Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

59 
 
Konfutsi ideallarına əməl edərək Tay Tsu sadə həyat tərzi keçirirdi, nazirlərinə 
qulaq  asırdı  və  izafi  vergi  qoyulmasını  cilovlayırdı.  Onun  rejiminin  artan  nüfuzu 
işğallarına  da  şərait  yaradırdı.  Onun  imperiyanı  yenidən  birləşdirmək  proqramı 
müharibə və diplomatiyanın qarışığından ibarət idi. O, bir qayda olaraq əliaçıqlığı ilə 
rəqiblərini məğlub edirdi.  
Tay Tsunun qəfil ölümü onun qətlə yetirilməsi barədə fitnəkar şayiələrə səbəb 
oldu, baxmayaraq ki, çox güman ki, ölümün əsl səbəbi onun spirtli içkilərə olan meyli 
idi.  Rəvayət  belə  bir  faktla  daha  da  möhkəmləndi  ki,  onun  gənc  oğlu  məlum  qayda 
əsasında varislikdən imtina etdi. Əvəzində imperatorun gənc qardaşı, bu adam onun 
yanında yaxşı təcrübə qazanmşdı, taxt-tacı tutdu. Yeni imperaor Tay Tsun (976-997-
ci ilərdə hökmranlıq etmişdi) Xitan imperiyası ilə vuruşmaq üçün şimala tərəf döndü, 
bu vaxt 986-cı ildə bədbəxt məğlubiyyətə düçar oldu və qaçmaqla canını qurtara bildi. 
Məğlubiyyətin  səbəbi  təkcə  güclü  Xitan  süvarisinə  qarşı  atların  az  sayda  olması  və 
onları  yetişdirmək  üçün  otlaqların  olmaması  deyildi.  Bu  həmçinin  elə  siyasətin 
nəticəsi idi ki, generallar öz ordularından uzaqlaşdırılmışdılar, zabitlər mülki işçilərə 
tabe edilmişdilər. Əyalət orduları zəif idi və hərbi ruh tənəzzülə uğramışdı.  
Sun  heç  vaxt  Han  və  Tanla  müqayisə  oluna  bilən  hərbi  şücaətə  çata  bilmədi, 
hətta Hind-Çinə müdaxilə etdikdə də uğur qazanıla bilinmədi. Şərqi Asiyadakı nüfuzu 
ilə  kifayətlənərək  Çin  o  vaxtdan  etibarən  coğrafi  izolyasiyadan,  xüsusilə  Mərkəzi 
Asiyadan  izolə  olunmaqdan  əziyyət  çəkdi,  oradan  isə  çox  sayda  mənəvi  stimullar 
gəlirdi.  Daxili  irəliləyişlərin  gətirdiyi  təbii  iftixarla  birləşməklə  Çin  mədəni 
etnosentrizmi dərinləşirdi.  
Üçüncü  imperator  Tsen  Tsunun  (998-1022-ci  illərdə  hökmranlıq  etmişdi) 
başçılığı  altında  Sun  konsolidasiyaya  nail  oldu.  Təhlükə  törədən  Xitan  hücumu 
birbaşa  imperatorun  özü  tərəfindən  qarşılandı.  Bir  neçə  döyüşdə  heç  bir  tərəf  qalib 
gəlmədi. İki imperiya 1004-cü ildə birgə yanaşı yaşamaq barədə sülh bağladı. Xitan 
Böyük Səddin aşağısındakı bir dəfə işğal etdiyi mübahisəli əraziyə iddiasından imtina 
etdi  və  Sun  ildə  100  min  unsiya  gümüş  puldan  və  200  min  top  ipəkdən  ibarət  bac 
verməklə  razılaşmalı  oldu.  Bu  sərhədi  qorumaq  üçün  Sunun  ödədiyi  ağıllı  bir  haqq 
idi.  
Münəccimlərin  və  xoşa  gəlməyə  çalışan  yüksək  məmurların  öyrətmələri  ilə 
imperator  elan  etdi  ki,  o,  birbaşa  göylərdən  müqəddəs  sənəd  almışdır.  O,  göstəriş 
verdi  ki,  bu  hadisə  geniş  qaydada  bayram  edilsin.  Bayramda  bərpa  edilmiş  qədim 
müsiqi alətləri çalındı. O, bunun uzun müddət davam edəcəyinə ümid edirdi, lakin bu 
ümid  əbəs  oldu.  Onun  ölümündün  sonra  regentlik  edən  arvadı  –  dul  imperatriçə  ilə 
onun  yeniyetmə  yaşındakı  oğlu  imperator  Yen  Tsunun  (1023-1063-cü  illərdə 


60 
 
hökmranlıq  etmişdi)  aşağı zümrədən olan saray  qadını arasında münaqişə baş  verdi. 
Dul imperatriçə öləndən sonra imperator onun üçün seçilmiş öz imperatriçəsini boşadı 
və köhnə qadına olan rəğbətini saxladı.  
Konfutsi  əxlaqına  görə  boşanma  ədalətsiz  idi  və  imperiyanın  nüfuzuna  xələl 
gətirirdi.  Bu,  idealist  bürokratlar  arasında  narazılıq  yaratdı,  ancaq  bunun  heç  bir 
səmərəsi olmadı.  
Bu  vaxtdan  bürokratiya  –  Sunun  başlanğıcında  olduğundan  daha  yüksək 
keyfiyyətə malik oldu. Yaxşı nizamlanmış mülki xidmət imtahanları ali dərəcəli alim 
məmurlar  məhsulunu  yetişdirirdi.  Himayə  sistemi  öz  təyinatına  görə  məsuliyyət 
daşımadığından favoritizmi sıradan çıxarmaqla, həmçinin layiq olan irəliləmələrə və 
təyinatların  diqqətlə  seçilməsinə  şərait  yaratdı.  Birinci  dərəcəli  məmurların  çoxu 
Konfutsi ideallarını dəstəkləyirdi. Mütləqiyyətə ehtiram bəsləməklə onlar imperatorun 
uzun  illər  inandığı  veteran  baş  müşavirlərə  hücum  edirdilər.  Ona  görə  də  fraksiya 
mübarizəsi başlayırdı.  
Bir sıra böhranlar idealistlərin şikayətlərinin haqlı olduğunu göstərdi. Yarım əsr 
davam edən xoş günlərdən sonra sülh və inkişaf eroziya etməyə, dağılmağa başladı. 
Paytaxtın lap yanında qiyam baş verdi. İğtişaşlar vaxtı yerli qubernatorların özlərinin 
qabiliyyətsizlikləri  üzə  çıxdı.  Hsi  Hsiya  tərəfindən  şimali-qərb  sərhədində  təhlükəli 
müdaxilədə vassal statusunu rədd etməklə, onlar özlərini müstəqil çarlar elan etdilər. 
Digər  təhlükəli  müdaxilə  vasitəsilə  Xitan  hərbi  tarazlığın  dəyişilməsindən  fayda 
götürdü,  1043-1044-cü  illərin  böhranlı  şəraitlərində  sərhəddə  Hsi  Hsianı  dayandırıb, 
onu Suna fövqəlimperiya kimi hörmət bəsləməyə məcbur etdi. Aşağı Xitanla sülh illik 
bacın böyüməsinə səbəb oldu.  
Zahirdə  stabillik  görünüşünün  əksinə  inzibatçılıq  maşını  bir  daha  sürünüb 
yaxınlaşmaqda olan pisləşmənin qurbanı oldu. Bir sıra islahatçılar saraya qayıtdıqda, 
1050-ci  illərin  başlanğıcında  onların  idealizmi,  öyrətdikləri  siyasi  dərs  şəklini  aldı. 
Lakin bir çox fundamental problemlər həll olunmamış qalırdı. Artan hərbi xərclər heç 
də böyük səmərə vermirdi.  
Şen  Tsun  (1068-1085-ci  illərdə  hökmranlıq  etmişdi)  islahatçı  imperator  idi. 
Əvvəldən hökmdar saraydan kənar qüvvələrə arxalanırdı, sosial şəraitlərlə tanış idi və 
özünü  ciddi  öyrənmələrə  həsr  etmişdi,  atası  kimi  imperial  irsi  sadəcə  taxt-taca 
qalxmaq  kimi  qəbul  etməmişdi.  Şen  Tsunun  hökmranlıığından  dəyişikliklərə  olan 
ehtiyacları açmaqda cəsarət tələb olunurdu. O, alim-şair Yan An-şihi baş müşavir etdi 
və  bütün  islahatlar  aparmağı  ona  tam  etibar  etdi.  Yeni  qanunlar  və  ya  yeni  siyasət 
kimi tanınan bu islahatlar güclü institutsional dəyişiklikləri nəzərdə tuturdu. Nəticədə 
onlar  inzibati  səmərəliliyə,  maliyyə  gəlirinin  artmasına  və  hərbi  gücün  böyüməsinə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə