Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
18 
məşhur  bəstəkar  və  iki  əzizlənən  şair  keçib,  onun  masasına  söykənən 
stolun iki tərəfində üz-üzə oturdular. Heç kəs danışmırdı, nəfəslərini də elə 
sakit-sakit alırdılar ki, elə bil ki, guya bir səs çıxaran buradan cəhənnəmə 
göndəriləcəkdir.  Təkcə  qocaman    yazıçı  ilə  kabinet  sahibinin  xırıltıya 
bənzəyən  nəfəs  almaları,  astma  xəstəliyindən  azacıq  əziyyət  çəkdikləri 
təsirini yaradırdı. Bu sakitlik yarım saatdan artıq çəkdi və iri kəfkirli uzun 
saat  gecə  saat  ikinin  olduğunu  bildirən  zəngini  çalanda,  elə  bil  ki  hamı 
yuxudan  ayıldı.  Bu  vaxt  kabinetin  qapısı  açıldı,  çiyni  paqonlu  iki  şəxs 
qollarından  yapışıb  sürüdükləri,  bütün  görünüşündən  elə  bil  həyatla 
vidalaşmaq  görkəmi  almış  bir  adamı  içəri  saldılar.  Bu  məşhur  opera 
müğənnisi idi. Sifəti avazımışdı, saçlarının dağınıqlığından, üzündəki xal-
xal  ləkələrdən  hiss  olunurdu  ki,  onu  diqqətsiz  qoymayıblar,  «qayğı» 
göstəriblər,  yüngülvari  də  olsa  başına,  bədəninə  əl  gəzdiriblər.  Ancaq  bu 
qayğının  izlərini  gizlətməyə  də  ehtiyac  duymayıblar,  onun  işarələrinin 
gözə çarpacağına heç məhəl də qoymayıblar. Bəlkə elə belə də olmalıdır. 
Necə tapşırıq verilibsə, onlar da elə hərəkət ediblər. Qoy başqaları da ibrət 
götürsün,  güman  etməsinlər  ki,  inkvizisiya  öz  qaydalarını  yaddan  çıxarır, 
qurbanlarını  məhv  etməmişdən  əvvəl  onları  hökmən  alçaltmaq  qayğısına 
qalmır və bu yolla əvvəlcədən onların müqavimətini, iradəsini öldürmür. 
İçəri  gətirilən  xalq  artisti  qolları  boşlanan  kimi  özünü  döşəmədəki 
xalçanın  üzərinə  atdı  və  ağır  masanın  arxasında  oturmuş  adama  tərəf 
iməkləməyə  başladı.  Onun  hıçqırtıları  və  yalvarışlı  səsi  eşidilirdi.  Bircə 
muğamat  üstündə  oxuduğu  "aman  ver,  əfv  elə"  sözlərini  aydınlaşdırmaq 
olurdu.  Deyəsən,  hərif  milli  opera  ariyası  ilə  hökmdara  təsir  göstərmək 
istəyirdi.  Qəzəbindən  ölüm  kimi  qorxduğu  adama  müğənni 
yaxınlaşmaqdan  da  çəkinirdi.  İradi,  ya  qeyri-iradi  bir  nöqtədə  dayınıb, 
yalqız  canavarın  ulamasına  bənzər  bir  səslə  həmin  sözləri  təkrar  etsə  də, 
tələffüz  pisləşirdi,  hıçqırıq,  təngənəfəslik  sözün  deyilişinə,  ya  avazla 
səslənməsinə mane olurdu. 
Birdən Bağırov başını yuxarı qaldırıb, amiranə səslə dedi: - Bəs hanı 
Hitler,  demişdi  ki,  bu  vaxt,  bu  kabinetdə  olacaq.  Niyə  vədinə  xilaf  çıxdı. 
Bəs görüşməliydiniz axı? 
Müğənni yenə yalvarmağa, aman diləməyə başladı ki, Allah adamın 
canını alandan əvvəl ağlını alır. Öldürmə məni, aman ver! Bağırov hirslə 
əlini yellədi, yəqin ki, bu susmaq əlaməti imiş. Otağa yenə müdhiş sükut 
çökdü.  İştirakçıların  çoxu  arxayınlaşmışdı  ki,  tufan  bizdən  yan  keçdi, 
ancaq  işin  arxasının  bədbəxtliyindən  qorunmaq  lazım  idi.  Dar  ağacı 


 
19 
qurulubsa, cəllad gəlib çıxıbsa, istənilən adam əlavə qurbana çevrilə bilər. 
Yenə  sakitliyi  yeganə  hökm  sahibi  pozdu.  Üzünü  qoca  yazıçıya  tutub 
soruşdu. 
- Seyid, (o, Həştərxanda tanış olandan onu daim belə adla çağırırdı), 
indi buna nə cəza düşür? 
Məmməd Səid Ordubadi başını qaldırıb, yazıq görkəmlə, səsi əsə-əsə 
dedi: 
- Rasstrelyət, tovariş Bagirov, rasstrelyət! 
Birdən  hamı  dik  atıldı,  Baqırov  qəh-qəhə  çəkib  gülürdü.  Nəhayət 
qəhqəhəsinə  ara  verib,  üzünü  hələ  də  döşəmədə  qalan  müğənniyə  tutub 
dedi: 
- Rədd ol buradan, buranı da murdarlama! 
Müğənni dala çəkilib, qapıdan çıxdı. Sonra mədəniyyət xadimlərinə 
də  "gedə  bilərsiniz"  deyən  Bağırov  öz  fikirləri  ilə  məşğulmuş  kimi  yenə 
başını  aşağı  dikdi.  Küçəyə  çıxana  qədər  qorxudan  heç  kəs  heç  nə 
danışmırdı. Özünü əsl proletar şairi kimi qələmə verən və ona görə üzdə 
olan daz baş qələm sahibi Ordubadiyə üzünü tutaraq deyir ki, əşi, sən də 
çox  qəddar  adam  imişsən,  o,  səndən  cəzanı  soruşur,  sən  də  güllələmək 
tələb  edirsən.  Sabah,  Allah  göstərməsin  bir  şey  olsa,  bizi  də  beləcə 
cəhənnəmə  vasil  edərsən.  Özü  də  o  səndən  öz  dilimizdə  soruşur,  sən  isə 
başqa dildə cavab verirsən. Ordubadi bir qədər Həştərxanda, uzun müddət 
Bakıda yaşasa da, həmin dili pis bilirdi, amma köhnə dostluğun, yaxınlığın 
əlaməti  kimi  qolun-qıçın  sındıra-sındıra  həmişə  Bağırovla  bu  dildə 
danışırdı. Ordubadi dedi: 
-  Cavansınız,  onun  dilini  bilmirsiniz.  Əgər  mən  də  xanəndəyə 
qoşulub, aman xahiş etsəydim, vətən xaini kimi onu güllələdəcəkdi. Ona 
görə mən bədbəxti xilas etmək üçün elə dedim, nəticəsini də gördünüz. 
Digər  adlı-sanlı  şair  həm  söhbəti  dəyişmək,  həm  də  rəhbərin 
narazılığının səbəblərini qələm dostlarırdan öyrənmək üçün dedi: 
-  Bu  Konstantin  Simonov  da,  bir  balıq  sümüyü  olub  keçib 
boğazımıza.  Bu  ilin  yanvarında  «Pravda»  qəzetində  çap  olunan  "Gözlə 
məni" şeiri Stalinin xoşuna gəlib deyə, bütün ədəbiyyat guya puç olub, bu 
kiçik poeziya məhsulunu zəbura çevirib, hamıya əzbərlətdirirlər. Əsgərlər 
də  bu  şeiri  hökmən  köçürüb,  məktubda  sevgililərinə,  nişanlılarına 
göndərməlidir.  Yazıq  azərbaycanlı,  özbək  rusca  olan  iki-üç  sözdən  ibarət 
əmri  başa  düşmür.  Bu  şeri  lap  öz  dilində  də  necə  öyrənsin?  Biz  də  elə 


 
20 
əsgərlərin  vəziyyətindəyik.  Bəlkə  Mayakovski  sayağı  biz  də  qələmi 
süngüyə çevirməliyik? 
Şair qulaq asanların bu söhbəti başqa cür yozub, qorxulu ünvanlara 
çatdıracaqlarından  ehtiyat  edib,  sözünü  yarımçıq  kəsdi  və  hamı 
xudahafizləşib evinə yollandı. 
Məşhur  rejissor  kiçik  söhbətində  ötən  vahiməli  dövrün  acı 
xatirələrini canlandıra bilmişdi. Repressiyalara arxalanan quruluşda pislik 
etmək  üçün  geniş  meydan  var  idi.  Bizim  sinfi  mübarizə  pəhləvanı  olan 
dosentimizə  gəldikdə,  hərbi  xidmətdə  olanda  imkanı  olsaydı,  o  da  çox 
həngamələrdən çıxar, bol-bol pisliklər törədərdi. Xoşbəxtlikdən müharibə 
vaxtı  nə  qədər  can  atsa  da,  kiçik  zabit  rütbəsindən  yuxarı  qalxa 
bilməmişdi. Yaxşı deyiblər ki, Allah dağına baxıb qar verir. 
Kürün  qırağındakı  kənddə  iclasda  bütün  məsələlər  götür-qoy 
ediləndən  sonra  qruplara  kimlərin  rəhbərlik  edəcəyi  müzakirə  olunanda 
müəllimlərin  çatışmamasını  əsas  götürərək  ikinci  kursdan  olan  bir  qrupa 
məni rəhbər təyin etdilər və dekan səhərisi günü şəhərə qayıtdı. 
İlk pambıq yığımı günümüz pis keçmədi. Mənim qrupum fərqləndi, 
Çünki  hamısı  kənd  uşaqları,  özü  də  pambıq  zonasından  olanlar  idi.  Ona 
görə  də  hər  adama  düşən  yığıma  görə  bütün  qrupları  qabaqlamışdıq. 
Başqalarında  az  da  olsa  şəhərli  və  dağ  rayonlarından  olanlar  var  idi, 
pambıq  yığmaq  onlara  dişi  pələngi  sağmaq  tək  çətin  və  təhlükəli  bir  iş 
kimi  görünürdü.  İkinci  günün  səhərisi  isə,  fövqaladə  hadisə  baş  verdi. 
Qızlar qrupuna rəhbərlik edən müəllim çaşqın halda gəlib xəbər verdi ki, 
onlar  işə  çıxmaqdan  imtina  edirlər  və  etiraz  əlaməti  olaraq  heç 
yataqlarından  qalxmırlar  da.  Həmin  qrup  məktəb  üçün  yeni  tikilmiş 
uzaqdakı  ayrıca kiçik bir  binada qalırdı ki, oğlanlardan ayrı  olsun. Hamı 
çaş-baş  qalmışdı,  yaşlı  müəllim  öz  gücsüzlüyünə  görə  az  qala  ağlayırdı, 
deyəsən  qızlar  buna  başqa  dildə  bir-iki  ağır  söz  də  demişdilər.  Qrupda 
çoxluğu  rus  bölməsində  oxuyanlar  təşkil  edirdi,  çünki  fakültədə  qızlar 
əsasən az idi və Azərbaycan bölməsində olanları ancaq barmaqla saymaq 
olardı,  onlar  da  müxtəlif  bəhanələrlə  pambıq  yığmaq  üçün  rayona 
getməkdən  yayınmışdılar.  Rus  bölməsindəki  qızların  evdə  qalmaq 
imkanları heç də o birilərdən az deyildi. Məsələn, Əminənin anası qızını 
buraxmaq  istəməmişdi,  lakin  o,  tələbə  yoldaşlarından  ayrılmaq 
istəmədiyini bəhanə gətirərək, ömründə birinci dəfə kənd həyatını, tarlanı, 
pambığı,  kənd  camaatını  görmək  naminə  bura  gəlib  çıxmışdı.  Bu  bölmə 
beynəlmiləl xarakterli olub, bir çox millətlərin qızlarından ibarət idi. Onlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə