Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

79 
 
edirdilər.  Yuan  sülaləsi  vaxtı  başlıca  yeni  incəsənət  forması  kimi  meydana  çıxan 
opera  dramı  bütün  Min  sülaləsi  dövründə  də  populyarlığını  davam  etdirirdi.  Yeni 
cənub opera ariya forması xüsusi populyarlıq qazanmışdı, bütün ölkədə mahnı oxuyan 
qızların  repertuarına  daxil  olmuşdu.  Hissiyyatlı  romantizm  Min  dövründə  yazılan 
dramlar üçün xüsusən xarakterik idi.  
 
 
 
Tsin sülaləsi 
 
1619-cu ildə Mancuriyadakı Nurhaçi (1559-1626-cı illər) Min ordusu üzərində 
həlledici  qələbə  çaldı,  1621-ci  ildə  isə  Liao-yan  və  Mukden  kimi  mühüm  şəhərləri 
tutdu. Axırıncını o, 1625-ci ildə öz paytaxtı etdi. 1626-cı ildə isə onun oğlu Abahay 
taxt-taca  çıxdı.  Tezliklə  o,  Çosona  (Koreya)  hücum  etdi.  1634-cü  ildə  isə  Daxili 
Monqolustana  yürüş  etdi.  1636-cı  ildə  mancurların,  monqolların  və  Mancuriyadakı 
çinlilərin imperatoru oldu və Tsin və ya «təmiz» adını qəbul etdi. Lakin Koreya onun 
mövqeyini tanımaqdan imtina etdi. Abahay Koreyaya ikinci yürüş etdi və onu illik iri 
bac verən vassal dövlətə çevirdi.  
Bandit  liderləri  iki yeni  dövlət  yaratdılar,  onlardan  biri  1644-cü  ilin  aprelində 
Pekini tutdu. Bu, Min sülaləsinin sonu idi. Ölkəyə yayılan qrupların çoxu Minin son 
illərində ona qarşı qalxmışdı, bu vaxt isə onlar öz düşmənçiliklərini yeni rejimə qarşı 
döndərdilər.  Tsin  Yunnanda  1681-ci  ildə  bərpa  olundu,  bu,  səkkiz  il  davam  edən 
böyük  qiyama  son  qoydu.  Onun  təsiri  hətta  Daxili  Monqolustanda,  Vyetnamda  və 
Tibetdə də özünü göstərdi.  
Erkən  Mancu  dövlət  bayraq  (hərbi  kompaniya)  sisteminə  əsaslanırdı,  bu, 
traybalizmdən monarxiya kübarlığına keçmək idi. Bu kübarlıq altında hər bir Mancu 
tayfa adamı bayraqda siyahıya alınırdı. Əvvəlcə bu bayraqların sayı dörd idi, sonralar 
isə səkkizə qədər böyüdü. Abahayın hökmranlığı ərzində bu sistem onun nəzarətində 
olan monqollardan və çinlilərdən ibarət olmaqla genişləndi. Abahay çin institutlarını 
geniş  şəkildə  tətbiq  etdi  və  Mancu  Pekinə  gəlib  çıxanda  Min  inzibatçılıq 
təcrübəsindən geniş istifadə edildi.  
Tsinin  digər  spesifik  institutu  müstəmləkə  işləri  sarayı  idi,  bu,  Monqolustan 
idarəçiliyindən  irəli  gəlmişdi,  sonralar  Tibetlə,  Şərqi  Türküstanla  və  Rusiya  ilə 
əlaqələri  əldə  etmək  üçün  istifadə  olundu.  Digər  idarələrdən  fərqli  olaraq  onun  baş 
heyəti müstəsna olaraq mancurlardan və monqollardan ibarət idi.  


80 
 
Tsin  ordusunun  özəyi  bayraq  qüvvəsi  idi,  Taypin  üsyanına  qədər  onun  tərkibi 
təqribən  200  min  nəfərə  bərabər  idi.  Bu  qoşunların  yarısı  paytaxt  ətrafında 
yerləşdirilmişdi, qalanları isə əyalətlərdə qarnizonlaşdırılmışdı. Digər ordu isə «Yaşıl 
ştandartlar»  adlanırdı  və  çinlilərdən  ibarət  olmaqla,  ümumilikdə  600  min  nəfərlik 
heyətə malik idi. Çin tarixində bu görünməmiş bir hadisə idi ki, nəhəng imperiyaya 
hansısa 800 minlik ordu nəzarət edə bilirdi.  
Erkən Tsin Çini işğal etməklə və onu öz hökmranlığına konsolidasiya etməklə 
Çin  sərhədlərinin  daxilində  və  kənarında  olan  problemlərlə  üzləşməli  olmuşdu. 
Rusiyanın  şərqə  tərəf  ekspansiyası  XVI  əsrdə  başlanmaqla  çox  ciddi  bir  hal  idi. 
Ruslar  1650-ci  ildə  Amur  çayı  üzərində  görünmüşdülər,  1689-cu  ildə  Tsinlə  Rusiya 
arasındakı Nerçinsk müqaviləsi Sibir-Mancuriya sərhədlərini Amur çayı və Stenovoy 
dağları  boyunca  dənizə  qədər  müəyyən  etdi  və  Rusiya  karvan  tacirlərinin  Pekinə 
gəlməsinə şərait yaratdı. 
İlkin  dövrlərdə  başlıca  ticarət  malı  Rusiya  xəzləri,  qızıl,  gümüş  sikkələr, 
Avropa  yun  parçaları,  Çin  ipəyi  və  pambıq  parça  idi.  Erkən  Tsin  dövründə  qərbi 
Monqolustan Pekinin nəzarətindən uzaq idi. Lakin XIX əsrdə Rusiya parçası və Çin 
çayı  başlıca  ticarət  əmtəəsinə  çevrildi  və  bu,  öz  inkişaf  zenitinə  1830-cu  və1840-cı 
illərdə çatdı.  
Tibetdə hakimiyyətin qəsb edilməsi ilə qarışıqlıq baş verdi. Uzurpatorun varisi 
öldükdən  sonra  əyalət  daxili  mübarizədən  dağılırdı.  Erkən  Tsin  ilə  Tibetin  əlaqəsi 
dinə dünyəvi hamilik ilə ruhi lider arasında partnyorluqdan xəbər verirdi.  
Bütün  Çin  tarixi  boyu  şimalın  köçəri  və  yarımköçəri  xalqları  ilə  çinlilər 
arasındakı  əkslik  mühüm  əhəmiyyətə  malik  olmuşdu.  Çin  ilk  əvvəllərdə  Şimalın 
təzyiqindən  azad  olmuşdu.  Şərqi  Türküstana  tərəf  irəliləmək  həmçinin  Tsinin 
görkəmli töhfəsi idi.  
Mancurlar Çinə daxil olandan Day Vietdə (Vyetnamda) iki bir-birinə zidd olan 
hakimiyyət var idi: Hanoydakı Le sülaləsi və Huyedəki Nquen ailəsi, axırıncı ölkənin 
mərkəzi və cənub hissələrində hökmranlıq edirdi.  
Tsinin Çosonla (Koreya) əlaqələri digər bac verən dövlətlərə nisbətən dərin idi. 
Pekin  və  Seul  arasında  elçilər  mübadiləsi  daha  tez-tez  olurdu  və  mədəni  əlaqələr 
başqa ölkələrlə müqayisədə nisbətən çox idi.  
XVII əsrin sonunda Tayvanın anneksiyasından başlayaraq ölkə daxilindəki dinc 
həyat XVIII əsrin sonunadək yüz ildən artıq müddətdə davam etdi. Çin xeyli sosial və 
iqtisadi inkişafın şahidi oldu. Bu dövr həqiqətən də Pax Sinica adlanmağa layiqdir 
Sonrakı  Min  və  erkən  Tan  dövrlərində  buğda  və  arpa  toxumları  başqa 
ölkələrdən  gətirilirdi.  Amerika  mənşəli  məhsullar  mərkəzi  və  cənubi  Çinin  təpə  və 


81 
 
dağ  regionlarının  istifadə  edilməsinə  şərait  yaratdı.  Çay,  pambıq,  tütün  və  digər 
kommersiya məhsullarının becərilməsi geniş yayılmışdı.  
XVIII əsr ərzində sənətlər və sənaye sahələri öz yüksək səviyyəsinə çatdı. Mis 
və  qalay  istehsalı  inkişaf  edirdi.  Min  və  Tsin  dövrlərində  Çinə  gümüş  əsasən 
avropalılar və amerikalılar tərəfindən gətirilirdi.  
XVIII əsrdə Çində əhalinin sürətlə artması görünməmiş bir hadisə idi. 1600-cü 
ildə  əhalinin  sayı  təqribən  150  milyon  olduğu  halda,  1850-ci  ildə  430  milyona 
çatmışdı.  Miqrasiya  Mancuriyaya,  Tayvana,  Kuantinə  və  Haynana  istiqamətlənirdi. 
Lakin immiqrasiyanın başlıca hədəfi qərbi-cənubi Çin, qərbi Hupehin dağ torpaqları 
və cənubi Şensi idi. 
Ağ  lotos  sektası  Szeçuan  zonasında  pozulmuş  əhalini  özünə  daha  da  artan 
qaydada  cəlb  edirdi.  Ağ  lotos  üsyanı  (1796-1804-cü  illər)  bir  sıra  sosial  və  siyasi 
bədbəxtliklər  nəticəsində  baş  verdi,  bu  Tsin  sülaləsinin  tarixində  dönüş  nöqtəsini 
göstərir.  Bu,  Tsinə  iki  zərbə  vurdu.  Birincisi,  milisin  nəhəng  sayda  üzvlərindən 
istifadə etməsi, ikincisi isə, Tsin maliyyəsinə xətər toxundurması idi. Üsyan ağır xərc 
tələb etdi, onunla Tsinin inkişafına birdəfəlik son qoyuldu.  
XIX  əsrin  birinci  yarısında  narazılıqlar  və  iğtişaşlar  əhalinin  xeyli  artması  ilə 
izah  oluna  bilərdi.  Pul  iqtisadiyyatının  göstərdiyi  təsiri,  qulluqçular  və  kiçik  torpaq 
sahibləri tərəfindən ümumi əhalinin istismarının artması – bunların hamısı Çinin aqrar 
cəmiyyətinin  parçalanmasına  şərait  yaradırdı.  Bu  problemlərin  üzərinə  tiryək 
idxalının  artması  ilə  gümüş  pulun  xeyli  azalması  da  əlavə  olunurdu.  Tiryək 
müharibəsi  və  onun  nəticəsi  əhalinin  yaşayış  şəraitinin  daha  da  pisləşməsinə  səbəb 
oldu.  Sonrakı  Tsin  dövründə  yaranan  xaos,  beləliklə,  siyasi,  sosial  və  iqtisadi 
vəziyyətin  daha  da  ağırlaşmasına  səbəb  oldu  və  Qərbin  Çinə  hərbi  və  kommersiya 
müdaxiləsi böyüdü.  
 
 
Tiryək müharibəsi 
 
Tiryək  məsələsi  XIX  əsrdə  ilk  Çin-Britaniya  toqquşmasına  səbəb  oldu. 
Britaniyalılar  çalışırdılar  ki,  Çinin  xeyrinə  olmayan  ticarəti  Hindistandan  tiryək 
gətirməklə əks tarazlığa nail olsunlar. 1779-cu ildə Şərqi İndiya Kompaniyası tiryək 
ticarətini  inhisara  aldıqdan  sonra,  onun  hökuməti  1780-ci  ildə  Hindistandan  tiryəki 
Çin  alıcılarına  göndərməyə  başladı.  1819-cu  ildə  kompaniya  tiryəkdən  gələn  gəlirin 
böyük  hissəsini  ələ  keçirməyə  başladıqda,  bu  Çinə  gətirilən  narkotikin  həcminin 
kəskin  sürətdə  artmasına  səbəb  oldu.  Pekin  sarayı  dəfələrlə  tiryək  idxalını  qadağan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə