Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

 
113 
Mikrobioloqun  söylədiyinə  görə,  bədəndə  əmələ  gələn  yeni 
maddələr-anticisimlər  zəifləməmiş  mikroblarla  mübarizə  aparmaqla 
orqanizmə kömək edir. Təhlükə mübarizə qüvvələrini səfərbər edir. 
Orqanizmin  təbii  sirrləri  bakteriya  öldürən  xüsusiyyətlərə  malikdir, 
bu  xüsusən  ən  zəif  bədən  səthlərini  qorumaq  üçün  vacib  idi.  Belə 
olmasaydı, bütün insanlar ya çoxdan ölmüşdü və ya ən yaxşı halda inkişaf 
edə bilməmişdi, çünki doğulandan bizim orqanizm havada, suda, torpaqda 
olan  saysız-hesabsız  mikroblarla  təmasda  olur.  Mikroblar  daim  dəriyə 
hopur,  buruna,  ağıza,  bağırsaqlara  daxil  olur.  Onlardan  çoxu  ziyansızdır, 
bəziləri  hətta  faydalıdır,  həzmə  kömək  edənlər  kimi  orqanizm  onların 
mövcudluğuna  dözür,  lakin  onların  bağırsaqlardan  kənara  daxil  olmasına 
və  həmçinin  həddən  çox  artmasına  maneəçilik  törədir.  Qan  isə  özünün 
udan hüceyrələr ordusu vasitəsilə müəyyən qədər bu müdafiəni təmin edir. 
Lakin  bəzi,  xüsusən  bədənin  həssas  və  asanlıqla  zədələnən  hissələri, 
məsələn,  selikli  burun  boşluğu  və  nəfəs  yolları  havadan  mikrob 
düşməsindən  qorunmamışdır.  Bu  hissələrdə  qan  təminatı  zəifdir,  onlar 
müdafiəsiz qala bilməzlər. Orqanizmin buraxdığı seliklərdə təbii müdafiə 
vasitəsi  rolu  oynayan  zülal  maddəsi  bəzən  mikroorqanizmləri  əridir, 
mikrobların  müdaxiləsinə  qarşı  təbii  antiseptika  hüceyrələrin  birinci 
müdafiə  xətti  rolunu  oynayır.  Patogen  mikroblar  isə  orqanizmin  müdafiə 
gücünü  yarıb  keçməklə  infeksiya  əmələ  gətirir.  Onlar  insanın  təhlükəli 
düşmənləri olduqlarından, onun müdafiə gücünə qalib gəlirlər. 
Aleksandr  Fleminq  elə  maddə  axtarırdı  ki,  xəstənin  hüceyrələrinə 
zərər  vurmadan  patogen  mikrobları  məhv  etsin.  O,  qeyri-adi  kifi 
öyrənməyə başladı. Kif kiçicik göbələk olub, bitki orqanizmi kimi qırmızı 
qan  kürəciklərindən  də  balacadır  və  havada  olan  sporların  köməyi  ilə 
çoxalır.  Onlar  cücərib  bir  növ  keçə  kütələsinə  çevrilirlər.  Kif  bir  sıra 
qorxulu  patogen  mikroblara  qarşı  məhvedici  xüsusiyyətə  malikdir.  Çünki 
o  elə  maddə  buraxırdı  ki,  bir  sıra  ən  qorxulu  xəstəliklərin  törədicilərinin 
böyüməsini  dayandırırdı.  Fleminq  qidalı  bulyonda  belə  «penitsillium» 
yetişdirdi.  
Ən  sadə  canlı  orqanizm-kif  elə  maddə  buraxırdı  ki,  o  digər  canlı 
orqanizmlər olan mikrobları öldürürdü. Bu iki növün dinc yanaşı yaşaması 
mümkün deyildi. 
Dünya elə qurulmuşdur ki, bütün canlı varlıqlar öz yaşayışları üçün 
mübarizədə  qorxulu  düşmənlərə  çevrilirlər.  Onların  hər  biri  özünə 
başqasından qida, hava və məkan alır. 


 
114 
Patogen mikrobların çoxu böyük miqdarda suya və torpağa düşsələr 
də,  yaxşı  ki,  tezliklə  ölürlər,  yoxsa  nə  insanlar,  nə  də  heyvanlar  yaşaya 
bilməzdi.  Onları  əsasən günəş  və digər  faydalı  mikrobların  təsiri  öldürür. 
Artıq  qədim  yunan  əlyazmalarında  bəzi  epidemik  xəstəliklərin  digər 
xəstəlikləri  yatırdıqlarına  şəhadət  verən  məlumatlar  var  idi.  Aşağı  canlı 
varlıqlarda,  yüksək  heyvan  və  bitki  aləmində  olduğuna  nisbətən  həyat 
daha çox dərəcədə həyatı öldürür. 
Fleminqin  icad  etdiyi  «penitsillin»  adlanan  maddə  insan  əzablarını 
azaltmaqda  inqilabi  rol  oynayacaqdı.  Lakin  bu  qiymətli  maddə  təmiz 
şəkildə olmalı idi. Amerikanların inadkarlığı və texnoloji istedadı köməyə 
çatdı.  Çürümüş  yemişdə  cücərən  və  yüksək  məhsuldarlıq  qabiliyyətinə 
malik olan kifdən ən qiymətli ştammlar alındı. 
Bu  ştammın  mənbəyi  laboratoriyanın  yerləşdiyi  şəhərin  adı  ilə 
Peoriya  yemişi  kimi  məşhurlaşdı.  İkinci  Dünya  Müharibəsinin  qızğın 
dövründə, 1943-cü ildə Birləşmiş Ştatların zavodları penitsillin istehsalını 
həyata keçirdilər və böyük miqdarda bu xilasedici dərman vuruşan orduya 
göndərildi. 
Aleksandr Fleminq təbabət titanları dəstəsinə daxil oldu. Onun icadı 
yer  üzündə  on  milyonlarla  adamın  həyatını  qoruyub  saxladı,  yəqin  ki, 
başqa  bir  dahi  onunla  bu  sahədə  çətinliklə  müqayisəyə  girə  bilər. 
Penitsillin milyonlarla sətəlcəmlə xəstələnmiş adamı labüd ölümdən xilas 
etdi, uşaq ölümü səviyyəsi xeyli aşağı düşdü. O, bəşəriyyət qarşısında bu 
xidmətləri göstərmişdi. 
İndi  mənə  də  belə  bir  immunitet  qazanmaq  lazım  idi  ki,  əsəbimi 
tarıma  çəkən  hadisələr  məni  bütünlüklə  məhv  etməsin.  Burada  dahiyana 
icada da ehtiyac yox. İndi, sadəcə olaraq şəfa gözlədiyim adam məni başa 
düşməliydi.  Mənim  könlüm  zəifləsə,  adi  zərbəyə  davam  gətirə 
bilməyəcəkdi.  Ona  görə  də  onun  müdafiə  gücünün  açarı  işə  düşməli,  bu 
bağlanmağa üz qoyan qapını yenə taybatay açmalı idi.  
Bəs niyə görən mənə aid olan, mənim həyatımda toxunan bu ilmələr 
belə zəifdir, adi müqavimət qüvvəsinə malik deyildir. Niyə mən bir günlük 
kəpənəyə  bənzəyən  az  ömürlü  xoşbəxtliyimi  də  qoruyub  hifz  edə 
bilmirəm. 
Mən  qədim  müdriklərin  vəsiyyətinə  əməl  edərək,  öz  vicdanım 
qarşısında  təmiz  olmağa  çalışıram.  Hamıya  qarşı  xeyirxahlıq  etmək 
istəyirəm, ancaq çox hallarda məni düzgün başa düşmürlər. Davranışımın 
məqsədini tam fərqli, yad bir şeydə axtarırlar. Mən nə qədər ağıllı qaydada 


 
115 
düşünsəm  də,  real  işə  gələndə  istədiklərim  alınmır,  yaxşı  nəticəyə  ümid 
etdiyim halda, yekun mənim gözlədiklərimə uyğun gəlmir, məni pərt edir. 
Bir  dəfə  söhbət  vaxtı  Əminə  kiminsə  haqqında  demişdi  ki,  o,  sözdə 
şirdirsə,  əməldə,  həyatda  tülküdür.  İndi  təlaşa  düşmüşdüm  ki,  birdən 
mənim haqqımda da elə fikirləşər, bu isə mənim barəmdə ən ağır hökmə 
bərabər  olardı.  Ancaq  mənim  özümə  demişdi  ki,  sən  savadlı,  abırlı  adam 
olsan da, ancaq işinin uğurunda, həyata münasibətində bunun bir səmərəsi 
görünmür.  İnsan  beynində  hansı  bilikləri  gəzdirməsi  ilə  yox,  öz  ağlının, 
zəhmətinin bəhrəsi ilə nə qədər müdrik  olduğunu göstərə bilir. Müdriklik 
özün haqqındakı yüksək fikirlərin məcmuu deyildir, sənin ölkənə, xalqına, 
ailənə  verdiyin  fayda  ilə  ölçülür,  birinci  nə  qədər  böyüsə,  şişsə  insanın 
qiyməti,  dəyəri  azalmağa  başlayır,  lakin  zəhmətin  bəhrəsi  nə  qədər  artsa 
bunu  hamı  görür,  qiymətləndirir  və  bu  insanın  nüfuzunu,  dəyərini 
böyütməyə  başlayır,  onun  həyatdakı  mövqeyi  və  yeri  möhkəmlənir.  Öz 
ailəsini  dolandırmaq  üçün  heç  nə  qazanmayan  kişi  xalqına  hansı  xidmət 
göstərə  bilər.  Axı  təkcə  dili  fırlatmaq,  danışmaq,  nitq  söyləmək, 
çərənləmək  fəaliyyət  növü  hesab  olunmamalıdır,  səs  telləri  ilə  havanı 
hərəkətə  gətirmək  qoçaqlıq  sayılmamalıdır.  İnsan  boş  danışığa  güc 
verdikdə,  öz  əqidəsinə  uyğun  olmayan    sözlər  danışdıqda  riyakarlıqdan 
başqa  bir  işlə  məşğul  olmur.  Axı  öz  iradəsi  ilə  hərəkət  etməyənə, 
məcburiyyət  qarşısında  fəaliyyət  göstərənə  qədim  dövrlərdə  qul  kimi 
baxırdılar. 
Bir-bir onun ağıllı söhbətləri yadıma düşürdü və onları təhlil etdikcə 
güman edirdim ki, Əminə heç bir sözü elə-belə demir, ona hansısa fikrini, 
mülahizəsini  büküb  mənə  çatdırır.  Bir  dəfə  azadlıq,  sərbəstlik,  müstəqil 
fikir və əməl sahibi olmaq barədə xeyli söhbət etdi və mənə belə gəldi ki, 
cəsarətsizliyimi,  çox  vaxt  müti  qaydada  hərəkət  etdiyimi  sezdiyinə  görə, 
Ezop  dili  ilə  mənim  qüsurlarımı  açıb  göstərir,  onlardan  qurtulmaq,  xilas 
olmaq barədə mülahizələrini mücərrəd söhbət kimi bildirir. İndi mən fikrə 
dalanda,  hər  sözünü  sapa  düzüb  məna  tutumu  barədə  analiz  edəndə 
görürəm ki, nə qədər uzaq mövzuda, mücərrəd söhbət olursa olsun, onların 
hər  birində  konkret  fikir  mayalanıbmış,  hansısa  incə  bir  mətləb 
gizlənibmiş. Sözünün təsirini gücləndirmək, kəsərini artırmaq üçün tarixə 
müraciət  edir,  dahi  şəxsiyyətlərdən  misal  çəkirdi  və  belə  müdriklərə 
arxalandığından nəinki onu təkzib etmək mümkün olmurdu, hətta onunla 
mübahisə etmək də çətinləşirdi. Bir dəfə Diogendən maraqlı və ibrətamiz 
misal  çəkdi.  O,  Persiya  çarına    göndərdiyi  məktubda  yazmışdı:  «Sən  əsl 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə