Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

61 
 
səbəb  oldu. Yanın  «on  min söz  memorialı» islahatların fəlsəfəsinin təsvirini  verirdi. 
Şərti  Konfutsi  nöqteyi-nəzərlərinin  əksinə  bu,  hökumətin  yolunun  yuksəlməsini 
dəstəkləyirdi.  Lakin  onların  idealı  iqtisadi  inkişafın  mahiyyətcə  sosial  mühiti  təmin 
edəcəyi  olmaqla,  konfutsiçi  olaraq  qalırdı.  Çünki  belə  mühit  də  özlüyündə  mənəvi 
rifahı inkişaf etdirəcəkdi.  
Əvvəllər  heç  vaxt  hökumət  belə  çox  iqtisadi  fəallıq  göstərməmişdi.  Vergini 
planlaşdırmaq  üçün  yüksək  vəzifə  təsdiq  edildi,  o,  Maliyyə  Komissiyasına  nəzarət 
edirdi,  qabaqcadan  baş  müşavirin  yuridiksiyasından  uzaq  idi.  Hökumət  valyuta 
ehtiyatını  böyütməklə  sürətlə  genişlənən  monetar  iqtisadiyyat  reallığı  ilə  üzləşdi. 
Dövlət  bir  zonadakı  spesifik  məhsulları  alıb,  başqa  yerlədə  pərakəndə  qaydada 
satmaqla, lazım olan vaxtlarda və yerlərdə qiyməti sabitləşdirməklə və özünə də fayda 
götürməklə  ticarətə  cəlb  olunana  çevrildi.  Bu  heç  də  özəl  ticarət  fəaliyyətini  əvəz 
etmək  deyildi,  əksinə,  hökumət  kiçik  şəhərlərdəki  və  regional  tacirlərə  borc 
verilməsini  genişləndirdi,  bu,  o  vaxtlar,  haqqında  eşidilməmiş  müasir  hökumət 
banklarına bənzəyirdi. Daha mühüm cəhət o idi ki, hökumətin marağının səviyyəsini, 
borcların faiz dərəcəsini müəyyən edən inspektor var idi. Bu kreditlər bəzən çox aşağı 
faizlə  verilirdi,  səpin  mövsümündə  bütün  kəndlilərə  20  faizlə  buraxılırdı,  bu  isə 
onlarda  əkinçilik  istehsalının  nəticəsinə  yaxşı  inam  yaradırdı.  Hökumət  müxtəlif 
şəhərlərdə  ehtiyat  üçün  əldə  lazım  olan  qədər  əmtəə  saxlamaq  üçün  anbarlar 
yaradılmasını da dəstəkləyirdi. Bu, Bibliyadakı İosifin Misirdəki bol məhsul illərində 
taxılı  tədarük  edib,  məhsul  qıtlığı  illərində  əhalini  aclıqdan  xilas  etmək  üçün 
anbarlarda saxladığına çox bənzəyir.  
Varlı  və  kasıb  adamların  borc  yükü  dərəcələrlə  verilən  ödənişlər  sistemi  ilə 
daha ədalətli qaydada tənzimlənirdi. Bu məhsul istehsal edilən torpaqların həcminə və 
məhsuldarlığına  əsaslanırdı.  Beləliklə,  bu,  sosializm  quruluşunun  mütləq  torpaq 
rentasından  imtina  edərək,  yalnız  differensial  torpaq  rentasını  tətbiq  etməsini  yada 
salır.  Buna  bənzər  qaydada  məcburi  əmək  də  dərəcəli  vergi  ödənişi  sisteminə 
keçirildi. 
Yanın islahatları hərbi gücün də böyüməsinə şərait yaratdı. Sun hərbi zəifliyini 
azaltmaq  üçün  kəndlərə  mütəşəkkil  militsiya  vəzifəsi  verdi,  bu,  sülh  dövründə  yerli 
qaydanı  qoruyub  saxlamalı,  müharibə  dövründə  isə  ordunun  ehtiyatı  kimi  xidmət 
etməli  idi.  Süvari  qüvvələrini  gücləndirmək  üçün  hökumət  atları  alıb  tədarük  edir, 
onları  şimal  və  şimal-qərb  zonalarında  kəndli  təsərrüfatlarına  verirdi  ki,  ailənin 
hansısa  bir  üzvü  orduda  öz  atı  ilə  xidmət  etmək  imtiyazına  malik  olsun.  Müxtəlif 
silahlar  da  həmçinin  inkişaf  etdirilirdi.  Bu  cəhdlərin  nəticəsi  kimi,  imperiya  şimali-
qərb sərhədində bir neçə kiçik qələbə çaldı. 


62 
 
Nəhəng  islahat  proqramı  güclü  bürokratiya  tələb  edirdi,  Yan  müxtəlif  siyasət 
növləri  üçün  onları  yaratmağa  çalışırdı.  Milli  dövlət  ərazisində  məktəb  sistemini 
inkişaf etdirirdi. Vacib fəaliyyət növləri olan olan hərbi, qanunçuluq və tibb sahəsində 
ixtisaslaşmış təhsil sistemi yaradılmışdı, bunlara isə Konfutsi təhsili laqeyd idi.  
Fraksiyaçılıq özünün məhv ediləcək olduğunu bir daha sübut etdi. İmperiyadakı 
sistem  təkcə  çox  funksiyalı  deyildi,  həm  də  pozucu  təsir  göstərirdi.  Canfəşanlıqla 
aparıldıqda, islahat  öz qazandıqlarını da itirirdi. 1093-cü ilə qədər  davam edən anti-
islahat dövründə islahatların əksəriyyəti ləğv edildi. Bərpa edilən islahat hərəkatı isə 
öz  orijinal  idealizminə  malik  olmadığından  sadəcə  kabusa  çevrildi.  Sülalənin 
yıxılması üçün islahatları biabır etməkdən ötəri mühafizəçilər hakimiyyətdən kənarda 
kifayət dərəcədə müstəvi tapırdılar.  
Sonrakı imperator Hui Tsun (1100-1125-ci illərdə hökmranlıq etmişdi) özü əla 
rəssam olmaqla incəsənətin böyük himayəçisi idi. Lakin bu onu yaxşı imperator edə 
bilmədi.  Əyləncələrə  maraq  göstməklə  və  dövlət  işləri  üçün  məsuliyyət  daşımaması 
ilə  o,  öz  fəaliyyətinə  inamını  itirdi.  Hakimiyyətdə  olanlar  nizamlama  sistemi  ilə 
istədikləri  kimi  davranaraq  izafi  vergi  gəlirləri  götürmək  istəyirdilər.  Bu  vaxt 
imperator çox baha bir imperial bağ saldırdı, o, cənnətə bənzər bir mənzərəyə malik 
idi. Olduqca böyük olan belə xərclər xəzinəni defisit vəziyyətinə saldıqda, o, hökumət 
məktəblərində  alimliyi  ləğv  etdi.  Alimlərin  ona  göstərdikləri  dəstək  tezliklə  yoxa 
çıxdı.  
Müharibədə və diplomatiyada daha ciddi laqeydlik özünü büruzə verirdi. Liao 
imperiyası  ilə  müqaviləni  və  dinc  yanaşı  yaşamağı  qiymətləndirməməklə  Sun 
Mancuriyada  olan  və  genişlənən  Cuçenlə  ittifaqa  girdi.  Liaonu  məhv  etmək  üçün 
onunla  birgə  hücuma  keçdi.  Liaonun  süqutu  sarayda  bayram  edildi.  Döyüşün 
əksəriyyətini  Cuçen  apardığından,  o,  Sunu  öz  borcunu  yerinə  yetirməməkdə  ittiham 
etdi. Cuçen tezliklə Sunun üzərinə hücuma keçdi. İmperator istefanı seçməli oldu və 
dövləti hazırlığı olmayan oğlunun ixtiyarına verdi, özü isə Yantszı regionundakı həzz 
səfərinə yollandı.  
Cuçen  Huan  Ho  ətrafını  təmizlədi  və  daxilən  çürümüş  Sunu  asan  bir  qurban 
kimi  tapdı.  1128-ci  ildə  Kayfenin  uzun  mühasirəsi  vaxtı  onlar  ardıcıl  olaraq  qızılla, 
gümüşlə,  daş-qaşla,  digər  qiymətli  şeylərlə  və  ümumi  resurslarla  haqq  ödənilməsini 
tələb edirdilər. Nəticədə yoxsullaşmış kütlə pis şöhrətə malik olan imperial bağı qarət 
edib,  ondan  ocaq  odunu  kimi  istifadə  etdi.  Saray  sirrli  maliyyə  gücü  hesabına  sülhü 
satın ala bildi. Cuçen qısa müddətdə mühasirəni qaldırdı. Qəflətən iki imperatoru və 
bütün  imperial  evini  əsir  kimi  götürüb,  onları  Mancuriyaya  sürgün  etdi  və  burada 
onlar Şimali Sunu faciəli sonluğa çatdırdılar.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə