Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   59   60   61   62   63   64   65   66   ...   171

126 
 
söz danışırlar. Hətta ağ adam ilk dəfə tüfənglə görünəndə heç kəs ona müqavimət 
göstərmədi, çünki silahın gətirdiyi ölüm hələlik onların həyatına toxunmamışdı. 
Ağ adamların apardıqları müharibələrlə vəziyyət dəyişməyə başladı. Çoxlu 
tüfəng  gətirildi.  Qaralar  öz  dillərində  ağları  «zülmkar»  adlandırdı.  Onlar  komaya 
vergi  qoydular  və  ödəniş  onların  öz  pulları  ilə  olmalı  idi.  Maaşla  çox  adamı 
işləməyə  məcbur  edirdilər.  Orduya  götürülən  qaralar  ərzaq,  sursat  daşıyır,  yol 
çəkirdilər. Bu  yolla  avtomobillər  hərəkət  etməli  idi. Ağlar özlərini  agent  və  vergi 
yığmaq  üçün  xidmət  edən,  özləri  kimi  paltar  geyinən  luolarla  əhatə  etdilər. 
Ağsaqqallar  şurasına  daxil  olmayan  adamlar  qaralara  başçılıq  edirdi.  Bu 
dəyişikliklərə müqavimət göstərilirdi və çoxları mübarizə aparmağa başladı. Lakin 
belə  hərəkət  edənlər  döyülür,  ya  da  güllələnirdi.  Kim  vergini  ödəmirdisə  öz 
komalarının bütünlüklə yandırıldığını görürdü. Bəzi ailələr içəri ərazilərdəki yeni 
kəndlərə qaçırdı. Ancaq əksəriyyət qalır və yeni şəraitdə işləməyə öyrənirdi. 
Bu  dövrdə  Barakın  babası  ağ  adama  işləyirdi.  O  vaxtlar  az  adam  ingiliscə 
danışa bilirdi, valideynlər uşaqlarını ağların məktəbinə göndərmək istəmirdi, özləri 
ilə  birgə  torpaqda  işləmələrinə  üstünlük  verirdilər.  Lakin  Onyanqo  oxumağı  və 
yazmağı öyrənmişdi, ona görə də ağ adamlar üçün yararlı idi, müharibə vaxtı yol 
işinə  baxırdı.  Bir  neçə  il  göndərildiyi  Tanqanikada  qaldı,  nəhayət  geri  dönəndə 
kənddə  özünə  torpaq  təmizlədi.  Koma  tikməyib,  çadırda  yaşayırdı.  Adamlar  onu 
dəli  sayırdı.  Nayrobiyə  gedəndə  ağ  adam  orada  ona  iş  təklif  etmişdi.  Onyanqo 
bütün  yolu  iki həftə ərzində  piyada  getmişdi. Yolda  Odissey  kimi  çoxlu təhlükəli 
hadisələrlə  üzləşmişdi.  Leopardı  nizəsi  ilə  qovmuş,  qızmış  camışın  təqibindən 
yaxasını  güclə  qurtarmışdı.  Nəhayət,  paytaxta  çatıb,  ağ  adamın  evində  işləməyə 
başlamışdı. 
Kikuyular  bu  dəyişiklikləri  daha  çox  hiss  edirdilər,  çünki  onlar  Nayrobi 
ətrafındakı dağlıq ərazidə yaşayırdılar. Burada isə ağ sakinlər çox idi. 
Müharibə öz arxasınca, hər yerdə olduğu kimi buralara da aclıq və xəstəlik 
gətirdi.  Həm  də  çox  sayda  ağ  sakinlər  gəldi  və  onlar  yaxşı  torpaqları  müsadirə 
etdilər. 
Barakın babasının kəndində ailələrin çoxu artıq ağ adam paltarı geyinməyə 
keçmişdi,  atalar  uşaqlarını  mission  məktəblərinə  göndərirdi.  Ənənələrə  hörmət 
zəifləyirdi,  cavanlar  görürdü  ki,  ağsaqqalların  heç  bir  real  hakimiyyəti  yoxdur. 
Adamların  çoxu  sərxoşluğa  qurşandı.  Ağ  adamların  həyatını  qaralar  dadmağa 
başladıqda, açıqca hiss etdilər ki, müqayisəli qaydada öz həyatları xeyli kasıbdır. 
Baba  ağların  xörəyini  bişirməyə,  evlərini səhmana salmağa öyrənibmiş.  O, 
olduqca  nüfuzlu  bir  adam  olan  lordun  malikanəsində  işləyirmiş.  O,  maaşını 
toplayıb  kənddə  torpaq  və  mal-qara  aldı,  özünə  burada  koma  tikdi.  O,  özünü 
başqalarından fərqli tuturdu, xörəyini stol üstündə, stulda oturmaqla, ağcaqanaddan 
qoruyan  tənzifin  altında  yeyirdi,  çəngəl-bıçaqdan  istifadə  edirdi.  Daimi  qaydada 
çimirdi,  bir  yerin  pis  təmizləndiyini  gördükdə  hirslənirdi.  Ən  mühüm  xüsusiyyəti 
isə  mülkiyyət  məsələsində  sərt  olması  idi.  Uşaqlarına  da  təlqin  edirmiş  ki, 
özgəsinin əmlakına toxunmaq olmaz. Birinci arvadı doğmasa da, luoların adətinin 
əksinə olaraq onu geri qaytarmadı. Uşağı olmadığına görə bəzən onu ələ salırdılar. 
Başqa arvad aldı, bu gözəl qız başqasına nişanlı olduğuna görə onun üçün başlıq 


127 
 
kimi  15  qaramal  verdi.  Burada  həm  də  qız  qaçırmaq  adəti  var  imiş.  Qaçırılmış 
qızla  əri pis davransaydı, belə hallarda o, geri dönürdü. Nikah ailələri birləşdirir, 
bütün  kəndə  təsir  göstərirdi.  Qızlara  nəsihət  verirdilər  ki,  əgər  sən  ərini  sevməyi 
öyrənə bilmirsənsə, ona tabe olmağı öyrən. 
Babanın  bir  fərqli  cəhəti  də  onun  müsəlman  olması  idi.  O,  gücə  hörmət 
edirdi.  Luo  ənənələrini  qoruyub  saxlayırdı,  bütün  işlərində  qayda  və  adətə  riayət 
edirdi. Buna görə o, xristian dinini rədd edirdi. Bir müddət o, dinini dəyişmiş, adını 
da  Conson  etmişdi.  Lakin  düşmənə  mərhəmət  göstərməyi,  İisusun  adamların 
günahını yumasını anlaya bilmirdi. Böyük Barak onun ikinci arvadından olmuşdu. 
Bu  iki  uşağının  anası  ilə  münasibəti  heç  də  yaxşı  deyildi.  Bu  qadın  evindən  bir 
neçə  dəfə qaçmış, axırıncı dəfə bir daha  ərinin  yanına qayıtmamışdı. Yəqin ki, o, 
Onyanqodan əvvəlki nişanlısını sevirmiş. Oğlu da öz anasına oxşamışdı, uşaqlıqda 
nadinc imiş. Atasının yanında sakit, başqa vaxt isə özünü istədiyi kimi aparırmış. 
Lakin ağıllı olduğuna görə atası onu sevirmiş. 
Ölkənin  siyasi  mühitinə  gəldikdə,  İkinci  dünya  müharibəsindən  sonra 
adamlar müstəqillik barədə danışmağa başladılar. Mitinqlər, nümayişlər keçirilirdi. 
Luolar  da  nümayiş  edən  kikuyulara  qoşulurdu.  Böyük  Baraka  da  müstəqillik 
danışıqları  öz  təsirini  göstərmişdi.  Baba  da  KANU  kimi  partiyaların  tələbləri  ilə 
razılaşırdı. Lakin o, öz xalqı barədə narazı qaydada deyirdi ki, afrikalılar heç vaxt 
ağ  adamlara  qalib  gələ  bilməzlər,  çünki  qara  adam  öz  ailəsi  və  ya  klanı  üçün 
işləyir, ağ adamlar isə bu vaxt öz gücünü artırmaq üçün işləyir: «Ağ adam təklikdə 
qarışqa kimidir. O, asanlıqla məğlub edilə bilər. Lakin ağ adam qarışqa kimi birgə 
işləyir. Onun milləti, biznesi ona özündən vacibdir. O, liderlərinin arxasınca gedir 
və onun göstərişi barədə sual vermir. Qara adamlar onlara bənzəmirlər. Hətta səfeh 
qara adamların əksəriyyəti düşünür ki, müdrik adamdan da çox bilir. Buna görə də 
qara adam həmişə uduzacaqdır». 
Kikuyu  meşələrdə  müharibəyə  başladı.  Hər  yerdən  Kenyattanın  həbsdən 
azad  olunması  tələbləri  eşidilirdi.  Böyük  Barak  KANU  liderlərindən  bəzilərini 
tanıyırdı.  Mitinq  qanununu  pozmaq  ittihamı  ilə  o,  həbs  edildi,  bir  neçə  gündən 
sonra  buraxıldı.  Bu  vaxt  iyirmi  yaşlı  bu  oğlanın  maddi  vəziyyəti  ağır  idi.  Onun 
məktəb  yoldaşları  təhsilini  davam  etdirmək  üçün  Uqandaya,  İngiltərəyə 
getmişdilər.  Onlar  azad  Keniyaya  qayıtmağa  ümid  edirdilər.  Bu  vaxt  tale  Böyük 
Baraka  mərhəmət  göstərdi.  Nayrobidə  oxuyan  iki  amerikan  qadını  ona 
universitetdə  oxumağı  məsləhət  gördü.  Lakin  onun  orta  təhsil  sertifikatı  yox  idi. 
Qadınlar  onu  müxbir  kursuna  düzəltdilər.  ABŞ  səfirliyində  imtahan  verib  həmin 
sənədi əldə etdi. Amerika universitetlərinə dəfələrlə məktub yazdı. Nəhayət, Havay 
universitetindən  onun  təqaüdlə  təmin  ediləcəyi  barədə  cavab  gəldi.  Havayın  necə 
bir yer olduğunu heç kəs bilmirdi, buna baxmayaraq bir ay sonra Barak ora yola 
düşdü.  Orada  isə  müəllifin  gələcək  anası  Ennlə  evləndi.  Öz  atası  isə  Keniyadan 
məktub yazıb bu icdivaca razılıq vermirdi ki, sənin arvadın və uşaqların var. Çox 
sonralar Böyük Barakın digər ağ arvadı Amerikadan gələndə, hamı elə bilmişdi ki, 
bu  həmin  Enndir.  İkinci  ağ  qadın  isə  onunla  Harvardda  görüşmüş  və  xəbər 
vermədən  arxasınca  Keniyaya  gəlmişdi.  Könülsüz  olsa  da  Böyük  Barak  Rut  adlı 
həmin qadınla evlənmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə