Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

70 
 
mühüm vəzifə möhür daşıyan idi, ilk əvvəllərdə onun səlahiyyətləri hər şeyə aid idi. 
Monqol  Çininin  mərkəzi  inzibatçılığı,  Çingiz  xanın  ən  inanılmış  müşavirlərindən 
birinin  yaratdığı  idi.  O,  1229-cu  ildə  böyük  xan  olan  Ödögeyin  rəhbərliyi  altında 
işləmiş və onu inandırmışdı ki, rəsmi bürokratiya qursun və qarışıq vergi yığmağı isə 
çinli xətti üzrə səmərələşdirilmiş vergi sistemi ilə əvəz etsin.  
Ərazi əyalətlərə bölündü və əyalət inzibatçılığı nizama çalınmış vergilər üçün 
başlıca  məsuliyyət  daşıyırdı.  Adamlar  torpaq  vergisi  və  can  vergisi  ödəməli  idilər, 
bunlar parça və taxıl növü ilə, yaxud da gümüşlə verilməli idi. Tacirlər satış vergisi 
ödəməli  idilər.  Şərab,  sirkə,  düz  və  mədən  məhsullarına  da  inhisar  qoyuldu.  Bütün 
bunlar monqol sarayının xəzinəsini xeyli sərvət toplamağa qadir etdi.  
Ödögey  Çində  monqollara  tabe  olan  torpaqlardakı  daxili  şəraitlərə  marağını 
açıqca  itirdi.  1230-cu  illərdə  Yaxın  Şərqdən  müsəlmanlar  artıq  monqol  sarayında 
yüksək  vəzifələri  tutmağa  başladılar  və  onların  rəhmsizcəsinə  istismarı  monqol 
hökmranlığına  qarşı  nifrəti  artırdı.  Çin,  əcnəbilər  və  onların  müttəfiqləri  tərəfindən 
çox  və ya  az dərəcədə  müstəmləkə kimi idarə olunurdu. 1260-cı ildə Xubilay xanın 
taxt-taca  yüksəlməsi  monqol  hökuməti  təcrübəsində  əsl  dəyişikliklərlə  əlamətdar 
oldu. Xubilay monqol hökumətinin yerini Monqolustandakı Karakorumdan Şan-tuya 
(Yuxarı paytaxt) köçürdü, bu daxili Monqolustandakı müasir To-lun yaxınlığında idi. 
1267-ci ildə rəsmi paytaxt Pekinə və ya Ta-tuya (Böyük Paytaxt) köçdü. Türkləşmiş 
adı  Xanbalıq  (Qan  Balya,  «Xan  şəhəri»)  olan  Pekin  bütün  Asiyada,  hətta  Avropada 
məşhurlaşdı.  Xarici  Monqolustan  və  Karakorum  artıq  monqol  imperiyalarının 
mərkəzi deyildi.  
Xubilay özünü çinli məsləhətçilərlə əhatə etmişdi. O, hələ də Asiyadakı digər 
monqol  torpaqlarının  (ulusların)  nominal  hökmdarı  idi.  Lakin  çinli  əyanları  onu 
inandırdılar ki, ənənəvi Çin imperatorunun rolunu qəbul etsin. Həlledici addım 1271-
ci ildə atıldı, bu vaxt Çin torpaqlarına çinlilərin sülalə adı – Ta Yuan, Böyük Yuan adı 
verildi. «Yuan» adının özü ancaq Çin ənənələrindən kənarlaşma idi. Bütün erkən Çin 
sülalələri  qədim,  feodal  sistemli  dövlətlərdən  sonrakı  adla  və  ya  coğrafi  terminlərlə 
adlanırdı.  Xitan  və  Cuçen  bu  ənənəyə  əməl  edərək,  öz  dövlətlərini  Liao  və  Çin 
(Mancuriyadakı  çayın  adı  ilə  Qızıl,  Cuçen  adı  da  «qızıl»  mənasını  verirdi) 
adlandırdılar. Yüksək vəzifələr də ənənəvi çinli adlarına malik olsalar da, onlar qeyri-
çinlilər  üçün  saxlanırdı.  Xubilay  xan  isə  yüksək  inzibati  vəzifələrdə  az  sayda 
monqollara  malik  idi.  Öz  tayfa  liderliyinin  üzvlərinin  bəzilərindən  açıqca  şübhəli 
olduğundan,  o,  bütünlüklə  əcnəbilərə  üstünlük  verirdi.  Ancaq  monqol  kübarlığı  ali 
vəziyyətdə qalırdı. Yuan Çinində aşağı zümrə qullar idi, onların sayı kifayət qədər çox 
idi. Qul statusu irsi idi və yalnız müəyyən şəraitdə qul azad ola bilərdi. 


71 
 
Monqol  və  Çin  dualizmi  həmçinin  inzibati  sənədlərin  və  dillərin 
problemlərində  də  əks  olunurdu.  İdarə  edən  monqollardan  çox  azı  Çin  dilini  bilirdi, 
Çin yazısını bilənlər isə daha az idi.  
Monqol  inzibatçılığı  Çin  iqtisadiyyatını  yenidən  birləşdirdi.  Dənizlə  başqa 
yerlərə  taxılı  daşımaq  güzəştləri  Cənub  sahil  zonalarından  olan  bəzi  çinli  özəl  iş 
adamlarına verildi. Bu özəl gəmi sahibləri taxılı aşağı Yantszı regionlarından Şimali 
Çin  limanlarına  daşıyırdı,  oradan  isə  məhsul  paytaxta  göndərilirdi.  Çində  daxili 
ticarətin inkişafına kömək edən digər faktor valyutanın vahid formaya çevrilməsi idi. 
Sun və Cuçen Çini kağız pullar buraxırdı, ancaq bu, bürünc sikkələrə əlavə kimi çap 
edilirdi.  Yuan  hökuməti  ilk  dəfə  kağız  pulu  bütün  imperiya  üzrə  yeganə  qanuni 
valyutaya çevirdi.  
Monqollar  təbəələri  üzərində  öz  dinlərini  sitayiş  qüvvəsinə  mindirməyə  cəhd 
etmirdilər. Bu Çində mövcud olan dinlərə təsəlli verən azadlıq bəxş edilməsi demək 
idi.  Çingiz  xan  1223-cü  ildə  daoist  patriarxına  və  onun  ardıcıllarına  vergilərdən  tam 
azad  olunmaq  hüququ  vermişdi.  Bu  Çindəki  müxtəlif  dinlərin  xadimlərinə  xüsusi 
imtiyazlar verilməsi barədə idk ediktlər seriyası idi. 
Bir  sıra  dövrlərdə  belə  görünürdü  ki,  daosizm  monqol  hökmdarlarının 
hörmətini qazanacaqdır. Böyük xan Mönkenin icazəsi ilə daosist və buddist keşişləri 
arasında  bir  sıra  diskussiyalar  baş  verdi.  Daosizm  Yuan  sülaləsinin  hakimiyyəti 
altında öz mövcudluğunu davam etdirirdi. 
Çin ölkədə ayrı-ayrı şəkildə mədəni mahiyyətə malik olsa da, Yuan sülaləsinin 
hökmranlığı altında çinlilər Asiyanın digər hissələrinə yayıldı. Çin təbabəti fars dilinə 
tərcümə  edilmişdi,  XIII  və  XIV  əsrlərdəki  Persiya  miniatür  rəssamlığı  Çin 
rəngkarlığının  çox  saydakı  təsirinə  məruz  qaldığını  göstərir. Çin  tipli  inzibatçılıq  və 
kansler  təcrübəsi  Mərkəzi  Asiyadakı  və  Yaxın  Şərqdəki  müxtəlif  monqol 
hökmranlıqlarında  tətbiq  edilirdi.  Hətta  bu  da  güman  edilir  ki,  Avropada  barıtın  və 
çap işinin icadı Çindən nüfuz etmiş həvəsin təsirinə borcludur, baxmayaraq ki, Çindən 
Yaxın Şərq vasitəsilə birbaşa təsirin mövcudluğu sübut edilə bilinməmişdir.  
Yuan  sülaləsindən  əvvəl  Çin  sivilizasiyası  çox  böyük  olaraq  qalırdı  və 
müəyyən mədəni izolyasiyanizm mühüm element kimi öz təsirini itirmirdi. Dünyada 
çinlinin imici və ya çinli mövqeyi heç də ciddi sürətdə dəyişilməmişdi. Yuan sülaləsi 
altında  Çində  baş  verən  dəyişikliklər  və  çağırışlar  ancaq  Min  tarixində  daha  çox 
qaydada özlərini büruzə verdi.  
Çində monqol idarəçiliyinin təməl dilemması monqolların Çin mülki institutları 
ilə eyniliyə nail olmağa qadir olmaması idi. Onlar özlərinin idarəçiliklərinin hərbi və 
müstəmləkə  xarakterini  də  dəyişə  bilmirdilər.  Bu  xüsusiyyət  daha  çox  Xubilayın 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə