Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   2   3   4   5   6   7   8   9   ...   54

 

məğlubiyyətlərini,  uduzmalarını,  qazandıqları  qalibiyyət  və  uduşun 
şəkildəyişməsi kimi qələmə verməyə cəhd edir, hər şeyə özlərinə məxsus 
olan dəyərlər şkalasından baxırlar. Hansısa məqsəd qarşıya qoyulanda ona 
çatmaq yolları və vəsitələri də tapılır. Özünü şöhrətləndirməyin ən asan və 
ucuz  yolu  televiziya  ekranında  görünmək,  həyatın,  keçmişin  barədə 
təsəvvürlərə əl gəzdirmək üçün memuar və ya bir kitab nəşr etdirməkdir. 
Çap məhsullarından birincisi çox vaxt muzdla tutulmuş adamlar tərəfindən 
yazılır,  çünki  müəllif  imzasını  qoyan  nə  bir  savada,  nə  də  elə  bir 
dünyagörüşə  malikdir.  Özünü  ucuz  reklamın  digər  cəhdi,  üzərində  iri 
portreti  təsvir  olunan  kitabda  həmin  şəxsin  fəaliyyətinin,  keçdiyi  yolun 
sabun  köpüyü  kimi  üfürülüb  şişirdilməsidir.  Burada  həmin  adamın 
şəxsiyyəti,  yalnız  çəhrayı  rəngdə  nümayiş  etdirilir.  Böyük  rəssam  Pablo 
Pikasso  çəhrayı  rəngin  belə  hörmətdən  düşəcəyini  bilsəydi,  yəqin  ki,  öz 
yaradıcılıq  dövrlərindən  birini  bu  rənglə  rəmzləndirməzdi.  Kitab  həmin 
adım haqqında yazılan xatirələrin məcmuudur. Xatirə söyləyənlərin özləri 
də  bazarda  mal  alıb  satmağa,  sadəcə  alver  etməyə  gələnlər  kimi 
rəngarəngdir,  olduqca  müxtəlif  tərkiblidir.  Burada  pul  naminə  istənilən 
panegirik yazmağa hazır olan elm xadimləri də, keçmiş vəzifə sahibləri də, 
zəhətkeşlərin məşhur nümayəndələri də vardır. Axırıncılar əsasən Sosialist 
Əməyi  Qəhrəmanı  adını  daşıdıqlarına  görə  nüfuz  sahibi  kimi  təqdim 
olunurlar.  Rəy  mənbəyi  olanların  hamısı  mükəlləfiyyət  xarakteri  daşıyan 
xidməti  yerinə  yetirməli  -  bu  əlahiddə  fəaliyyət  sahibi  barədə  ən  tərifli 
sözlər  söyləməlidir.  Bu  memuarların  və  kitabların  kütləvi  oxucusu  isə 
payladıqları  qohum-əqrəba,  dost-tanışdır.  Belə  kitablar  keçən  əsrin 
ortalarında  yaxın  adamlara  verilən  və  üstündə  «yadigar  üçün»  və  digər 
standart sözlər yazılan fotoşəkilləri əvəz edir. 
Bütün  bunları  araşdıranda  çalışıram  ki,  həyatdakı  hadisələrə  daha 
yüksək nöqteyi-nəzərdən baxım, onların görünən səthi ilə kifayətlənməyib 
mahiyyətinə nüfuz edə bilim. Ona görə də səmimi etiraf xarakteri daşıyan 
məhrəmanə söhbətə üstünlük verməklə, birinci növbədə bunu qəbul etmək 
iqtidarında olan insanlara ünvanlayıram. Axı tənhalığa öyrəşmiş olanlar öz 
dərdlərini  ən  yaxın  saydıqları,  etibar  etdikləri  adamlara  bildirirlər,  bu 
barədə  heç  vaxt  aləmə  car  çəkmək  üsulundan  istifadə  etmirlər.  Həyatda 
aldığın  ən  ağır  zərbəni  isə  yalnız  səmimiyyətinə  şübhə  etmədiyin  adama 
bildirirsən.  Yəqin  ki,  çoxları  şərlə  sirayətlənmiş  cəmiyyəti  təhlil  etməyə 
çalışır  və  bunun  köklərini  dərk  etməyə,  onlara  qarşı  mübarizə  vasitələri 
tapmağa  cəhd  edir.  Mən  də  kimsəsiz  adada  yaşamıram,  canlı  insanlarla 


 

əhatə olunmuşam, lakin artıq heç kəsi özümə dərd həmdəmi, sirdaş hesab 
etmədiyimdən  tənhalığa  sığınmışam,  az  qala  guşənişin  həyatı  keçirirəm. 
Tarixçilər  yazırlar  ki,  erkən  xristian  rahiblər  şəhvət  azdırmalarından, 
tselibatı  pozmaq  təhlükəsindən  uzaq  olmaq  üçün  qaçıb  səhralarda, 
dağlardakı  mağaralarda  yaşamağa  üz  tuturdular  ki,  ümumiyyətlə  qadın 
cinsindən  olan  məxluqu  görməsinlər.  Mən  heç  yerə  qaçmamışam, 
adamların əhatəsindəyəm, lakin elə bil ki, hamı mənə yaddır, bəlkə də mən 
hamıya yadam, çünki onlardan fərqli olduğumu hiss edirəm. Başıma gələn 
hadisə,  üzləşdiyim  ağır  itki  məni  belə  həyat  tərzini  qəbul  etməyə,  ona 
dözməyə  məcbur  etmişdir.  Ətrafdakılar  isə  mənim  halıma  laqeyddir, 
biganədir,  belə  münasibət  isə  məni  tənhalığa  daha  möhkəm  bağlayır.  Bu 
vəziyyətdə olanlar üçün insanın dəyərini və ləyaqətini dürüst dərk etmək 
ehtiyacı yaranır. 
Heç  kəs  güman  etməsin  ki,  mövcud  həyat  tərzimə,  ətrafdan  təcrid 
olunmağımla  öyünürəm,  saxta  məğrurluq  hissi  keçirirəm,  yaxud  da 
müstəsnalıq  kompleksindən  əziyyət  çəkirəm.  Burada  hansısa  qeyri-adilik 
nümayiş etdirmək istəyindən də heç bir əsər-əlamət yoxdur, sadəcə olaraq 
bu  başıma  gələn  faciənin  məntiqi  nəticəsidir.  Həmin  dərdə  dözməyin 
ağırlığını da təkcə çəkirəm. Bircə təsəlli halı ondadır ki, bundan heç kəsə 
ziyan dəymir, başaqlarına qarşı paxıllıq və ya kin hiss etmirəm. 
Onu  da  yaddan  çıxarmaq  olmaz  ki,  bir  dərdin  faciəsi  təkcə  onun 
özündə,  tam  təcrid  olunmuş  qaydada  meydana  gəlmir,  müxtəlif 
hadisələrin,  talelərin  çuğlaşmasından  yaranır.  Yazda  ilan  balaları 
yumurtadan  çıxanda  bir-birinə  elə  dolaşırlar  ki,  başlarını,  quyruqlarını 
ayırd  edə  bilmirsən.  Talelərin  bir-birinə  çuğlaşmasında  da  səbəbi  və 
nəticəni  bir-birindən  ayırmaq  çətin  olur.  İnsanların  tale  cığırları  da  bir-
birilə daim kəsişir, başqalarına aid olana sən də reaksiya verməli olursan, 
kənarda  qala  bilmirsən,  lkin  bu  heç  nəyi  dəyişə  bilmir.  Bəzən  həyatdan 
bezdiyimdən,  cana  doyduğumdan  hər  şeyə  birdəfəlik  son  qoymaq  barədə 
də düşünmüşəm, bu «Qordi düyününü» birdəfəlik kəsib atmaq istəmişəm. 
Hər kəsin öz dünyası olduğu kimi, mənim də öz ayrıca ərazisi olan 
aləmim var və son vaxtlar onu daim qəm, kədər dumanı əhatə edir. Lakin 
ondan  imtina  da  edə  bilmərəm,  heç  Gülüstani-İrəmə  ya  Arkadiyaya 
bənzəməsə  də.  Bəlkə    də  mən  diri  ola-ola  Dante  cəhənnəminin 
dövrələrindən birində məskunlaşmışam. Heç nə edə bilmərəm, öz mövcud 
olduğum məkanı və zamanı dəyişə bilmərəm, kinofilm qəhrəmanı deyiləm 
ki,  kadr  dəyişən  kimi  nəinki  özümü,  hətta  yaşadığım  ərazini  və  dövrü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə