Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   62   63   64   65   66   67   68   69   ...   171

132 
 
Səddam hökmranlıq etdiyi dövrdə xalqı elə dilənçi vəziyyətinə salıb ki, onlar yaxşı 
günlərə  ümidlərini  bütünlüklə  itiriblər,  ona  görə  də,  əllərinə  keçəni  götürməklə 
aclıqdan xilas olmağa can atırlar. Uzun müddət ac qalan insan şüurdan da məhrum 
olur, onun mənəviyyatı da pozulur. Diktatorlar xalqı ac saxlamaqla, həm də onun 
mənəviyyatını  pozurlar.  Ona  görə  də,  bugünkü  iri  miqyaslı  qarətdə  də  Baş 
Soyğunçu Səddamın dəsti-xətti görünür. 
Müharibənin  ən  böyük  zəfəri  bir  diktaturanın  məhv  olmasıdır.  Buna  hamı 
sevinir,  təkcə  digər  diktatorlardan  və  onların  klanlarından  başqa.  Bu  sevinc  qısa 
müddət  sürə  bilər.  Çünki  diktaturaların  sarayından  bircə  daş  düşüb.  Sarayın 
bütünlüklə  uçması,  dağılması,  bəşəriyyətin  xilası  üçün  böyük  sevinc  ola  bilər. 
Bunun  üçün  dünyada  elə  mühit  yaranmalıdır  ki,  “qəhr  olsun  diktatura!”  şüarına 
ehtiyac  olmasın,  bu  mamır  basmış  divarlar  özü  uçub,  yalnız  iyrənc  dövrləri 
xatirələrdə yada salmağa xidmət edən xarabalığa çevrilsin. 
 
“Hürriyyət” qəzeti, 16.04.2003 
 
 
Saray  həyatının  dəbdəbəsinin  xiffəti  və  ya  hələ  uçmamış  yeni  «hava 
qəsrləri» 
(Fərəh Pəhləvinin kitabı haqqında qeydlər) 
 
İstənilən  memuarı  panegirik  ədəbiyyatın  bir  növü  saymaq  olar.  Məddahlıq 
edənlər  öz  qəhrəmanını  göylərə  qaldırdığı  kimi,  ötən  ömrün  xatirəsini  qələmə 
alanlar  da  adamlara  xas  olan  zəifliyin  nişanəsi  kimi  özlərinə  vurğunluğu  açıb 
ağardaraq,  az  qala  keçmişini  idealizə  etməyə  girişir,  həqiqətin  ən  güclü  atası 
sayılan  Zamanın  etdiyi  düzəlişlərə  məhəl qoymadan  yaşadığı  xoşbəxtlik  dövrünü 
cazibədar  naxışlarla  bəzəməklə  öz  nostalji  hisslərini  başqalarına  da  təlqin  etməyə 
səy göstərir. Ədalətlə demək lazımdır ki, kənardan bir qədər əlçatmaz görünən bu 
adamlar  əslində  qarşılarına  qoyduğu  məqsədə  müəyyən  ölçülərdə  çatmağı  da 
bacarırlar.  Onların  prizmasından  öz  həyatları,  günəşin  şüaları  havadakı  yağış 
damcılarını  qövsi-qüzeh  rənginə  boyayan  kimi  al-əlvanlıq  qazanır,  ətrafdakı 
bədbəxtliklər və səfalət dənizi büsbütün unudularaq Yer üzərindəki mövcudluq az 
qala cənnət haləsinə bürünür, qələminin şişirtmə gücü və hadisələri birtərəfli təsvir 
etmək üslubu hesabına bu adamlar özlərini bir qədər «göy sakinləri» kimi təqdim 
etməkdə rahatlıq tapırlar. 
Axırıncı  İran  şahının  axırıncı  xanımı  Fərəh  Pəhləvinin  «Xatirələr.  Yıxılan 
rejimin  və  bitməyən  eşqin  hekayəti»  kitabı  bir  qədər  mütaliə  təcrübəsi  olan 
oxucuda  da  məhz  belə  hisslər  yaradır.  Rejimin  mövcudluğu  dövründəki  tituluna 
görə  «Şahbanu»  adlanan  bu  xanım  İran  şah  rejiminin  süqutuna  qədər  olan  son 
iyirmi ili görünməmiş inkişaf, firavanlıq dövrü kimi qələmə verməyə cəhd etsə də, 
bəzən qeyri-iradi olaraq onun «anadangəlmə ləkələrini», qüsurlarını da bütünlüklə 
danmağı, inkar etməyi bacarmır. 
Gənc  qızın  saray  mühitinə  düşməsi,  şahın  üçüncü  arvadı  olması  səadətinə 
qovuşması  elə  qeyri-adi  cizgilərlə  təsvir  edilir  ki,  elə  bil  ki,  «Min  bir  gecə» 


133 
 
nağılının  səhnələri  ilə  yenidən  tanışlıq  başlayır  və  ya  fransız  imperessionist 
rəssamların fırçasından çıxmış gözəl təbiət mənzərəsini seyr edirsən. 
Müəllifin bu sahədəki cəhdlərinin həddi aşdığı da diqqətdən yayınmır. Bəlkə 
adi keçi dərisini də «qızıl yun» kimi və ya istənilən iplik kələfini Ariadna sapı kimi 
təqdim etmək olar, lakin bundan azacıq baş çıxardanlar mifik hadisələrin yenidən 
təkrarlanması  cəhdlərinə  inanmayacaqlar.  Mərhum  şahın  evlənmə  tarixçələrini 
yaxşı bilən adamları şahın son xanımının qələmindən çıxan əhvalatlara inandırmaq 
o  qədər  də  asan  məsələ  deyildir.  Şah  qvardiyasının  rəhbəri  və  müəllifin,  xəyanət 
edərək dini rejimə xidmətə keçməkdə ittiham etdiyi general Hüseyn Fərdostun ötən 
əsrin sonlarında ingiliscə çapdan çıxmış kitabında Fərəh xanımın şaha hansısa varlı 
adam  tərəfindən  nikah  üçün  real  namizəd kimi  irəli  sürüldüyü bütün təfərrüatı ilə 
açılıb  göstərilir.  Məhz  belə  təqdimat  gələcək  Şahbanunun  əvvəllər  mütləq 
xoşbəxtlik rəngində olan, son iyirmi ildə isə bədbəxtlik dumanına bürünmüş həyata 
ilk dəfə qədəm qoymasından xəbər verir. Ona görə də «bitməyən eşq hekayəti» bir 
o  qədər  də  inandırıcı  görünmür,  burada  gələcək  ərə  vurğunluqdan  daha  çox 
uşaqlıqdan  qulağında  səslənən  «Şahın  arvadı»  olmaq  ifadəsinin  yaratdığı  arzuya 
ürəkdən  bağlılıq,  sarayda  əslində  ikinci  adam  olmaq  istəyi  daha  çox  gözə  çarpır. 
Axı o, əslində qiyamla meydana gələn yeni sülalənin hələ yüzillər, minillər davam 
edəcəyinə  ümid  bəsləyirdi,  şah  kimi  o  da  bu  sülalənin  ömrünün  vur-tut  yarım 
əsrdən bir qədər artıq davam edəcəyini ağlına belə gətirə bilməzdi. 
Kazak  ruhunda  tərbiyə  almış  general  Rza  xan  1921-ci  ildə  olcuqda  zəif  və 
səriştəsiz hökmdar olan Əhməd şahın dövründə dövlət çevrilişi etmiş, bu vaxt yeni 
hökumətə  jurnalist  Seyid  Ziyəddin  Tabatabai  başçılıq  etmiş,  general  Rza  xan  isə 
müdafiə  naziri  təyin  edilmişdi.  İki  ildən  sonra  jurnalist  də  hökumət  başçılığından 
uzaqlaşdırıldı, bu vəzifəni tutduqdan az sonra 1925-ci ildə Persiya parlamenti olan 
Məclis  ölkədə  olmayan  Əhməd  şahı  devirdikdən  sonra  şahlıq  rejimini  qoruyub 
saxlamaq  üçün,  Rza  şah  adı  altında  onu  taxt-taca  qaldırdı  və  o,  öz  sülaləsini 
Persiya  xanədanı  dövründə  dili  və  yazını  ifadə  edən  simvolik  «Pəhləvi»  sözünü 
özünün sülalə adı elan etdi. Rza xan respublika elan etməyi nəzərdə tuturdu. Lakin 
xalqın böyük çoxluğunun bu ideyaya güclü əks çıxması onu öz fikrindən dönməyə 
məcbur etdi. 
İlk  şah  1941-ci  ilin  sentyabrında  İran  əraziləri  cənubdan  ingilis  orduları, 
şimaldan isə sovet qoşunları tərəfindən işğal edildikdə öz oğlu Məhəmməd Rzanın 
naminə  taxt-tacdan  uzaqlaşdı,  bir  müddət  qürbətdə  yaşadıqdan  sonra,  vətənindən 
uzaqlarda da həyatla vidalaşdı.  
Şahbanu  Fərəh  Pəhləvi  gənc  və  təcrübəsiz  qız  olmasına  baxmayaraq  saray 
həyatına  qədəm  qoyduqdan  sonra  buranın  boğucu,  intriqalarla  dolu  olan 
mühitindən  baş çıxarmağı bacardı, qısa  müddətdə  ərinin  məhəbbətini qazanmaqla 
mühüm  nüfuz  sahibinə  çevrildi.  Onun  bir  sıra  sosial  problemlərin  həllində  fəal 
iştirakı  təqdirə  layiqdir.  O,  cüzam  xəstəliyindən  dəhşətli  əzab  çəkən  xəstələrə 
yardım əlini uzatmış, onlar üçün ayrıca yaşayış məntəqəsi saldırmışdı. Onun təhsil 
müəssisələrinə qayğısı da xüsusi qeyd olunmalıdır. 
Fərəh  xanım  ərinin  həyata  keçirdiyi  «Ağ  inqilab»  islahatlarının  bəzilərinin 
həyata keçirilməsində təşkilatçılıq işi aparır, əsas diqqətini qadınların cəmiyyətdə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə