Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

 
75 
ərzində  bəkarətini  ərindən  qoruduğunu,  onun  yaxın  düşməsinə  imkan 
vermədiyini də gizlətmədi, ərinin ilk vəhşi hərəkətini yada saldı və qeyd 
etdi  ki,  ondan  sonra  mənim  ona  olan  az-çox  hörmətim  də  itdi,  onun 
yerində nifrət böyüməyə başladı. Axı heç nə səbəbsiz olmur. Ərimi özümə 
yaxın  buraxmamaqla  əslində  mən  anamdan  qisas  almaq  istəyirdim,  ona 
göstərmək  istəyirdim ki,  atam da,  mən  də ona  mütilik  göstərsək  də, daha 
hər  şey  onun  istədiyi  kimi  olmayacaqdır.  Onun  mənim  barəmdə  nə 
fikirləşdiyini,  hansı  ağılsız,  əsassız  şübhələrin  onu  taqətdən  saldığını 
bilirdim.  Mənə  etdiyi  bütün  haqsızlıqlara,  onun  sonuncu,  daha  qəddar 
nümunəsi  olan  istəmədiyim  adama  məni  zorla  ərə  verdiyinə  görə,  öz 
balasına  nifrət  edən  qadından  heç  olmasa  bu  yolla  hayıf  çıxmaq,  qisas 
almaq  istəyirdim.  Bilirdim  ki,  səhərisi  günü  istədiyi,  can  atdığı  baş  tutsa, 
müəllim rəfiqələrini, qonşu arvadları evə yığıb, böyük təntənə düzəldəcək, 
qızının necə təmiz olduğunu göstərmək üçün aləmə car çəkəcəkdir. İspan 
qaraçıları  kimi  bu  ləkə  çilənmiş  mələfəni  hamıya  göstərmək,  nümayiş 
etdirmək  üçün  onu  eyvandan  asmaqdan  belə  çəkinməzdi.  Şübhələri  düz 
çıxsa isə əksinə camaatın gözü qarşısında məni alçaldacaq, təhqir edəcək, 
evində Messalina böyütdüyünü, qoynunda ilan bəslədiyini qarşısına çıxan 
hər adama elan edəcəkdi. Bu misteriya və faciə səhnələrindən uzaq olmaq, 
onların iştirakçısına çevrilməmək üçün mən qərarımda israrlılıq göstərdim, 
öz planımı həyata keçirməyi qət etdim. Digər tərəfdən öz evimizdə ərimlə 
yatmağı özümə ar bilirdim, bunu anamın addımbaşı adıma yazmaq istədiyi 
fahişəliyin bir növü kimi qəbul edirdim. Bu hadisə baş verməyəndə anam 
dəli olmuşdu, şübhələrinin tam sübuta yetməsi əlaməti hesab edirdi, guya 
qızı  bu  yolla  öz  biabırçılığını  ört-basdır  etmək  istəyir.  Mənə  təsir  etmək 
imkanı  tükənəndə  ərimi  qızışdırır,  atama  da  nalayiq  sözlər  deyirdi.  Ona 
görə də şəhərdən getdiyimiz gün aradakı pərdəni bütünlüklə götürdü, küçə 
qadınlarının  qulaqlarının  eşitmədiyini  mənim  üzümə  dedi  və  hirsi 
soyumadığından  saçlarımdan  tutub,  məni  döyməyə  çalışdı.  Ürək  ağrısı 
tutması gücləndiyindən yaxamdan əl çəkdi və ilk dəfə idi ki, bu tutmaya 
mən  sevinirdim,  çünki  məni  şikəst  olmaqdan,  ya  da  sifətimdə  hansısa 
silinməyəcək izlər qalmasından xilas etmişdi. 
Həm  xəstə  olduğundan,  həm  də  mənə  olan  hirsinə  görə  bizi  yola 
salmağa  da  getmədi.  Mənə  nə  cehiz  verdi,  nə  də  bir  müddət  dolanmaq 
üçün  pul.  Atama  deyəndən  sonra,  evdən  bir  dəst  mələfə,  mənim  üçün 
alınmış, hələ işlənməmiş çarpayı örtüyünü götürdüm. 


 
76 
Sakini  olacağım  şəhərə  də  belə  ağır  hisslərin  təsiri  altında  qədəm 
basdım, əvvəl gündən fikir vermişdim ki, ərə getdiyim oğlanın öz dünyası 
var, onu başqa heç nə düşündürmür. Daim öz mədəsinin qayğısını çəkirdi. 
Onun  qarınqululuğu,  yemək  hərisliyi  hədd  tanımırdı.  Mən  hardasa 
oxumuşdum ki, İspaniya respublikasının baş naziri olmuş Xuan Neqrin bir 
axşamda üç dəfə şam yeməyi yeyirmiş, yəqin, onun buna həm də maddi 
imkanı  varmış.  Mənim  ərimin  belə  imkanı  olsaydı  beş  dəfə  də  şam 
etməkdən  imtina  etməzdi.  Məni  özünün  boş  yer  kimi  bir  əlavəsi  sayırdı, 
ümumiyyətlə, onda heyvani istəkdən başqa bir hiss yox idi. Ona görə də 
mən  ümidsizlikdən  cana  doyub,  hər  cür  risqə  əl  atmağa  hazır  idim  ki, 
bizim  ər-arvad  münasibətlərimiz  başlanmamışdan  sona  çatsın,  pozulsun. 
Deyəsən o da bunu başa düşmüşdü və evlərində olduğumuzun ikinci günü, 
günün  günorta  vaxtı  məni  zorlayıb  istədiyinə  nail  ola  bildi.  Mən  həddi-
buluğa  çatandan  dəfələrlə  bu  an  barədə  düşünmüşdüm,  bu  dəqiqələri 
qövsi-qüzeh  rənglərinə  boyanmış,  yerdə  yox,  səmada  baş  verəcək  bir  akt 
kimi,  mənim  həyatımı  ömürlük  bayrama  çevirəcək  bir  sirli  hadisə  kimi 
təsəvvür edirdim. Elə bil ki, birdən-birə bütün dünya başıma fırlandı, hər 
şey üstümə uçdu və mən xarabalıqların altında qalaraq əzildim, sarsıldım 
və hiss etdim ki, mənim öz dünyam, özümə təlqin etdiyim fantastik aləm 
birdən-birə məhv olub. Mənim ailə həyatım belə faciə ilə başladı, özüm nə 
qədər çalışsam da, cəhd etsəm də heç nəyi yoluna qoya bilmədim və hiss 
etdim ki, fiziki yaxınlıqdan başqa ərimi də mənimlə heç nə bağlamır və o 
da özünə məxsus qaydada mənə nifrət edirdi. Ancaq onun nifrətinə də çox 
inanmırdım,  çünki  onda  məhəbbətin  bir  atomu  da  yox  idi  ki,  onun  əksi 
olan nifrəti də duya bilsin. Mənim aləmimdə törədici öküzlə onun bir fərqi 
yox  idi,  bu  öküz  yalnız  öz  istəyini  nəzərə  alıb,  vəzifəsini  icra  edirdi.  O, 
yalnız fiziki tələbatını ödəmək üçün istənilən alçaqlığa getməyə hazır idi. 
O,  həmin  gün  məni  evdən  gətirdiyim  bahalı  örtük  salınmış 
çarpayının  üstünə  yıxmışdı  və  özümə  gələndə  örtüyün  üstündəki  anamın 
çox  həsrətində  olduğu  qan  ləkələrini  gördüm.  Anam  çox  istəyərdi  ki, 
özünü qonşuların gözündə yüksəltmək üçün mən örtüyün həmin hissəsini 
kəsib ona göndərim. Lakin haqqımda olan söz-söbətlərin təzələnəcəyindən 
ehtiyatlanıb,  həm  də  mənə  təcavüzün  nişanəsi  qəlbimi  əzdiyinə  görə 
nəinki  anamın  arzusuna  məhəl  qoymadım,  hətta  ərim  ona  zəng  edib  hər 
şeyin yoluna qoyulduğu raportunu verəndən bir neçə gün sonra dəfələrlə 
məni telefona çağırsa da, xəstəliyimi bəhanə gətirib cavab vermədim. Bir 
dəfə isə otaqda tək qalanda zəng gəldi və anamın səsini eşitdim. Əvvəlcə 


 
77 
məni  təbrik  etdi,  köhnə  qaydaya  uyğun  olaraq  bir  «qoşa  qarıyasınız»  da 
dedi.  Mən  bunu  özümə  ən  ağır  qarğış  kimi  qəbul  etdim.  O,  nəticə  ilə 
detallarla maraqlananda, onu yandırmaq üçün dedim ki, hansı izdən söhbət 
gedə bilər, axı yalnız hələ ayaq basılmamış cığırda iz qala bilir. Trubkada 
xırıltılı  bir  səs  çıxardı,  ancaq  yəqin  ki,  ərim  ona  hər  şeyi  dediyindən 
mənim  sözlərimdən,  özü  də  çəkdiyim  iyrənc  bənzətmədən  nə  qədər 
qeyzlənsə də, məni söymədi və bir-iki kəlmədən sonra danışığı kəsdi. İlk 
dəfə  idi  ki,  öz  anamdan  hayıfımı  almağıma,  onun  istəklərini  alt-üst 
etməyimə sevinirdim. 
Ərim isə öz qılafından heç vaxt çıxmadı. Onun məndən tələbi əsasən 
yeməyə  aid  idi,  özü  də  daim  dadlı  xörəklər  yeməyi  xoşlayırdı.  Bizim 
maddi  imkanlarımız  isə  belə  qarınqululuğa  mütənasib  deyildi. 
Nağıllardakı, 
əfsanələrdəki  acgözlər  öz  iştahalarını  söndürmək, 
tamahlarını  məmnun  etmək  üçün  qarətlə  məşğul  olurlar.  Bu  adamda  heç 
nəyə,  işləməyə  də  həvəs  yox  idi.  İki  şeylə  arası  saz  idi  –  yeməklə  və 
yatmaqla. Çox istəyirdi ki, onlar bir-birilə növbələnsin, birindən ayrılanda 
o  birinə  başlasın.  Onun  qarınqululuğu  bizim  normal  qidalanmağımıza  da 
əngəl  törədirdi,  üstünə  düşməyəndə  qazandakı  bütün  bişmişi  yeyib 
qurtarırdı. Ona görə də Nurla mən az yeyirdik, yazıq uşaq yalnız Bakıda 
bol yeməyin nə odduğunu gördü, çünki atası hədd bilməyən iştahına görə 
kiçik  qızını  da  nəzərə  almırdı.  Bax  mənim  katorqam  belə  keçdi.  Son 
bilməyən aqoniya illər boyu davam etdi. Ərim ölüm ərəfəsində olduğu bir 
il  ərzində  mən  çox  əziyyətlər  çəkdim,  yuxu  nə  olduğunu  da  bilmirdim. 
Bircə  çalışırdım  ki,  ailədəki    ab-hava,  atasının  xüsusiyyətləri  qızıma 
keçməsin,  onu  öz  anamdan  fərqli  olaraq  bu  real  təhlükədən  qoruyurdum 
və fərəhsiz illər bir-birinə calanırdı. On ildən də çox bir ailədə yaşasaq da, 
heç vaxt bizim üzümüz gülmədi, xoş söz, insani ünsiyyət evimizdə qəhətə 
çəkildi.  Yalnız  Nuridə  dünyaya  gələndən  sonra  mənim  nəyəsə  sevinmək 
imkanım  yarandı,  tam  ümidsizlik  içində  bu  körpə  mənim  üçün  bir 
təsəlliyə, bir xilas kəmərinə çevrildi. Birdən yanıldığımı güman edib, həm 
də onun qızı olduğuna görə az qala öz doğma övladıma da nifrət edirdim, 
düşmən  qiyafəsində  gördüyüm  bir  kişinin  uşağını  bətnimdə  gəzdirməyi, 
həyata    gətirməyi  də  özümə  bağışlaya  bilmirdim.  Mən  elə  ilk  ili 
boşanmaq,  evimizə  qayıtmaq  istəyirdim.  Bu  fikrimi  anama  yazmışdım, 
ondan  çox  hiddətli  bir  cavab  aldım:  «Bu  fikirdən  yayın,  onda  sən  adda 
bizim qızımız olmaycaqdır, nə atan, nə də mən səni qəbul etməyəcəyik». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə