Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   52   53   54   55   56   57   58   59   ...   171

112 
 
axırıncı təsdiqi bu ölkədəki proqressin səviyyəsi, qazanılan nailiyyətlərdir. 
Bir  yapon müdrikinin  kəlamına  görə,  qələbənin əldə  edilməsi  imkanı 
düşməndən asılıdırsa,  məğlubedilməzlik  sənin özündən asılıdır.  Qabiliyyəti, 
yenilik hissinə sönməz həvəsi və yaxşı ənənələrə sədaqəti, mübaliğəsiz deyilsə, bu 
xalqa  öz  hərtərəfli  istedadını  nümayiş  etdirməyə  imkan  vermişdir.  Kimsə  kor-
koranə  qaydada  əhəmiyyətsiz  bir  şeyə  sitayiş  edirsə,  bu  inancın  özündə   qüsur 
vardır. Təəccüblənmək üçün isə bu ölkədə çox şey vardır. Yapon xalqının müasir 
həyat  fəlsəfəsi  göz  qabağındadır  və  ona  haqq  qazandırmaq  üçün  heç  bir  izaha  da 
ehtiyac  yoxdur.  Ölkə  isə  təbii  və  insanlarının  əli  ilə  yaradılmış  gözəlliyinə  görə 
valeh olmağa layiqdir və bu hissi etiraf edənləri qınamaq da haqsızlıqdır. 
 
“525-ci qəzet”.5,6,7,8,12,13.05.2010 
 
 
Atanın arzularına sədaqət 
(Barak Obamanın kitabı haqqında qeydlər) 
 
ABŞ-dakı  prezident  seçkilərində  Barak  Obamanın  zəfərinə  həsr  olunmuş 
kiçik yazını oxuyan ziyalı dostum zəng edib, dünyanın müxtəlif guşələrində qalxan 
sevincə  tam  şərik  olduğunu  bildirdi.  Hacı  titulu  daşıyan  həmin  mömin  adam 
xüsusən Obamanın babasının müsəlman olması ilə əlaqədar bu hissləri yaşadığını 
dedi  və  öz  ümidini  də  dilə  gətirdi  ki,  bundan  sonra  yəqin  ki,  fundamentalizmlə 
mübarizə pərdəsi altında islama qarşı yeni səlib yürüşünə, kimlərisə müdafiə etmək 
naminə  müsəlman  dünyası  əleyhinə  ümumi  cəbhə  açmaq  cəhdi  kimi  ağılsız 
siyasətin davam etdirilməsinə son qoyulacaqdır. Sonra o, yeni seçilmiş prezidentin 
tərcümeyi-halından,  atasının  oğluna  tövsiyələrindən  maraqlı  şeylər  danışdı, 
bunların  islam  dəyərlərindən  gəlməsini  vurğulamağı  da  unutmadı.  O,  Obamanın 
türk dilinə tərcümə olunmuş “Dreams from My Father» – «Atamdan gələn arzular» 
(türklər  «Babamın  həyalları»  adlandırmışlar)  əsərini  diqqətlə  oxuyubmuş  və 
lütfkarlıqla kitabı mənə təklif etdi. Marağım daha da artdı, lakin başqa dilə (özü də 
yaxşı  bilmədiyim  bir  dilə)  tərcüməyə  böyük  etibarım  olmadığından,  kitabla 
orijinalda tanış olmağı daha əlverişli saydım. 
Əvvəlcədən onu demək istərdim ki, səmimi monoloq və əsasən ailəvi dialoq 
şəklində  yazılmış  bu  kitab  maraqla  oxunur,  olduqca  sadə  dildədir.  Müəllif 
həyatında  baş  vermiş  hadisələrə  hansısa  bər-bəzək  verməkdən  uzaqdır,  bu 
xüsusiyyət əsərin bədii dəyərini heç də azaltmır, əksinə gerçək dramatizmi ilə daha 
da  artırır.  «Nyu-York  Tayms»  qəzetinin  rəyçisi  yazır  ki,  «(O)  nadir 
siyasətçilərdəndir ki, həqiqətən yaza bilir və özü haqqında təsirli qaydada və doğru 
yazır».  Bu  rəylə  qismən  razılaşmaqla  yanaşı,  onun  doğrudan  da  yalnız  müasir 
siyasətçilər  arasında  fərqləndiyini  qeyd  etmək  olar.  Tarixdə  isə  siyasətçilərin 
əksəriyyəti olmasa da, xeyli hissəsi böyük qələm sahibləri hesab olunurdu. Bibliya 
tərəfindən  şöhrət  çələngi  ilə  mükafatlandırılmış  İsrail-İudeya  çarları  David  və 
Solomon,  XVI-XVII  əsrlər  İngiltərəsinin  dövlət  xadimləri  Tomas  Mor  və  Frensis 
Bekon, XVIII əsr Fransasındakı onların davamçıları, XIX əsr Böyük Britaniyasının 


113 
 
bəzi  baş  nazirləri  (məsələn,  Eduard  Stenli,  Bencamin  Dizraeli),  ABŞ-ın  bani-
ataları,  xüsusən  Bencamin  Franklin,  Tomas  Cefferson,  Aleksandr  Hamilton  bu 
sahədəki  istedadları  ilə  fərqlənirdilər.  XX  əsrin  əvvəllərində  prezident  olmuş 
Vudro  Vilson  öz  ölkəsinin  tarixi  haqqında  beş  cildlik  əsərin  müəllifi  idi.  Con 
Kennedi isə 1956-cı ildə Pulittser mükafatına layiq görülən «Profiles in Courage» 
– «Cəsarət kiçik tərcümeyi-halları» kitabı ilə məşhurlaşmışdı. 
Təkcə  siyasətçilər  deyil,  onların  xanımları,  birinci  ledilər  də  avtobioqrafik 
janrda  qələmlərini  sınamışlar.  Eleonora  Ruzvelt  öz  kitabında  dörd  dəfə  prezident 
seçilmiş və dahiyanə şəxsiyyət olan əri haqqında geniş məlumat verir. Naməlum, 
gizlədilən  hadisələrə  də  işıq  salmağı  bacarır.  SSRİ  xarici  işlər  naziri 
V.M.Molotovun  1942-ci  ildə  Vaşinqtona  gələrkən,  onun  paltarlarını  qaydaya 
salmaq  istəyən  qulluqçunun  qonağın  çemodanında  əşyalar  arasında  gizlədilmiş 
tapançanı  və  bir  neçə  lülə  kolbasanı  tapdığını  yazır  və  bunu  onunla  izah  edir  ki, 
yəqin  ki,  o,  təyyarəsinin  almanlar  tərəfindən  vurulduğu  təqdirdə  sağ  qalsa  özünü 
müdafiə  etmək  və  götürdüyü  ehtiyatla  aclıqdan  xilas  olmaq  məqsədini güdürmüş. 
Nensi  Reyqan  isə  öz  kitabında  SSRİ  liderinin  arvadı  Raisa  Qorbaçovanın  ədəb 
qaydalarına məhəl qoymayaraq Ağ evdəki prezidentin yataq otağında çarpayıların 
yerini dəyişdirməyi nəzakətsiz qaydada məsləhət gördüyünü yazır və onu da qeyd 
edir ki, Parisdə olarkən Andropovun sərgidəki şəklini ona göstərən Raisa deyibmiş 
ki, yüksəlməyimizə görə biz ona borcluyuq. 
Siyasi xadimlər də tarixi şəxsiyyətlərə qiymət verdikdə ümumi stereotiplərin 
təzyiqinə 
əhəmiyyət  verməyərək,  onlara  başqa  prizmadan  baxmaqdan 
çəkinməmişlər.  Con  Kennedi  öz  kitabında  ölkəsinin  ən  koloritli  on  şəxsiyyəti 
haqqında,  ABŞ  tarixində  onların  qeyri-adi  cəsarəti,  ümumi  rəyə  məhəl 
qoymamaları barəsində söhbət açır. Linkolnun qətlindən sonra prezident kürsüsünə 
yiyələnmiş  Endryu  Consona  Konqressin  hüquqlarını  pozması  və  digər  xətalarına 
görə impiçment elan edilməsi cəhdini yeganə səsi ilə ölkəsinin şərəfi naminə pozan 
və  senatda  təklifin  əleyhinə  səs  verməklə  prezidentin  tükdən  asılı  qalmış  taleyini 
müsbət həll edən senator Rossun qeyri-adi müstəqilliyini tərifləyir. Az qala bir əsr 
sonra  1946-cı  ilin  sonunda  keçmiş  prezident  Uilyam  Taftın  oğlu,  görkəmli 
siyasətçi  kimi  tanınan  senator  Robert  Taftın  senatdakı  çıxışında  Nyürnberq 
tribunalının  alman  hərbi  caniləri  barədə  hökmünün  qanundan,  beynəlxalq 
hüquqdan  kənar,  qaliblərin  məğlublar  üzərində  mühakiməsinin  ədalətsiz  və 
qəddarlıq  nümunəsi  olduğunu,  ABŞ-ın  demokratik  imicinə,  hüququn  aliliyi 
prinsipinə ağır zərbə vurduğunu qeyd etməklə öz dövründə təkcə ölkəsindəki deyil, 
bütün  dünyadakı  ictimai  rəyə  əks  çıxmaqla  böyük  mərdlik  göstərdiyini  yazır. 
Müəllif  qeyd  edir  ki,  Robert  Taftın  əvvəlki  prezident  seçkilərindən  fərqli  olaraq 
1948-ci  il  seçkilərində  Respublikaçılar  partiyasından  namizəd  göstərilməsi  və 
seçkiləri  udması  şansı  xeyli  böyük  idi.  Lakin  o,  vicdanının  səsinə  qulaq  asıb, 
ümumi rəyin əsarətinə qarşı çıxdı. Belə cəsarətli bəyanatına görə isə əsl anafemaya 
məruz  qaldı,  böyük  siyasət  səhnəsini  tərk  etməyə  məcbur  oldu.  Bunlar  Amerika 
siyasət  tarixinə  parlaqlıq  verən  faktlardır.  Buna  rəğmən,  2008-ci  il  prezident 
seçkilərinin  yekununu  da  xalqın  iradəsinin  ənənəvi  qaydaları  qırıb  dağıtması 
nümunəsi hesab etmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə