Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   55   56   57   58   59   60   61   62   ...   171

118 
 
buna  hazır  hesab  edirdi,  yalnız  düz  sözləri  tapmaq  lazım  idi,  düz  sözlə  hər  şey 
dəyişilə  bilərdi  –  aparteiddən  əziyyət  çəkən  Cənubi  Afrika  da,  bir  az  aralıda 
gettoda  yaşayan  uşaqların həyatı  da,  özünün dünyadakı havası  çatmayan  yeri  də. 
Ona  görə  də  çıxışını  belə  başladı.  «Mən  deyirəm,  bu,  başlanan  mübarizədir. 
Okeandan o tərəfdə baş verir. Lakin bu mübarizələr hər kəsə və bizim hər birimizə 
toxunur.  Biz  bunu  bilsək  də,  bilməsək  də,  istəsək  də,  istəməsək  də.  Mübarizə 
özündəki  tərəfləri  seçməyi  tələb  edir.  Qaralar  və  ağlar  arasında  yox.  Varlılar  və 
kasıblar arasında yox. Yox, bu onlardan daha çətin seçimdir. Bu ləyaqətlə asılılıq 
arasındakı seçimdir. Ədalətlə ədalətsizlik arasında, borcla laqeydlik arasında, düzlə 
əyri arasındakı seçim». Tələbə dostları gəlib axşam onu təbrik etdilər. Dostu olan 
qız isə qətiyyətliliyin olmasını vacib hal kimi qiymətləndirdi. İlk təşəbbüs uğurlu 
alınmışdı. 
Kollecdən  sonra  artıq  Nyu-Yorkda,  Manhettendə  yaşayanda  atasından  yenə 
məktub aldı. Onu bir daha dəvət edirdi, yazırdı ki, buraya hətta bir neçə günlüyə də 
gəlsən,  bu  çox  vacib  məsələdir  ki,  öz  xalqını  tanıyarsan,  bilərsən  ki,  sən  haraya 
məxsussan.  Haraya  məxsus  olduğunu  hökmən  bilməlisən.  Lakin  Barak  başqa  cür 
düşünürdü.  Afrikanın  onun  vətəni  olmasını  iddia  etməyin  artıq  gec  olduğunu 
bilirdi. 
Qaralara  rəğbət  bəsləyənlər  arasında  belə,  onları  fəaliyyətsizlikdə, 
cəsarətsizlikdə ittiham edənlər az deyildi. Bir iranlı tənqidi qaydada deyirdi ki, niyə 
indiyədək onlar vuruşmayıblar. Barak ona cavab vermək istədi ki, bəs Savak (İran 
siyasi  polisi)  əclafları  şaha  müxalif  olanları  qətlə  yetirəndə  və  işgəncə  verəndə, 
niyə  iranlılar  əllərini  əllərinin  üstünə  qoyub  heç  nə  etmirdilər.  Digər  tərəfdən 
zəncilər  də  bütövlükdə  bircinsli  məhlul  deyillər,  görkəmli  lider  Malkolm  İksin 
dediyi kimi, ev zənciləri ilə tarla zənciləri arasında böyük fərq vardır. 
Çox  götür-qoy  etdikdən  sonra  onun  şüuruna  təşkilatlanmaq  ideyası  hakim 
kəsilmişdi,  bu  bir  xilas  vədi  idi.  Lakin  bir  il  rahat  işləməyi  qərara  aldı.  Onu 
çoxmillətli korporasiyanın məsləhət evinə tədqiqat assistenti götürdülər. O, özünü 
düşmən arxasına düşmüş casusa bənzədirdi. Manhettendəki ofisə gəlib kompyuter 
qarşısında Röyter agentliyinin xəbərlərini izləyirdi. Onun təşkilatlanmaq ideyasını 
isə  bəyənmirdilər,  məsləhət  görürdülər  ki,  onu  unut,  əvəzində  pul  gətirən  işdən 
yapış.  Onu  maliyyə  işinə  irəli  çəksələr  də  o,  deyilənlərə  əhəmiyyət  verməyib, 
məsləhət firmasındakı işindən çıxıb, təşkilat ideyasına ciddi yanaşmağa başladı və 
1983-cü ildə icma təşkilatçısı olmağı qərara aldı. O, qara adamları təşkil edəcəkdi. 
Bu  məqsədlə  Çikaqoya  getməyi  qərara  aldı.  Bu  şəhər  barədə  ondan  ilk  dəfə 
soruşanda demişdi: «Dünya üçün donuz qəssabxanasıdır». Buna cavab olaraq ona 
qəssabxanaların xeyli vaxt əvvəl bağlandığını demişdilər.  
Barak  onu  da  bilirdi  ki,  Çikaqo  Amerikanın  ən  qatı  seqreqasiya  şəhəridir, 
ağlarla qaraların ayrıca yaşamasını tələb edən məkandır. Bu vaxtlar qara siyasətçi 
Harold Vaşinqton şəhərin meri seçilmişdi, lakin bu ağ adamların xoşuna gəlmirdi. 
Qütbləşmiş şəhər siyasətçi üçün heç də pis yer deyildi. Bu fikir öz təsdiqini tezliklə 
tapdı.  Çikaqo  həqiqətən  də  onun  geniş  fəaliyyət  meydanına,  etimad  qazanmaq 
beşiyinə  çevrildi.  Birinci  ildə  ona  on  min  dollar  maaş,  avtomobil  almaq  üçün 
nəqliyyat xərci kimi əlavə iki min dollar təklif etdilər. İşlər yaxşı getsə əməkhaqqı 


119 
 
artırılacaqdı. 
Burada  onun  təşkilat  yaratmaq  ideyası  ilə  şəhər  ətrafında  yerləşən  iyirmi 
kilsə razılaşdı, yeni təsis edilən qurumun adını isə Kalumet İcma Dini Konfransı və 
ya KİDK qoydular. Bu addakı birinci sözə gəldikdə, Şimali Amerika hindularının 
sülh qəlyanı kalumet adlanır. İşlər ümid olunan qaydada gedirdi. İlk mühüm qələbə 
qazanıldı.  İllinoys  qanunvericiliyi  500  min  dollarlıq  kompyuterləşdirilmiş  iş  yeri 
proqramının maliyyələşdirilməsi ilə razılaşdı. Qarşıda yeni iş bankı açmaq vəzifəsi 
dururdu. Lakin investisiya bankları, siyasətçilər, «kök pişik» lobbiçiləri kimi real 
əleyhdarlarla mübarizə aparmaq lazım gəlirdi.  
Ağ  lyüteran  kilsəsindəki  iki  min  nəfərlik  auditoriya  qarşısında  KİDK-in 
tarixi  və  vəzifələri  elan  edildi.  Qara  və  ağ  qanunverici,  baptist  keşiş,  kardinal, 
nəhayət  qubernator  çıxış  etdi.  Axırıncı  təntənəli  qaydada  yeni  iş  bankına  öz 
köməkliyini  təklif  etdi.  Bu  İllinoysun  zəhmət  adamları  naminə  gənc  təşkilatçının 
yorulmaz səylərinin bariz nişanəsi idi.  
Barak üç həftə  ərzində  adamlarla  söhbət apardı, onları dinləməyə  daha  çox 
diqqət verirdi. Lakin adamları təşkilatlandırmaq üçün ən vacib məsələ onların bura 
cəlb  edilməsinə  nail  olmaq  idi.  Bu  sözləri  dostundan  eşitmişdi  və  bu  həqiqəti 
tezliklə  dərk  etdi.  Bir  qadın  oğlunun  dostunun  öz  evinin  qarşısında  qanqsterlər 
tərəfindən  tüfəng  atəşi  ilə  vurulub  qətlə  yetirildiyindən  şikayətləndi,  uşağının  da 
salamat  qalması  imkanı  üçün  qorxu  keçirdiyini  dedi.  Başqaları  da  bu  qorxunun 
mövcudluğunu  qeyd  etdilər.  Belə  problemlər  təşkilatın  daha  da  fəallaşmasını  və 
daha çox adamı  əhatə etməsini tələb edirdi. Bir keşiş isə onun təşkilatının adının 
«İnkişaf üçün icma layihəsi» olduğunu eşidəndə Baraka dedi ki, sən döyüşün səhv 
tərəfindəsən,  bu  işə  ağları,  katolik  kilsələrini,  yəhudi  təşkilatlarını  cəlb  etmək 
lazımdır. 
Onun  diqqəti  iş  strategiyasını  tapmaq  üzərində  cəmlənmişdi,  bu  Altceld 
əhalisinin  ehtiyaclarına  uyğun  gəlməli  idi.  Şəhər  ətrafında  qaralarla  yanaşı  digər 
icmalar da yaşayırdı, onların həyat və düşüncə tərzi bir qədər fərqli idi. Koreyalılar 
biznesdən yaxşı baş çıxarırdılar, onun necə əlaqələndirilməsi, təmərküzləşdirilməsi 
yollarını bilirdilər. Onlar öz pulları ilə ümumi fond yaradırdılar, bir-birlərinə borc 
verirdilər.  Qaralar  isə  bunu  etmirdilər.  Koreya  fəhləsi  həftədə  yeddi  gün, hər  gün 
on altı saat işləyirdi. Qaralar isə bir xalq kimi bu intensiv iş rejiminə hazır deyildi, 
belə  fasiləsiz  işləməyi  bacarmırdılar.  Ona  görə  də  qaralar  biznesdən  qaçırdılar, 
böyük kompaniyalarda işləmək kimi rahat yer axtarırdılar.  
Polisin nəzarəti altında keçirilən bir mitinqdən sonra o, qorxurdu ki, qaralar 
təşkilatdan  uzaqlaşa  bilərlər.  Çünki  bəziləri  qara  millətçilikdən  ilham  alırdı. 
Malkolm  İks  öz  çıxışlarında  bunu  təbliğ  edirdi  və  onun  mövqeyi,  ağların 
əliaçıqlığına  üstünlük  vermək  əvəzinə,  onlara  nifrətə  meyl  edirdi.  Barak  bunu 
qəbul edə bilməzdi, çünki ağlara qarşı ümumi qəzəb anasının ona öyrətdiyi əxlaqa 
zidd  idi.  Bu  əxlaq  xoş  məramlı  fərdlər  ilə  ona  pislik  edənlər  arasındakı,  real 
qəzəblə  cəhalət,  laqeydlik  arasındakı  nazik,  bəlkə  də  hiss  olunmayan  fərqlər  idi. 
Qara icmanın içərisində rəng şüuru öz leksikonuna malik idi. Burda «yaxşı saç, pis 
saç», «qalın ya nazik dodaq», «sən ağ dərilisənsə haqlı, qarasansa geri dön» sözləri 
daha  çox  işlədilirdi.  Əslində  bu  münasibət  özünəməxsus  ümidsizlik  okeanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə