Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   64   65   66   67   68   69   70   71   ...   171

136 
 
bilməzdi.  Bu  yalnız  sovet  ordusu  hissələri  İran  ərazisini  tərk  etdikdən  sonra 
mümkün  olmuşdu.  Hələ  1943-cü  ilin  noyabr-dekabrında  keçirilən  Tehran 
konfransında  qərara  alınmışdı  ki,  müharibə  başa  çatdıqdan  sonra  İranın  ərazi 
bütövlüyü  təmin  edilsin  və  altı  ay  ərzində  xarici  dövlətlərin  qoşunları  İran 
torpaqlarından  çıxarılsın.  Stalin  heç  də  Şimali  İranı  tərk  etmək  istəmirdi,  axı 
burada mili Azərbaycan Demrokratik Respublikası yaranmışdı. Lakin 1946-cı ilin 
başlanğıcından  ABŞ  hökuməti  öz  narazılığını  bildirməyə  başladı  və  Sovet 
qoşunlarının  dərhal  çıxarılmasını  tələb  etdi.  Hətta  Trumen  atom  bombası  ilə 
hədələməyə  başladıqda,  Stalin  ölkəsinin  ağır  vəziyyətdə  olduğunu  nəzərə  alaraq, 
yeni  dünya  müharibəsinin  hansı  fəlakətlər  gətirəcəyini  anladığından  qoşunları 
çıxarmaq  məcburiyyətində  qaldı.  Bəziləri  o  dövrün  reallığına  əhəmiyyət 
verməyərək,  bunu  Stalinin  Azərbaycanın  birləşməsi  işinə  göstərdiyi  xəyanət  kimi 
qələmə  verirlər.  Bu  mülahizə  hər  cür  məntiqi  və  tarixi  səbəblərdən  və  köklərdən 
məhrumdur  və  Stalin  öz  imperiyasını  genişləndirmək  üçün  hər  cür  risqə  getməyə 
hazır  idi.  Lakin  Stalin  vəziyyəti  düzgün  qiymətləndirməyi  bacarırdı  və  daim 
avantüradan uzaq qaçmağa çalışırdı. 
İran  inqilabının, kitabda  getdiyi  kimi  təsadüfən baş  verməsi  fikri də  qeyri-
ciddi  görünür.  İranda  təşəkkül  tapmış  proletar  sinfi  yox  idi,  kəndlilər  isə  yalnız 
bunt  qaldırmağa  qadirdir,  onu  inqilaba  çevirməyə  qüdrətləri  çatmır.  İran  inqilabı 
bu  ölkənin  malik  olduğu  ictimai  mərkəzlərdən  başlamalı  idi  və  1979-cu  il 
ərəfəsində bu rolu tarixən İranda böyük nüfuzu olan din müəssisələri – məscidlər 
yerinə  yetirdilər.  Sovet  şairi  Aleksey  Surkov  1946-cı  ildə  İranda  səfərdə  olduğu 
barədəki  xatirələrində  yazır  ki,  İranda  ictimai  rəy  iki  mərkəzdə  –  məsciddə  və 
bazarda  formalaşır  və  yayılır.  Həqiqətən  də  İranda  rejim  üçün  təhlükə  bu 
mənbələrin birində yaranmalı idi və yarandı da. Şah rejiminə etiraz edənlərin çıxışı 
zorakılıqla yatırılırdı. İnqilab ərəfəsində, 1978-ci ilin yanvarında Qumda altı nəfər 
ilahiyyat  tələbəsi  öldürülmüş,  səkkiz  ay  sonra  isə  Tehranda  Jalə  meydanında 
yüzlərlə  etiraz  edən  adamın  qırğını  törədilmişdi.  Nəzarəti  ələ  keçirməyi 
bacarmayan  şah  1979-cu  ilin  yanvarında  sürgünə  yollanmağa  məcbur  olmuşdu. 
Fevralın ilk günündə  isə  Xomeyni  inqilaba  rəhbərlik  etmək  üçün  İrana döndü  və 
İslam respublikasını qurdu. 
Ayətullah Xomeyni isə mübarizləri din bayrağı altında birləşdirməyi bacardı 
və  onun  başçılıq  etdiyi  hərəkat  qalib  gəldi.  Şah  rejimi  içəridən  çürüyürdü,  çat 
verirdi,  təəssüf  ki,  bunu  nə  şah  özü,  nə  onun  yaxın  adamları,  nə  də  özünü 
uzaqgörən kimi qələmə verən Şahbanu görürdü. 
İnqilabdan  sonra  İranda  teokratik  dövlət  quruluşu  meydana  gəldi.  Tarixə 
hələ orta əsrlərdən tanış olan bu quruluş cəmiyyəti təkcə öz sərhədləri çərçivəsində 
idarə  etməklə  kifayətlənməyib,  adamların  ruhuna  da  hakim  kəsilmək  iddiasına 
düşür.  Adamların  şüuruna  ağalıq  etmək  istəyi  belə  dövlətə  əlavə  səlahiyyətlər 
verir.  Dini  ehkamları  qorumaq  vəzifəsi  bu  dövləti  izahi  idarəetmə  imkanlarına 
yiyələndirir,  adamların  mənəvi  dünyasına  hakim  kəsilmək  üçün  nəhayətsiz 
müdaxilə  vasitələrindən  istifadə  etməklə  o  əslində  Yer  üzərindəki  səltənətə 
hökmranlıq  etmək  kimi  adəti  qaydalardan  kənara  çıxır.  Bu  isə  insan  haqları 
sferasında yeni fəsadların meydana çıxması ilə nəticələnir. 


137 
 
Kitabda  yeni  rejimə  nifrət  hədd  tanımır,  ona  görə  də  bütün  qüsurlar  onun 
ünvanına  yazılır.  Hətta  İraqla  aparılan  müharibənin  təqsiri  də  əsassız  olaraq 
inqilabi  quruluşun  üzərinə  atılır.  Körfəz  müharibəsi  adlanan  bu  münaqişənin 
kökündə  isə  başqa  səbəblər  dururdu.  İraq  İranla  öz  sərhədlərini  yenidən  qaydaya 
qoymaq  istəyirdi.  İslam  inqilabından  sonra  iranlılar  da  Bağdadı  İranın  Xuzistan 
əyalətində  yaşayan  ərəblərin  muxtariyyət  tələblərini  qızışdırmaqda  ittiham 
edirdilər.  Üstəlik,  İraq,  öz  əhalisinin  60  faizini  təşkil  edən  şiələrdən  qorxurdu. 
1980-ci  ildəki  bir  sıra  sərhəd  döyüşləri  gedən  vaxt  İraq  qoşunları  İran  ərazisinin 
içərilərinə  doğru  irəlilədilər.  Müharibə  yalnız  1988-ci  il  müqaviləsi  ilə  başa  çatdı 
və hər iki tərəfdən yarım milyon insanın həlak olması ilə nəticələndi. 
İran  şahı  ölkədə  yaratdığı  avtoritar  rejimə,  demokratiyanın  ayaq  aça 
bilməməsinə  görə  iflasa,  yıxılmağa  məhkum  idi.  Əlbəttə,  müəllif  70-ci  illərdə 
böyük  iqtisadi,  mədəni  dəyişikliklər  baş  verdiyini  yazır  və  insaflılıqdan  uzaq 
qaçmayaraq,  bir  ildə  neftin  qiymətinin  dörd  dəfə  artmasını,  neft  istehsalını  300 
milyon  tondan  çoxa  çatdıran  İranın  böyük  gəlir  götürməsini  də  qeyd  etməyi 
unutmur. Savadlılığın 70 faizə çatdığını qürurla qeyd edir. Lakin ikrahla danışdığı 
SSRİ-də 30-cu illərin sonunda savadsızlıq kütləvi qaydada ləğv edilmişdi. Təəssüf 
ki,  yanız  Persiya  dövlətinin  2500  illik  tarixinə  həsr  olunmuş  yubileyə  hazırlıq 
görülərkən  israfçılığa  yol  verildiyini  ittiham  edənləri  qeyri-obyektivlikdə 
günahlandırır.  Lakin  onu  da  yaddan  çıxarır  ki,  neftdən  gələn  milyardlarla  vəsaiti 
şah bədxərcliklə müasir hərbi texnika və cihazlar alınmasına sərf edirdi və bunların 
çoxlu  limandan  daşınıb  təyinatına  çatdırılmırdı,  səhrada  qumun  altında  qalıb 
yararlılığını itirirdi. 
Təsərrüfatsızlıq  eybəcər  hədlərdə  mövcud  idi.  İş  o  yerə  gəlib  çatmışdı  ki, 
İran  körfəzi  limanlarına  gələn  gəmilərdəki  idxal  malları  vaxtında 
boşaldırmadığında dövlət ağır cərimələr ödəməyə məcbur olurdu. Bir dəfə məlum 
olmuşdu  ki,  Bəndər  Abbas  limanında  800  gəmi  xeyli  müddətdir  ki,  ərzaq 
mallarından  ibarət  olan  yüklərinin  boşaldılmasını  gözləyir,  onlardan  çoxu  altı  ay 
idi ki, boşaldılma növbəsində dayanmışdı. 
Bir qayda olaraq tərif həddi aşdıqda əks effekt verir. Müəllif şahın gördüyü 
işləri  elə  yağlı  boyalarla  təsvir  edir  ki,  elə  bil,  Bisütun  dağında  Persiya  çarı  I 
Daranın  şücaətlərindən  bəhs  edən  «Nəqşi-Rüstəm»  kimi  əlavə  yeni  bir  qalereya 
yaratmaq  ehtiyacı  yaranır.  Qaya  üstünü  yeni  yazılarla  bəzəmək  olar,  lakin  şahın 
Daranın  nailiyyətlərinə  azacıq  da  olsa  yaxınlaşan  bir  əməlini  tapmaq  qeyri-
mümkündür.  Kitabda  canfəşanlıqla  təbliğ  edilən  «Ağ  inqilabın»  tərkib 
hissələrindən  biri  olan  torpaq  islahatından  da  şah  böyük  torpaq  sahələri  ələ 
keçirməyə müvəffəq olmuşdu. 
Şah  sarayı  dəbdəbəsiz  mümkün  deyildir.  Şərq  saraylarında  isə  bu,  elə  bir 
hədd  tanımır.  Dəbdəbə  artıq  başqa  miqyas  almışdı.  Hətta  Makedoniyalı 
Aleksandrın  da  mənəviyyatının  korlanmasında  perslərin  zinyətə,  dəbdəbəyə 
vurğunluğu az rol oynamamışdı, onun da bu mərəzə tutulmasına şərait yaratmışdı. 
Bu  pulların  bir  hissəsi  də  dövlət  büdcəsindən  yan  keçir,  saray  üzvlərinin 
varlanmnsına yol açırdı. 
Fərəh  Pəhləvinin  özünə  gəldikdə  o,  zinyətə,  dəbdəbəyə  vurğunluqda  öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə