Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

72 
 
varislərinin dövründə özünü göstərdi və Yuan sülaləsinin son hökmdarı olan Toqon-
temirin  hökmranlığında  maksimum  həddə  çatdı.  Toqon-temirin  özü  Çin 
sivilizasiyasına  heç  də  dostcasına  münasibət  bəsləmirdi.  Həm  də  bu,  bir  çox  aparıcı 
monqol xadimlərinin Çin mülki institutlarına qarşı nifrətini dəyişdirə bilmirdi. Əsrlər 
ərzində Çin öz sarayındakı qrup fraksiyaçılığı ilə tanınmışdı, ancaq bu, əsasən siyasi 
mənada  vuruşma  idi.  Monqol  franksionalizmi  isə  adətən  hərbi  gücü  qazanmağa 
yönəlirdi.  Monqol  idarəetmə  sinfinin  hərbiləşməsi  tədricən  Çin  cəmiyyətinə  də 
keçirdi.  Zəif  imperatorun  başçılıq  etdiyi  mərkəzi  inzibatçılıq  öz  aliliyini  saxlamaq 
qabiliyyətinə malik deyildi.  
Beləliklə,  monqol  idarəçiliyinin  hərbi  xarakteri  çinli  qiyamları  üçün  yola  daş 
döşədi,  onlardan  bəziləri  yuxarı  siniflərdən  gəlirdi  və  istismar  edilən  kəndlilər 
arasında  tərəfdarlar  tapırdı.  Monqol  sarayı  və  əyalət  inzibatçılığı  müəyyən  sayda 
sədaqətli zabitlərə və əsgərlərə arxalana bilərdi. Beləliklə, qiyam hərəkatının 1350 və 
1360-cı illərdəki proqressi yavaş sürətlə getməkdə qalırdı. Nankin şəhərini öz bazası 
kimi  seçən  qiyam  orduları  1368-ci  ildə  Ta-tunu  tutdular.  Monqol  imperatoru  Şan-
tuya,  sonra  isə  Xarici  Monqolustana  qaçdı,  onun  arxasınca  devrilmiş  hökumətin 
qalıqları da getdi.  
Sonrakı əsrdə monqollar hələ də Çinin güclü potensial düşməni olaraq qalırdı 
və  Monqolustanda  Çingiz  xan  nəsli  özünü  Çinin  legitim  hökmdarları  kimi 
qiymətləndirməkdə davam edirdi. Monqol hökmranlığının əsri Çin hökuməti üzərində 
davam  edən  bir  sıra  xüsusiyyətlər  qoymuşdu  –  imperial  mütləqiyyətin  avtoritar 
idarəetməsinin  müəyyən  kobudluğu  Yuan  sülaləsindən  irs  kimi  götürülmüşdü  və 
bunlar varislik edən Çin hökumətinə də xas idi.  
Taxt-tacda  olanların  səfehliyi,  saraydakı  fraksionalizm,  monqol  generalları 
arasındakı  rəqabət,  səmərəsiz  nəzarət,  əyalət  və  yerli  inzibatçılığın  səmərəsiz 
koordinasiyası  1340-cı  illərdən  Yuan  sülaləsi  hökumətini  ciddi  sürətdə  zəiflətdi. 
1334-ci  ildə  Huan  və  Huay  çaylarının  hövzələrində  fəlakətli  daşqın  uzun  müddət 
ərzində  istismar  edilən  yüz  minlərlə  çinli  kəndliləri  açıq  üsyana  qaldırdı.  Üsyan 
hərəkatı xüsusən mərkəzi Çində sürətlə və geniş sürətdə yayılırdı. Yuan tayfa başçıları 
Ta-tuja (indiki Pekin) ağalıq etmək üstündə bir-birləri ilə rəqabət aparanda, bu üsyan 
ayrı-ayrı  əyalətlərdə  genişlənəndə,  cənuba  keçəndə  yaranan  dövlətlər  problemi  həll 
etmək  əvəzinə  özlərini  qoruyub  saxlamaq  və  ali  mövqe  üstündə  mübahisəyə 
başladılar.  Belə  qarışıqlıqdan  kənarda  Min  adlanan  yeni  yerli  sülalə  (1368-1644-cü 
illər) meydana gəldi.  
 
Min sülaləsi 


73 
 
 
Yeni sülalənin banisi Çu Yuan- can Kayfen şəhərindən olan ailədən idi.. Yuan 
dövrlərində  ailənin  vəziyyəti  Anveydə  gəzib-dolaşan  icarəçi  əkinçilər  arasında  daha 
da  pisləmişdi.  1344-cü  ildə  aclıq  və  taun  xəstəliyi  nəticəsində  yetim  qalan  gənc  Çu 
kiçik  buddist  monastırına  götürülmüşdü.  O,  üç  il  ərzində  Huay  hövzəsində  dilənçi 
kimi  dolaşmışdı,  sonra  isə  monastırlarda  buddist  keşiş  olmaq  üçün  təhsil  almışdı. 
1352-ci  ildə  daşqınlardan,  qiyamlardan  və  Yuanın  quldurcasına  istismar 
kampaniyalarından  sonra  bütöv  region  viran  qalmışdı.  Çunu  üsyana  qoşulmağa 
inandırdılar.  O,  qiyamçı  Sun  rejiminin  cənub  cəbhəsindəki  ən  uğurlu  generalına 
çevrildi və 1356-cı ildə Nankini işğal edib, orada öz qərargahını qurdu. Bu, Yantszı 
çayının üstündə yerləşən sıx əhalisi və strateji əhəmiyyətli olan bir şəhər idi. Burada 
o,  köhnə  hökumətin  qalıqlarını  toplamağa  başladı  və  öz  hərbi  gücünü  xeyli 
möhkəmləndirdi.  1360-cı  illə  1367-ci  il  arasında  onun  orduları  Yantszı  vadisinin 
mərkəzi  və  şərq  tərəflərindəki  geniş  ərazilərə  nəzarəti  ələ  keçirdi.  Sonra  Çu  bütün 
Çini  monqol  hökmranlığından  azad  etmək  niyyətini  bəyan  etdi  və  1368-ci  ilin 
başlanması  ilə  yeni  sülaləsini  yaratdığını  elan  etdi.  Sülalənin  adı  olan  “Min”  sözü 
«parlaqlıq»  mənasını  verirdi,  Manixeyn  təsirini  ifadə  edirdi,  bu  təlim  altında  isə  Çu 
görkəmli vəziyyətə nail olmuşdu.  
1368-ci ildən o, güclü kampaniya apararaq monqolları Şandun, Honan və Şansi 
əyalətlərindən və Ta-Tunun özündən qovdu, beləliklə, Min hakimiyyəti xeyli ərazilərə 
genişləndi.  Şimali-qərbdə  monqollara  qarşı  aparılan  kampaniya  Mərkəzi  Asiyaya, 
şimali-qərbdə  Mancuriyaya,  şimal  tərəfdə  Karakorumun  arxasındakı  Xarici 
Monqolustana və demək olar ki, Baykal gölünə yol açdı.  
Belilklə, Çu Yuan-çanın 30 illik hökmranlığı 1398-ci ildə yeni sülalənin bütün 
müasir Çinin ərazisinə nəzarət etməsi ilə nəticələndi.  
Min  sülaləsi  16  imperatorun  hökmranlığını  əhatə  etməklə,  Çin  tarixinin  ən 
stabil  və  uzun  sürən  sülalələrindən  biri  oldu.  Koreyanın,  Monqolustanın,  Çin 
Türküstanının, Birmanın, Siamın və Vyetnamın hökmdarları müntəzəm olaraq Minin 
ağalığını  etiraf  edirdilər.  Bəzi  vaxtlarda  uzaqlarda  yerləşən  Yaponiyadan,  Yava  və 
Sumatradan,  Seylon  və  Cənubi  Hindistandan,  Şərqi  Afrika  sahillərindən,  Persiya 
körfəzi  regionundan  və  Səmərqənddən  bac  qəbul  edilirdi.  O  vaxtki  Çin  dövlətinin 
beynəlxalq  gücünü  və  nüfuzunu  bərpa  etmələri  Min  imperatorlarını  xüsusilə 
şərəfləndirir,  bu  nüfuz  isə  VIII  əsrdən  tənəzzüldə  olmuşdu.  Min  imperatorları  yəqin 
ki, bir sıra yeni Çin hökmdarlarına nisbətən Şərqi Asiyada daha yüksək təsir gücünə 
malik  olmuşdular  və  onların  Portuqaliya,  İspaniya,  Rusiya,  Britaniya  və  Hollandiya 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə