Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   54   55   56   57   58   59   60   61   ...   171

116 
 
Lakin  həyat  onun  şüuruna,  düşüncələrinə  öz  düzəlişlərini  etmək  cəhdindən 
də  qalmırdı  və  bu  təsirlər  bədbinlik  hissləri  yaratmaya  bilməzdi.  Bir  dəfə  bu 
məktəbli  uşaq  «Layf»  jurnalında  öz  dərisini  soymağa  cəhd  edən  qara  adamın 
şəklini gördükdə sarsılmışdı. Anası ona təskinlik verərək məşhur zənci kinoaktyoru 
Harri Belafontenin planetin  ən yaraşıqlı kişisi olduğunu demişdi. Barak uşaqlıqda 
və gəncliyində ümumən  qaralara həqarətli  münasibətlərlə  çox  rastlaşmışdı. Kürən 
sifətli  sinif  yoldaşı  ondan  həyasızcasına  soruşmuşdu  ki,  sənin  atan  adam 
yeyəndirmi? 
On yaşı olanda o, artıq yenidən Havay adalarında oxuyurdu. Milad bayramı 
ərəfəsində nənəsi ona bildirdi ki, bu yaxınlarda atası sizinlə görüşməyə gələcəkdir. 
Anan da Yeni ili burada olacaqdır. Bu xəbər ona heç bir təsir göstərmədi. Çünki o, 
doğma atasını heç xatırlamırdı da. Atası  əvvəlcə Harvard universitetində oxumaq 
üçün  materikə  yollanmış,  təhsilini  başa  vurduqdan  sonra  isə  vətəni  Keniyaya 
qayıtmışdı.  Körpəliyindən  atasını  görməyən  uşaq  onun  gətirdiyi  hədiyyələrə  də 
biganə idi. 
Böyük  Barak  vətənində  düşdüyü  ağır  avtomobil  qəzasından  sonra  uzun 
müddət  müalicə  olunduğundan  indi  oğlunun  gözündə  olduqca  arıq  bir  kişi  kimi 
görünürdü. Lakin səkkiz illik fasilədən sonra da, o keçmiş ailəsinin yanında özünü 
zəhmli aparırdı və amiranə iradları onun qürurundan xəbər verirdi. Milad bayramı 
günlərində  tətil  vaxtı  olduğundan  oğlu  televiziyadakı  maraqlı  bir  verilişə  baxan 
vaxt,  atası  ona  acıqlandı  ki,  bəs  dərs  tapşırıqlarını  nə  vaxt  hazırlayacaqsan? 
Tövsiyə etdi ki, sən yaxşı oxumalısan. Afrikadakı övladlarını nəzərdə tutaraq dedi 
ki,  sənin  qardaşların  və  bacın  çox  yaxşı  oxuyurlar.  Bu  qandandır.  Qonşu  otağa 
keçdikdə atasının «o, güclü ələ möhtacdır» sözlərini eşitdi. Bu sözləri ilə atası, elə 
bil ki, hamını ittiham edirdi. 
Bir az sonra vaxtilə Keniyada işləmiş müəlliməsi Barakın atasını şagirdlərlə 
görüşə  dəvət  etdi.  Başqa  sinfin  uşaqları  da  öz  müəllimləri  ilə  bu  görüşə  qatıldı. 
Böyük  Barak  məktəblilərə  olduqca  maraqlı  mühazirə  oxudu.  İlk  insanın  məhz 
Şərqi  Afrikada  meydana  gəlməsindən,  ölkəsinin  zəngin  faunasından  söhbət  açdı, 
cavan  oğlanın  öz  kişiliyini  sübut  etmək  üçün  şiri  öldürməsindən  danışdı. 
İngilislərin  ağalığı  altında  yaşadıqlarından,  amerikalıların  vaxtilə  apardığı  kimi 
xalqının  öz  azadlığı  və  istiqlaliyyəti  uğrunda  mübarizəsindən,  çoxlarının  yalnız 
dərisinin  rənginə  görə  qul  edilməsindən,  britaniyalıların  ədalətsiz  idarəçiliyindən 
xeyli misallar gətirdi. Onun çıxışı alqışlarla başa çatdı. Vaxtilə kannibalizm barədə 
sual vermiş kürən oğlan indi atasının təlaş hissi keçirməməsini tərifləməyə başladı. 
Kiçik  Barak  getdikcə  uşaq  biganəliyindən  uzaqlaşırdı.  Ərindən  boşanıb 
İndoneziyadan  daimi  sığınacağına  qayıdan  anasına  o,  hər  işdə,  həmçinin  ögey 
bacısına  qayğı  göstərməkdə  kömək  edirdi.  Anası  işləmək  üçün  yenidən 
İndoneziyaya  qayıtdıqda,  Barak  ora  getməkdən  qəti  surətdə  imtina  etdi.  Bu 
yeniyetmə  artıq  müstəqil  olmağa  can  atırdı,  baba  və  nənəsi  ilə  qeyri-formal 
müqavilə  bağlamışdı  ki,  bir  şərtlə  onlarla  yaşayacaqdır  ki,  istədiyi  vaxt  onu  tək 
yaşamağa  buraxacaqlar.  Valideynlərindən  aralıda  olduqda  o,  yalnız  daxili 
mübarizəsi  ilə  məşğul  olacaqdı.  Bir  qara  adam  kimi  özünü  Amerikada  ayağa 
qaldırmağa cəhd edəcəkdi. Onun inadkarlığı, sonralar formalaşan intellekti, həm də 


117 
 
müqayisə olunmayan özintizamı daha uzağa getməsinə, daha yüksək zirvələri fəth 
etməsinə şərait yaratdı. 
Cəsarətli  addımlar  atmaqda  onu  birinci  dəstəkləyən  şəxs  atası  idi. 
Məktublarında  oğluna  həyati  məsələlərin  yeni  həll  yollarını  göstərirdi,  məktəbdə 
uğur  qazanmasını  məsləhət  görürdü.  Həm  də  israrlıqla  bildirirdi  ki,  üçünün  də  – 
anasının, onun və bacısının nə vaxt istəsələr Keniyaya gəlmələrinə şad olacaqdır. 
Bir  məsləhətini  isə  aforizm  qaydasında  ifadə  etmişdi.  «Su  öz  səviyyəsini  tapdığı 
kimi,  sən  özünə  uyğun  gələn  karyeranı  tapacaqsan».  Bu  olduqca  böyük 
uzaqgörənliklə deyilmiş sözlər idi.  
Xoşbəxtlikdən,  ona  ağıllı  məsləhət  verən  başqa  adamlar  da  var  idi.  Qoca 
zənci  şairi  Frank  qadınlardan  uzaq  olmağı  tövsiyə  edirdi,  çünki  onlar  səni  içki 
içməyə  öyrədəcəklər  və  beləliklə  qəbirə  sürükləyəcəklər.  Bəlkə  də  belə 
məsləhətlərin  təsiri  altında o, idmana  böyük  maraq  göstərir, basketbol oynamaqla 
məşğul  olur.  Punahou  komandasında  çıxış  edir,  bu  sahədə  yaxşı  uğur  qazanırdı. 
Şair deyirdi ki, görürsənmi, hörmət sənin atanın kim olmağından deyil, özünün nə 
etməyindən gəldi. Doğrudan da, həm də idman ona ağ dostlar bəxş etdi, qara rəngli 
olması ot üzərində ona ziyan vura bilmirdi. Axı zəncilərə pis gözlə baxan cavanlar 
güman  edirdi  ki, qara  adamlar  pis və  əclafdırlar. Belə  münasibət  cəhalətin xüsusi 
nümunəsi hesab oluna bilərdi. Onlar ən azı, düşünürdülər ki, qaralar onların haqsız 
təhqirinə  layiqdir.  Onu  oyundan  çıxaran  məşqçiyə  də  Barak  daha  təhqiramiz 
ifadələr  işlətməklə  ağ  adamların içərisində  də  cahillər olduğunu  demişdi. Məşqçi, 
müəllim  və  ya  ağ  cavan  qara  adamın  üzünə  tüpürə  bilərdi,  bu  onların  güc  sahibi 
olmasından irəli gəlirdi. 
Babası  və  nənəsi  isə  bu  oğlan  üçün  hər  şeyi  qurban  verməyə  hazır  idilər. 
Özlərinin  çin  olması  ləngiyən,  uzaqlara  gedən  ümidlərini  də  onun  uğuruna 
bağlayırdılar. Onlar öz məhəbbətlərindən şübhələnməyə elə bir əsas da vermirdilər. 
Uğursuzluğa  yol  vermədən  məktəbi  qurtardıqdan  sonra  Barak  bir  neçə 
nüfuzlu təhsil ocağına qəbul olunsa da, Los-Ancelesdəki Qərb kollecində oxumağı 
qərara aldı. Qoca şair dostu, deyəsən onun bu niyyətindən o qədər də razı deyildi. 
O,  hətta  qılçındakı  ağrını  da  afrikalının  güclə  ayağına  Avropa  ayaqqabısını 
geyinmək  cəhdinin  nəticəsi  hesab  edirdi  və  məzəmmət  qaydasında  deyirdi  ki,  öz 
irqinizi  qapıdaca  tərk  edirsiniz.  Kollecə  təhsil  almağa  deyil,  orada  məşq  etməyə 
gedirsiniz,  onlar  sizi  lazım  olmayan  şeylərə  öyrətmək  istəyirlər.  Sonra  da  əlavə 
etmişdi: «Gözlərini açıq saxla. Oyaq qal!».  
Barak  artıq  tələbə  idi.  Qərb  tələbə  şəhərciyi  (kampusu)  Pasadenadan  bir 
qədər  aralı  idi.  O,  tələbə  yataqxanasında  yaşayırdı.  Burada  irq  problemi 
qabardılırdı. Bir tələbə qızı Qara Tələbə Assosiasiyasının mitinqinə dəvət edəndə 
demişdi  ki,  mən  qara  deyiləm,  multiirqliyəm.  Belələri  dərilərinə  görə 
tanınmadıqlarını deyirdi. Gecələr yataqxanada müstəmləkəçilik məsələsi müzakirə 
edilirdi.  Bir  irqçi  kitabda  yazılmışdı  ki,  Afrika  dünyanın  zibil  quyusudur,  qara 
adamlar  vəhşidirlər,  onlarla  istənilən  kontakt  infeksiya  əmələ  gətirir.  Bu  dünyaya 
baxışın  iyrənc  növü  idi,  adamlara  nifrət  ruhu  aşılayırdı  ki,  qaralar  şeytandırlar. 
Bundan məqsəd həm də ağ adamları qorxuzmaq idi. 
Bir dəfə o, ciddi sınaqla üzləşdi, himayəçilər mitinqini açmalı idi. O, özünü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə