130
Səddam heykəl qoymaqda Roma imperatorlarını
ötüb keçmişdi
Bu xalqın böyük bədbəxtliyidir ki, Səddam 34 ilə yaxın bir müddətdə ona
ağalıq edib, son 24 il ərzində isə təkbaşına diktaturasını qurmaqla ölkəni idarə
edib. Onun rejimi xüsusi qəddarlığı ilə seçilirdi, öz yaxınlarından başqa hamını
qırmağa və məhv etməyə hazır idi. Ölkədə yaşayan ayır-ayrı xalqlar, dini qruplar
öz hüquqlarını tələb etdikdə, onlar qırğınlara, repressiyalara məruz qalırdı. Səddam
bütöv xalqları öz iyrənc siyasəti naminə təcrübə dovşanlarına çevirməyə hazır idi,
onların üzərində kütləvi kimyəvi silahl növlərini sınaqdan keçirməkdən də
çəkinmirdi. Ölkə aclıq, səfalət içərisində idi. Təbiətin bu xalqa bəxş etdiyi bir
xilasedici nemət olan xurma, iraqlıların çoxunu acından ölmək kimi ağır və
biabırçı sonluqdan qoruyurdu. Elə bu vaxt Səddam özünə ölkənin iri şəhərlərində
saysız-hesabsız dəbdəbəli saraylar tikdirirdi. Bu saraylar orta əsrlər Avropasını
bəzəyən qəsrlərdən daha böyük, daha təmtəraqlı idi. Onların hər biri həm də onun
və ailəsinin şəxsi təhlükəsizliyi üçün bir istehkam, bir qala rolunu oynamaq üçün
hər şeylə təchiz edilirdi. Onun yaxtalarının böyüklüyü hesabına sularında üzdüyü
Dəclə çayı da Şərq şəhərlərinin küçələrindən axan kiçik arxa bənzəyirdi.
Səddam özünə çox sayda heykəl qoydurmaqda Qədim Roma imperatorlarını
ötüb-keçmişdi. Şəhərlərin hamısını onun monumental heykəlləri bəzəyirdi.
Heykəllərdən bir az aralı isə onun iri portretlərini nümayiş etdirən portallar, iri
divarlar tikilirdi. Məktəb uşaqları yazmağa dəftər tapmayanda, tonlarla qiymətli
kağızlar onun portretlərinin çap edilməsinə işlədilirdi. Öz
valideynlərinin portretinə
malik olmayan iraqlı Səddamın portretini gəzdirməklə, evində, iş yerində onu
asmağı ilə öyünməyə məcbur idi.
Səddam özünün sönməyən, daha da gur alovlanan böyüklük maniyası ilə
seçilirdi. O, ərəb dünyasının lideri olmağı çox arzu edirdi, bu baş tutmayanda
bütün ərəb dövlətlərinə düşmən kəsilməyə başladı. O, müsəlman olsa da, təkcə
müharibə Allahına sitayiş edirdi, xalqını ağılsız, taqətdən salan müharibələrə cəlb
etmək üçün ən kiçik şansı belə əldən buraxmırdı. 1980-ci ildə İran İslam
inqilabının qələbəsindən sonra, orada vətəndaş müharibəsi ərəfəsi olduğunu güman
edərək, həm də öz əhalisinin 60 faizini təşkil edən şiələrin qalxmasından qorxaraq,
Hörmüz boğazına nəzarəti ələ keçirmək üçün İrana hücum etdi. Bu, səkkiz ildən
artıq davam edən qanlı müharibənin başlanmasına səbəb oldu. 1988-ci ildə bu
ağılsız müharibə başa çatdı və yalnız 1990-cı ildə Küveytə hücum edəndə İraq
İranın sülh şərtlərini qəbul etməyə məcbur oldu. Müharibə İraqa ağır maddi ziyan
vurdu, bir sıra yaşayış məntəqələri viranəyə çevrildi. İraq heç nə qazanmadığı bu
müharibədə yarım milyon insan həyatını qurban verdi.
İranla üzücü müharibədən iki il keçməmiş, İraq 1990-cı ilin avqustunda
Küveyt ərazisini anneksiya etmək məqsədilə, bu qonşu ərəb ölkəsinə silahlı
müdaxilə etdi və bu 1991-ci ilin yanvar-fevral ayında davam edən Körfəz
müharibəsinə gətirib çıxardı. İraq qoşunları Küveyt şəhərini işğal edəndə ona
böyük ziyan vurdu, onun infrastrukturunu dağıtdı. Çoxlu küveytli qaçqın düşdü.
İraq Küveytin neft quyularını yandırdı və Körfəz sularının neftlə xeyli çirklənməsi
131
nəticəsində ciddi ekoloji problemlər yarandı.
Milyonlarla adam ərzaqdan, dərmanların yoxluğundan əziyyət çəkdiyi halda,
Səddamın iri saraylar tikdirməsi əməliyyatı daha sürətlə davam edirdi. Onun
dövlətdən (oxu: xalqdan) oğurladığı pullar dünyanın iri banklarına qoyulurdu. Bəzi
mülahizələrə görə, Səddamın özünün 25 milyard dollarlıq kapitalı var. Onun
klanının və vəzifəli adamlarının kapitalları da nəzərə alınsa, bu rəqəm xeyli
böyüyər. Onun daşınmaz əmlakının da dəyəri, yəqin ki, çox iri məbləğlərdə ifadə
oluna bilər.
Səddam qəddarlığı Mesopotamiya çarlarından öyrənib
Səddam tarixin qəddarlarına xüsusi ehtiramla yanaşırdı. Axı Mesopotamiya
qədim dövrlərdə də Assuriyanın və Yeni Babilistanın qaniçən hökmdarlarını az
görməmişdi. Assuriyanın m.ə. VII əsrdə çarı olmuş Aşşurbanipal şəhərləri daşqın
kimi məhv etdiyi ilə, rəqiblərinin başını özünə oturacaq etməsilə öyünürdü.
Səddam da belə məğrurluq hisslərindən xali deyildi, ABŞ prezidentinin portretini
döşəməyə vurdurmuşdu ki, iri mehmanxanaya girib-çıxanlar onu tapdalasınlar.
Yəqin ki, o sonuncu Babilistan çarı Valtasar kimi çoxlu ziyafətlər keçirmək
ənənəsinə də laqeyd deyildi.
Səddam da zənginliklə öyünməkdən həmişə həzz alırdı. Ancaq gərək o
Valtasarın m.ə. 539-cu ildə ölümündən bir az əvvəl keçirdiyi 1000 nəfərlik ziyafəti
də yaddan çıxarmayaydı. Axı həmin ziyafətdə çar sehrli əllə divarda “mene-mene,
tekel, parsin” sözlərinin yazıldığını görmüşdü. Bu sözlərin mənasını izah edən
müdrik Daniel, Allah tərəfindən onun hökmranlığının günlərinin sayıldığını və
onların sona çatdırıldığını bildirmişdi. Həmin ziyafətdə çariça onu sakitləşdirmiş
və “çar, əbədi yaşa” deyə qışqırmışdı. Lakin elə həmin gecə Valtasar öldürüldü,
ölkə isə Persiya çarı Böyük Kir tərəfindən işgal edildi və Babilistanın varlığı da
tarixə təhvil verildi.
Səddam öz saraylarının divarlarında, Valtasardan fərqli olaraq, Allahın
xəbərdarlıqlarını görə bilmədi, xalqın harayını da eşitmədi. Ona görə də, bu
xəbərdarlığı həmin divarlara amerikan raketlərinin və bombalarının zərbəsi
yazanda da, Səddam bunları görməkdən imtina etdi. Yalnız amerikan əsgərləri
Bağdadın küçələrində görünəndə, Səddam və onun oğulları, əlaltıları yoxa çıxdı,
qeybə çəkildi. Səddamın korluğu və karlığı yazıq İraq xalqına çox baha başa gəldi.
Müharibə başa çatandan sonra Bağdadda və İraqın digər iri şəhərlərində
soyğunçuluq, qarət baş alıb getdi. Adamlar qarət naminə bu ərazinin qədim
tarixinin nişanələrini də muzeylərdən götürüb, evlərinə daşımağa başladılar.
Çoxları bu məsələdə iraqlıları qınayır. Mən isə yalnız Səddamı qınayıram, onu
ittiham edirəm. Bu qarətlərin də təşkilatçısı, rəhbəri, yol göstərəni odur. Bu ittiham
iki səbəbə əsaslanır. Birincisi, Səddam özünün uzunmüddətli hakimiyyəti
dövründə o qədər talançılıqla, qarətçiliklə məşğul olub ki, xalq ondan belə tərbiyə
alıb, onun nümunəsindən bu biabırçılıqları öyrənib. Səddam soyğunçuluqda iştirak
edən bütün iraqlılardan daha çox, daha yırtıcı acgözlük göstərib. Diktatorun iyrənc
irsi özü ilə eyni vaxtda aradan çıxmır. Hələ uzun müddət davam edir. İkincisi,