Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   60   61   62   63   64   65   66   67   ...   171

128 
 
Obama Afrika həyatına aid bəzi stereotiplərin də həqiqət olduğunu kitabında 
qeyd  edir.  Çoxları  deyir  ki,  Luo  balıq  yeyən  xalqdır.  Əslində  bu  düşüncə  bütün 
Luo  üçün  düzgün  deyil.  Yalnız  Viktoriya  gölünün  ətrafında  yaşayanlar  balıq 
yeyirlər,  əksəriyyət  isə  masailər  kimi  çobandır.  Keniyalılar  öz  çaylarını  çox 
tərifləyirlər.  Lakin  bu  adəti  onlar  ingilislərdən  götürmüşlər,  əcdadları  çayı 
tanımırdılar. Balıq bişiriləndə ona vurulan ədviyyat isə ilk dəfə Hindistandan və ya 
İndoneziyadan gətirilmişdi. Ancaq heç afrikalıları da qınamaq düzgün deyil. Məgər 
amerikalılar  öz  arzularında  unikaldırlarmı?  Almanlar,  digər  avropalılar  Afina  və 
Romanın  onlarınkı  olduğunu  iddia  edirlər.  Əslində  isə  məhz  əcdadları  klassik 
mədəniyyətin  dağıdılmasına  öz  bol  «töhfələrini»  vermişlər.  Lakin  bu  hadisələr 
tarixin dərin qatlarında baş verdiyindən buna o qədər də əhəmiyyət verən yoxdur. 
Digər  tərəfdən  avropalılar  heç  özlərinə  məxsus  olanlara  da  lazımi 
rəhmdilliklə  yanaşmamışlar.  Sənaye  inqilabı,  müharibələr  vaxtı  onlar  ağ  dərili 
insanlarla  da  qəddarcasına  davranmışlar.  Afrikadakı  qızıl  era  barədəki  ideyaya 
gəldikdə,  bunun  mövcudluğu  yalnız  ağ  adamın  oraya  gəlməsindən  əvvəlki  dövr 
üçün təbii görünə bilər. Lakin afrikalıların istismarçılarına qarşı qəzəbi ilə yanaşı, 
onlar  atavizmi  andıran  öz  adətlərinə  münasibətdə  izah  olunmayan  mülayimlik, 
tolerantlıq göstərirlər. Bu adətlər isə insanların sağlamlığına, bütövlükdə cəmiyyətə 
ağır  zərbə  vurur.  Belə  ki,  qadın  sünnəti  kikuyuların  vacib  adəti  sayılır,  bu  isə 
qızların  ölümünə,  xəstəliklərə  yoluxmasına  səbəb  olan  bir  bəla  kimi  qalmaqda 
davam edir. 
Kitabın epiloqunda bu fikirlərini ümumiləşdirməklə yanaşı, müəllif sonralar 
Harvard  hüquq  məktəbini  bitirdiyini,  təhsil  illərində  vaxtının  çoxunu 
kitabxanalarda  keçirdiyini  yazır.  Onun  arvadı  gözəl  Mişel  də  həmin  məktəbin 
məzunudur.  O,  hüququ  təkcə  bir  elm  kimi  deyil,  həm  də  xatirə  kimi  qəbul  edir. 
Çünki  hüquq  həm  də  millətin  keçmişinə  nəzər  salmağa  imkan  verir.  Hüququ 
öyrənərkən o, həmçinin Ceffersonun və Linkolnun ruhu ilə təmasda olduğunu qeyd 
edir.  Lakin  bu  heç  də  afrikalı  şamanların  ruhla  söhbətləri  olmayıb,  dahi 
şəxsiyyətlərdən ilham almaq imkanı idi. 
Qara və ağ insan, onların hamısı Amerika adlanan bir icmaya öz iddialarını 
irəli  sürürlər.  Bu  icmanın  çiçəklənməsi  isə  onların  problemlərinin  həllinə  xidmət 
edəcəkdir. 
Bəli,  Barak  Obama  öz  karyerasına  Çikaqonun  ən  kasıb  icmalarında  icma 
təşkilatçısı kimi başlamış, hüquq məktəbində təhsil alarkən ilk afroamerikalı kimi 
«Harvard  hüquq  revyu»suna  prezident  seçilmişdi.  Axı,  atası  da  Havay 
universitetindəki Beynəlxalq Tələbə Assosiasiyasının ilk prezidenti olmuşdu. Onun 
1992-ci  ildə  həyata  keçirməyə  başladığı  «Səsvermə»  layihəsi  hesabına  əlavə  150 
min  seçici  qeydə  alınmışdı.  1997-2004-cü  illərdə  üç  müddətə  Çikaqonun  Cənub 
tərəfindən  ştatın  senatoru  seçilmiş,  Çikaqo  hüquq  məktəbi  universitetində  baş 
mühazirəçi işləmişdir. Mülki haqlar hüququ ilə məşğul olur. 2005-ci ildən isə ABŞ 
senatının üzvüdür. 
Kitabının  yeni  nəşrinin  müqəddiməsində  müəllif  11  sentyabr  2001-ci  il 
faciəsinin  dünyanı  sarsıtdığını,  qüllələrin  belə  uçurulmasının  şüura  sığmadığını 
yazır. Terroristləri idarə edən nihilizm, insanlığa nifrət partlayışı hələ də planetin 


129 
 
ayrı-ayrı  guşələrində  özünə  qurban  rüsumu  tələb  edir.  Bu  hadisələr  yeni 
sarsıntıların  meydana  gəlməsi  ilə  müşayiət  olunmaqla,  insanları  ayıq  olmağa, 
mübarizəni zəiflətməməyə çağırır. 
Yeddi il əvvəl amerikanlar göz yaşları axıdırdı. 4 noyabr 2008-ci ildə isə bu 
adamların  çoxunun  sifətinə  təbəssüm  çökdü,  gözlərində  sevincdən  yaranan  yaş 
damlaları  parıldadı.  Seçki  kampaniyası  vaxtı  təkcə  öz  ölkəsində  deyil,  dünyada 
böyük  populyarlıq  qazanmış  Barak  Obama  –  bu  yüksək  intellektə  və  mübarizə 
qüvvəsinə  malik  olan  insan  qarşıdakı  illər  üçün  ölkəsinin  prezidenti  seçildi.  Bu 
hadisə Amerikanın ağılsız siyasət və üstünü almış böhran hesabına itirilməkdə olan 
nüfuzunu  dirçəltmək,  geri  qaytarmaq  ümidlərini  yaratdı,  ölkənin  bani-atalardan 
gələn  demokratik  ruhuna  yeni  qanad  verdi,  keçmişin  irqçilik  rudimentlərinə  Çin 
səddini  andıran  qüdrətli  bir  hasar  çəkilməsi  əlamətinə  çevrildi.  Ümumi 
qanunauyğunluğa görə bu, Obamanın şəxsi qələbəsi hesab edilsə də, həmin zəfərə 
susayan  amerikalıların  uğuru  idi,  dünyanın  əksər  guşələrində  ürəklərdə  gəzən 
arzunun reallaşacağı barədə fərəhli bir ümid müjdəsi idi. 
Ata  öz  oğlu  barədə  böyük  arzulara  malik  idi,  bu  xəyallar  həm  də  ailə 
çərçivəsinə  qapılıb  qalmamışdı,  öz  xalqına,  dünyaya  ünvanlanmışdı.  Lakin  o, 
oğlunun  belə  cəsarət  sınağına  baş  vuracağını  və  oradan  qalib  çıxacağını 
təxəyyülünə  də  gətirmirdi.  Əlahəzrət  fakt  isə  göz  qabağındadır.  Bəzən  adamların 
istənilən səddi keçib aşması xəyalları da geridə qoya bilir. Barak Obama sevincin 
nadir qonaq olduğu uşaqlığı və gəncliyi ilə, bütövlükdə o qədər də asan olmayan 
həyatı  ilə  bu  şücaətə  yiyələnmək  yolunu  keçmişdi.  Oxuduğum  kitab  da  yalnız 
həmin həqiqətin izahına xidmət edir. 
 
“525-ci qəzet”.29.11-02,03,04,05.12.2008 
 
 
 
Dəhşətlərə son qoyan müharibə 
 
21 gün davam edən İraq müharibəsi son akkordunu vurdu. Bu müharibə öz 
başlıca məqsədini – Səddam Hüseyn rejiminin devrilməsini həll etdi. Müharibə nə 
qədər  qısa  davam  etsə  də,  qan  axıdılmasına,  qurbanlar  verilməsinə,  iri  miqyasda 
dağıntılara səbəb oldu. Qədim mədəniyyəti və tarixi abidələri ilə öyünən bir ölkə 
indi xarabalıqları andırır. Heç kəs inkar edə bilməz ki, müharibənin özü dəhşətdir. 
Lakin müharibə daha böyük miqyasda dəhşətlərə son qoyarsa, ona bəraət verilməsə 
də, izahat tapmaq çətin deyil. 
Söhbət  Səddam  Hüseynin  diktatura  rejiminin  ləğv  edilməsindən,  böyük  bir 
xalqın üç on illik ərzində çəkdiyi zülm və məşəqqətlərə son qoyulmasından gedir. 
Kimsə  müharibənin  hədəfi  kimi  kütləvi  qırğın  silahlarının  tapılmadığını,  onun 
labüdlüyünü  inkar  üçün  istifadə  etməyə  çalışır.  Doğrudur,  bu  silah  ehtiyatlarını 
tapmaq mümkün olmadı. Lakin böyük bir xalqı kütləvi məhvə aparan bir rejimin 
iflası, bəs kiçikmi məsələdir? 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə