Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

90 
 
nəzarət etməyə qadir  olan bir qərargaha  malik deyildilər. Xalqı daha səmərəli  təşkil 
etmək barədə də intellektualların elə bir düşüncəsi də yox idi.  
1899-cu  ildə  kommersiyada  Açıq  Qapı  siyasətini  elan  edən  Birləşmiş  Ştatlar 
1900-cü  ilin  iyulunda  öz  siyasətinin  ikinci  bəyanatını  verdi.  Bu  bəyanata  görə  Çinin 
ərazi  bütövlüyü  və  inzibati  varlığı  saxlanırılırdı.  Birləşmiş  Ştatlar  qərbi  Sakit  okean 
zonasında  yeni  ərazi  əldə  etməklə,  Çinin  ərazi  varlığını  digər  böyük  dövlətlərdən 
qorumaqla,  Çində  öz  kommersiya  maraqlarını  himayə  etmişdi.  1900-cü  ilin 
oktyabrında bağlanan ingilis-alman  sazişi Yaponiya və Rusiyanın can atdığı sonrakı 
ərazi parçalanmalarının qarşısını  almaqla  yanaşı,  onun meydana gəlməsində mühüm 
rol  oynamışdı.  Dövlətlərin  qarşılıqlı  olaraq  bir-birini  böyük  iştaha  cəhdlərindən 
saxlaması Çinin parçalanmasının qarşısını aldı.  
Narazılığın son həlli 1901-ci ilin sentyabrında imzalandı. 450 milyon tayel-lyan 
(həmin  dövrdəki  Çin pul  vahidi)  məbləğindəki  təzminat  Çin  tərəfindən  39  il  ərzində  
ödənilməli  idi.  Həm  də  razılaşma  tələb  edirdi  ki,  dənizlərdəki  fortlara  daimi 
mühafizəçilər  qoyulsun  və  onlar  Pekinin  nəzarətindən  çıxarılsın.  Bu  müstəqil  Çinin 
mövcudluğunu  sadəcə  bir  yalana  çevirirdi.  Üstəlik,  cənub  əyalətləri  böhran  ərzində 
faktiki olaraq müstəqil idi. Bu hadisələr Çinin nüfuzunun süqutu demək idi.  
Konfutsi  ortodoksiyası  müstəvisi  ilə  əlaqəsi  olmayan  kommoner  Sun  Yatsen 
Havay adalarındakı və Honkonqdakı Qərb üslublu məktəblərdə oxumuşdu. Tezliklə o, 
yenidən  Havaya  yollandı  və  orada  anti-Mancu  qardaşlığını  yaratdı,  onun  adı  Bərpa 
Olunan Çin cəmiyyəti idi. Honkonqa qayıtdıqdan sonra dostları ilə birlikdə ona oxşar 
cəmiyyət  yaratdı.  1895-ci  ildə Kantonu  tutmaq  üçün  uğursuz  cəhddən  sonra  əvvəlcə 
İngiltərəyə,  sonra  isə  Yaponiyaya  getdi,  axırıncı  ölkədə  xeyli  dəstək  qazandı.  Tokio 
inqilabçıların əsl əməliyyat bazasına çevrildi. Kan da Yaponiyaya qaçmışdı.  
Dənizin arxasında yaşayan çinlilərdən toplanan fondlar üstündə rəqabət aparan 
iki  cəbhə  ölkənin  özündəki  gizli  cəmiyyətə  diqqətini  artırdı.  İslahatçılar  güclü 
Qardaşlar və Yaşlılar adlı gizli cəmiyyətlə Yantszı vadsisndə birləşməyə çalışırdılar. 
Erkən  1900-cü  ildə  bərpa  olunan  Çin  cəmiyyətinin  inqilabçıları  Qardaşlar  və 
Yaşlılarla ittifaq formalaşdırdılar, bu, Bərpa Olunan Han assosiasiyası adlandı. Yeni 
orqan  Sunu  öz  lideri  kimi  təklif  etdi.  Bu  qərar  onu  həm  də  ilk  dövrlər  üçün  Bərpa 
olunan Çin cəmiyyətinin lideri etdi.  
Millətçilər və inqilabçılar Yaponiyadakı çinli tələbələr arasında daha çox həvəsi 
ilə  seçilən  və  çox  sayda  olan  tərəfdarlara  malik  idilər.  1896-cı  ildə  Yaponiyaya  13 
tələbə  göndərilmişdi.  1905-1906-cı  illərdə  bu  rəqəm  8  min  nəfərə  çatdı.  Bu 
tələbələrdən  çoxu  təbliğatla  məşğul  olmağa  başladı  və  inqilabi  səbəbin  yaranması 
üçün  bilavasitə  hərəkətə  keçdi.  1903-cü  ildə  inqilabçı  və  millətçi  təşkilatlar  anrti-


91 
 
Mancu  bəyanatı  olan  «İnqilabi  ordu»  traktatını  nəşr  etdirdilər  və  onun  1  milyon 
nüsxəsi  buraxıldı.  Sun  Yantsen  artıq  diqqəti  mədəni  olmayan  gizli  cəmiyyət 
üzvlərinin səfərbər edilməsinə verirdi. O, yüksək dərəcəli siyasi filosof olmasa da, bir 
sıra  nəzəri  əsərlər  yazdı.  Onun  cavabının  nəticəsi  xalqın  üç  prinsipi  –  millətçilik, 
demokratiya  və  sosializm  oldu.  Bunlar  1903-cü  ildə  meydana  gələnin  prototipi  idi. 
Amerika  və  Avropaya  iki  illik  səfərindən  Sun  Yatsen  1905-ci  ilin  yayında 
Yaponiyaya  döndü.  Fəallar  Tokioda  ona  qoşuldular  ki,  Birləşmiş  Liqa  adlanan  yeni 
təşkilat  yaratsınlar.  Sunun  liderliyi  altında  intellektuallar  öz  əhəmiyyətlərini  xeyli 
yüksəltdilər.  
Sunun  Liqadakı  liderliyi  heç  də  mübahisəsiz  deyildi.  Onun  xarici  dövlətlər 
tərəfindən  dəstəklənməsinin  Çin  inqilabı  üçün  vacib  olduğunu  anlaması,  gənc 
intellektualların  antiimperialist  meylinə  mane  olurdu.  Yalnız  mübarizlərin  yarısı 
xalqın  həyat  şəraitini  yaxşılaşdırmağı  və  ya  sosializm  prinsiplərini  ürəkdən  qəbul 
edirdi, ondan üçdə biri isə xalq prinsiplərinə rəğbətlə yanaşırdı. 
İdeoloji  cəhətdən  Liqa  tezliklə  harmoniyasızlıq  şəraitinə  düşdü.  Nüfuzlu 
nəzəriyyəçilərdən bir hissəsi xalq prinsipini inkar etdi, bəziləri anarxizmə yuvarlandı. 
Beləliklə, anrti-Manculuq, Liqada yalnız ümumi bir ad kimi qaldı. 
Rusiya-Yaponiya  müharibəsində  (1904-1905-ci  illər)  Yaponiyanın  qələbəsi 
Çində  konstituionalizm  harayını  qaldırdı.  1906-cı  ildə  saray  konstitusiyanı  qəbul 
etməyi  qərara  aldı.  İmperatriçə  Tzu-Hsi  öldükdə,  Hsüan-te  adlı  oğlan  öz  atasının 
regentliyi altında taxt-taca gətirildi və o, 1908-1912-ci illərdə hökmranlıq etdi. 1911-
ci  ildə  saray  iki  dəmir  yolunu  milliləşdirdi.    Qoşunların  bir  hissəsini  Hupehdən 
Szeçyana  köçürdü.  Bəzi  qoşunlar  Hupehdə  qiyam  qaldırdılar  və  oktyabrın  10-da 
paytaxt şəhər olan U-hanı işğal etdilər və bu, indi də Çin inqilabının xatirə günü hesab 
edilir.  
1911-ci  il  inqilabı  Birləşmiş  Liqa  tərəfindən  deyil,  Hupeh  ordu  hissələri 
tərəfindən  başlanmışdı.  İnqilab  aşağı  dərəcəli  zabitlərin  və  inqilabi  qoşunların 
qətiyyəti,  Mancu  və  Çin  qulluqçularının  qorxaqlığı  hesabına  uğurlu  olmuşdu.  Bir 
günün  içərisində  qiyamçılar  cəbbəxananı  və  qubernatorun  baş  idarəsini  tutdular  və 
əyalət paytaxtını ələ keçirdilər. Onlar Hupeh əyaləti məclisini inandırıb, razı saldılar 
ki,  Çin  respublikasının  qurulduğunu  elan  etsinlər.  Məclisin  sədri  mülki  hökumətin 
başçısı seçildi.  
Bu  mühüm  qələbədən  sonra  bir  sıra  tarixi  tendensiyalar  Tsin  sülaləsinin 
yıxılmasına gətirib çıxardı.  
Çin-yapon  müharibəsində  Huay  ordusu  süqut  etdikdən  sonra  Tsin  hökuməti 
yeni Qərb üslublu ordu yaratmaq uğrunda mübarizə apardı. Lakin 1911-ci il inqilabı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə