Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

57 
 
çatdırdığı  kimi  tanınan  Xitay)  şimali  Çinin  adı  kimi  Katey  sözünün  mənşəyi  idi. 
Ruslar buna görə Çini Kitay adlandırırlar. Xitan Liao imperiyasını (947-1125-ci illər) 
yaratmışdı,  Monqolustan  sərhədindən  Cənubi  Mancuriyaya  və  Böyük  Səddən  aşağı 
16 prefekturanın içərilərinə girirdi. Onlar öz tayfalarını mötəbər başçıların rəhbərliyi 
altında birləşdirmişdilər və digər tabe olan tayfalarla konfederasiya yaratmışdılar ki, 
bu da irsi monarxiyaya çevrilmişdi. Liderlik isə həmişə idarə edən Yeh-lü tayfasının 
əlində olurdu.  
Liaonun iqtisadiyyatı at və qoyun yetişdirilməyə və əkinçiliyə əsaslanırdı. Darı 
başlıca bitki idi, duz dövlətin inhisarında olmaqla mühüm əhəmiyyət daşıyırdı. Liao 
səmərəli  ikili  inzibatçılıqdan  istifadə  edirdi.  Çinlilərin  absorbsiya  etmək  təhlükəsinə 
qarşı  onlar  öz  xalqı  üçün  tayfa  qanunlarını  tətbiq  edirdilər,  ənənəvi  adətləri 
dəstəkləyirdilər  və  qidada  və  paltarda  geniş  qaydada  Çin  üslubunu  saxlayırdılar. 
Monqol dilinin iki yazı tipindən istifadə edirdilər, onlardan kiçiyi əlifbaya əsaslanırdı, 
böyük olanı isə Çin işarələri ilə bağlı idi.  
Əkinçilik  regionlarına  inzibatçılıq  kimi  köhnə  Tan  sistemi,  bütöv  Tan  məmur 
titulları,  imtahan  sistemi,  vergi  qaydaları  tətbiq  edilir  və  Çin  dilindən  istifadə 
olunurdu. İkinci inzibatçılığın qanunları isə çinli təbəələr arasındakı, əcdadlara sitayiş 
kimi  təcrübə  də  daxil  olmaqla  başqa  həyat  yolunu  qurmağa  məcbur  edirdi.  Çinli 
təbəələrin  statusu  müxtəlif  qaydada  idi.  Aşağı  təbəələr  mülki  xidmətdə  irəli  getmək 
imkanına  malik  idi,  bu  vaxt  digərləri  isə  kiçik  hissə  qaydasındakı  azadlıqdan 
təhkimçiliyə və quldarlığa xas olan dərəcələrə bölünürdü.  
Konfutsi  fəlsəfəsinə  hörmət  bəsləmələrinə  baxmayaraq,  Liao  hökmdarları 
buddizmi himayə edirdilər.  
Çin  mədəniyyətinin  gələcəyinə  ölkənin  cənubunda  baş  verən  dəyişikliklər 
həlledici təsir göstərdi. Yantszı çayı vadisində və uzaq cənub zonalarında on çarlıqdan 
səkkizi  mövcud  idi.  Onlardan  bəzilərində  stabillik  mövcud  olsa  da,  heç  biri  kifayət 
dərəcədə  gücə  malik  deyildi  ki,  birləşmə  uğrunda  mübarizə  aparsın.  Sahil  boyunda 
dəniz ticarəti genişlənirdi, şəhərlərin böyüməsi və mədəniyyətinin inkişafı baş verirdi. 
Cənubi-qərbi  Çində  davam  edən  böyümənin  maraqlı  fərqli  mənzərəsi  özünü 
göstərirdi.  Dağlarla  əhatə  olunduğundan,  bura  adətən  xarici  sarsıntılardan  və 
müdaxilələrdən  qorunurdu.  Ona  görə  də  sülh  və  inkişaf  şəraitində  yaşayırdı.  Tan 
mədəniyyəti  irsi  burada  təkcə  canlanmaqda  özünü  göstərmirdi,  həm  də  buna  irəli 
gedən texnologiya öz köməkliyini göstərirdi.  
Gözəl mənzərə ardıcıl olaraq ən yaxşı istedadları köhnə dəbli şeirə və esselərə 
təzə həyatilik verməyə ilhamlandırırdı. Bu region Daosizm dininə möhkəm bağlı idi. 
İqtisadi  səhnədə  isə  misin  olmaması  ucbatından  daha  səmərəli  metodlarla  dəmir 


58 
 
istehsalı  artırılırdı.  Pula  və  kreditə  tələbat  artdığından  və  mis  sikkələr  artıq  ticarət 
üçün  məhdud  miqdarda  olduğundan,  qısa  müddətdə  dövriyyəyə  dəmir  valyuta 
büraxılsa da, digər həll yolu kimi “uçan pul” adlanan yerli icaddan istifadə ediliməyə 
başlandı. Uçan pullar əvvəlcə tacirlər arasında istifadə olunurdu, sonra isə dövlət duz 
inhisarı agentliyi tərəfindən banknot kimi buraxıldı. Bu kağız pulun müjdəsi olmaqla, 
nəticədə  Sun  dövründə  qanuni  qaydada  istifadə  olunmağa  keçdi.  Bu  həm  də  çap 
işində  hərəkət  edən  tipdən  istifadənin  yaxşılaşdırılması  ilə  bağlı  idi.  Tan  sülaləsi  və 
Sun dövrü ərzində yaxşı çapetmə artıq mövcud idi.  
İqtisadiyyatla  bağlı  olan  estetika  alimlik  öyrənməsinin  «dörd  xəzinəsi»  idi, 
bunlar fırça, qələm, kağız, qatı mürəkkəb və plitka şəklindəki mürəkkəb olmaqla, ən 
yaxşıları  Tay  gölünün  qərb  sahillərindən  gətirilirdi.  Axırıncı  Tan  hökmdarı  təslim 
olduqdan  sonra  paytaxt  Nankindəki  əvəzi  olmayan  saray  kitabxanası  Şimala 
köçürüldü.  Onunla  birlikdə  incəsənət,  ədəbiyyat  və  biblioqrafiya  üzrə  qabiliyyətli 
məmurların  çoxu  oraya  yollandı.  Digər  çarlıq  da  təslim  olanda  eyni  belə  hadisə  baş 
verdi. Buna baxmayaraq, cənubi-şərqi Çin öz mədəni yüksəkliyini saxlayırdı.  
 
 
                                     
                                    Sun sülaləsi 
 
 
Şimali  Sun  (həm  də  sadə  qaydada  Sun  kimi  tanınır)  heç  də  şərəfli  başlanğıca 
malik deyildi. Onun banisi Çao Kian-yin (Tay Tsu) paytaxt zonasının komandanı və 
imperial  qüvvələrin  baş  inspektoru  olmaqla,  sadəcə  olaraq  Beş  sülalədən  axırıncısı 
olan  Çjounu  uzurpasiya  etdi.  Özünün  hərbçi  olmasına  baxmayaraq,  Çao  öz 
hərbçiliyini  uzurpator  kimi  başa  vurdu.  İmperator  kimi  Çao  (960-976-cı  illərdə 
hökmranlıq  etmişdi)  digər  qüdrətli  generalları  öz  əvvəlki  sələfləri  qaydasında  olan 
kimi  məhv  etmədi.  Bunun  əvəzinə  onları  inandırdı  ki,  şərəfli  titullar,  sinekura 
vəzifələri  və  böyük  pensiyalar  naminə  öz  komandanlıqlarından  imtina  etsinlər.  Belə 
bir razılaşma Çin tarixində işlədilməmişdi. O, öz hiyləgərliyi ilə bütöv ölkəni yenidən 
birləşdirmək  üçün  xalqa  böyük  təsir  göstərdi.  Praqmatik  mülki  məhdudlaşdırma  və 
tarazlaşdırılma sistemi yaratdı. İmperator, akademiklərdən və digər məsləhətçilərdən 
əlavə  məsləhətlər  alırdı,  axırıncılar  rəy  məmurları  kimi  tanınırdı,  onların  funksiyası 
ayrı-ayrı  informasiya  kanalları  ilə  sarayı  təmin  etmək  və  inzibatçılıq  qollarını 
yoxlamaq idi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə