Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   2   3   4   5   6   7   8   9   ...   54

 

bir  cəhətimiz  yoxdur.  Ümumiyyətlə,  gənc  nəsildə  izahı  çətin  olan  sürətli 
bir  amneziya  prosesi  gedir,  keçmişə  hörmətlə  yanaşmamaq,  onu  yaddan 
çıxarmaq  kimi  xoşagəlməz  xüsusiyyətlər  formalaşır.  Cavanlar  hətta  öz 
yaxın  qohumlarını,  əcdadlarını  tanınmamağı  elə  bir  qəbahət  hesab 
etmirlər.  Bu  məsələdə  də,  xeyir-şər  tədbirlərinin  təşkilində  olduğu  kimi 
sosial  vəziyyət,  statuslar  arasındakı  fərqlər  öz  iyrənc  təsdiqini 
göstərməmiş  qalmır.  Səlahiyyət  və  var-dövlət  imkanları  hətta  yaxın 
qohumlar  arasında  da  daim  öz  varlığını  yada  salan  bir  sərhəd  xətti  çəkir. 
Aşağı  kastadan  olanlar  yuxarılardakına  köks  ötürür,  sitayişə  bənzər 
münasibət  bəsləyirlər,  lakin  müəyyən  fayda  götürmək  naminə  onlara 
yaxınlaşmaq  istəyəndə,  çeşidlənmə  əməliyyatına  məruz  qaldıqlarından 
bölünmə  xəttinin  keçilməz  olduğunu  anlayırlar.  Yuxarı  kastadan  olanlar 
isə  yaxın,  uzaq  olmalarından  asılı  olmayaraq  hamıya  özlərinin  qərar 
tutduqları  səviyyədən  baxırlar.  Onlar  yalnız  öz  dairələrində  olanlarla 
oturub  durmağa  üstünlük  verirlər,  bu  adamları  qarşılıqlı  səmimi  hisslər 
deyil,  yalnız  silk  həmrəyliyi  birləşdirir.  Axırıncı  da  nisbi  və  dinamik 
xarakter daşıyır, dünənə qədər təzim etdikləri öz mövqeyini itirdikdə ona 
nifrin yağdırmağa başlayırlar. Bu qrupun tərkibi dəyişsə də, ümumən kütlə 
dəyişmir, sabit olaraq qalır və onlar öz dünyalarının qaydalarını saxlayır, 
insanlığı  yalnız  "nə  lazım"  olduğunun  bolluğu  ilə  ölçürlər.  Düzlüyün, 
vicdanlılığın səsi aşağıdakılardan gəldiyinə görə heç vaxt onların qulağına 
çatmır. Beləliklə, həyatı öz üzərində saxlayan dayaqlar çürüməyə, uçmağa 
başlayır. 
Bədbəxtlikdən mənəvi aşınma özünü digər sahələrdə də biruzə verir, 
cəmiyyətin  bütün  məsamələrinə  nüfuz  edir.  İnsanlar  arasında  hörmət, 
ehtiram, səmimi münasibətlər getdikcə azalmağa başlayır, çox vaxt onların 
təbii  təzahürü  yoxa  çıxdığından,  saxta  nümunələri,  surroqatları  meydana 
gəlir.  Sayca,  nisbət  etibarilə  pislər,  mənfur  adamlar  yaxşıları,  nəcibləri 
üstələməyə  başlayırlar.  Pislik  paradoksal  görünsə  də,  həyata  düzgün 
qiymət verməkdə mayak rolunu oynayır, naqislik öz çılpaqlığı, eybəcərliyi 
ilə  diqqəti  daha  çox  cəlb  edir.  Pisliyin  əhatəsində,  atmosferində 
yaşadığımızdan  ona  adət  etməyə  başlayırıq,  yaxşılıq  proyeksiyasının 
meydana gəlməsi üçün bu fona borcluyuq, necə ki, qaranlığın hesabına biz 
işığa qiymət veririk. Belə bir vəziyyətdəki mövcudluq bizi həyatı yenidən 
qiymətləndirməyə  sövq  edir.  Çünki  pessimizmə  qapılmaqla  pisliyin 
mütləq  hökmranlığına  şərait  yaratmış  olarıq.  Belə  düşünmək  səhvdir  ki, 
naqislik  hamını  kor  etmişdir,  bu  mühit  ədaləti,  insafı,  rəhmi  bütünlüklə 


 

qəhətə  çəkmişdir.  Əsla  belə  deyildir,  ümumilikdə  xalq  öz  nəcib 
keyfiyyətlərini,  qarşısında  baş  əyiləsi  ləyaqətlərini  qoruyub  saxlamışdır, 
itirməmişdir.  Bir  vaxtlar  həqiqətən  də  belə  bir  təhlükə  yarananda  doğma 
dilimizin  itirilməsindən  qorxurduq,  çünki  dilin  tədricən  də  olsa  yoxa 
çıxması millətin özünün mövcudluğunu sual altında qoya bilərdi. Güman 
edirəm ki, xalqın əsrlər boyu yaşatdığı yaxşı  adətlər, mənəvi dəyərlər də 
bu  qəbildəndir,  onların  da  laqeydlik  üzündən  bir  qədər  yoxa  çıxması, 
zəifləməsi,  miskin  vəziyyətə  düşməsi  xalqın  ən  azı  böyüklüyünün 
itirilməsinə yol açardı. 
İnsan təbiətin bir hissəsi olduğundan onun anadangəlmə damğalarını 
öz  üzərində  gəzdirir,  axı  mikrokosm  hesab  edilən  hər  bir  insan  dünyası 
kainat  adlanan  makrokosmun  bir  parçası,  atomudur.  Dəniz  suyunun  bir 
damlasında  onun  kimyəvi  tərkibi,  duzluluğu  bilindiyi  kimi,  insanda  da 
canlı  təbiət  öz  varlığını  unutdurmağa  qoymur,  öz  rəngarəngliyini  bəşər 
övladlarının fiziki ölçülərində və görünüşündə olduğu kimi xarakterinin də 
müxtəlifliyində  əks  etdirir.  Bəlkə  də  Şekspir  bu  fərqli  obrazlar  aləmini 
nəzərdə  tutaraq  dünyanı  teatr  səhnəsinə,  insanları  isə  aktyorlara 
bənzətmişdi.  Onun  orijinalda  dediyi  kimi,  kişilərin  və  qadınların  hamısı 
aktyor  olsalar  da,  səhnədə  addımbaşı  pis  nümunələri  əks  etdirmək  istisna 
olmaqla, çoxları  bu  sənətə lazımınca  yiyələnməyiblər.  Onlar  yalnız  həyat 
güldürəndə gülə, ağladanda ağlaya bilirlər, yaxşılığa meyl etməkdə acizlik 
göstərirlər.  Digər  hallarda  isə  onlar  fiziki  cəhətdən  gözəl  olduqlarından 
səhnəyə  gəlib  çıxan,  lakin  bu  sənətdən  xəbəri  olmayan  gənc  aktrisalara 
bənzəyirlər.  Axırıncılar  obrazın  daxili  aləminə,  ruhuna  nüfuz  etməyi 
bacarmırlar,  oynadıqları  personajların  dünyasının  qapısını  döyməyə  də 
cəsarət  etmirlər,  hətta  bəzən  tələffüz  etdikləri  sözlərin  mənasını  belə 
anlamırlar. Bir qayda olaraq istedadın yoxluğu istənilən an özünü büruzə 
verməyi, təqdim etməyi bacarır. Öz fiqurasını nümayiş etdirməkdən başqa 
heç nəyi bacarmayan bu mulyajlarda nə bir hiss, nə də duyğu olur, yalnız 
şəhvəti alovlandırmağa xidmət etdiklərindən işıq və hərarətdən də məhrum 
olurlar.  Belə  aktyorlar  kütlə  şəklində  olduqda  bu  teatr  haqqında  da 
müvafiq  təsəvvür  yaranmalıdır.  Üzvlər  cəmiyyətin  özü  haqqında  fikir 
yürtməyə imkan verir. 
Özünü  dərk  edə  bilməməyin  başlıca  bəlalarından  biri  yaxşı  zövqün 
mühüm  əlaməti  olan  ölçü  hissinin  itirilməsidir.  Bəziləri  gerçəkliyi  qəbul 
etmədiyindən,  bu  gerçəklikdə  yalnız  özünü  görmək  istədiyindən  fərdi 
keçmişini  idealizə  etmək  kimi  ağılsız  bir  işə  girişir,  hətta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə