Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

 
37 
salanda,  onu  müqqədəslik  zirvəsinə  qaldırır,  bu  qızı  öz  bəkarətlərini  dini 
toxunulmazlıq  kimi  qoruyan  qədim  Romadakı  vestalkalara  bənzədirdim. 
Kimsə,  mənim  bu  düşüncələrimə  gülə,  məni  cinsimə  xas  olan  hissdən 
məhrum olmuş adam hesab edə bilər. Ancaq biz adi olan, həyatda gündə 
qarşılaşdığımız  bir  şeyin  üzərinə  müqəddəslik  haləsi  çəkəndə,  köhnə 
bütpərəstlər kimi onlara sitiyaş göstərməyə başlayırıq. Bəzən bir ağac da, 
orada kimin dəfn olunduğu bilinməyən tənha bir qəbir də adamların inam 
bəslədikləri,  kömək  umduqları  yerə  çevrilir,  bu    qəbrin  və  ya  ağacın 
üstündən  asılmış  solğun  lentlər,  parça  qalıqları  buraya  nə  qədər  adamın 
dilək  üçün  gəldiyindən  xəbər  verir.  Diləyi  həyata  keçməyənlər  özlərinin 
dinsizlikdə ittiham ediləcəyindən, naşükür, nankor sayılacağından qorxub, 
bu  barədə  bir  söz  də  demirlər,  kiminsə  hansısa  başqa  bir  söbəbə  görə 
xəstəliyi  sağalmağa  başladısa,  yaxud  üstünə  gələn  bədbəxtlikdən  başqa 
amillərin təsiri ilə kimsə azad oldusa, car çəkib aləmə yayır ki, bəs filan 
pir mənə belə kömək etdi, indi yenidən gedirəm ona qurban kəsməyə. Bu 
nümunə  olduqca  təsirli  olur  və  pirə  getmək  istəyənlərin,  ondan  möcuzə 
gözləyənlərin  sayı  həndəsi  silsilə  ilə  artmağa  başlayır.  Cavan  gəlin  yaxşı 
anlayır  ki,  təbiət  ona  övlad  doğmağa  imkan  verməmişdir,  buna 
baxmayaraq  ərini  də,  qohumlarını  da,  anasını  da  aldadır  ki,  həkimə 
müraciət  etməyə  ehtiyac  yoxdur,  mənə  yalnız  göydəki  Allah  və  onun 
yerdəki  nişanələri  kömək  edə  bilər.  Bu  yalanına  bir  az  sonra  özü  də 
inanmağa  başlayar  və  artıq  adətə  çevrilən  pirə  ziyarətlərdən  qəfil  baş 
verəcək  bir  möcüzəni  gözləyir.  Burada  isə  gözəllik  mövcüzəsinə  sitayiş 
mövcud  idi.  Mən  də  bu  qızı  bir  səcdəgaha  çevirmişdim,  onun  real 
cizgilərinin sirli şəfəqləri qalın örtüyü yarıb üzərimə işıq salırdı. Ona olan 
məhəbbətimi  ideallaşdırmışdım,  bunun  gücünə  xüsusi  inam  bəsləyirdim.  
Gizlətmirəm  ki,  ondan  həm  də  kömək,  yardım  gözləyirdim,  necə  olursa-
olsun  bu  qıza  qovuşmaq  istəyirdim.  Bir  sözlə,  düşünürdüm  ki,  Əminə 
mənim üçün göylərdən enmiş bir mələkdir. 
Lakin  xəyallarımı  da  ovundura  bilmirdim.  Yaxşı  tutalım  ki,  mənim 
hisslərimə güzəştə gedib, bu ittifaqa razılıq verdi, mənə ərə gəldi. Axı mən 
özüm  ona  ər  olmaqdan  qorxurdum,  güman  edirdim  ki,  bu  baş  versə 
özümlə bərabər dünyanın pis üzünü görməmiş bu zərif məxluqu da ehtiyac 
adlanan    əjdahanın  ağzına  atacağam  və  fasilə  verməyən,  dayanmaq 
bilməyən  bu  çətinliklər,  bu  əzablar  bir  müddət  sonra  mənə  olan  təkcə 
sevgisini  deyil,  adicə  hörmətini  də  yoxa  çıxaracaq,  bunun  yerində  nifrəti 
andıran qaratikan kolu böyüməyə başlayacaqdır. 


 
38 
Mən o vaxtlar sonralar meydana çıxan Kolin Makkalounun məşhur 
romanındakı keşiş Ralf ataya bənzəyirdim. O, varlı qadının mülkiyyətinə 
sahib olmaq naminə, əslində bu sahiblik də şərti idi, var-dövlət Vatikanın 
sərəncamına  keçəcəkdi,  canından  artıq  sevdiyi  Meggiyə  xəyanət  etmişdi, 
bu məhəbbətdən bir müddətə də olsa imtina etmişdi. Sonralar bu sakit qız 
onlara  məxsus  olan  yeganə  səadəti,  varlıqlarından  uca  tutduqları 
məhəbbəti  məhv  etdiyinə  görə,  Ralfın  xidmət  etdiyi  dinin,  allahın 
rəhimsizliyinə,  qəddarlığına  qarşı  üsyan  qaldırmış,  həmin  qaydaların 
qranitdən möhkəm olan bütünü zərif dırnaqları ilə, hisslərinin, qəzəbinin, 
ehtirasının,  ən  başlıcası  sönməz  məhəbbətinin  gücü  ilə  qırıb  dağıtmış, 
xırda  qum  dənələrinə  döndərmişdi.  Ralf  ölüm  anında  bütün  ömrü  boyu 
hansısa  inama  görə,  kardinal  rütbəsinə  çatmaq  arzusu  və  həvəsinə  görə 
dəhşətli  dərəcədə  aldandığını,  iki  gənc  ömrü,  həm  özünkünü,  həm  də 
mələk  kimi  bu  günahsız,  bədbəxt  qızın  həyatını  viran  qoyduğunu 
anlamışdı.  Lakin  artıq  gec  idi,  xoşbətlik  daim  bu  iki  sevən  varlığın 
yanından  keçmiş,  onlara  bəxş  etdiyi  anı,  onun  xatirəsinin  izlərini  silib, 
yoxa  çıxarmaq  üçün  həmin  dəqiqələrin  yeganə  nişanəsini,  bu  qadının 
bütün  dünyasına  hakim  kəsilən  və  ömründəki  bəxtəvərlik  zirvəsini  fəth 
etdiyi  günü  daim  yadına  saldırmaqla  ona  təsəlli  payı  olan  oğlunu  da,  elə 
Ralfı  ondan  uzaqlaşdıran  allah  onun  əlindən  almışdı.  Ralfa  öz  doğma 
oğlunu itirdiyini bu qadın əvvəllər anlatmamaq üçün bulaq kimi axan göz 
yaşlarını möhkəm iradəsi hesabına qurudaraq, təkcə cavan oğlunun deyil, 
həm də bir dəfəlik itirilmiş, onun varlığında rəmzə çevrilmiş məhəbbətinin 
matəmini  saxlayır,  dözülməz  ağır  itkiyə  məruz  qalmış  ana  qüssəsindən 
əlavə, həm də səcdəgahı saydığı sevgisinə səsini çıxarmadan ağı deyirdi. 
Bu ağı onun qəbirə qədər müşayiət edəcəkdi. 
Mən  öz  aqibətimdə  bu  iki  sevən  insanı  təmsil  edirdim.  Həm  öz 
məhəbbətimə  xəyanət  edir,  ondan  qaçır,  həm  də  bu  ağrıya,  bu  itkiyə 
dözmək  iqtidarında  olmadığıma  görə,  öz  zəifliyimi  lənətləyirdim.  Mən 
nəyisə  qazanmaq  naminə  deyil,  heç  nəyim  olmadığına,  yalnız  çətinliklər 
burulğanında boğulduğuma görə bu məhəbbətdən imtina edirdim ki, guya 
qüssəm,  kədərim  az  vaxtdan  sonra  yoxa  çıxacaq,  xatirələr  yavaş-yavaş 
sönəcək,  hər  şey  unudulacaq  və  mən  öz  xoşbəxtliyimi  başqa  birisi  ilə 
tapacağam. Əminə də mənim kimi. Allah onu belə gözəl, həm də məlahətli 
yaratmaqla, bu qız məndən də daha yaxşısına rast gələcək, mənim kimisi 
ilə  ailə  qurmaq  kimi  ağılsız  səhv addımdan  vaxtında  çəkindiyinə  görə o, 
özü də düzgün hərəkət etdiyi qənaətinə gəlib rahatlıq tapacaqdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə