Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   56   57   58   59   60   61   62   63   ...   171

120 
 
yaradırdı,  ancaq  bu  heç  də  hələlik  Edqar  Allan  Ponun  yazdığı  «ümidin 
ümidsizliyi» kimi ən çarəsiz vəziyyət deyildi.  
İslam  Milləti  təşkilatının  üzvü  olanlar  arasında  isə  narkomaniyaya  və 
cinayətə  meyl  özünü  biruzə  verirdi.  Bu  daha  çox  Amerika  həyatının  dibindəki 
pillələrə  uyğun  gəlirdi.  Barak  bunları  qəbul  etmirdi,  qara  adamlar  pıçıltı  ilə  ona 
deyirdilər  ki,  sən  həqiqətən  də  bura  məxsus  deyilsən.  Qaralar  potensial  millətçi 
olduqlarını  göstərirdilər.  Bəziləri  də  bu  məsələdə  özlərini  qaralara  bənzətmək 
istəyirdilər. 
Ağlarla qeyri-ciddi rəqabət o qədər də uğurlu olmurdu. Rəqabətə isə bazar 
iqtisadiyyatı  və  majoritar  idarəçilik  sistemi  şərait  yaradırdı.  Az  istedadlı  qara 
siyasətçilər  tezliklə  dərk  etməyə  məcbur  olurdular  ki,  ağ  siyasətçilər  onlara 
nisbətən  uzun  müddətdən  tanınırlar.  Gənc  liderlər  isə  şəhərdəki  gizli 
mülahizələrtək  səfeh  şeylərlə  məşğul  olurdular.  Bu  mülahizələr  isə  şayiələrdən 
qidalanırdı:  guya  koreyalılar  klan  düzəltmişlər,  yəhudi  həkimlər  isə  iynə  vurmaq 
yolu  ilə  qara körpələri  AIDS virusuna  sirayətləndirirlər. Zorakılıq  şəklindəki qara 
qəzəb  daim  öz  bazarını  tapırdı.  Digər  tərəfdən  bəzi  cəhətlər  qaraları  digər 
ağılsızlıqlardan qoruyurdu, real gücə malik olmadıqlarından onlar antisemizmə və 
asiyalılara  qarşı  mənfi  münasibətə  yuvarlanmırdılar.  Teatr  tamaşalarındakı 
mahnılarda isə zənci qadınlar onları sevənləri, xəyanət edənləri, zorlayanları yada 
salırdılar.  Onlar  abort  olunmuş,  öldürülmüş  uşaqlarına  özlərinin  şəxsi  uşaqlıqları 
kimi ağı deyirdilər. 
Anadan  ögey  bacısı  Auma  Almaniyadakı  Heydelberq  universitetində 
oxuyurdu  və  Çikaqoya  onun  görüşünə  gəlmişdi.  O,  almanlar  barədə  ümumən 
razılıq  ifadələri  işlətsə  də,  onların  da  uşaqlıqda  formalaşmış  münasibətlərini 
qoruyub saxladıqlarını qeyd  edirdi.  Alman nağıllarında  qara  adam  daim  cin  kimi 
verilir.  Axı  belə  şeylər  heç  də  tezliklə  unudulmur.  Bacısı  atasını  Qoca  kişi 
adlandırdı, Barakın davranışını onunkuna bənzədirdi. Qoca kişinin daim özünü ağa 
kimi  apardığını  deyir  və  əlavə  edirdi ki,  yəqin ki, bu, qandadır.  Bu vaxt  Barakın 
yadına  Nyu-Yorkda  yaxınlıq  etdiyi  ağ  qadının  qaralar  barədəki  tamaşaya 
baxdıqdan  sonra  «zəncilərin  niyə  həmişə  belə  acıqlı  olduğu»  sualı  düşdü.  O, 
sakitcə cavab vermişdi ki, bu yalnız yaddaş məsələsidir, axı heç kəs soruşmur ki, 
bəs niyə yəhudilər holokostu xatırlayırlar. 
Auma  uşaq  vaxtı  Aleqoda  olduqları  dövrü  xatırladı.  Buradakı  ikinci 
arvadından  iki  uşağı  olan  ata  Amerikadan  gələn  Rut  adlı  ağ  qadınla  Nayrobidə 
yaşayırdı.  Bir  yerdə  yaşayanda  həmin  qadının  onun  yeni  anası  olduğunu  başa 
düşmüşdü. Ağ qadın atasının əvvəlki arvadı ilə yaşamaq istəməmişdi. Qoca kişinin 
başqa  qara  arvadı  da  var  idi,  bu  vaxt  bir-birinin  ardınca  dörd  qardaşları 
doğulmuşdu, ikisi Rutun, ikisi isə həmin qadının uşaqları idi. 
Bacısı ona Keniyada baş verən siyasi hadisələrdən də söhbət açdı. 1973-cü 
ildə  müstəqillik  qazandıqdan  sonra  prezident  olan  Kenyatta  ən  böyük  tayfa  olan 
kikuyulardan  idi.  Atasının  mənsub  olduğu  luolar  isə  ikinci  böyük  tayfanı  təmsil 
etdiklərindən  şikayətlənirdilər  ki,  ən  mühüm  vəzifələri  kikuyular  tutmuşlar. 
Hökuməti intriqa bürümüşdü. Vitse-prezident Luo tayfasından idi və o, hökumətin 
korrupsiyalaşmasından  danışırdı.  Buna  görə  onu  kommunist  kimi  ev  dustağı 


121 
 
etdilər. Luo  etnosuna  məxsus olan  digər nazir güllə ilə vurulub  öldürüldü.  Luolar 
küçələrə  çıxıb  etiraz  etməyə  başladı.  Polis  nümayişi  dağıtdı,  öldürülənlər  oldu. 
Bütün bunlar tayfalar arasında şübhə toxumu səpməyə bilməzdi. Qoca kişi deyirdi 
ki, traybalizm ölkəni viranə qoyacaqdır. 
Doğrudan  da,  Afrika  ölkələrinin  çoxunda  dövlət  ənənələri  olmadığından 
hələ müstəmləkəçilik dövründə də tayfalar arasında gərgin münasibət mövcud idi. 
Bəzi  xalqlar  müstəmləkəçiliyə  qarşı  mübarizə  aparıb,  onu  qalibiyyətlə  başa 
vurduqda  ibtidai  icma  quruluşundan  birbaşa  kapitalizmə,  ya  sosializmə 
addımlamaq  istədi.  Lakin  onların  xoş  niyyətlərinə  qənim  kəsilən  traybalizm 
vulkanı  daha  şiddətlə  püskürməyə  başladı.  Hakimiyyətə  gələn  liderlər  vəzifələrə 
yalnız  öz  tayfalarının  nümayəndələrini  yerləşdirirdilər,  onlar  da  əsas diqqəti  ölkə 
iqtisadiyyatının  yalnız  bir  bölməsinin  –  korrupsiyanın  inkişafına  verirdilər.  Bu 
təkcə  Keniyada  belə  deyildi,  eyni  vəziyyət  Anqolada  və  digər  ölkələrdə  də 
müşahidə  edilirdi.  Başqa  tayfadan  olanlara  hakimiyyətdə  təmsil  olunmaq  qapısı 
demək olar ki, birdəfəlik bağlanırdı. Traybalizm tayfalar arasındakı düşmənçiliyin 
əlaməti  kimi  çox  vaxt  qanlı  müharibələrə  yol  açırdı.  Mau-Mau  üsyanı  vaxtı  bu 
tayfanın adamları kikuyuları qırırdılar. 
Bu  qəbildən  Burundi  və  Ruandadakı  Hutu  və  Tutsi  tayfaları  arasındakı 
münaqişə daha qanlı xarakter daşımış və onilliklərdir ki, davam edir. 1961-ci ildə 
Ruandadakı  Belçika  müstəmləkəçiliyini  idarə  edənlər  hakimiyyətin  hutular 
tərəfindən  tutulmasına,  onların  müstəqil  hökumət  qurmalarına  kömək  etdilər.  Bu 
vaxt 10 min tutsi öldürüldü. Burundidə isə 1971-ci ildə Hutu Tutsiyə qarşı uğursuz 
qiyam  qaldırdı,  bu  vaxt  ordu  tərəfindən  100  min  hutu  öldürüldü,  120  min  isə 
Tanzaniyaya qaçdı. 1994-cü ilin aprel ayında Ruandada prezidentə sui-qəsdə görə 
Hutu  çoxluğu  Tutsi  azlığından  intiqam  aldıqda,  sonrakı  aylarda  onların  kütləvi 
qırğınları  baş  verdi.  Tutsilər  uğur  qazandıqda  isə  Ruandadan  2  milyon  adam, 
əsasən  hutular  qonşu  ölkələrə  qaçdı.  Münaqişə  1996-1997-ci  illərdə  davam  etdi. 
2008-ci  ildə  isə  tutsi  qiyamçı  dəstələri  bu  dəfə  Konqoda  hutuları  qırmağa,  yurd-
yuvalarından didərgin salmağa başladılar. İki tayfa bir-birinin qanına yeriməkdən, 
o birisinə qarşı genosid təşkil etməkdən hələ də əl çəkmir. 
Böyük Barakın ölkədəki vəziyyətə açıq gözlə baxması, narazılığı prezidenti 
qəzəbləndirdi və Kenyatta açıqca bildirdi ki, ağzını bağlamasa işləməyəcəkdir. Bu 
vaxt  o,  yüksək  vəzifə  tutan  məmur  idi,  bundan  əvvəl  isə  iqtisadçı  kimi 
amerikanların  «Şell»  neft  şirkətində  işləmişdi.  Həqiqətən  də  onu  Turizm 
Nazirliyindəki vəzifəsindən uzaqlaşdırdılar. Bu vaxtdan etibarən onun həyatındakı 
bədbəxtliklər seriyası başlandı. Artıq ona bütün qapılar bağlanmışdı, heç bir nazir 
onu  işə  götürə  bilməzdi.  Xarici  kompaniyalara  da  müvafiq  xəbərdarlıqlar 
edilmişdi.  Xarici  pasportu  əlindən  alındıqdan  sonra  Əddis-Əbəbədəki  Afrika 
İnkişaf  bankının  razılıq  verməsinə  baxmayaraq  orada  işləməyə  gedə  bilmədi.  O, 
artıq  ümumiyyətlə  Keniyanı  tərk  edə  bilməzdi.  Tanışlıqla  Su  departamentində 
kiçik  vəzifəyə  keçdi.  Bu  vaxtdan  o,  içkiyə  qurşandı.  Tanıdığı  adamlar  onunla 
görüşməyi  özləri  üçün  təhlükəli  bir  iş  hesab  edirdilər.  Qoca  kişi  dəyişdikcə  ağ 
arvadı onunla olduqca pis davranırdı, uşaqlarına ərini dəli kimi qələmə verirdi. Az 
sonra bu qadın onu tərk etdi. Qoca kişi isə ağır yol qəzasına düşdü, uzun müddət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə