66
ABŞ-ın siyasətinin davamçıları və ötürücü qayışları rolunda çıxış edirlər.
Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankının (DB) və Beynəlxalq Ticarət
Təşkilatının (BTT) qərarları beynəlxalq təşkilatların əsas donorları olan ABŞ-ın və
Avropa Birliyinin sanksiyaları olmadan qəbul edilə bilməz. ABŞ və müəyyən
həddlərdə Avropa İttifaqı bütün dünyada özlərinin maliyyə fəaliyyəti və ticarət
şərtlərini diqtə edirlər. ABŞ-ın razılığı olmadan Dünya Təşkilatına üzv olmaq belə
qeyri-mümkündür. Digər tərəfdən amerikan dəyərlər sisteminin zəfəri, neoliberal
iqtisadiyyat və siyasi demokratikləşmə proqramlarının vəhdəti ilə təmin
olunmaqla, ABŞ-ın qlobal siyasətinə yaşıl işıq yandırmışdır.
Maliyyə sferasındakı innovasiyalar qloballaşmanın sürətlə getməsini
şərtləndirir. Valyuta bazarları vasitəsilə nəhəng pul məbləğlərinin ötürülməsi,
transmilli möhtəkirlik sövdələşmələrinin bağlanması, birbaşa xaricdə investisiyalar
kütləisnin dünya ticarəti dövriyyəsindən üç dəfə tez artması, valyuta və maliyyə
bazarlarında beynəlxalq ticarətin həcmindən 50 dəfə artıq olan sövdələşmə məbləği
iqtisadi qlobalaşmaya mane olan hədlərin domino prinsipi ilə dağılmasını nümayiş
etdirir. Dünya miqyasında maliyyə resursları axını nəticəsiz qalmır, həm də digər
vasitələrin səfərbər olunması ilə qərb (hər şeydən əvvəl-amerikan) davranışı, həyat
tərzi, istehlak və əyləncə standavrtlarının yayılması ilə müşayiət olunur.
Əlbəttə, qloballaşma təkcə iqtisadiyyat ilə məhdudlaşmır. Nəqliyyatın və
kommunikasiya vasitələrinin xüsusən televiziya və internetin inkişafı ölkələr və
qitələr arasında məsafələrin qət edilməsini əhəmiyyətli dərəcədə asanlaşdırmışdır.
Miqrasiya, özü də daha irəli getmiş qərb ölkələrinə insan axını əhalinin etnik və
irqi tərkibini sürətlə dəyişir. Milyonlarla insan internet vasitəsilə əcnəbi
həmsöhbətləri ilə, öz binasında yaşayan qonşuları ilə olduğundan daha tez-tez
ünsiyyətə girir.
Qloballaşma həm də hüquqi və siyasi aspektlərə malikdir. Dünyada
hökumətlərarası şəbəkədən ibarət mürəkkəb sistem meydana gəlmişdir, onların
çərçivəsində beynəlxalq hüquq qaydaları rəsmiləşmişdir. Bağlanmış müqaviləlirn
pozulması siyasi, iqtisadi, hərbi silahlı müdaxilələrə qədər sanksiyaların tətbiq
edilməsinə səbəb olur.
Qloballaşmanın əlehdarları da az deyildir. Onların üsyankar düşüncələri
milli dəyərlərin və dövlət müstəqilliyinin itirilməsi probleminə əsaslanır. Onlar
amerikan istehsal münasibətləri prinsiplərinin «müqəddəs dəyərlər»-milli ənənələr
sahəsinə müdaxilə etməsinin əleyhinə çıxış edirlər və bunu əsas götürürlər ki, bu
ənənələr bütöv nəsillər tərəfindən yaradılmış və milli ruha kök salmışdır.
Qloballaşma mürəkkəb proses olduğundan ona qarşı yönələn xəttlər
sırasında
regionalizmi,
ənənəçiliyi,
lokalizasiyanı
və
dünyanın
fraqmentləşdirilməsini xüsusən qeyd etmək lazımdır. «Regiolalizm», dövlətlərin
regonal qruplaşmaları arasında bölgü xəttinin meydana çıxmasında, özünü göstərir
və qloballaşma konteksində həmin qruplar öz mövqelərini möhkəmləndirməyə
cəhd edirlər. «Ənənəçilik», müasirliyin mücərrəd konsepsiyasına inkar etmək olub,
obskurantizm və millətçiliyi bərpa etmək, arxaikanı ıə yaddan çıxmış mədəni
fetişləri şöhrətləndirmək yoludur. «Lokalizasiya», xüsusi dəyərlər sistemi ilə
birlikdə müxtəlif mədəni arealların özünü qoruyub saxlaması cəhdidir. Bura
67
traybalizm, fundamentalizm, millətçilik, faşizm, sosializm, feminizm və ekologizm
daxildir. Dünyanın fraqmentləşdirilməsi, irqi, milli və mədəni fərqlər hesabına
müxtəlif beynəlxalq birlikliklərin parçalanması və maraqların toqquşmasıdır.
Böyük tənqidçilər ordusu ilə yanaşı çox sayda mütəfəkkirlər qloballaşmada
bəşəriyyətin gələcəyini görürlər. Onlar suveren dövlətlərin öz ömrünü başa
çatdırılmasına, tədricən ölüb getməsinə dərindən əmindirlər. Onların düşüncələrinə
görə hətta siyasi və iqtisadi müstəqilliyə, mütləq suverenliyə nail olmaq uğrunda
aparılmış mübarizə qloballşamaya münasibətdə bütün dünyadakı «havanı»
dəyişmək iqtidarında deyildir. Bu prosesin başlanğıc təzahürlərini biz artıq
müşahidə edirik. Avropada əsrlərlə bir-birilə müharibə aparmış dövlətlər köhnə
ədavət miraslarını büsbütün unudaraq, onların tarix qəbirstanlığında dəfninə
fərman vermiş, yeni dünyabaxışın təsiri ilə hərtərəfli və sıx ittifaqda və ya
əməkdaşlıqda fəaliyyət göstərmək, birləşmək yoluna üstünlük vermişlər. Tarixi
perespektivdə dövlətlərin daha çevik icmalar tərəfindən əvəz edilməsi güman
edilir, çünki bu icmalar qlobal strukturlara daha yaxşı uyğunlaşacaqlar,
«müstəqillik sindromundan» azad olacaqlar, ərazi bütövlüyünə müqəddəslik
qaydasında əhəmiyyət verməyəcəklər, ön plana minillərin adətləri və xurafatları ilə
ağırlaşmış prinsipləri deyil, operativ maraqları, zamandan irəli gələn tələbləri
qoyacaqlar.
Bəziləri isə hesab edir ki, qloballaşmış dünyada bütün planet vahid
cəmiyyətdən və vahid mədəniyətdən ibarət olacaqdır, özü də harmonik qaydada
inteqrasiya edilmiş deyil, fərqlənmənin yüksək səviyyəsinə, çox qütblülüyə və
xaosa tərəf meyl edəcəkdir. Ərazi prinsipi sosial və mədəni həyatda aparıcı rol
oynamasını dayandıracaqdır. Bu cəmiyyət sərhədsiz və bölgü xəttlərindən xali
olacaqdır. «Planetar kənd» yaranması ideyası da irəli sürülür ki, bu şəraitdə
planetin hər bir sakini KİV-in köməyi ilə dünya əhəmiyyətli hadisələrin şahidinə
çevrilə biləcəkdir.
Əlbəttə proses böyük və mürəkkəb olduğundan proqnozların çoxluğu və
müxtəlifliyi qanunauyğun hal sayılmalıdır, qarşıdakı dövrün qatı dumanı içərisində
görünməyənləri irəlicədən görmək çox vaxt mümkün olmadığından, çoxları
təxəyyüllərini nümayiş etdirmək üçün «Pandora yeşiyini» açmağa üstünlük
verirlər.
İnformasiya qloballaşması mədəni qloballaşma ilə əlaqədardır, axırıncı
dünyanın xalqlarını bir tipli məhsula çevirəcəkdir, çoxəsrlik milli ənənələr isə
etnoqrafik muzeylərin mülkiyyətinə keçəcəkdir. Eyni musiqi, eyni paltar, eyni
həyat tərzi-bütün bunlar kütləvi mədəniyyət tərəfindən müxtəlif qitələrin və
ölkələrin sakinlərinə fəal qaydada aşılanır. Qərb mədəniyyət ştampları bütün
dünyaya öz möhürünü vurmağa can atır.
Qloballaşmanın ən ciddi məsələlirndən biri dəyərlərə münasibətdir.
Şəxsiyyət, onun dünya görüşü üzərində ideoloji nəzarətin qoyulması təhlükəsi
mövcuddur. Bu mənada qloballaşma sosializmin ideoloji hökmranlıq modelini
təkrarlamağa girişir və beləliklə hər şey öz yerinə qayıdır. İndi çoxlarını bir sual
düşündürür-hansı dəyərlərə üstünlük veriləcəkdir? Bütün xalqlara «vahid
standartlarımı» aşılanacaq, yaxud da onlar öz ənənələrini, əvəzedilməz nemət
Dostları ilə paylaş: |