Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

 
29 
bəslədiyim  bir  adamdan  ağır  zərbə  almışdım.    Ona  görə  də  mızıldana-
mızıldana    nəsə  bir-iki  söz  deyib  ondan    ayrıldım.  Bir  az  aralandıqdan 
sonra  dönüb  baxanda  gördüm  ki,  gözlərini  məndən  çəkmir,  məni  süzür, 
bunu da onun acı hissinin, mənim eyiblərimə, komplekslərimə gülməsinin, 
istehzasının bir əlaməti hesab etdim. 
Xeyli  vaxt  idi  ki,  Əminəni  görmürdüm,  onunla  görüşməkdən,  hətta 
rastlaşmaqdan  qaçırdım.  Universitet  binasının  qarşısında  trolleybusa 
oturmaq istərkən kiminsə məni səslədiyini eşitdim. Bu Əminə idi, yanında 
da rəfiqələri. Mən könülsüz də olsa onlara tərəf getdim, soyuq-soyuq, bir 
az  da  utancaq  şəkildə  salam  verdim.  Rəfiqələr  mənim  işlərimi,  halımı 
soruşdular,  zarafatla  dedilər  ki,  Faten  Həmamə  ilə  yenə  də 
məktublaşırsanmı?  Maqda  və  o,  həmin  dövrdə  çox  sevinən  Misir 
kinoaktrisaları  idi.  Fatenin  Maqdadan  fərqi,  onun  çox  gözəl  olması  idi. 
Kasıb  bir  tələbənin  Qahirənin,  ərəb  dünyasının  ən  sevimli  xanımı  ilə 
məktublaşması  heç  ağlabatan  olmadığına  görə,  bunu  da  bostanıma  atılan 
bir  daş  hesab  etdim  və  istehzaya  cavab  olaraq  dedim  ki,  bu  günlərdə 
aldığım  məktubda  sizi  soruşur.  Onlar  gülüşdülər,  ancaq  bu  gülüşün 
mənasını  anlaya  bilmədim.  Çünki  Əminədən  inciyəndən  sonra  hər  şeyə 
şübhə  ilə  yanaşırdım,  özümü  yeni  həmlələrdən  qorumağa  hazırlaşdırdım. 
Guya  ki,  gizləndiyim  qəsr  hər  tərəfdən  mühasirəyə  alınmışdır  və  bir  gün 
taranlar işə düşəcək və qala divarları uçmağa başlayacaq, sonra isə mənim 
əsir götürülməyim başlayacaqdır. Təxəyyülümü qızışdırıb, özümü müdafiə 
döyüşünə hazırlaşan sərkərdə, şəhər valisi kimi hiss edirdim. Mühasirəyə, 
son hücuma davam gətirmək isə ağır iş olduğundan ona ciddi hazırlaşmaq 
lazım  idi.  Bəlkə  şəhərlərini  üsyan  vaxtı  romalılardan  müdafiə  edən 
yəhudilər  kimi  olub-qalan  yağı  qaynadıb,  qala  divarlarının  üstündən 
hücum edən düşmənin başına tökmək köməyə gəldi. 
Sonra  bu  hadisəni  təsvir  edən  İosif  Flaviyə  özümü  bənzədirdim  və 
ağlımda qurduğum labirintlə irəlilədikcə, bu vali romalılar tərəfindən əsir 
götürülən  kimi,  məni  də  öldürməyib,  mühakimə  etməyə  götürəcəklərini 
düşünürdüm. Məğrurluğum, özüm haqqında yüksək fikirdə olmağım yenə 
dar ayaqda köməyimə gəlirdi. Mən indi özümü başqa fəaliyyət sahəsində 
göstərib,  məşhurlaşacağam.  "İudeya  müharibəsi"  kimi  kitab  yaza 
bilməsəm  də,  öz  tarixçəmi  qələmə  alıb,  cızma-qaramla  hansısa 
müsibətlərlə  üzləşdiyimi, onlara necə sinə gərdiyimi təsvir edəcəyəm. Hər 
bir tarixçi ötən dövrlərin salnaməsini qələmə alarkən, rəğbət bəslədiklərini 
üfürüb  şişirtdiyi,  düşmən  bildiyini  ağlasığmaz  vasitələrdən  istifadə  edib 


 
30 
alçaltdığı kimi özünü də yaddan çıxarmır, həmin şəxsiyyətlərin kölgəsində 
özünü də böyütməyə, necə üstün keyfiyyətlərə malik olduğunu bildirməyə 
çalışır  və  çox  vaxt  buna  nail  olur.  Bəzən  haqsız,  ədalətsiz  yayılan  bir 
şaiyəni, tarixçi müxtəlif çalarlarla zənginləşdirməklə, onlara həqiqət donu 
verməyə müvəffəq ola bilir. Məşhur sərkərdə Hannibaldan əvvəl və sonra 
dəhşətli müharibələr, faciələr dövründə  
insan  ətinin  yeyilməsinə  dair  çox  sayda  faktlar  olsa  da,  məsələn, 
Babil  əsarəti  vaxtı  yəhudi  qadınlarının  öz  uşaqlarını  yediyi  Bibliyanın 
"İereminin  ağısı"  kitabında  tükürpədici  harayla  qeyd  edilir,  qədim 
romalılar Hanibala nifrət oyatmaq, xalqı Romanın müdafiəsinə qaldırmaq, 
əks  halda  onların  hansı  dəhşətlərlə  üzləşəcəyi  barədə  xəbərdarlıq  etmək 
üçün bu böyük  sərkərdənin    öz əsgərlərinə adam əti yedirtdiyini  uydurub 
yaymışdılar  və  buradan  "kannibalizm"  ifadəsi  meydana  gəlmişdir.  Roma 
sərkərdələrinə Kann döyüşündə əyani şəkildə strategiya və taktika barədə 
o vaxtlar məlum olmayan dərsləri verən bir hərb dahisi insanlığa yad olan 
cinayəti törətməkdə təqsirləndirilirdi. İndi mən də elə etməliyəm ki, qalanı 
müdafiə  edib  saxlaya  bilməsəm  də,  məni  əsir  götürən  düşmənlərim 
xatirəmi  də  bütünlüklə  biabır,  bəlkə  də  təhqir  etmək  imkanına  malik 
olmasınlar.  Güclü  şahmatçı  kimi  mən  bir  neçə  variantı  götür-qoy  etməli, 
nə qədər uduzmağa məhrum olsam da, müqavimətimin sərtliyi ilə oyunum 
və  özüm  haqqımda   başqa, o qədər  də alçaldıcı olmayan  fikir  yaratmağa 
çalışmalıydım.  Mən  bu  düşüncələrə  elə  dalmışdım  ki,  kimlərlə  əhatə 
olunduğumu, söhbət etdiyimi də unutmuşdum. Huşsuzluqdan ayılan kimi, 
qızların  səsi  qulağıma    çatanda  dik  atıldım  və  Əminənin  rəfiqələri  ilə 
xudahafizləşdiyini eşitdim. Qulağıma axırıncı sözlər çatdı: 
-  Bizim  ciddi  söhbətimiz  var,  -  bu  sözlərdən  sonra  bir  qədər  güldü 
də.  Mən  qorxuya  düşməyə  başladım,  əvvəlki  cəsarətimdən,  müdafiə 
qabiliyyətimdən əsər-əlamət qalmamışdı. Hiss etdm ki, birdəfəlik mənimlə 
üzülüşmək istəyir və qızlar da artıq bundan halidirlər, onları əmin etmək 
üçün  də  "ciddi  söhbət"  sözünü  işlətdi.    Mən  heyfslənməyə,  ürəyimdə 
özümü  məzəmmət  etməyə  başladım.  Əgər  Əminə  mənimlə  münasibətinə 
son  qoysa,  bu  zərbədən  mən  ayıla,  özümə  gələ  biləcəyəmmi?  Heç  körpü 
axıradək  tikilib  qurtarmamış,  bunu  niyə  yandırdıq,  özü  də  deyəsən 
hazırlığı  öz  ağılsızlığımla  mən  görmüşdüm,  indi  isə  məşəli  onun  əlinə 
vermişdim ki yandır, birdəfəlik qurtarıb getsin. Bu körpünün yanması ilə 
təkcə  keçmişin  şirin  xatirələri  qapanmırdı,  həm  də  gələcəyin  bütün 
ümidləri  məhv  olurdu.  Mən,  ümumiyyətlə,  "hava  qəsrləri"  qurmağa, 


 
31 
tikməyə  meyilliyəm,  bu  işi  çox  asanlıqla  edirdim,  lakin  həmin  qəsrlərin  
dağıdılmasına  xeyli  vaxt  sərf  olunurdu,  çünki  özüm  öz  xəyallarıma 
möhkəm inanmağa başlayırdım. Onları artıq reallıq, gerçəklik kimi qəbul 
edirdim.  Bir  az  əvvəl  eşitdiyim  söz  və  gülüş  elə  bil  mənim  əl-qolumu 
qandallayıb, uçuruma tərəf sürükləyirdi və bu uçurum o qədər dərin idi ki, 
dibi  belə  görünmürdü.  Yenə  həmişə  olduğu  kimi  Əminə  məni  bu  çaşqın 
vəziyyətdən  xilas  etdi  və  olduqca  mehriban  bir  avazla  dediyi  bir-iki  söz 
məni qara fikirlərin məngənəsindən ayırıb, nəsə yaxşı bir şey vəd edən real 
dünyaya qaytardı: 
-  Nə  olub,  niyə  belə  dalğınsan,  elə  bil  Hacı  Qəmbər  kimi  gəmin 
batıb, nə olar ki, barama islanar, sonra açılması, ipəyə çevrilməsi  bir az da 
asanlaşar. 
Mən bir az özümə gəlsəm də, bu halımda dəli olan adama bənzəmək 
istəməzdim. Axı o, çox incə təbiətə malikdir, niyə mənim dərdimi artıran 
sözlərdən  istifadə  edir.  Mənim  necə  sınıq-salxaq  qayıqda  açıq  dənizə 
çıxdığımı, quduz dalğalara yem olacağımı görmürmü? 
-  Yaxşı,  məndən  küsmüsənsə,  bağışlanmağımı  xahiş  edirəm.  Bəlkə 
anam kimi mən də söhbətin tonunu düzgün seçməmişdim. 
Əvvəllər  anasından  xoşum  gəlmirdi,  indi  də  qızından.  Məəttəl 
qalmışdım.  Ay  Allah, bu gənc  qız  necə  adamların  ürəklərini  oxuya  bilir. 
İbn  Sina  uzaq  məsafədən  xəstənin  nəbzini  ölçə  bildiyi,  hansı  dərdlərə 
mübtəla olduğundan baş çıxaran kimi, bu da ağıl gözü ilə sənin dərdlərinə 
agah  ola  bilir.  Mən  bir  az  özümə  gəlib  mızıldandım.  Belə  hallarda  adam 
hökmən  kənd  danışığının  təsiri  altına  düşür.  Çünki  uzun  illərin  təcrübəsi 
daha  möhkəm  kök  saldığından,  yeni  pöhrələri  əzib  sıradan  çıxarmağı 
bacarır.  
- Allah eləməsin, mən elə qələt eləmərəm. 
Fikrimdə  özümü  danlamağa  başladım,  danışığım  elə  bil 
kolxozçuların öz sədrləri ilə söhbətini yada salır, təkrarlayırdı. Bu «qələt» 
sözü  nədir?  Bizdə  çox  yayılsa  da,  şəhərlilər  onu  yalnız  təhqir  kimi  qəbul 
edirlər. Halım özümdə olmayanda, nitqimi də itirirəm, ən əlverişsiz , hətta 
özümə zərər vuran sözlər tapıb işlədirəm. Dil ki topuq vuurmağa başladı, 
deməli  məqsəd  aydın  deyildir,  ya  da  hansı  yolu  tutmağı  hələ 
müəyyənləşdirməmisən. 
-  Yaxşı,  yaxşı,  həmişə  ədəbi  dildə  danışırdın,  indi  niyə  arxaizmə  əl 
atırsan. Bəlkə təklik səni keçmişə qaytarır. Tənhalıqda adam dilinin zəngin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə