Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   46   47   48   49   50   51   52   53   54

 
135 
mənimlə bir yerdə yaşadığını güman edirdim, çünki onun obrazı bir an da 
olsun mənim düşüncəmi tərk etmirdi. Üstümü alan qəmi əlindəki yelpazə 
ilə  dağıtmağa    çalışırdı.  Bu  obraz  indi  də  mənimlə  idi,  lakin  o  öz 
canlılığını  itirmişdi,  kölgəyə  çevrilmişdi.  Ölənlərin  şəklini  biz  harada 
gəzdirsək  də,  otaqlarımızı  onlarla  bəzəsək  də,    onların  bir  də  geri 
qayıtmayacağını anlamağa başlayırıq. O dünyada nə sevincin, nə kədərin 
olmadığını deyirlər. Əziz adamlar isə ora yollananda bizim sevincimizi də 
özləri  ilə  aparırlar  və  bizi  məhv  etməyə  çalışan  hüznün  caynaqları 
qarşısında çırpınmağa məhkum edirlər. Qəbir daşlarından Əminənin mənə 
dikilmiş nəzərlərini yaddan çıxara bilmirdim, elə bil ki, məni məzəmmət 
edir, onu başa düşməməyə görə qınayırdı. Özüm də etiraf etməyə məcbur 
olurdum ki, giley, şikayət eləməyə haqqı vardır, xüsusən son vaxtlar mən 
ona  diqqət  göstərməmişdim,  daha  doğrusu  desəm,  hər  cür  alicənablığına 
cavab olaraq, cılız adamlara xas olan bir nankorluq etmişdim. 
 
NURİDƏ DÜNYASININ YENİ AÇILAN SİRRLƏRİ 
 
Telefon  zənglərimiz  çoxalmışdı,  mən  tez-tez  zəng  edib,  Nuridədən 
hal-əhval  tuturdum.  Anasının  xatirəsinə  hörmət  əlaməti  olaraq  onu  Nur 
deyə  çağırırdım,  bunu  o,  xeyli  əvvəl  xahiş  etmişdi  və  mən  də  onun 
sözündən çıxa bilməzdim. Hər dəfə telefon danışığından sonra hiss etməyə 
başlayırdım ki, mənə daha da  doğmalaşmağa, yaxınlaşmağa başlamışdır.  
Mənimlə  açıq-saçıq  danışaraq,  bir  dəfə  sözarası  bildirdi  ki,  səndən  daim 
xoşum  gəlmişdir.  Əlavə  etdi  ki,  özü  də  öz  nöqsanlarını  şişirtməyini 
xüsüsən  təqdir  edirəm.  Görünür  sən  qadınların  qəlbinə  bu  yolla  girməyi 
bacarırsan.  Mən  bu  sözlərdən  heç  nə  anlamırdım.  Bunu  cavan  bir  qızın 
şıltaqlığı,  bir  az  da  yaşlı  bir  kişini  ələ  salıb  məzələnməsi  kimi  qəbul 
edirdim. 
Əminənin ölümündən artıq bir neçə ay keçmişdi, bir də zəng edəndə 
Nur  məndən  incidiyini  bildirdi,  ondan  qaçıb  gizlənməyimi  irad  tutdu  və 
məni  lap  divara  söykəmək  üçün  dedi  ki,  özünü  casus  kimi  aparırsan,  az 
qala  mənimlə  kodlarla  danışmağa  keçirsən.  Mən  and-aman  eləsəm  də, 
xeyri yox idi. Öz dediyinin üstündə dayanmışdı. Onun qəlbini ələ almaq, 
könlünü yumşaltmaq üçün dedim ki, bütün günahlarımı yumaq üçün bazar 
günü  səni  restorana  dəvət  edirəm.  Deyəsən  bu  təklif  ürəyindən  oldu  və 
həmin gün naharı bir yerdə etdik.  


 
136 
Restoran,  ona  verdiyim  qonaqlıq  xoşuna  gəlmişdi,  çox  şən  idi,  elə 
hey  deyib  gülürdü.  Bir  az  şərab  içdikdən  sonra  adamların  bir-birini  başa 
düşməməsindən danışdı, güman edirdim ki, mənim Əminə ilə ölümündən 
qabaqkı  münasibətlərimizdəki  soyuqluğu  nəzərdə  tutur.  Sonra  öz 
hisslərinin  qiymətləndirilməməsindən  gileyləndi,  mən  çox  təfərrüata 
varmadım  ki,  birdən  bunu  kiminləsə  şəxsi  münasibətinə  müdaxilə  kimi 
qəbul  edə  bilər.  Söhbəti  davam  etdirib,  mənim  ciddiliyimdən,  hamıdan 
kənarda gəzməyimdən söhbət açdı və hiss etdim ki, bunları razılıq notları 
ilə  dilinə  gətirir.  Bir  az  da  uzağa  gedib,  mənim  bəxtsiz  olduğumu,  daim 
qaranlıqda yaşamağa üstünlük verdiyim barədə şikayətini bildirdi, az qaldı 
məni lap yarasaya bənzətsin. Nə düşündüyümü hiss edib əlavə etdi ki, yox 
səni  vampir  hesab  etmək  olmaz,  sən  heç  toxunmadan,  uzaqdan  uzağa 
adamın  qanını  sormaqdan  həzz  alırsan.  Nə  bayaqkı  tərifini,  nə  indiki 
ittihamını  başa  düşə  bilmədim.  Onun  belə  uzun-uzadı,  qarmaqarışıq  və 
təzadlı  söhbətləri  naharın  başa  çatması  ilə  yekunlaşdı  və  hələ  küçəyə 
çıxmamışdan  bildirdi  ki,  anamın  xarici  ölkədən  gətirdiyi  cezvedə  xüsusi 
reseptlə  hazırladığı  kofeyə  məni  qonaq  etmək  istəyir,  evdə  də  çox 
keyfiyyətli  döyülməmiş  kofesi  var,  «mokko»  sortundandır.  Əl 
çəkməyəcəyini  görüb  razılıq  verdim,  düzünü  etiraf  etsəm,  bu  dəfə  heç 
Əminə də yadıma düşmədi.  
Axşam  tərəfi  ona  babasından  qalma  köhnə  mənzilə  daxil  olduq, 
mənə  pencəyimi,  qalstukumu  çıxarmağı  təklif  etdi,  otaq  bir  az  bürkülü 
olduğundan ürəyimdən oldu və özümü daha sərbəst hiss etməyə başladım. 
O da paltarını dəyişmişdi, döşdən dərin yarığı olan köynək və nazik yubka 
geyinmişdi. Mən televizora baxırdım, o isə mətbəxtdə vurnuxurdu. Birdən 
incə  qız  qollarının  boynuma  sarıldığını  hiss  etdim  və  danışmaq  istərkən 
Nur  öz  dodaqları  ilə  artıq  təravətini  və  türnd  rəngini  itirmiş  dodaqlarımı 
qapadı və qeyri-adi, vulkan püskürməsini andıran ehtirasla məni öpməyə 
başladı.  Mən  bu  ehtiras  hücumu  qarşısında  dayana  bilməyib,  zəiflik 
göstərdim,  ayağa  durub  onu  bağrıma  basdım.  Heç  bir  söz  demədən  bir-
birimizə  sıxılmış  qaydada  dayanmışdıq,  öpüşlərimiz  ən  bəlağətli 
nitqlərdən də  çox  şey danışırdı.  Sonra  bu  incə, hər  toxumasından gənclik 
alovu,  sevgi  atəşi  yağan  bədəndən  ayrılmadan,  divana  oturdum.  Pozanın 
dəyişilməsi ilə elə bil ki, ehtiras alovu da güclənmişdi, bizim hisslərimizin 
təkindən  çıxan  maqma  bu  alovla  birlikdə  ətrafı  başına  götürmüşdü.  Mən 
bu güclü hissləri cavabsız qoya bilməzdim, belə ağılsızlığın və hissin təsiri 
altında, ehtiras güclü olanda ağılı da özünə təslim edir və insanı istənilən 


 
137 
uçuruma atmağı bacarır, böyük qəbahət işlətdiyimin şahidi oldum. Məgər 
bunda  təbiətin  özü  günahkar  deyildimi?  Digər  tərəfdən  məni  buna  sövq 
etmişdilər,  mən  başqasının  başladığı  cinayətə  bərabər  sayılası  işin, 
lənətlənməli  olan  bir  hadisənin  iştirakçısı  olmuşdum.  Ancaq  ağlımı 
itirdiyimdən  özümü  saxlaya  bilməyib  bu  şirnikləndirmədən,  şəhvət 
hissindən  qaça  bilməmişdim.  Mən  necə  ağılsız  iş  tutduğumu  anlamağa 
başladım.  Ancaq  özümə  təskinlik  verirdim  ki,  nə  qədər  özümə  nəzarət 
etsəm  də,  ehtiyatlı  tərpənsəm  də  qadın  sehrinin  qarşısında  dayanmaqda 
bütün  başqa  kişilər  kimi  acizəm,  belə  gözəl  qız  isə  dünyanın  ən  qatı 
rahibini  də  yoldan  çıxara  bilər,  necə  ki,  bütün  qadağalara  baxmayaraq, 
Dalila Samsonu öz kəməndinə sala bilmişdi. Beynimdəki suallar təkcə öz 
məkanını yox, bütün varlığımı dartıb dağıdırdı. Necə oldu ki, bu qız məni 
belə  ovsunladı,  kor-koranə  hərəkətə  sövq  etdi.  Mən  onun  taleyinə  zərbə 
vurmuşdum, bir anlıq şəhvətimə görə qızın bəkarəti pozulmuşdu. Mən nə 
edəcəyəm, Əminənin xatirəsi qarşısında nə cavab verəcəyəm?  Məni həm 
də sarsıdan o idi ki, axı bu qız anasının ölümü kimi ağır bir dərdi necə tez 
yadından  çıxartdı  və  heç  nə  olmayıbmış  kimi  özünü  ehtirasına  tabe  etdi. 
Biz əslində cinayət törətmişdik, qanqarışdırıcı bir günah işlətmişdik. Mən 
özümü bağışlaya bilməyəcəyəm, lakin Nur da elə alçaqlığa yol vermişdir 
ki, bu bütün qadın cinsini gözdən salır. Anasına qarşı xəyanət etmişdi. Ən 
böyük xain isə mən özüm idim. Bu fikirlər altında özümü edam kürsüsünə 
yaxınlaşdırarkən Nurun səsini eşitdim: 
-  Mən  olduqca  xoşbəxtəm,  uzun  illər  boyu  bəslədiyim  arzuma 
çatdım. 
Qulaqlarıma inanmırdım, mənim kimi  peşiman olmaq, məni ən ağır 
xətada ittiham etmək əvəzinə bu qız nədən danışırdı, hansı arzusunu yada 
salırdı. Onun hərəkəti qədər sözləri də mənə əcayib göründü və elə bil dilə 
gətirmədiyim suala cavab vermək üçün dedi: 
-  İlk  dəfə  mən  səni  görəndə  13  yaşındaydım.  Anamla  məlhəm 
münasibətinə, daim ona yaxınlığa can atdığına, ya nəyə görəsə o vaxtdan 
sənə  vuruldum  və  bu  anı  səbirsizliklə  gözləməyə  başladım.  Anamın 
sağlığında  nə  qədər  istəsəm  də  bu  addımı  ata  bilməzdim,  onu  özümə, 
özümü isə ona rəqibə çevirərdim, bu isə bizi düşmən edərdi. Gizlətmirəm 
ki,  anamla  görüşlərindən  sonra  mən  ona  qarşı  izah  olunmayan  bir 
qısqanclıq  hiss  edirdim,  özümü  onun  yerində,  həmin  yataqda,  intim 
yaxınlıqda görmək istəyirdim. Yenicə özümü dərk edən, cinsi yetişkənliyə 
daxil olan qız ilk sevgisini heç nə ilə dəyişmək istəmir, bəzən bu eşq onu 


 
138 
qəbirə  qədər  müşayiət  edən  yol  yolçusuna  çevrilir.  Mən  belə  qızcığaz 
dəlisovluğu, heç nəyə məhəl qoymamaq sərbəstliyi ilə sənə vurulmuşdum, 
ətrafımda  yüzlərlə  gözəl,  cavan,  imkanlı  oğlanlar  fırlansa  da.  Məndən 
bircə  xoş  söz  eşitməyi    xoşbəxtlik,  uğur  hesab  etsələr  də,  mən  onlara 
əhəmiyyət  vermirdim,  ancaq  səni  arzulayırdım.  Alpinistlər  də  belədir, 
hansı zirvəyə çıxsalar da,  ilk anda əlçatmaz hiss etdikləri yüksəkliyi fəth 
etmək fikri bir an da olsun onların beynini tərk etmir. Sən mənim üçün hər 
şey vəd edən belə əlçatmaz zirvə xarakteri daşıyırdın. Mən sənin xoşuna 
gəlmək,  diqqətini  cəlb  etmək  üçün  hər  şeyə,  şıltaqlığa  da,  yaramayan 
hərəkətlərə  də  əl  atırdım,  bəzən  anam  bunu  sezirdi,  sən  isə  fərqinə 
varmırdın.  Bəlkə  də  son  dövrlərdə  sizin  soyuq  münasibətlərinizin  əsl 
səbəbi  mən  idim.  Anam  nə  mənim,  nə  də  özünün  faciəsini  görmək 
istəmirdi, çünki ikimizdən birinin olmalıydın, mənimlə olandan sonra onu 
tərk etməliydin, ona sədaqətli qalıb mənim hisslərimi rədd edəcəyin halda 
isə  sənə  nifrət  etməyə  başlayardım.  Bir  mehraba  sitayiş  kimi  qadınları 
birləşdirən  və  ayıran  heç  nə  yoxdur.  Bu  qadın  üçün  ən  böyük  təhlükədir. 
Sonra  yadıma  saldı  ki,  toyda  ona  görə  Avropa  rəqsinə  dəvət  edibmiş  ki, 
ömründə  bircə  dəfə  də  olsa  mənim  qucağıma  sığınsın,  bədənimin 
hərarətini hiss etsin. Giley şəklində dedi ki, sənsə heç nə başa düşmürdün, 
bu anlamazlığının hayıfını çıxmaq və hamını valeh etmək üçün özümə də 
məlum olmayan coşqunluq qaydasında milli rəqsi ifa etdim. İlk dəfə sənin 
mənə  bir  qız,  bir  qadın  kimi  məftunluqla,  şəhvətlə  baxdığını  hiss  etdim. 
Özüm də başa düşdüm ki, mənim kimi gözəl qızla yaxınlıq hamının, hətta 
gücdən düşmüş qoca kişilərin də ürəyindən keçə bilər.  
Sonra  hadisələr  ortaya  düşdü,  başım  nə  qədər  qarışsa  da,  nə  qədər 
yas saxlasam da, sən ağlımdan çıxmırdın, mənim bədənimə sahib olmağa 
cəsarətin çatmayacağını duyurdum, ona görə də təşəbbüsü ələ almalıydım 
və  bu  günkü  imkanı  əldən  verməməyi  qət  etdim.  Sonra  gülə-gülə  əlavə 
etdi: 
- Əgər yanğın soyumayıbsa, mən vəd etdiyim kofeyə səni qonaq edə 
bilərəm.  
Mən  ondakı  dəyişikliyə  də  məəttəl  qalmışdım,  bircə  anın  içində 
təcrübəsiz bir qız  hər şeyi təhlil etməyi və qiymət verməyi bacaran qadına 
çevrilmişdi, elə bil ki, kiçik rəzalətlər məktəbini də keçmişdi. Bu Sulamif 
onun  saçının  tükləri  sayı  qədər  təcrübəsi  olan  Solomona  ehtiras  dərsi, 
fiziki  yaxınlıq  etmək  dərsi  verə  bilərdi.  Bəlkə  indiki  cavanlar  kimi  o  da 
Kamasutranı  oxumuş,  intim  əlaqənin  gətirdiyi  həzzin  nə  olduğunu  daha 


 
139 
yaxşı anlamışdı. Qadının kişiyə görə bu aktdan az ləzzət aldığını, nisbətən 
aşağı iştahla buna getdiyini təsdiq edənlər yanılırlar.  Bu gözəl qız altı il 
ərzində  arzularının  yaratdığı  dünyada  sərgərdanlıq  edərək,  axırda  öz 
istəyinə çatmışdı. 
Nur məni, boğulan bir canlını öz məcrasına alıb aparan su axını kimi 
hisslərinin  əsirinə  çevirdiyi  tək,  indi  də  razılaşmadığım,  anlamadığım 
fikirlərin  burulğanına  salmışdı.  Birdən  mən  hər  şeyi,  mövcud  reallığı 
yaddan  çıxarıb  Əminəni  xatırlamağa  başladım.  Yavaş-yavaş  fikir  sapını 
çözələdikcə anladım ki, mən Nurla deyil, Əminə ilə  xeyli fasilədən sonra 
yenə  də  yaxınlıq  etmişəm.  Nə  olsun  ki,  bu  qızın  bədəni  daha  elastik  idi, 
döşləri olduqca təravətli və bərk idi. Yox, mən Əminənin bədənindən həzz 
almışdım  və  kim  nə  desə  də,  bu  fikrimi  dəyişdirə  bilmərəm.  Reallıqla 
təxəyyül  bir-birinə  qarşı  çıxmışdı,  münaqişəyə  girmişdi.  Və  mən  öz 
röyamın gerçəklik olduğuna inanmaq istəyirdim. 
Nur məni öpməyə, əzizləməyə başlasa da xeyri olmadı. Bu otaqdan 
uzaqlaşmaq, onun əlindən qaçıb qurtarmaq istəyirdim. Bir-iki dəfə burada 
mən Əminəni öpmüşdüm. Hətta ər-arvad kimi yaşayanda da mən bu otağa 
belə  bir  niyyətlə  gəlməyə  cəsarət  etməzdim.  Əminə  isə  buna  ən  hədyan 
hərəkət  kimi  baxardı.  Deyəsən  Nur  da  mənim  halımı  başa  düşdü. 
Pencəyimi,  qalstukumu  gətirdi  və  yola  salanda  dedi  ki,  birdəfəlik  itmə, 
görün, artıq bu evdə hər şey sənə doğmadır. 
Özü  də  başa  düşürdü  ki,  bu  sözlər  artıqdır.  Biz  bağışlanmaz  bir  iş 
tutmuşuq.  Bunun  xəcalətini  hələ  çox  çəkəcəyik.  Bu  hadisədən  sonra  ağır 
cinayət  işlədib  hardasa  qaçıb  gizlənən  adam  kimi  özümə  yer  tapa 
bilmirdim.  Güman  edirdim  ki,  hətta  küçədə  də  məni  saxlayıb,  gördüyüm 
nalayiq işi üzümə vuracaqlar, cavab verməyimi tələb edəcəklər. Ona görə 
Nuru  yada  salmamağa  çalışırdım.  Ancaq  bu  qız,  deyəsən,  təbiətinə  xilaf 
çıxan  deyilmiş.  Elə  həmin  hadisə  baş  verən  axşam  evə  çatanda  telefon 
zəng vurdu, onun səsini eşidəndə dəstəyi asmaq istəsəm də dedi: 
- Kamran, - birinci dəfə idi ki, mənə «Kamran əmi» demirdi, əslində 
bu  biabırçılıqdan  sonra  yaxşı  ki,  məni  belə  çağırmırdı,  -  bizdən  gedəndə 
ovqatın xoşuma gəlmədi. Sən allah, qorxaqlığını kənara at. Həyatdan həzz, 
ilham  alanlar  qazanırlar.  Mən  isə  çox  yaxşıyam.  Səndən  də  razı  qaldım. 
Həm gözləmədiyin mükafat, həm də bu sözlərdən artıq sənə nə lazımdır? 
Bəlkə başına tac da qoymalıyam? 
Dilim  dolaşa-dolaşa  yalandan  kefimin  yaxşı  olduğunu  söylədim. 
Lakin  tələffüz  bunun  tam  əksini  deyirdi.  On  gün  ərzində  bir  neçə  dəfə 


 
140 
mənə  işə,  evə  zəng  vurdu,  ən  mərhəm  qaydada  danışırdı.  Mənim  hələ 
özümə  gəlmədiyimi  görüb  söhbəti  uzatmırdı.  Dərslərindən,  işindən 
danışmağa  keçirdi.  Sonuncu  gün  axşam  zəng  vurdu  ki,  xəstədir, 
rəfiqələrinin  hamısı  bağda  olduğuna  görə  ona  qullluq  edən  yoxdur.  Ona 
görə də məni evinə dəvət etdi. İmtina etməyimi pis başa düşəcəyini görüb 
bir  qutu  şokolad  konfeti  alıb  onu  yoluxmağa  getdim.  Alt  paltarında 
divanda  uzanmışdı.  Üstünə  nazik  yorğan  örtmüşdü.  Yanındakı  stulun 
üstündə çoxlu flakonlar, həb qutuları var idi. 
Mən  mətbəxtdə  çay  hazırlayıb,  mürəbbə  ilə  ona  çay  içirtdim.  Bu 
olduqca onun xoşuna gəldi. Məni də çay içməyə məcbur etdi. Qutunu açıb, 
konfetlərdən  birini  mənim,  birini  də  öz  ağzına  qoydu.  Ordan-burdan 
söhbət  etməyə  başladı.  Bir  azdan  dedi  ki,  bu  stolu  burdan  uzaqlaşdır, 
dərmanları görəndə elə bil məndə allergiya başlayır. Mən dediyi kimi də 
etdim.  Söhbətə  başımız  qarışanda  dedi  ki,  gəl  burada  divanda  otur,  bura 
rahatdır.  Mən  divanda  oturanda  istiləndiyini  deyib,  yorğanı  üstündən  bir 
qədər kənara çəkdi və ani olaraq xırda, yetişməmiş nara oxşayan döşləri, 
gözümə  uzun  kimi  dəyən,  bir  az  yuxarı  dikəlmiş    məmələri  göründü  və 
guya qeyri-ixtiyari özünü azacıq qaldırıb, dodaqlarımdan öpdü. Mən artıq 
tələyə  düşmək  istəmədiyimdən,  onun  hisslərinə  cavab  verməməyə 
çalışırdım və buna nail olmuşdum. Birdən divanda oturub məni qucaqladı 
və başımı açılan döşlərinə tərəf əydi. Artıq mən özümü saxlaya bilmədim. 
Döşlərini  dəli  kimi  öpməyə  başladım.  Sonra  onun  cavab  axtaran 
dodaqlarını  tapdım  və  biz  yenə  əvvəlki  kimi  özümüzü  bilmədik.  Qızğın 
ehtiras dənizində dalğalar elə bil alov saçırdı və heç kəs ona davam gətirə 
bilməzdi.  Xeyli  vaxtdan  sonra  yanğımız  sönəndə,  bu  dar  divanda 
qucaqlaşıb  uzanmışdıq  və  mən  onun  bədəninə,  döşlərinə  baxmaqdan 
doymurdum.  Mənim  məftunluğumdan  isə  o,  daha  da  razı  qalmışdı.  Öz 
bədəninin necə böyük cazibə qüvvəsinə malik olduğu ilə öyünürdü.  
Gecə  yarıya yaxınlaşanda mən nəhayət ki, ondan qurtulub getməyə 
hazırlaşdım.  Çünki  bir  neçə  dəfə  getmək  istədiyimi  bildirəndə  narazılıq 
etmiş,  bu  hərəkətimə  görə  bir  də  məni  bağışlamayacağını,  gül-çiçəkli 
bağına buraxmayacağını demişdi. Mən qapıdan çıxarkən elə bil Əminə ilə 
qarşılaşdım və mənə elə gəldi ki, nigaran qaydada halımı soruşur, onunla 
olduğum dəqiqələrin mənə necə təsir etdiyi ilə maraqlanır. Mən yenə Nuru 
unudub  düşünməyə  başladım  ki,  Əminə  ilə  olmuşam,  onunla  yaxınlıq 
məni bihuş etmişdir. Həqiqi məhəbbətin necə amansız  olduğunu anladım. 
Axı onu, ağızdakı dişi çıxardan kim ürəkdən çıxarmaq olmur. Yenə reallıq 


 
141 
hissini  itirməyə  başlamışdım.  Nuru  tamam  yaddan  çıxarıb,  bir  az  əvvəl 
Əminə ilə bir yataqda olduğumu güman edirdim.  Asanlıqla yaddan çıxan 
elə bil ki, əbədi unudulmazlıq qazanmışdı. Deyəsən, məndə artıq ikilənmə 
baş  verirdi.  Ona  görə  də  Nurla  necə  ayrıldığımı,  öz  evimə  necə  gəlib 
çıxdığımı yaddan çıxarmışdım. 
Evə gələndən sonra bir az fikirləşib, somnambulada olan adam kimi 
güclə nömrəni yadıma salıb, zəng vurdum. Dəstəkdə səsimi eşidəndə Nur 
çox  sevindi  və  əlavə  etdi  ki,  artıq  səni  bir  kişi  kimi  də  sevməyə 
başlamışam.  Daha  hansısa  məhəbbət  sonetləri  oxudu.  Qurtaranda,  daha 
çox ölüm ayağında olan bir adamın səsi ilə dedim: 
-  Nur,  bütün  qəbahətlərimə,  sədaqətsizliyimə  görə  məni  bağışla. 
Artıq  dəli  oluram.  Əminə  məndən  əl  çəkmir.  Deyəsən  hər  şeydən 
xəbərdardır.  Qəti  şəkildə  bildirir  ki,  səni  heç  kəslə  bölüşmək  istəmirəm. 
Mən  Əminəyə  iki  dəfə  xəyanət  etmişəm.  Artıq  bacarmıram.  İkimizi 
həyatla o dünya arasındakı çox böyük məsafə ayırsa da, daim o, mənim, 
mənsə  onun  olacağam.  Bu  sözlərimə  görə,  hər  cür  fikrə  düşə  bilərsən, 
lakin gizlətmirəm ki. bu qarabasmalardan qurtara bilmirəm. O, ölü olsa da 
yenə bizdən güclü çıxdı, qalib gəldi. 
Bu  sözlər,  deyəsən,  Nuru  sarsıtmışdı,  o,  bircə  söz  də  demədi. 
Telefonda ah çəkməsini və hıçqırıqlarını eşitdim və dözə bilməyib dəstəyi 
asdım.  Anladım  ki,  məhəbbət  mehrabı  qurbansız  ötüşmür.  Mənsə  sadəcə 
qurban  deyildim,  əzablara  məhkum  edilmişdim,  ruh  cəzasının  dəyirman 
daşı  altında  əzilib  inildəyirdim.  Başqaları  əvvəlki  məhrumiyyətlərinə, 
əzablarına  görə  mükafat  umduğu  halda,  mən  yaxamı  yenə  də  onlardan 
xilas  edə  bilməmişdim,  əksinə  indi  daha  dözülməz  olduqlarını 
göstərirdilər.  Həyatverici  yağış  quraqlıqdan  cadar-cadar  olmuş  torpağı 
suvaran  kimi  Allah  çətin  anda  kömək  əlini  uzadır,  öz  nəfəsi  ilə  hər 
yaratdığını  dirildir,  canlandırır.  Deyəsən,  bu  mərhəmətini  də  məndən 
əsirgəmişdi. Hüzn təkcə sifətimə qüssə kölgəsi çəkməklə kifayətlənməyib, 
qəlbimi  də  əlacsızlıq,  ümidsizlik  yuvasına  çevirmişdi.  Ətrafdakı  hər  şey 
elə  bil  ki,  mənim  könlüm  üçün  zəhərə  çevrilmişdir.  Xırda  xallardan 
seçilməyən  az  sayda  şad  anlardan  başqa,  füsunkar  poetik  günlər  nəzərə 
alınmasa həyatımın ümumən sevincsiz povesti öz ətalətinə uyğun olaraq, 
yəqin  ki,  belə  də  başa  çatacaqdı.  Əminəyə  məhəbbətimlə  mən  cənnətə 
düşdüyümü  zənn  edirdim.  Onun  qeybə  çəkilməsi,  yoxluğu,  son  biabırçı 
hadisə  də  əlavə  olunmaqla  yaşadığım  günləri  cəhənnəmə  döndərdi. 
Fransız dilində «Paradis» sözü «cənnət» deməkdir. Lakin həm də «ümumi 


 
142 
qəbir» mənasında işlənir. Mən də cənnəti taleyin hökmü ilə hələ sağ ikən 
qəbirə  dəyişməli  oldum,  çünki  düşdüyüm  vəziyyət  bütün  dünyanı 
gözümdə qəbir darısqallığına döndərmişdi. Ömrümün qalan kiçik hissəsini 
də  bu  ağır  itki  üçün  göz  yaşları  tökməyə  həsr  edəcəyəm.  Buna  çətin  ki, 
həqiqi mənada yaşamaq demək mümkün olsun. 
 
Son 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə