Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

 
116 
azad  adamları  qul  edə  bilməzsən.  Necə  ki,  balığı  qul  vəziyyətinə  sala 
bilmirsən.  Əgər  sən  onları  əsir  götürsən,  onlar  sənə  qul  olmayacaqlar. 
Onlar sənin yanında əsirlikdə ölsələr belə, onları əsir götürməkdən sən nə 
fayda  qazanacaqsan?».  Doğrudan  da,  balıq    öz  zəifliyi  ilə  belə,  çarın 
amiranəliyini  məmnun  etmək  üçün  ona  xidmət  göstərmək,  qul  olmaq 
fikrinə  düşməyəcəkdir,  çünki  bu,  onun  təbiətinə  yaddır.  Mən  çəkdiyi 
misalla və dediyi sözlə razılaşdıqda, dedi ki, azad, sərbəst olmaq dünyada 
ən böyük səadətdir və tiranlar bilsəydilər ki, balıqlar kimi insanlar da qul 
olmağa  hazır  deyillər,  hətta  ölüm  qorxusu  da  onları  buna  məcbur  edə 
bilməyəcəkdir,  yəqin  ki,  iddialarını  və  zülmlərini  bir  qədər  azaldar, 
məhdudlaşdırardılar,  anlayardılar  ki,  zor,  güc  çox  şeyə  yarasa  da,  azad 
insanların  iradəsini  qırmağı  bacarmır  və  tiranın  qılıncı  belə  sərt  qayaya 
dəyəndə ancaq özünün qırılmasının şahidi olur, qayanın isə möhkəmliyinə 
heç bir xələl gətirə bilmir. 
Mən  həyatda  ondan  çox  şey  öyrənmişdim,    həyat  fəlsəfəmin 
müəyyən düzəlişlərə məruz qalmasında onun xidməti böyük idi və mənə 
məsləhət  görürdü  ki,    pis  adətlərindən  uzaqlaşmağa  çalışdığın  kimi, 
təbiətin səndə cəmləşdirdiyi yaxşı xüsusiyyətlərin, keyfiyyətlərin hamısını 
qoruyub saxlamağa çalış. Bunların içərisində o könülün təmizliyini xüsusi 
vurğulayırdı  və  deyirdi  ki,  ora  nəinki  bir  ləkə  düşməsinə,  bir  toz 
qonmasına da imkan vermə. İndi ona bir sual vermək istərdim ki, niyə bəs 
bu könülün işığını tam kəsmək istəyirsən, niyə onu sərgərdanlığa məhkum 
edirsən.  Axı  yaxşı  bilirsən  ki,  onun  varlığı  səndən  çox  asılıdır,  səninlə 
yaxın  olmayanda,  o  daim  qapalı  qalmış,  qaranlıqdan,  günəş  işığına 
həsrətdən  solan  bitki  kimi  qurumağa,  əriməyə  başlamışdır.  Yaxşı,  deyək 
ki,  mən  o  təklifi  yersiz  etmişdim,  sən  hələ  buna  hazır  deyildin,  bəlkə 
mənim  həyatım  üçün  həlledici  əhəmiyyət  kəsb  edən  həmin  xahiş  sənin 
gözündə  cılızlaşdığı,  kiçildiyi  kimi  mən  özüm  də  sənin  gözündə  öz 
qiymətimi,  əvvəlki  yaxınlıq,  doğmalıq  mövqeyimi  itirməyə  başlamışam. 
Mən  nə  qədər  bu  könülü  təmiz  saxlamağa  çalışsam  da,  başqası  istədiyi 
anda  onu  xaraba qoymağa,  dağıtmağa müvəffəq  olursa, ölən müsəlmanın 
nəfəsini  son  dəfə  verəndən  əvvəl  qoyulmuş  vaxtda  namazının  qılıb-
qılmamasının  onun  həyatı  üçün  hansı  bir  əhəmiyyəti  vardır,  əgər  həmin 
həyatın  özü  əldən  getmişdirsə.  Mənim  bəxtim  belədir,  ailə  qurdum  ki, 
sakit, dinc həyata sahib olum, burada başlanan tufan isə illər boyu davam 
edib,  mənim  elə  də  böyük  iddiası  olmayan  könül  qayığımı  dəfələrlə 
qayalara  çırpdı,  sındırdı,  dağıtdı  və  az  qala  xırda  taxta  tör-töküntülərinə 


 
117 
çevirəndə  sən  mənə  öz  limanında  yer  verib,  əslində  təkcə  könlümü  yox, 
özümü  də  xilas  etdin.  O  vaxtdan  özümü  dünyanın  az  sayda  olan  ən 
xoşbəxt adamlarından biri hesab edirdim, baxmayaraq ki, yenə illər boyu 
sənin həsrətini çəkməyə məcbur oldum, ildə, iki ildən bir olan görüşümü 
özümə  yenidən  həyata  qayıtma,  dirçəlmə,  könül  intibahı  kimi 
qiymətləndirirdim.  Son  hadisədən,  arvadımın  yası  başa  çatdıqdan  sonra, 
mən belə qərara gəldim ki, sənin limanına bir dəfəlik qeyd olunmaq üçün 
imkan  yaranmışdır  və  bu  fürsəti  əldən  vermək  olmaz.  Ona  görə  də  ilk 
görüşdə  bu  arzumu,  ömrümün  ikinci  yarısında  daim  köksümdə 
gəzdirdiyim  istəyi,  diləyi  dilimə  gətirdim,  xeyir-dua,  razılıq  nidaları 
eşitmək əvəzinə, başıma arqumentlərin ağır daşları yağmağa başladı. Mən 
özümü güclü adam hesab etmirəm, ancaq güman edirəm ki, məndən çox-
çox iradəli, möhkəm adamlar da belə reaksiya müqabilində özlərini mənim 
kimi aparardılar, sarsılardılar.  
Yəqin  ki,  sən  vəziyyətimi  anlamamış  deyildin,  mənim  bircə  sözlə 
qəflətən yetimləşəcəyim, tənhalığa düçar olacağım barədəki qorxumu hiss 
etmişdin. Axı mərhəmətli düşmən  belə öz rəqibini yaraladıqdan sonra ona 
kömək  etməyə  çalışır,  onun  yanan  dodaqlarına  özü  üçün  olan  su 
qumqumasını yapışdırır ki, özü susuz qalsa da olar, qoy yaralı bir qədər öz 
yanğısını  söndürsün.  Belə  əhvalat  həqiqətən  də  baş  verib,  bir  isveç 
sərkərdəsinin  tarixçəsindən  oxumuşdum.    Bu  hadisədən  sonra  sən  özünü 
heç  nə  olmayıbmış  kimi  apardın,  mənim  yarama  məlhəm  qoymaq,  ürək-
dirək  vermək  əvəzinə  qərarının  ciddiliyini,  sərtliyini,  soyuq  sifətini 
nümayiş etdirmək üçün mənimlə görüşməkdən yayınır, nadir hallarda baş 
verən telefon danışıqlarımızda quru, rəsmi qaydada bir-iki söz deməklə elə 
bil ki, məndən cana doyduğunu bildirirdin. Özün də yaxşı bilirsən ki, mən 
bədgüman  adamam,  mənə  göstərilən  adi  diqqətsizlikdən,  həssassızlıqdan 
lazım olmayanda belə ağır nəticələr çıxarıram və bu məni əzməyə, həyat 
şirələrimi  sormağa  başlayır.  Kimsəsiz,  sirdaşsız  olduğumu  özümə  təlqin 
edirəm.  Dəniz  quldurlarının  hücumuna  məruz  qalmış  gəmini  idarə 
edənlərin hamısı məhv edildiyindən və ya əsir götürülüb aparıldığından, o 
quduz  dalğaların  ixtiyarına  verilir,  onların  «mərhəməti»  isə  ya  qısa 
müddətdə  onu  bütünlüklə  dağıtmaqdan,  ya  da  dinc  qaydada  üzən  başqa 
gəmilərin  üstünə  atmaqla  qorxulu  təhlükə  mənbəyinə  çevirməkdən 
ibarətdir.  Dalğaların  idarə  etdiyi  belə  gəmiləri  «uçan  holland» 
adlandırırlar.  Mən  özümü  də  belə  fəlakətin  astanasında  görürdüm.  Axı 
mən heç üzmək istəmirdim, sənin sakit körfəzində, məhəbbətinlə bu kiçik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə