Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   57   58   59   60   61   62   63   64   ...   171

122 
 
xəstəxanada  çarpayıya  bağlı  olaraq  qaldı.  Havay  adalarına  yollananda  o,  güman 
edirmiş  ki,  oradakı  keçmiş  ailəsini  vətəninə  gətirə  biləcəkdir.  O,  maddi  çətinlik 
içərisində  yaşamaqda  davam  edirdi,  çünki  tutduğu  balaca  vəzifəni  də  itirmişdi. 
Borc  pul  almaqla  ailəsini  güclə  dolandırırdı.  Yalnız  Kenyatta  öldükdən  sonra 
Maliyyə Nazirliyində işləməyə başladı, nüfuzunu bərpa etməyə çalışdı. 
Qoca  kişi  daim  Barakla  öyünürdü,  adamlara  onun  şəklini  göstərirdi, 
uşaqlarına  isə  uzaqdakı  oğlunun  məktəbdə  yaxşı  oxuduğunu  deyirdi.  Barakın  və 
anasının məktubları da ona müəyyən təskinlik verirdi. Bu məktublar ən çətin anda 
onu  həyata  qaytarırdı  və  çox  inanırdı  ki,  məhz  tərk  etdiyi  ailəsi  ona  qayğı 
göstərəcəkdir. 
Atasının belə münasibəti müqabilində Barak özünə etiraf edirdi ki, o qədər 
də inadkarlıqla çalışmır. Atanın fantaziyası ən azı onu ümidsizdikdən qorumalıdır, 
baxmayaraq ki, bu vaxt ata artıq dünyasını dəyişimşdi. 21 yaşı olanda Nayrobidən 
bibisi  zəng  edib  atasının  ölüm  xəbərini  vermişdi.  Ömür  macal  verməmişdi  ki,  o, 
oğluna  necə  yaşamağı  desin.  Lakin  atanın  arzuları  onu  qara  adamın  ruhundakı 
tələlərdən  gələn  bütün  şübhə  və  xəbərdarlıqlardan  müdafiə  edirdi.  O,  atasının 
dəfninə  gedə  bilməmişdi.  İndi  isə  bacısı  təkid  edirdi  ki,  biz  vətənə  dönməyə 
borcluyuq, atamızı da orada görməliyik. 
Barakın yadına Havay adalarında baş vermiş və babasının ona danışdığı bir 
əhvalat düşdü. Böyük Barak universitetdə təhsil alarkən, gərgin məşğul olduqdan 
sonra qayınatasına və digər dostlarına qoşulub Uakiki barına gəlir. Hamı bayram 
əhval-ruhiyyəsində  olanda,  yeyib-içəndə,  bir  ağ  adam  qəflətən  barmenə  bərkdən 
müraciət  edib  ki, o, zəncidən  sonra  likyor  içməyəcəkdir.  Hamı  Barakın  həmin  ağ 
adamla  dalaşacağını  gözləyir.  Bunun  əvəzində  o,  həmin  adama  yaxınlaşır,  gülə-
gülə ona bu səfeh fanatizm barədə, amerikan arzusunun vədi və insanların ümumi 
haqları barədə bir mühazirə oxuyur. Həmin hədyanlıq edən ağ adam elə utanır ki, 
yeyilib-içilənlərin bütün xərclərini öz üzərinə götürür. 
Çikaqoya  gəldiyi  vaxtdan  bir  il  keçdikdən  sonra  Barakın  və  silahdaşlarının 
zəhməti  bəhrə  verməyə  başladı.  Qonşuluqda  yaşayanlar  küçəni  təmizləmək  işinə 
cəlb  edildi.  Parklar  və  oyun  meydançaları  düzəldilirdi,  küçələr  təmir  olunurdu, 
cinayətə  nəzarət  proqramları  tərtib  edilirdi.  Yeni  siyasətçilər  onun  adını  hələ  də 
tələffüz  edə  bilməsələr  də,  bu  adla  tanış  idilər.  Bir  dostu  zarafat  tərzində  ona 
demişdi  ki,  çolpaya  oxşamağın  sənə  mane  olur.  Siyasətçilərə  isə  qoca  xoruz  xoş 
gəlir. O içəri girəndə toyuqlar bütün diqqətlərini ona yönəldirlər. 
Barak  üçün  uşaqlarla  və  onların  valideynləri  ilə  iş  daha  çox  vaxt  aparırdı. 
Anaların  yaşı  ya  hələ  iyirmiyə  çatmamışdı,  ya  da  ondan  azacıq  çox  idi.  Onlar 
özşüuruna  əhəmiyyət  vermədən  deyirdilər  ki,  14-15  yaşlarında  hamilə  olub 
məktəbi  atmışlar.  Bu  həyasızlıq  deyildi,  onlar  hələ  də  ambisiyalarını 
itirməmişdilər.  Valideynlər  üçün  onun  planı  sadə  idi.  Anlayırdı  ki,  ştatın  maddi 
rifah  planını  dəyişdirmək  mümkün deyildir.  Məktəbə də onlar  daha  çox pul verə 
bilməzlər. Lakin elə sahələr var idi ki, orada nəyəsə nail olmaq, həm də adamlara 
bu  müsbət  dəyişikliyi  əyani  şəkildə  göstərmək  mümkün  idi.  Ədəb  yollarının 
qaydaya salınmasını, istilik sisteminin işlədilməsini, pəncərələrin təmirini isə təşkil 
etməyi onlar bacarırdı. Həqiqətən də müstəqil olan kirayə təşkilatını yaratmışdılar. 


123 
 
Adamlar  Obama  ordusunun  gözlənildiyindən  də  uğurlu  fəaliyyət  göstərdiyinin 
şahidi oldular. 
Televiziya  üçün  çəkilən  bir  yığıncağı  onlar  uşaqların  sağlamlığına  təhlükə 
törədən  problemlərə  həsr  etdilər.  Aparılan  iş  nəticə  verirdi.  Narkotiklərlə, 
tapançalarla bağlı hadisələr yoxa çıxdı. Lakin Çikaqo məktəblərinin büdcəsi daim 
böhran  vəziyyətində  olurdu,  bu  iş  üçün  yüz  milyonlarla  məbləğdə  pul  çatışmırdı. 
Yalnız məktəb islahatı küçədə avaralanan cavan adamların ağır vəziyyətini həll edə 
bilərdi.  Sabit  ailə  olmadıqda,  bu  yeniyetmələrin  təhsili  axırıncı  ən  yaxşı  ümid 
rolunu  oynayırdı.  Barak  bu  məqsədlə  təşkilat  üçün  hərəkət  planı  tərtib  etdi  və 
bilavasitə öz rəhbərliyi altında onu həyata keçirməyə başladılar. 
Vəziyyətin  təhlili  göstərirdi  ki,  əslində  pis  uşaq  yoxdur,  çox  sayda  pis 
valideyn  vardır.  Barak  və  dostları  bir  sıra  yerli  məktəblərə  getdilər,  məqsəd 
Altcelddəki  gənc  valideynlər  üçün  həyəcan  təbilini  çalmaq  idi.  Zonada  ən  yaxşı 
ada malik olan ali məktəbdən başladılar. 
Uşaqların  hansı  təhsilə  cəlb  edilməsi  ən  vacib  məsələ  idi.  Məktəb  uşağa 
özünü, dünyanı, öz mədəniyyətini, icmasını anlamaq üçün başlanğıc nöqtə rolunu 
oynamalıdır. Bu hər bir təhsil prosesinin əsas qayəsi olmalıdır. Bədbəxtlikdən, qara 
uşaq  üçün  hər  şey  tərsinə  çevrilirdi.  Hansısa  tarix,  ya  mədəniyyət  öyrənilir. 
Öyrənəcəyini  güman  etdiyi  mədəniyyəti  qavramaq  imkanı  isə  ardıcıl  olaraq  yoxa 
çıxır,  hətta  onun  insan  olması  inkar  edilir.  Bəzi  müəllimlər  bu  çevrəni  yarıb 
tələbələrə  Afrika  tarixini,  coğrafiyasını,  incəsənətini  açıb  göstərirdilər.  Onlara 
fərqli  istiqamət  dəyərləri  verməyə  çalışır  və  afrikalıların  öz  böyüklərinə  hörmətlə 
yanaşdıqlarını xüsusi vurğulayırdılar. Lakin bu, ardıcıl xarakter daşımırdı. 
Qaralar kilsəsinin keşişi Filips qul regionlarının tarixindən ona xeyli danışdı. 
Afrikalılar  düşməncəsinə  münasibət  gözlədikləri  yeni  sahilə  çıxdıqda  tonqalın 
ətrafında  oturub  radikal  canlanma  ideyaları,  azadlıq  və  ümid  barədə  mahnılar 
oxuyurdular.  Keşiş  zəncilərin  unudulmaz  lideri  Martin  Lyüter  Kinqin  Çikaqoya 
səfərini  yada  saldı.  Ölkədə  müsəlmanların  meydana  çıxması  ilə  yanaşı,  onların 
hirsini o, özününkü kimi başa düşürdü. 
Bu söhbətlərin təsiri altında Barak qaraları anlamaq üçün Çikaqonu tərk etdi. 
O,  Afrikaya  yollanmağı  qərara  aldı,  oradan  Çikaqoya,  Rouzlendə,  Altceldə 
Prometey odu timsalında olan biliyi, müşahidə detallarını gətirəcəkdi. 
Atası 28 il əvvəl Amerikada, bu arzular məskənində təyyarəyə oturanda bu 
sözləri  bəlkə  də  özünə  demişdi,  indi  isə  oğlu  bunu  özünə  təlqin  edirdi.  Ata 
Keniyaya dönmüşdü, lakin yalnız ikiyə bölünmüş adam kimi, çünki tezliklə onun 
planları, arzuları külə çevriləcəkdi. Barak isə kasıblıqdan, bezməkdən, cinayət və 
ya ayaqlarındakı buxovlardan qaçmalı idi. Sadəcə qaçmaq vəzifəsi baş qaldırmışdı. 
Bəlkə də buna hüquq məktəbinə girmək yolu ilə nail olacaqdı. 
Ağ  adamlar  əsrlərlə  bundan  əvvəl  Afrika  sahillərinə  düşəndə  özləri  ilə 
tüfənglərini,  vicdanı  kor  olmuş  ovçularını  gətirirdilər  ki,  əsir  götürdüklərini 
zəncirlənmiş  şəkildə  dartıb  apara  bilsinlər.  Bu  ilk  görüşlər  qara  adamların  tarixi 
yaddaşında  axan  qan  kimi  qalmışdı,  onların  dünyasını  dəyişdirmişdi.  Həmin 
tökülən qan və göz yaşları bütün qaralara məxsus idi. Bu sınaqlar nəhayət, unikal 
və universal xarakter daşımağa başladı, onların rəngi qara və qaradan da daha artıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə