Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

86 
 
Yunnanda,  Şensidə  və  Kansudakı  müsəlman  üsyanları  həmin  əyalətlərdə 
çinlilərlə  müsəlmanlar  arasında  toqquşmalardan  öz  başlanğıcını  götürmüşdü.  Dini 
rəğbətsizlik  nəzərə  alınmalı  idi,  lakin  daha  əhəmiyyətlisi  sosial  və  siyasi  fon  idi. 
Müsəlman-çinli  rəqabəti  1821-ci  ildən  meydana  gəlmişdi.  Hökumət  qulluqçuları 
çinliləri müdafiə etmişdilər və müsəlmanlar həm çinlilərə, həm də hakimiyyətə qarşı 
mübarizəyə qalxmağa məcbur olmuşdular.  
1862-ci  ildə  Şensidəki  digər  müsəlman  iğtişaşı  Kansuya  və  Şərqi  Türküstana 
yayıldı və 15 il ərzində davam etdi. Üsyanın sonrakı səhnəsində üsyançılar imperial 
ordu tərəfindən məğlub edildikdə, Kansuya qaçdılar və bu əyalət mübarizənin başlıca 
teatrına çevrildi. Şensidə və Kansuda çoxlu müsəlman liderləri var idi, lakin onlar nə 
ümumi qərargaha, nə də vahid siyasətə malik deyildilər.  
 
 
Sənaye inkişafı və kənar zonalardakı dəyişikliklər 
 
Müasir sənaye inkişafının birinci dövründə (1861-1872-ci illər) cəhd istiqaməti 
odlu silah və maşınlar manufakturalarında cəmləşmişdi. Çox sayda kiçik müəssisələr 
yaranmışdı.  Lakin  onların  istehsal  səviyyəsi  ümidləri  doğrultmurdu.  İkinci 
dövrdə(1872-1894-cü  illər)  ağırlıq  silahlar  sənayesindən  manufakturaların  geniş 
sahəsinə  dəyişildi.  Başlıca  sərmayə  qoyanlar  kompradorlar  (iqtisadi  cəhətdən  geridə 
qalmış  ölkələrdə  burjuaziyanın  bir  hissəsi  olmaqla,  onlar  xarici  kapitalla  milli  bazar 
arasında vasitəçilik edirlər) idi. Onlar Çin kommersiyası ilə müqavilənin izn verdiyi 
limanlardakı  xarici  firmalar  arasında  birləşdirici  həlqəni  təşkil  edirdi  və  özlərinə 
böyük sərvət toplaşmışdılar.  
1760-cı  ildən  sonra  Şərqi  Türküstanda,  Kaşkariyadan  qərbdə  Fərqanədə 
qüdrətli karvan ticarətinin  mərkəzi kimi  Kokand  xanlığı meydana gəldi. Mükəmməl 
üsyan  Şensidən  və  Kansudan  sürətlə  Şərqi  Türküstana  keçdi.  Kokand  avantüristi 
Yaqub bəy Kaşkariyaya müdaxilə etmək imkanı qazandı və 1865-ci ildə orada özünün 
hakimiyyətini qurdu. O, Hindistanda britaniyalıları  dəstəkləmək istəyirdi. Kansudakı 
müsəlman  üsyanını  1879-cu  ildə  yatırtdıqdan  sonra  Taypin  generalı  1876-cı  ildə 
Urumçini işğal etdi.  
         Nepalla  Britaniya  Hindistanı  arasındakı  sərhəd  mübahisəsi  1801-ci  ildən  sonra 
qəflətən  baş  verməklə,  1814-1816-cı  illərdən  ingilis-Nepal  müharibəsinin  getməsinə 
səbəb  oldu.  Nepalda  siyasi  iğtişaşlar  dövründə  1832-ci  ildən  sora  ingilislər  əleyhinə 
olan  dəstə  hakimiyyəti  ələ  keçirdi  və  Çindən  kömək  göstərilməsini  aradı,  lakin  bu 
təklif  rədd  edildi.  1846-cı  ildə  Nepalın  baş  naziri  gənc  Bahadur  Britaniya  meylli 


87 
 
siyasət yeritməyi qərara aldı. Çindəki Taypin üsyanından fayda götürüb, 1855-ci ildə 
Tibetə  müdaxilə  etdi.  Tsinin  Tibetə  nəzarəti  1792-ci  ildə  öz  yüksək  nöqtəsinə 
çatmışdı. Lakin Çin Tibeti xarici müdaxilələrdən qorumağa qadir deyildi.  
1802-ci  ildə  Vyetnamda  yeni  sülalə  yarandı  və  Tsin  onu  tanıdı.  Vyetnamda 
ikinci  və  üçüncü  kralların  hökmranlığı  ərzində  (1820-ci  illər)  xristianlığın  təqibi 
gücləndi. Fransızlar Tonkin deltasına gözlərini dikmişdilər, buraya Qırmızı çay axırdı, 
onunla  asanlıqlaYunnana  keçmək  olardı.  1882-1883-cü  illərdə  fransızların  Tonkini 
işğal etməsinə və Vyetnama (Annam adı altında) Fransanın protektoratı statusunu elan 
etməsinə  qarşı  Tsin  Tonkinin  şimal  sərhədində  ordusunu  artırdı.  Bu  vaxt  məsələnin 
dinc həlli üçün paralel cəhdlər edilsə də, onlar uğursuzluqla nəticələndi və hər iki ölkə 
müharibəyə  hazırlıq  görməyə  başladı.  1884-cü  ildə  fransız  hərb  gəmiləri  Fuuçouda 
hücum  edib,  Çin  donanmasını  və  oradakı  tərsanəni  darmadağın  etdi.  Ancaq  sonra 
fransız hərbi-dəniz qüvvələri və ordusu pat vəziyyətinə düşdü və 1885-ci ildə barışıq 
əldə edildi.  
1868-ci  ildəki  Meyci  bərpasının  (Yaponiyada  siyasi  dəyişikliklər  dövrü, 
syoqunatın ləğv edilib, imperatorun – mikadonun real hakimiyyətinin bərpa edilməsi 
dövrü) başlanmasından üç il sonra Çinlə Yaponiya arasında kommersiya müqaviləsi 
imzalandı.  1872-ci  ildə  Meyci  hökuməti  Ryukyu  kralına  vassil  çar  titulu  verdi  və 
sonrakı ili adanın xarici işlərinə nəzarəti ələ keçirdi. Tayvan tayfa adamları tərəfindən 
törədilən  ryukyuluların  gəmi  qəzasındakı  qırğınına  cavab  zərbəsi  kimi  Tokio 
hökuməti Tayvana cəza ekspedisiyası göndərdi. Bu vaxt yaponlar məsələni müzakirə 
etmək üçün Pekinə elçi  göndərdi və Pekin Yaponiyaya dəyən zərərin ödənilməsi ilə 
razılaşdı.   
Koreyada (Çoson) oğlan uşağı olan çar 1864-cü ildə taxt-tacdan devrildi. 1866-
cı ildə orada xristianların bütün millət səviyyəsində təqib edilməsi başlandı və orada 
fransızlar və amerikanlar dəf edildilər. Bu asan iş olmasa da, Tsin məsələyə müdaxilə 
etmədi.  
Meyci  bərpasından  sonra  Yaponiya  çoxlu  cəhdlər  etdi  ki,  Koreya  ilə  yeni  və 
birbaşa  əlaqələrə  girsin,  lakin  bu  cəhdlərin  hamısı  əbəs  idi.  Yapon  elçiləri  Qərb 
dəbində olan paltarda Koreyaya gəldilər, bu isə koreyalılar üçün qəbul edilən deyildi. 
1875-ci ildə yapon elçisi Pusanda danışıqlara başladı, lakin söhbət uzanırdı. Yaponiya 
səbirsiz  qaydada  hərbi  gəmilərini  Koreyaya  göndərdi.  1876-cı  ildə  imzalanan 
müqaviləyə görə Koreyanın  müstəqil  və Yaponiya ilə bərabər  bir  mövqedəki dövlət 
olması etiraf edildi. Bu vaxtdan etibarən Tsin Koreyaya öz təsirini artırmağa çalışırdı,  
Koreyanın Birləşmiş Ştatlar üçün açılmasına kömək etdi və Çin meylli koreyalıların 
modernləşdirmək  cəhdlərini  dəstəkləyirdi.  Lakin  Koreyada  olan  güclü  konservatizm 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə