Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   63   64   65   66   67   68   69   70   ...   171

134 
 
xüsusilə ailədə fəal rol oynaması problemlərinə yönəldirdi. 
Qadınlar  seçmək,  seçilmək  hüququna  yiyələnmişdilər,  universitetlə  daxil 
olur  və  qazandıqları  ixtisaslara  müvafiq  işləyə  bilirdilər.  Kəndlərdə  isə  cəhalət 
hökm  sürməkdə  davam  edirdi.  Onu  maraqlandıran  məsələlərdən  biri  yetimlərin 
üzləşdiyi acınacaqlı vəziyyət idi. Bu şəraiti aradan qaldırmaq vacibliyi onu həmin 
uşaqlarla məşğul olan təşkilata başçılıq etməyə həvəsləndirmişdi. Ölkədə olan on 
minə  yaxın  yetim  və  kimsəsiz  uşağı  məskunlaşdırmaq  üçün  ölkənin  ayrı-ayrı 
yerlərində  yetimlər  üçün  olan  evlərdən  ötəri  yeni  binalar  inşa  edildi.  Onların 
tərbiyəsi ilə təhsil almış qadınlar məşğul olurdu. Bu qayğı hesabına uşaqların qarnı 
doyuzduruldu, onlar müvafiq paltarlarla təmin edildilər, kimsəsizliyin acı xofundan 
uzaqlaşa  bildilər.  Fiziki  cəhətdən  qüsurlu  olan  uşaqlar,  korlar  üçün  məktəblər 
açılmışdı, xüsusi istedada sahib olan uşaqların öz qabiliyyətlərini inkişaf etdirməsi 
üçün şərait yaradılmışdı. 
Bu  Şahbanunun  çoxtərəfli  fəaliyyətinin  bir  sıra  sahələridir.  İctimai,  siyasi 
fəaliyyəti ilə yanaşı o, öz ailə borcunu da uğurla ödəməyi yaddan çıxarmırdı. Şah 
uzun  müddət  idi  ki,  vəliəhd  arzusunda  idi,  lakin  ikinci  arvadı  Sürəyya  da  bu 
ümidləri  doğrultmadığından  nikaha  xitam  verilmişdi.  Şahbanu  Fərəh  isə  şahı  ilk 
oğlunu doğması ilə sevindirdi, sonra onun ardıcıl olaraq qızı, ikinci oğlu və ikinci 
qızı dünyaya gəldi. Ərinin vəfatından iyirmi il sonra o, ailənin sonbeşiyi olan qızı 
Leylanı itirmək faciəsi ilə də üzləşməli oldu. 
Kitabda  şah  ailəsinin  islam  inqilabından  sonra  sığınacaq  tapmaq  üçün 
dünyanın  çox  yerlərinə  müraciət  etməsi,  beynəlxalq  münasibətlərdə  problemlərin 
yaranacağını  nəzərə  alaraq  vaxtilə  dost  sayılan  bəzi  ölkə  başçılarının  onları  öz 
torpağında  qəbul  etməkdən  imtina  etməsi,  bu  vaxt  ağır  «ağ  qan»  xərçənginə 
tutulmuş ərinin nəinki müalicəsinə, hətta öz ömrünü sakitcə başa vurmasına imkan 
verilməməsi  dəhşətli  səhnələrlə  qələmə  alınır.  Müəllif  bütün  inqilabların  qanla 
qidalandığı həqiqətini yaddan çıxardaraq, şah rejimi iflasa uğradıqdan sonra İranda 
baş  verən  edamlara,  ailələrinin  təqib  olunmasına  böyük  yer  ayırır.  Lakin  bu 
məsələlərdə  ölçü  hissinə  riayət  olunmur.  Ən  eybəcər  siyasi  polis  kimi  sayılan 
SAVAK-ın  rəisi  general  Həsən  Pakravanın  vaxtilə  ayətüllah  Xomeynini 
mühakimədən  azad  olunması  təklifi  ilə  çıxış  etdiyi  halda,  inqilabdan  sonra  onun 
edam  edildiyini  böyük  faciə  kimi  qələmə  verməklə,  müəəlif  əvvəllər  SAVAK-ın 
zindanlarında  həyatla  vidalaşan  minlərlə  insanların xatirəsini  əslində  təhqir  etmiş 
olur. SAVAK ölkədə əsl inkvizisiya qaydaları yaratmışdı, İranda elə bil ki, ikinci 
Torkvemada  meydana  gəlmişdi.  Qərb  jurnalistləri  1970-ci  illərdə  yazırdılar  ki, 
azacıq  narazılıq  işartıları  bildirənlər  aradan  götürülür,  onların  diri  ya  ölü 
olmasından bir daha xəbər tutmaq mümkün olmurdu. Bir jurnalist qeyd edirdi ki, 
isti,  bürkülü  havada  saatlarla  avtobus  gözləyən  fəhlə  hətta  qızmar  istidən 
şikayətləndikdə,  onu  sakitcə  oradan  aparırdılar  və  ittihamı  bu  olurdu  ki,  sən 
havadan  yox,  şahdan  şikayət  edirsən.  Beləliklə,  ehtiyatsızlıq  edib,  iqlimdən 
gileylənən  bir  adam  zindana  atılır  və  onun  gələcəyi  qatı  naməlumluq  dumanında 
itib  batırdı.  Bəlkə  də  şahın  heç  də  hər  bir  qəddarlıq  hadisəsindən  xəbəri  yox  idi, 
lakin  bu  sistemin  belə  quduzlaşmasına  məhz  o,  rəvac  vermişdi.  Tehranın  özünün 
daha  mənfur  şöhrət  qazanmış  Bastiliyası,  hər  cür  vəhşiliklər  səhnəsi  olan  zindanı 


135 
 
var idi. Şah bunlardan yaxşı agah idi. 
Fərəh  xanım  isə  SAVAK-ın  törətdiyi  faciələri  deyil,  yalnız  onun 
«agentlərinin  qanqaraçılığa  səbəb  olduğunu»  qeyd  edir,  adamların  bu  agentlərin 
kobud  sərtlikləri  ilə  üz-üzə  gəldiklərini  vurğulayır.  Əgər  Şahbanunun  diqqətini 
yalnız  xırda  xətalar  cəlb  edirdisə,  əhalinin  başına  açılan  fəlakətlər  onu 
düşündürmürdümü?  Onu  yalnız  şahın  mənəvi  nüfuzuna,  həm  də  rejimə  bu 
agentlərin  ziyan  vurmaları  həyəcanlandırsa  da,  bu  hərəkətlərə  əslində  haqq 
qazandıraraq onların bunu istəmədən etdiklərini qeyd edir. Və bir qədər qeyri-ciddi 
nəticəyə  gəlir:  «Amma  SAVAK-çıların  çoxu  ölkədə  təhlükəsizliyin  təmini  üçün 
əməlli-başlı  çalışdılar».  Şahbanunun  bu  sözləri  rejimi  qoruyub  saxlamaq  xatirinə 
hər  cür  vəhşiliyə  əl  atan  siyasi  xəfiyyənin  fəaliyyətinə  haqq  qazandırır  və 
müəllifliyi  Fransa  kralı  XVI  Luiyə  aid  edilən  «Məndən  sonra  qoy  lap  hər  şey 
daşqına  qərq  olsun»  sözlərinin,  yaxud  Kaliqulanın  «Qoy  nifrət  etsinlər,  ancaq 
qorxsunlar»  prinsipini  yada  salır.  Şah  rejiminin  zülmü  özündən  sonra  dünyaya 
mələklər  gətirə  bilməzdi  və  SAVAK-ın  mənfi  təcrübəsinin  nəhəng  bünövrəsi 
üzərində sonrakı haqsızlıqların da heykəli qoyuldu. 
Kitabda  kommunistyönlü  Tudə  partiyasının,  ifrat  solçuların,  dini 
təməlçilərin  adı xüsusi  ikrahla  çəkilir. Ölkədəki  başqa cür düşüncələrin  hamısı  az 
qala  düşmən  qismində  təsvir  edilir  və  qədim  Romanın  eybəcər  imperatorlarından 
birinin  «xalqın  bircə  boynu  olmamasına»  görə  heyfislənməsi  fikiri  yada  düşür. 
Guya ki, ölkədə doğulan hər bir körpə öz ilk qışqırtısı ilə şaha sədaqət andı içməli 
idi.  Rejimə  etiraz  edənlərlə  məşhur  yazıçının  SSRİ-dəki  repressiyalara  haqq 
qazandıran  «Əgər  düşmən  təslim  olmursa,  onu  məhv  edirlər»  prinsipinə  uyğun 
qaydada davranmaq lazım imiş. Böyük fransız mütəfəkkiri Şarl Monteskye qədim 
Çində  imperatora  məhəbbət  bəsləməyənlərin  edam  edilməsi  barədə  qanunun 
mövcud  olduğunu  xəbər  verir.  Bu  edamlar  xüsusi  qəddarlıqla  həyata  keçirilirdi. 
İttiham da asan başa gəlirdi, çünki məhəbbət hissinin dəqiq meyarı yoxdur. 
Şahbanu  üçün  isə  insan  azadlıqları  uğrunda  mübarizə  aparan  hər  bir  kəs 
çoxbaşlı  gidradır  və  onların  başını  nəinki  kəsmək,  hətta  kəsilmiş  yeri  Heraklın 
təcrübəsindən istifadə edərək kösövlə yandırmaq lazımdır. Onlar «idealist gəncləri 
ya da boşboğazları yanlarına çəkən və yalnız rejimi devirməyi düşünən adamlar» 
kimi  təsvir  edilir.  Ona  görə  də  Azərbaycan  Demokratik  Respublikasının  lideri 
Seyid  Cəfər  Pişəvəri  Stalinin  siyasətini  həyata  keçirən  şəxs  kimi  qələmə  verilir. 
Cənubi  Azərbaycanda  yaradılmış  milli  dövlətin  1946-cı  ilin  dekabrında  ordu 
gücünə, qan axıtmaqla boğulmasını xüsusi pafosla ifadə edir. Şah bu vaxt Təbrizdə 
çoxlu  qan  axıtdırmışdı,  Kürdüstanın  paytaxtı  Mehrabadda  da  eyni  ssenari  həyata 
keçirilmişdi. Bu hadisələrdən azacıq sonra Mehrabada gələn şahı heç kəs, heç öz 
təyin etdiyi qubernator da qarşılamamışdı. Təbrizdə isə adamlar bir az əvvəl qanla 
sulanmış  küçələrdə  şahı  alqışlarla  qarşılamışdılar.  Əlbəttə  ki,  şah  belə  qəbuldan 
çox razı qalmışdı. 
Şah  1946-cı  ilin  12  dekabr  gününü  «Azərbaycanın  xilas  günü»  kimi  elan 
etməklə  özünə  xilaskar  qiyafəsi  geyindirməyə  cəhd  etsə  də,  bütövlükdə 
azərbaycanlılar  onun  törətdiyi  bu  qətliamı  heç  vaxt  yadan  çıxarmayacaqlar. 
Əslində,  şah  xarici  qüvvəyə  arxalanmasa  belə  qan  tökülməsinə  cəsarət  edə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə