Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 
27 
əsl məhəbbət özünü xırda şeylərdə büruzə verir. Ona görə də ilk dəfə idi 
ki,  onun  qarşısında  daim  hiss  etdiyim  natamamlıq  kompleksini  kənara 
atmışdım, nəyəsə yaradığımı nümayiş etdirə bilmişdim. Digər bir təsəlli də 
onda idi ki, Əminənin mənim yaxşı oxumağımdan xəbəri var idi, həm də 
məni az-çox ciddi bir oğlan kimi tanıyırdı. Deməli, mən nəyəsə ümid edə 
bilərdim. Lakin cücərən hisslərim daha çox xəyalpərəstliklə qidalanırdı. 
Biz  artıq  bir-birimizə  çox  yaxın  adamlar  olmuşduq,  lakin 
söhbətlərimiz 
müəyyən 
mövzu 
dairəsindən 
kənara 
çıxmırdı, 
mühazirələrdən, müəllimlərimizdən, tələbə həyatında baş verən məzəli və 
bəzən 
faciəli  əhvalatlardan  danışırdıq.  Mən  ona  ingilis  dili 
müəllimimizdən  söhbət  açdım  ki,  bizə  heç  nə  öyrətmir,  deyəsən  heç 
öyrətmək də istəmir. O vaxtlar dil üzrə hazırlanan mütəxəssislər əvvəldən 
özlərinin 
cəmiyyət  üçün  faydalı  ixtisas  sahibləri  olduqlarına 
inanmadıqlarından, seçdikləri peşəyə ciddi yanaşmırdılar, dili öyrənməyə 
həqiqi  həvəs,  adicə  meyl  belə  göstərmirdilər.  Çünki  bilirdilər  ki,  onları 
hansısa orta və ya ali məktəbdə müəllimlik etmək gözləyir. Bu müəllimlər 
öz  peşə  yoldaşları  arasında  da  ikinci  sort  kimi  hesab  olunurdular,  onları 
əslində  müəllim  də  saymırdılar.  Xarici  Dillər  İnstitutunun  müəllimi  olan 
bir  kök  qızın  bizim  tələbə  yoldaşımız  olan  axmaq  xasiyyətli  bir  oğlanla 
gəzməsi  də  ümumən  bu  institut  haqqında  rəyimizi  korlamışdı.  Bizim 
müəllimə isə gözə gəlimli olmasa da, ağlına və xasiyyətinə bələd olandan 
sonra onu dünyanın ən gözəl qadını adlandırır, qaşını, gözünü, tərifəlayiq 
olmayan  digər  cəhətlərini  göylərə  qaldırmaqla  vaxtımızı  keçirir,  heç  nə 
öyrənmirdik.  Deyəsən,  belə  dərs  keçmək  qaydası  onu  bizdən  heç  də  az 
məmnun  etmirdi.  Ona  görə  də  bizi  incitmirdi,  hamıya  da  çox  yüksək 
qiymətlər qoyurdu. Əslində, bu məsələdə olduqca ədalətli hərəkət edirdi, 
çünki  heç  birimiz    ingiliscə  "lampa",  "parta",  "xəritə"  və  ailə  üzvlərinin 
adına  aid  bir  neçə  sözdən  başqa  heç  nə  bilmirdik.  Bu  bilməməyimizlə, 
hansısa  bir  fənnə  məhəl  qoymamağımızla  öyünürdük.  İngilis  dilinə 
hörmətsizliyimizi şəxsiyyətimizin böyüklüyünü nişan verən bir amil hesab 
edirdik.  Görünür  "Ignorantia  non  est  argumentum"  -  "Bilməmək  dəlil 
deyil"  deyən  qədim  romalılar  da  bizə  məlum  olan  həqiqətdən  hali 
deyilmişlər. 
Əminə heç gözləmədiyim halda məni məzəmmət etməyə başladı və 
uzaqgörənliklə  dedi  ki,  bir  vaxtlar  gələcək,  bu  hərəkətlərinizin 
peşmançılığını  çəkəcəksiniz,  özü  də  sən  özün    hamıdan  çox.  Mən  etiraz 
etmək istəyəndə, bir az da ciddi qaydada dedi ki, başqaları da bu məsələyə 


 
28 
görə  səni  lənətlənəyəcəklər,  çünki  həmin  müəlliməyə  mədhiyyələr, 
difiramblar oxumağa yəqin ki, hamıdan əvvəl sən başlamısan və cəhdinin 
uğurlu  olduğunu  görüb  bu  zərərli  işə  hamını  cəlb  etmiş  və  haradasa 
dayanmaq  lazım  olduğunu  da  unutmusan.  Onu  da  sözarası  qeyd  etdi  ki, 
dostların  da  sənin  zəif  cəhətinə  yaxşı  bələd  olduqlarından  yeri  gəlib-
gəlmədi  səni  tərifləyirlər,  onlardan  bilikdəki  azacıq  fərqini  göylərə 
qaldırırlar  və  bu  səndə  şöhrətpərəstlik  xəstəliyinin  yaranmasına  və 
böyüməsinə gətirib çıxara bilər. Bir az özünə tənqidi yanaşmağı bacarsan, 
görərsən  ki,  o  müəllimə  ilə  sənin  elə  bir  fərqin  yoxdur,  ikiniz  də 
təriflənmək vurğunusunuz.  Hətta mənim rəfiqələrim də bunu hiss ediblər, 
daim  səni  tərifləyirlər,  bilirlər  ki,  adi  bir  söz  naminə  sən  Bisitun  dağını 
axtarıb  tapmağa  çalışırsan  ki,  oranı  çapmaqla  özünə  ad  qazanasan, 
məşhurlaşa biləsən. 
Mən  pörtmüşdüm,  heç  gözləməzdim  ki,  Əminə  mənim  haqqımda 
belə sözlər söyləsin. Özümü burnuna vurulanda sakitləşən buzov kimi hiss 
etdim. Bu sözlərdən sonra fikirləşməyə başladım ki, bu qız məni heç vaxt 
sevə  bilməz,  axı  niyə  də  sevməlidir,  bizim  aramızdakı  məsafə  olduqca 
böyük  idi.  Ən  ciddi  maneə  isə  onda  idi  ki,  o  vaxtlar  bakılılar  əyalətdən 
gələn oğlanları bəyənmirdilər, onlara yuxarıdan aşağı baxırdılar, xüsusən 
rus  dilini  bilməmələrini  bağışlanmaz  cəhalət  nümunəsi  hesab  edirdilər. 
Ona  görə  də  bakılı  çirkin,  hətta  evdə  qarıyıb  qalmış  qızını  da  kənddən 
gələn  oğlanlara  vermək  istəmirdi.  Bu  səbəbdən  sonralar  ad-san  qazanan 
alimlərin,  yaradıcı  ziyalıların,    mötəbər  vəzifə  sahiblərinin  arvadları 
arasında  bakılı  qadını  tapmaq  çətin  məsələ  idi.  Hansısa  ağılsız  bir 
duyğunun  təsiri  ilə  bakılılar  özlərini  hinduslardakı  yüksək  kasta  olan 
brəhmənlərə bənzədir,  əyalətdən gələnlərə isə ən aşağı kasta olan şudra və 
ondan  da  aşağıda  dayanan    "toxunulmazlar"  kimi  baxırdılar.  Özlüyündə 
belə  qənaətə  gəldim  ki,  axı  brəhmən  kastasına  mənsub  olan  bir  qızın 
mənim  kimi  «toxunulmaz»la  ünsiyyət  saxlaması,  söhbət  etməsi  böyük 
qəbahət  hesab  olunmalıdır.  Hətta,  hardasa  oxumuşdum  ki,  bəzi 
"toxunulmazlar"  qrupu  vardır  ki,  onlar  gündüz  heç  kəsin  gözünə 
dəyməməlidirlər, əgər kimsə onları görsə hökmən öldürməlidir, ona görə 
də onlar ancaq gecələr gündüz həyatını yaşayır, işləyir, fəallıq göstərirlər. 
Bunu  əsas  götürərək  onlara  "gecə  adamları"  da  deyirdilər.  İndi  yəqin 
Əminə  də  bu  sözləri  ilə  mənə  öz  yerimi  tanıtdırmaq  istəyir, 
"toxunulmaz"lardan  olduğumu  heç  vaxt  unutmamaq  barədə  xəbərdarlıq 
edir.  Gözləmədiyim  halda,  çox  istədiyim,  ürəyimdə  ən  ülvi  hisslər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə