istirahətə  gedən  Mancu  monarxı  tərəfindən  təyin  ediləcəkdir. 
Lakin  hadisələr  onun  əleyhinə  işlədi  və  prezidentlik  Sun  Yantsenə  verildi.  O,  Milli 
Məclis  tərəfindən  respublikanın  müvəqqəti  prezidenti  təyin  edildi.  1912-ci  ilin 
fevralında Tsin sarayı taxt-tacdan əl çəkməsi barədə dekreti elan etdi. Beləliklə, Tsin 
sülaləsinin 296 illik hökmranlığına heç bir varis-filan olmadan son qoyuldu.  
Tsin sülaləsi XVIII əsrin ortalarından Daxili Asiya xalqları ilə xoş münasibətlər 
qurmuş  və  bu,  görünməmiş  sosial  stabilliyə  və  iqtisadi  tərəqqiyə  yol  açmışdı. 
Kommersiya və sənaye proqressi Çin cəmiyyətini monetar iqtisadiyyata cəlb etdi. Bu 
şəraitdə  qulluqçular,  xırda  torpaq  sahibləri  və  mülkədarlar  ümumi  əhalini  daha  ağır 
şəkildə  istismar  etməyə  başladılar.  Məmurların  mənəviyyatı  da  sülh  və  inkişaf 
illərində pozulmağa başladı. Nəticə XVIII əsrin sonunda iğtişaşların meydana gəlməsi 
oldu.  
Tsinin  Qərblə  müharibələrdəki  məğlubiyyətləri  də  sülalənin  gücsüzlüyündən 
xəbər verirdi. Çin bu vaxt həm də sənayeləşmə yoluna düşürdü. Tsinin sərhəd sistemi 
və onun qonşu xalqlarla münasibətləri XIX əsr ərzində tədricən tənəzzülə uğrayırdı və 
onun  üstündə  gedən  mübarizədə  Yaponiya  tərəfindən  Tsin  məğlub  oldu.  Bundan 
sonra Çinin imperialist dövlətlər tərəfindən parçalanması təhlükəsi meydana çıxdı.  
Bu situasiya inqilabi işi yanacaqla təmin edirdi. Ancaq Tsini nə inqilabçılar, nə 
də  kəndli  liderləri  devirdi.  Bunda  hərbi  siyasətbaz  Yuan  şih-kayın  hiyləgərliyi  və 
xırda torpaq  sahiblərinin rejimə loyallıqdan geri  çəkilməsi  mühüm rol oynadı. Artıq 
kütlələrin  həyatını  necə  stabilləşdirmək  probleminin  həlli  Çin  Respublikası 
liderlərinin üzərində qaldı.  
XX  əsrin  birinci  yarısında  Çində  köhnə  qaydanın  tədricən  pozulması  və  yeni 
cəmiyyətə  hazırlığın  qarışıqlığı  baş  verdi.  Baxmayaraq  ki,  inqilab  respublika 
yaratmışdı, ancaq  Çinin  demokratiyaya faktiki olaraq heç bir hazırlığı yox  idi. Yeni 
hökumətdə həmçinin hakimiyyət qollarının bölünməsi barədə heç bir razılıq yox idi.  
İlk  illərdə  rəqabət  1913-cü  ilin  fevralında  parlamentə  (həmçinin  Milli  Məclis 
adlanırdı)  seçkilərlə  başlandı.  Millətçi  partiya  (Qomindan)  köhnə  inqilabçılardan 
düzəlməklə,  yerlərin  komanda  çoxluğunu  tutmaqla  qalib  gəldi.  Parlament  daimi 
konstitusiya  əmələ  gətirməli  idi.  Qomindanın  seçkilərdəki  qələbəsinin  başlıca 
təşkilatçısı  Sun  Çiao-yen  icra  hakimiyyətinin  prezidentdən  daha  çox  parlament 


93 
 
qarşısında  cavabdeh  olması  fikrini  dəstəkləyirdi.  20  mart  1913-cü  ildə  həmin  Sun 
qətlə  yetirildi.  Qatilin  etirafı  və  sonrakı  şəraitin  əmələ  gətirdiyi  sübut  möhkəm 
qaydada Baş nazirin və güman ki, Yuanın özünün bu işdə əlinin olduğunu göstərdi. 
Paralment Yuanın borc almaq cəhdlərinə kömək etməyə çalışdı, apreldə Yuan 
xarici  banklar  konsorsiumu  ilə  danışıqları  başa  çatdırdı  və  125  milyon  ABŞ  dolları 
məbləğində  borc  aldı.  O,  sonra  üç  millətçi  hərbi  qubernatoru  vəzifədən  götürdü. 
Yayda inqilabi liderlər Yuana qarşı, sonralar İkinci İnqilab kimi tanınan qiyam təşkil 
etdilər, lakin onun hərbi ardıcılları tezliklə qiyamı yatırtdılar. İnqilabın başlanmasının 
ikinci ildönümündə parlament tərəfindən prezident seçilən Yuan oktyabrın 10-da and 
içdi.  Onun  hökumətini  xarici  dövlətlərin  əksəriyyəti  tanıdı.  İcra  hakimiyyəti 
parlament  tərəfindən  təşkil  edildikdə  Yuan  Qomindanın  üzvlərini  bir  az  əvvəl  baş 
vermiş qiyamda iştirakda günahlandırdı. 1914-cü ilin yanvarında parlamenti buraxdı 
və  konstitusiyanı  hazırlamaq  üçün  yeni  orqan  təyin  etdi.  Prezidentlik  diktatorluğa 
çevrildi və tezliklə məlum oldu ki, Yuan özü taxt-tacda olmaq şərtilə imperial sistemi 
bərpa etməyi planlaşdırır.  
Birinci Dünya müharibəsinin 1914-cü ilin avqustunda başlanması ilə Yaponiya 
Müttəfiqlərə  (Antantaya)  qoşuldu  və  Şandunda  almanlarla  çinlilərin  birgə  dəmir 
yolunu tutdu. Çinə müdaxilə etməyə isə icazə verilmədi. 
1915-ci  ilin  yanvarında  Yaponiya  hökuməti  gizlicə  21  tələbini  Yuana  təqdim 
etdi. Yaponiya Çini özündən asılı etmək istəyirdi.  Yuan ağıllı qaydada danışıqlara əl 
atdı  ki,  Çinin  güzəştlərini  məhdudlaşdırmağa  çalışsın.  Lakin  onun  xaricdən  dəstəyi 
yox idi, avropalıların başı müharibəyə qarışmışdı, Yaponiyanı dayandırmaq üçün heç 
bir  imkan  yox  idi.  Birləşmiş  Ştatlar  müdaxilə  etmək  istəmirdi.  Yuanın  siyasi 
əleyhdarlarının  əksəriyyəti  Yaponiyanın  tələblərinə  onun  şəxsi  münasibətini 
dəstəkləyirdilər. Mayda Yaponiya Yuana 48 saatlıq ultimatum verməklə, onu məcbur 
etmək istəyirdi ki, irəli sürülən şərtləri qəbul etsin.  
Yaponiya  Mancuriyada  geniş  xüsusi  imtiyazlar  və  güzəştlər  aldı,  Şandunda 
Almaniyadan aldıqlarını daha da möhkəmləndirdi. Mədənlər və metallurgiya məsələsi 
birgə Çin-Yaponiya kompaniyasına çevrildi. Çin vəd etdi ki, başqa dövlətlərin hansısa 
bir  limana  və ya sahil boyundakı  adaya girməsinə icazə verməyəcəkdir.  Çin  heç bir 
başqa xalqa Yaponiyanın müstəmləkəsi olan Tayvan yaxınlığındakı əyalətdə – Fukien 
sahilində tərsanə və dəniz bazası tikməyə imkan verməyəcəkdir.  
Çətin xarici siyasət problemini həll etdikdən sonra Yuan öz taxt-tacı barədəki 
planına  qayıtdı.  Yapon  hökuməti  bu  hərəkətə  qarşı  «məsləhət  verməyə»  başladı  və 
Yuan  planına  əks  olanlar  buna  qoşulmaqla  öz  müttəfiqliyini  təklif  etdi.  Üstəlik, 
Qomindanın  və  Proqressiv  partiyanın  liderlərindən  də  müxalifət  gəldi.  Sun  Yatsenin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə