Telman orucov


Səddam heykəl qoymaqda Roma imperatorlarını



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   61   62   63   64   65   66   67   68   ...   171

130 
 
Səddam heykəl qoymaqda Roma imperatorlarını 
 ötüb keçmişdi 
 
Bu  xalqın  böyük  bədbəxtliyidir  ki,  Səddam  34  ilə  yaxın bir  müddətdə  ona 
ağalıq  edib,  son  24  il  ərzində  isə  təkbaşına  diktaturasını  qurmaqla  ölkəni  idarə 
edib.  Onun  rejimi  xüsusi  qəddarlığı  ilə  seçilirdi,  öz  yaxınlarından  başqa  hamını 
qırmağa və məhv etməyə hazır idi. Ölkədə yaşayan ayır-ayrı xalqlar, dini qruplar 
öz hüquqlarını tələb etdikdə, onlar qırğınlara, repressiyalara məruz qalırdı. Səddam 
bütöv xalqları öz iyrənc siyasəti naminə təcrübə dovşanlarına çevirməyə hazır idi, 
onların  üzərində  kütləvi  kimyəvi  silahl  növlərini  sınaqdan  keçirməkdən  də 
çəkinmirdi.  Ölkə  aclıq,  səfalət  içərisində  idi.  Təbiətin  bu  xalqa  bəxş  etdiyi  bir 
xilasedici  nemət  olan  xurma,  iraqlıların  çoxunu  acından  ölmək  kimi  ağır  və 
biabırçı sonluqdan qoruyurdu. Elə bu vaxt Səddam özünə ölkənin iri şəhərlərində 
saysız-hesabsız  dəbdəbəli  saraylar  tikdirirdi.  Bu  saraylar  orta  əsrlər  Avropasını 
bəzəyən qəsrlərdən daha böyük, daha təmtəraqlı idi. Onların hər biri həm də onun 
və  ailəsinin şəxsi təhlükəsizliyi  üçün bir istehkam, bir  qala  rolunu oynamaq  üçün 
hər  şeylə  təchiz  edilirdi.  Onun  yaxtalarının  böyüklüyü  hesabına  sularında  üzdüyü 
Dəclə çayı da Şərq şəhərlərinin küçələrindən axan kiçik arxa bənzəyirdi.  
Səddam özünə çox sayda heykəl qoydurmaqda Qədim Roma imperatorlarını 
ötüb-keçmişdi.  Şəhərlərin  hamısını  onun  monumental  heykəlləri  bəzəyirdi. 
Heykəllərdən  bir  az  aralı  isə  onun  iri  portretlərini  nümayiş  etdirən  portallar,  iri 
divarlar  tikilirdi.  Məktəb  uşaqları  yazmağa  dəftər  tapmayanda,  tonlarla  qiymətli 
kağızlar onun portretlərinin çap edilməsinə işlədilirdi. Öz valideynlərinin portretinə 
malik  olmayan  iraqlı  Səddamın  portretini  gəzdirməklə,  evində,  iş  yerində  onu 
asmağı ilə öyünməyə məcbur idi. 
Səddam  özünün  sönməyən,  daha  da  gur  alovlanan  böyüklük  maniyası  ilə 
seçilirdi.  O,  ərəb  dünyasının  lideri  olmağı  çox  arzu  edirdi,  bu  baş  tutmayanda 
bütün  ərəb  dövlətlərinə  düşmən  kəsilməyə  başladı.  O,  müsəlman  olsa  da,  təkcə 
müharibə Allahına sitayiş edirdi, xalqını ağılsız, taqətdən salan  müharibələrə cəlb 
etmək  üçün  ən  kiçik  şansı  belə  əldən  buraxmırdı.  1980-ci  ildə  İran  İslam 
inqilabının qələbəsindən sonra, orada vətəndaş müharibəsi ərəfəsi olduğunu güman 
edərək, həm də öz əhalisinin 60 faizini təşkil edən şiələrin qalxmasından qorxaraq, 
Hörmüz  boğazına nəzarəti  ələ keçirmək  üçün  İrana hücum  etdi.  Bu, səkkiz  ildən 
artıq  davam  edən  qanlı  müharibənin  başlanmasına  səbəb  oldu.  1988-ci  ildə  bu 
ağılsız  müharibə  başa  çatdı  və  yalnız  1990-cı  ildə  Küveytə  hücum  edəndə  İraq 
İranın sülh şərtlərini qəbul etməyə məcbur oldu. Müharibə İraqa ağır maddi ziyan 
vurdu, bir sıra yaşayış məntəqələri viranəyə çevrildi. İraq heç nə qazanmadığı bu 
müharibədə yarım milyon insan həyatını qurban verdi. 
İranla  üzücü  müharibədən  iki  il  keçməmiş,  İraq  1990-cı  ilin  avqustunda 
Küveyt  ərazisini  anneksiya  etmək  məqsədilə,  bu  qonşu  ərəb  ölkəsinə  silahlı 
müdaxilə  etdi  və  bu  1991-ci  ilin  yanvar-fevral  ayında  davam  edən  Körfəz 
müharibəsinə  gətirib  çıxardı.  İraq  qoşunları  Küveyt  şəhərini  işğal  edəndə  ona 
böyük  ziyan  vurdu,  onun  infrastrukturunu  dağıtdı.  Çoxlu  küveytli  qaçqın  düşdü. 
İraq Küveytin neft quyularını yandırdı və Körfəz sularının neftlə xeyli çirklənməsi 


131 
 
nəticəsində ciddi ekoloji problemlər yarandı.  
Milyonlarla adam ərzaqdan, dərmanların yoxluğundan əziyyət çəkdiyi halda, 
Səddamın  iri  saraylar  tikdirməsi  əməliyyatı  daha  sürətlə  davam  edirdi.  Onun 
dövlətdən (oxu: xalqdan) oğurladığı pullar dünyanın iri banklarına qoyulurdu. Bəzi 
mülahizələrə  görə,  Səddamın  özünün  25  milyard  dollarlıq  kapitalı  var.  Onun 
klanının  və  vəzifəli  adamlarının  kapitalları  da  nəzərə  alınsa,  bu  rəqəm  xeyli 
böyüyər. Onun daşınmaz  əmlakının da dəyəri, yəqin ki, çox iri  məbləğlərdə ifadə 
oluna bilər. 
 
Səddam qəddarlığı Mesopotamiya çarlarından öyrənib 
 
Səddam tarixin qəddarlarına xüsusi ehtiramla  yanaşırdı. Axı Mesopotamiya 
qədim  dövrlərdə  də  Assuriyanın  və  Yeni  Babilistanın  qaniçən  hökmdarlarını  az 
görməmişdi. Assuriyanın  m.ə. VII  əsrdə  çarı olmuş  Aşşurbanipal şəhərləri daşqın 
kimi  məhv  etdiyi  ilə,  rəqiblərinin  başını  özünə  oturacaq  etməsilə  öyünürdü. 
Səddam  da  belə  məğrurluq  hisslərindən  xali deyildi, ABŞ prezidentinin portretini 
döşəməyə  vurdurmuşdu  ki,  iri  mehmanxanaya  girib-çıxanlar  onu  tapdalasınlar. 
Yəqin  ki,  o  sonuncu  Babilistan  çarı  Valtasar  kimi  çoxlu  ziyafətlər  keçirmək 
ənənəsinə də laqeyd deyildi. 
 Səddam  da  zənginliklə  öyünməkdən  həmişə  həzz  alırdı.  Ancaq  gərək  o 
Valtasarın m.ə. 539-cu ildə ölümündən bir az əvvəl keçirdiyi 1000 nəfərlik ziyafəti 
də yaddan çıxarmayaydı. Axı həmin ziyafətdə çar sehrli əllə divarda “mene-mene, 
tekel,  parsin”  sözlərinin  yazıldığını  görmüşdü.  Bu  sözlərin  mənasını  izah  edən 
müdrik  Daniel,  Allah  tərəfindən  onun  hökmranlığının  günlərinin  sayıldığını  və 
onların  sona  çatdırıldığını  bildirmişdi.  Həmin  ziyafətdə  çariça  onu  sakitləşdirmiş 
və  “çar,  əbədi  yaşa”  deyə  qışqırmışdı.  Lakin  elə  həmin  gecə  Valtasar  öldürüldü, 
ölkə  isə  Persiya  çarı  Böyük  Kir  tərəfindən  işgal  edildi  və  Babilistanın  varlığı  da 
tarixə təhvil verildi. 
Səddam  öz  saraylarının  divarlarında,  Valtasardan  fərqli  olaraq,  Allahın 
xəbərdarlıqlarını  görə  bilmədi,  xalqın  harayını  da  eşitmədi.  Ona  görə  də,  bu 
xəbərdarlığı  həmin  divarlara  amerikan  raketlərinin  və  bombalarının  zərbəsi 
yazanda  da,  Səddam  bunları  görməkdən  imtina  etdi.  Yalnız  amerikan  əsgərləri 
Bağdadın  küçələrində  görünəndə,  Səddam  və  onun  oğulları,  əlaltıları  yoxa  çıxdı, 
qeybə çəkildi. Səddamın korluğu və karlığı yazıq İraq xalqına çox baha başa gəldi. 
Müharibə  başa  çatandan  sonra  Bağdadda  və  İraqın  digər  iri  şəhərlərində 
soyğunçuluq,  qarət  baş  alıb  getdi.  Adamlar  qarət  naminə  bu  ərazinin  qədim 
tarixinin  nişanələrini  də  muzeylərdən  götürüb,  evlərinə  daşımağa  başladılar. 
Çoxları  bu  məsələdə  iraqlıları  qınayır.  Mən  isə  yalnız  Səddamı  qınayıram,  onu 
ittiham edirəm. Bu qarətlərin də təşkilatçısı, rəhbəri, yol göstərəni odur. Bu ittiham 
iki  səbəbə  əsaslanır.  Birincisi,  Səddam  özünün  uzunmüddətli  hakimiyyəti 
dövründə o qədər talançılıqla, qarətçiliklə məşğul olub ki, xalq ondan belə tərbiyə 
alıb, onun nümunəsindən bu biabırçılıqları öyrənib. Səddam soyğunçuluqda iştirak 
edən bütün iraqlılardan daha çox, daha yırtıcı acgözlük göstərib. Diktatorun iyrənc 
irsi  özü  ilə  eyni  vaxtda  aradan  çıxmır.  Hələ  uzun  müddət  davam  edir.  İkincisi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə