Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

67 
 
Sun Çininin dəyişiklikləri mədəniyyəti yüksəltmək üçün xeyli dərəcədə kifayət 
idi. Kənd təsərrüfatının inkişafı 100 milyondan artıq əhali üçün yaxşı məhsul ehtiyatı 
istehsal  etməyə  imkan  vermişdi.  Həmin  vaxtkı  dünyada  bu,  ən  böyük  əhali  idi. 
Müxtəlif  növ  erkən  yetişən  düyü  XI  əsrdə  müasir  Kambocadakı  Çampadan  idxal 
edilirdi, onlar becərmə dövrünü 100 gündən az olan müddətə çatdırmışdılar, ildə iki, 
isti  cənubda  isə  üç  dəfə  məhsul  götürürdülər.  Digər  yeni  məhsullar  arasında  ən 
mühümü  pambıq  idi,  bu  həm  varlını,  həm  də  kasıbı  paltarla  eyni  qaydada  təmin 
edirdi.  İpək  və  kətan  həmçinin  mühüm  əhəmiyyət  daşıyırdı.  Yaxşılaşdırılmış  alətlər 
və mexaniki ixtiralar işçi qüvvəsinin səmərəliliyini artırmışdı.  
Qızıl,  gümüş,  qurğuşun  və  qalay  kimi  mineral  malların  da  istehsalı  artmışdı. 
Dəmir və daş kömür, axırıncı Marko Poloya görə qara daş kimi tanınırdı, istehsalı da 
sürətlə  yüksəlirdi.  Nəqliyyatın  qabiliyyəti  yaxşılaşdırıldı,  bu,  resurs  mənbələrində 
istehsal edilən məhsulu uzağa daşımağa imkan verirdi və uzaq hissələrdə məhsulların 
yararlı  qalmasına  şərait  yaradırdı.  Yollar  ətrafında  özəl  mehmanxanalar  yerləşirdi. 
Çaylarda gəmilər və barjlar üzürdü. İri gəmilər işçi qüvvəsi vasitəsilə sürətlə hərəkət 
edən təkərlərə malik idi. Onların çoxu dənizlərdə üzürdü.  
İnkişaf  etmiş  pul  iqtisadiyyatı  hər  yerdə  özünü  büruzə  verirdi.  Çox  sayda 
becərilən  torpaqlar  nağd  pula  satılan  məhsul  istehsal  edirdi.  1065-ci  ildən  nağd  pul 
şəklindəki vergi ödənişinə keçildi və bu, Tanın 749-cu ildə aldığından 20 dəfə çox idi. 
Cənubi Sunun gəliri taxıl və parça qəbuluna nisbətən daha çox nağd puldan ibarət idi. 
İqtisadiyyat,  daha  çox  dəyişikliklərə  lazım  olan  belə  bir  vəziyyətdə  tərəqqi  edirdi. 
Tacirlər  uçan  pul  adlanan  çeklərdən  istifadə  edirdilər.  Hökumət  regional  dövriyyə 
üçün  məhdud  qaydada  kağız  pul  çap  etməyə  icazə  versə  də,  sonra  onu  bütün  milli 
ərazidə leqal seçim yolu kimi səlahiyyətləndirdi.  
Bəzi  metropoliya  zonalarında  əhali  1  milyona  çatırdı,  250  mindən  500  minə 
qədər əhalisi olan bir düjün digər şəhərlər də mövcud idi.  
Əhali sıxlığı çox ciddi idi. Evlər adətən dar arakəsmələrə malik idi. Yanğınlar 
tez-tez baş verir və bədbəxtlik gətirirdi. Qonşuluqdakı yanğınsöndürmə dəstələri əllə 
su vurmaqla, evlərin məhv olmasının qarşısını ala bilmirdi və bəzi yanğınlar bir neçə 
gün davam edirdi. Buna baxmayaraq, şəhər həyatı inkişaf edirdi.  
Çay  evləri,  şərab  dükanları,  yüksək  ləzzətli  xörək  mətbəxləri  çox  sayda  və 
müxtəlif qaydada idi. Əyləncə üçün çoxlu şəraitlər yaradılmışdı. Yuxarı sinfə məxsus 
ailələr  yüksək  mədəniyyətdən  həzz  alırdılar,  buna  musiqi,  qumar  oyunları,  zövqlü 
hobbilər, kalliqrafiya, rəssamlıq və poeziya daxil idi. Gənc adamlar idmanla məşğul 
olurdular.  


68 
 
İqtisadiyyatın  dəstəyi  yararlı  bir  mərkəzdə  yerləşməsindən  asılı  idi.  Cənubi 
Sunun paytaxtı «tərəvəzi şərqdən, suyu qərbdən, ağac materialını cənubdan, düyünü 
isə şimaldan alırdı». Axınlar həm də kanalizasiya sistemi kimi işləyirdi.  
İxtisaslaşmaya görə bilik genişlənirdi. Təbabət akupunktura, diş, burun-boğaz, 
göz həkimliyi, revmatizm və iflicin müalicəsi kimi sahələri əhatə etdi. Texnologiyanın 
yaxşılaşdırılması tələbinə neokonfutsionalizm fəlsəfəsi müəyyən müraciətlərlə kömək 
edirdi,  elmdə  meydana  çıxan  bir  sıra  tədqiqatların  inkişafına  şərait  yaradırdı.  Çap 
etmə  ilə  savadlılıq  genişlənmişdi.  Klassikanın  öyrənilməsi  ilə  çox  sayda  alimlər 
yüksək  standartlara  nail  olmuşdular.  Astrologiya,  arxeologiya,  fəlsəfi  izahatlar, 
dövlətçilik ideyaları, poeziyanın klassik formaları inkişaf edirdi.  
Çin  mədəniyyətinin  Sun  irsi  ətalətdən  çox  uzaq  idi.  Qədim  başlanğıclara 
əsaslanmaqla  o,  yeni  fəvvarə  vurana  çevrildi  və  bu,  sonrakı  əsrlərdə  də  aparıcı  rol 
oynadı.  
 
 
 
Yuan sülaləsi 
 
Çingiz  xan  1206-cı  ildə  Çində  monqol  tayfaları  üzərində  ali  hakimiyyətə 
yüksəldi və bir neçə ilin içərisində o, Şimali Çini işğal etməyə cəhd etdi. Hsi Hsianın 
Tanqut  dövləti  və  şimali-şərqi  Tibetlə  ittifaq  bağlayıb,  Cuçenə  qarşı  hücum  üçün 
əlverişli şərait yaratdı. Monqol orduları öz hücumuna 1211-ci ildə başladı, şimaldan 
üç qrupla müdaxilə etdi. Çingiz xanın özü isə mərkəzi qrupa başçılıq edirdi.  
Monqollar  mühasirə  sahəsində  və  sıx  əhalisi  olan  zonalarda  müharibə 
aparmaqda az təcrübəyə malik idilər. Onların gücü başlıca olaraq süvari hücumlarında 
idi.  
1215-ci  ildən  sonra  Cuçendəki  Çin  şimalda  monqollarla,  cənubda  Sun  Çini 
arasındakı  kiçik  bufer  dövlətə  çevrildi.  Hsi  Hsiaya  qarşı  1226-1227-ci  illərdəki 
monqol kampaniyaları və 1227-ci ildə Çingiz xanın ölümü Cuçen Çininə azacıq fasilə 
verdi, lakin monqollar öz hücumlarını 1230-cu ildə bərpa etdilər.  
Sun  Çini  Cuçenə  itirdiyi  bəzi  əraziləri  geri  almağına  şans  yarandığını  görüb, 
monqollarla  ittifaq  bağladı.  Cuçen  Çininin  imperatoru  paytaxt  təslim  olmamışdan 
əvvəl Honandakı axırıncı iqamətgahına köçdü, lakin bu qaçma fəlakətli oldu. 1234-cü 
ildə imperator özünü intihar etdi və mütəşəkkil müqavimət kəsildi. Bu dövlətin cənub 
sərhədi  –  Huay  Ho  bu  vaxt  şimali  Çindəki  monqollara  tabe  olan  ərazinin  sərhədinə 
çevrildi.  


69 
 
Sonrakı  onillikdə  Çinin  şimalındakı  monqollarla  cənubdakı  Sun  dövləti 
arasında  heç  də  asan  olmayan  birgəyaşayış  vəziyyəti  davam  etdi.  Monqollar  Çingiz 
xanın nəvələri Böyük xan Mönkenin və onun qardaşı Xubilay xanın başçılığı altında 
1250-ci ildə öz irəliyə doğru hərəkətlərini bərpa etdilər. Onların orduları Yantszı çayı 
üzərindəki başlıca Çin müdafiə məntəqələrinə çatdılar və indiki Yunnan əyalətindəki 
cənubi-qərbi  Çinin  xeyli  içərilərinə  girdilər.  Burada  müstəqil  Tay  dövlətini  işğal 
etdilər və hətta indiki Şimali Vyetnama çatdılar. 1259-cu ildə Mönke öldü və Xubilay 
onun varisi oldu. Xubilay Sun sarayına səfir göndərib, dinc yanaşı yaşamaq şəraitinin 
yaradılmasını  təklif  etdi.  Lakin  Sun  hökuməti  onun  diplomatik  missiyasını  cavabsız 
qoydu.  
Sun  kansleri  güman  edirdi  ki,  Xubilaya  qarşı  vuruşmağa  risk  etmək  üçün  Sun 
kifayət qədər möhkəm mövqeyə malikdir, ona görə də Xubilay tərəfindən təklif edilən 
şansa  məhəl  qoymadı.  Sun  generallarının  bir  neçəsi  sonralar  monqollara  döyüşsüz 
təslim oldular.  
1268-ci ildən monqollar bir neçə cəbhədə hücuma keçdilər. Beş il ərzində onlar 
Hsian-yanı mühasirədə saxladılar. Marko Polo öz kitabında lovğalanır ki, onun atası 
və  əmisi  monqollar  üçün  katapulta  yaratmışdılar,  lakin  Çin  mənbələri  qeyd  edir  ki, 
mühasirə artilleriyası birbaşa İraqdan olan ərəb mühəndislərinin rəhbərliyi altında idi. 
Nəhayət,  1273-cü  ildə  Çin  komandiri  təslim  oldu.  Lakin  monqollardan  belə  bir  vəd 
alına bildi ki, əhaliyə aman veriləcəkdir və onun özü isə köhnə düşmənlərinin yanında 
vəzifə tutdu.  
Xubilay  xan  öz  qüvvələrini  xəbərdar  etdi  ki,  mənasız  qırğına  yol  verməsinlər. 
Yantszı  çayı  üzərində  bir  neçə  prefektura  təslim  oldu,  monqol  qoşunları  Lin-ana 
çatdılar. Sun sarayının son dəqiqələrdəki sülh bağlamaq cəhdləri uğursuzluğa uğradı 
və  monqol  orduları  fevral  ayında  Lin-anı  tutdu.  Hökmranlıq  edən  Sun  dul 
imperatriçəsi  və  nominal  imperator  olan  oğlan  qayıqla  ölkənin  içərilərinə  qaçdılar, 
sədaqətli  nazir  isə  çayda  batdı  və  sonuncu  sağ  qalan  imperial  printslər  isə  okeanda 
qərq  olub,  həyatla  vidalaşdılar.  Mütəşəkkil  müqavimət  tezliklə  başa  çatdıqda,  xarici 
müdaxiləçilər tarixdə ilk dəfə olaraq artıq bütöv Çin imperiyasına nəzarət edirdilər. 
Hələ  1211-1215-ci  illərdə  monqollar  Çinin  şimalında  uğur  qazandıqdan  sonra 
bu  ərazini  necə  idarə  etmək  və  iri  oturaq  əhalidən  maddi  faydanı  necə  əldə  etmək 
problemi  ilə  üzləşmişdilər.  Onlara  həmin  vaxt  xitan-çinlilər,  hətta  Cuçen  reneqatları 
kömək  edirdilər.  Bunun  əvəzində  onlara  çöl  kübarlığının  yüksək  rütbələrinə  bənzər 
vəzifələr verilirdi.  
Monqol  işğalının  ilkin  illəri  ərzində  hökumət  sistemi  monqol  hərbi 
inzibatçılığının və çinli ənənələrinin sintezindən ibarət idi. Monqol inzibatçılığında ən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə