Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   65   66   67   68   69   70   71   72   ...   171

138 
 
sələfi  olan  Argentina  prezidentinin  xanımı  Evita  Perondan,  Filippin  prezidentinin 
xanımı, özündən bir qədər sonra belə yüksək mövqeyə çatan və iti iştahı ilə seçilən 
İmelda Markosdan çox şey öyrənmişdi. Onlar sosial müdafiə və abadlıq tədbirləri 
adı altında xeyli vəsait ələ keçirmişdilər. Fərəh xanım da bəzi üsulları onlardan əxz 
etmişdi. 
Şah,  əlbəttə  ki,  vətənpərvər  insan  idi  və  o,  atasından  bu  xüsusiyyəti  əxz 
etmişdi.  Türk  yazıçısı  və  diplomatı  Yaqub  Qədri  Qaraosmanoğlu  Rza  şahın 
Tehranın abadlaşdırılmasına göstərdiyi diqqəti xüsusi qeyd edir və göstərir ki, şah 
tikilən  binaların  inşaatçılarına  həftəlik  tapşırıqlar  verib,  onun  icrasını  yoxladıqda, 
fərqlənənləri qızıl sikkələrlə mükafatlandırırdı və bu tikinti-abadlıq işlərinə böyük 
vüsət vermişdi. 
Məhəmməd  Rza  Pəhləvi  uşaq  olarkən  İsveçrədə  təhsil  almışdı.  Qonşu 
kənddən bir qadın satmaq üçün ona inək südü gətirirdi. Bir dəfə onun xoşuna gələn 
bu uşaqdan haralı olduğunu soruşduqda o, iranlı olduğunu demişdi. Qadın belə bir 
ölkəni  tanımadığını  etiraf  etmişdi.  Yeniyetmə  öz  dostları  qarşısında  and  içirmiş 
kimi söz vermişdi ki, mən elə edəcəyəm ki, İranı dünyada hamı tanısın. Buna görə 
də o, bəzən hətta bu xeyirxah məqsəd naminə ağılsız layihələrə də əl atırdı, Tehranı 
on  iki  milyon  əhalisi  olan  şəhər  kimi  görmək  istəyirdi.  İndi  onun  bu  arzusu 
deyəsən reallaşmağa yaxınlaşır və şəhər çox sayda yeni problemlərlə üzləşmişdir. 
Şahı  devirmək,  rejimi  süquta  uğratmaq  tərəqqiyə  yol  açmaq  məqsədini 
güdür,  qəbahətli  bir  iş  deyildir.  Lakin  şahın  və  ailəsinin  təqib  edilməsi,  ölümlə 
hədələnməsi bir növ yakobinçiliyi yada salır. Yəqin ki, İran inqilabının da, kitabda 
qeyd  olunduğu  kimi,  Xalxali  adında  öz  Robespyeri  var  imiş.  Ona  görə  də  ağır 
xəstəliyin  mənfur  caynaqları  ilə  boğduğu  şahın  sakitcə  ölməsinə  də  dözümsüzlük 
göstərilməsi heç də yaxşı hisslər yaratmır. Şah hələ İranda olarkən təhlükənin kiçik 
olmaması  qənaətinə  gəlmişdi,  vəziyyətin  ağır  olduğunu  anlamışdı,  ona  görə  də 
çaşqınlıq keçirirdi, baş nazirləri dəyişməkdən başqa bir səmərəli yol və ya vasitə 
görmürdü. Bir italyan qadın jurnalisti belə bir vaxtda şahla görüşdükdə onun halına 
acıyan adam kimi kədərli bir sual vermişdi. 
- Şah deyəsən karvan yorulub. 
Şah  ah  çəkərək,  cavabında  demişdi  ki,  karvan  yorulsaydı,  nə  vardı  ki,  bir 
qədər  dincələr,  yenə  yoluna  davam  edərdi.  Karvan  azmışdır,  səhrada  azmaq  isə 
ölümdən betərdir. 
Şah adlanan sarvan karvanı azdırdığını özü etiraf etməyə məcbur olmuşdu. 
Ağır xəstəlik isə onun iradə gücünü də əlindən almışdı. Az qalırdı o, özünü zəhər 
içib öldürən Hannibal kimi bütün dünyaya haray çəksin ki, artıq o, həyatdan gedir, 
qoy onu sakit buraxsınlar. Deyilənlərə görə, ölümündən qabaq Hannibal bu sözləri 
söyləmişdi: «Romalıları onların köhnə qayğısından azad edək, bir halda ki, onların 
qocanın  ölümünü  gözləməyə  belə  səbrləri  qalmayıbsa».  Şahın  ölümü  bunu 
arzulayanlar  üçün  töhfə  hesab  edilsə  də,  bu  arzunun  özünün  mahiyyəti 
humanizmdən tam kənar olan bir istək təsiri bağışlayır. 
Şahbanu  Fərəh  Pəhləvi  taxt-tacın  əldən  getməsilə  razılaşmır,  otuz  il 
keçəndən  sonra  belə  şah  rejiminin  reinkarnasiyasına  ümidini  itirmir.  Axı  «hava 
qəsrlərini» tikmək asandır, uçurub, dağıtmaq çox çətindir. Şahın xanımı da keçmişi 


139 
 
qaytarmaq  barədə  düşünür,  hətta  tam  virtual  olan  kölgə  kabinetinin 
formalaşmasına müdaxilə etməməsinə görə özünü qınayır. O, oğlu şahzadə Rzanın 
reallıqdan  çox  uzaq  olan  İran  xalqına  müraciət  adlı,  elə  bir  dəyəri  olmayan 
sənədinin  işıq üzü görməsində xüsusi  canfəşanlıq  göstərir. Oğul  Rza  Pəhləvi  İran 
şahı  kimi  məsuliyyətləri  və  səlahiyyətləri  öz  üzərinə  götürməyə  hazır  olduğunu 
bəyan  edir,  öz  tərəfdarlarını  səflərini  sıxlaşdırmağa  çağırır.  İran  xalqı  vidalaşdığı 
rejimi bir də geri qaytarmaq istəyəcəkdirmi, bu sual bir qədər qeyri-ciddi səslənir, 
irəli sürülən vəzifənin həlli yolları isə heç uzaq üfüqdə də görünmür. 
Kitabda  şəxsi  məsələlərə,  ailəyə,  ərinə,  uşaqlarına,  özünün  və  ərinin 
qohumlarına daha çox yer verilmişdir. Ona görə də müəllifin görmə bucağı o qədər 
də  geniş  deyildir.  Tarixi  hadisələr  çox  vaxt  mövcud  reallıqdan,  kontekstdən 
qoparılaraq  verildiyindən,  elə  bir  təsir  gücünə  malik  olmur.  İran  İkinci  Dünya 
müharibəsindən  əvvəl  İngiltərənin,  müharibədən  sonrakı  üç  onillik  ərzində  isə 
ABŞ-ın  güclü  təsiri  altında  öz  siyasətini  yürütmüşdü.  Amerikanlar  qanuni 
Müsəddiq hökumətini devirdiklərini özləri etiraf etdikləri halda, Fərəh xanım bunu 
xalqın adına çıxır. Şahın da xatirəsini  əsas götürür ki, 1953-cü il avqustun 19-da 
fəhlələr,  sənətkarlar,  tələbələr,  müstəqil  vəzifə  adamları,  əsgərlər,  jandarmalar, 
qadınlar, hətta uşaqlar vəziyyəti tərsinə çevirdilər. Şah tərəfdarı olan tankdan atılan 
atəş  sabiq  baş  nazir  Müsəddiqin  villasını  dağıtdı.  Bu  vaxt  ölkədən  qaçmış  şah 
Tehrana qayıtdı və vəziyyətə nəzarəti əlinə keçirdi. 
Müsəddiq neft sənayesinin milliləşdirilməsinə başçılıq etmişdi və bu şah və 
onun  havadarları  üçün  böyük  zərbə  idi.  O,  hətta  sarayın  büdcəsinə  müdaxilə 
etməyə də cəsarət etmişdi. Saray adamlarının xaricə lüzumsuz bədxərc səfərlərinə 
qadağa qoymuşdu. 
Fərəh xanım özünün Diba nəslinin Azərbaycana mənsub olduğunu yazsa da, 
bu ölkəyə elə də bir məhəbbət hissləri ifadə etmir. Şimali azərbaycanlıları, hörmət 
hissindən  kənar  bir  şəkildə,  azərbaycanlı  ruslar  adlandırır.  Cəfər  tərəfdarlarına, 
Demokratik Respublika yaradanlara isə nifrin yağdırmaqdan çəkinmir. 
Müəllif  tarixi  hadisələrdən  danışarkən  bəzi  həqiqətlərə  bilərəkdən,  ya 
bilməyərəkdən  göz  yumur.  Məsələn,  Parisdə  İranın  yeddi  min  illik  tarixinə  həsr 
olunmuş sənət sərgisindən söhbət açır. Axı bəşər sivilizasiyası tarixinin beş min il 
yaşı  vardır  və  bunu  bütün  tarixçilər  etiraf  edirlər.  «Tarix  Şumerdən  başlayır» 
ifadəsi  dillərə  düşmüşdür.  Şumerin  tarixi  isə  miladdan  əvvəl  üç  min  ildən  uzağa 
getmir.  Axı  Persiyanın  iki  min  beş  yüz  illik  tarixi  vardır,  ondan  əvvəl  isə  bu 
ərazidə  Midiya  dövləti  mövcud  olmuşdu.  Digər  tərəfdən  Fərəh  xanım  öz 
düşüncələrini  tarixin  gedişinə  zidd  şəkildə  qoymaq  istəyir,  rus  çarlarının  saray 
mirasına  böyük  təşvişlə  tamaşa  etdikdə,  bir  vaxtlar  öz  şah  saraylarının  da  belə 
ekskursiya obyektləri olacağını göz önünə gətirdikdə onu dəhşət bürüyür. 
Bütün  bunlarla  yanaşı  cənub  qonşumuza  maraq  göstərən  azərbaycanlı 
oxucular  üçün  keçmiş  Şahbanunun  kitabının  nəşr  olunması  təqdirəlayiq  təşəbbüs 
hesab  olunmalıdır.  Tərcüməçi  və  redaktor  bu  nəcib  işi  öz  üzərlərinə  götürməklə 
yaxşı əməldə bulunmuşlar. Uzun illərdən bəri böyük dəyəri olan elmi, dini və bədii 
əsərləri  çap  edib  yaymaq  kimi  nəcib  işlə  məşğul  olan  «Adiloğlu»  nəşriyyatı  bu 
dəfə də bəslənilən ümidləri doğruldaraq, bu kitabı yüksək poliqrafik səviyyədə üzə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə