Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

 
25 
uşaqlıqdakı  xəstəliklə  əlaqədar  olduğundan  yalnız  qadınlara  məxsus 
olmaqla,  qəflətən  gülüşü  göz  yaşları  ilə  əvəz  etməklə  müşayiət  olunan 
əsəbi  gərginlikdir.  Əminə  onu  da  deyirdi  ki,  həkimlər  onun  əsəbinin 
pozulmasını qadınlarda bu yaşda gedən təbii proseslə əlaqələndirirlər. Ona 
görə də biz anama xüsusi qayğı göstərməliyik ki, xəstəliyi şiddətlənməsin. 
Bir-iki dəfə biz birlikdə kinoya getdik. Yaxşı yadımdadır, şəhərin ən 
böyük kino-teatrında Misir filmləri həftəsi keçirilirdi və bununla əlaqədar 
olaraq o vaxtki ən məşhur ərəb kino artistləri  Bakıya gəlmişdilər. Əminə 
məndən xahiş etdi ki, çalış dörd bilet tap, həmin artistlərlə görüş seansına 
rəfiqələrimlə  bir  yerdə  düşə  bilək.  O  vaxtlar  kinoteatrların  qabağında 
əllərdə iki-üç qat baha qiymətə biletlər satılırdı, bəzi tələbələr də özlərini 
bilet satmaqdan gələn qazancla dolandırırdılar. Lakin bu dəfə nə kassada, 
nə də əldə bir dənə də olsun bilet yox idi, öyrəndim ki, biletləri kinoteatrın 
qocaman    direktoru  olan  qadın  özü  bölür.  Səhərdən  onun  kabinetinin 
qarşısını kəsdirdim və axşam keçirilən əsas seansın başlanmasına bir saat 
qalmış,  direktorun  mənə  rəhmi  gəldi  və  dörd  bilet  ayrılması  barədə 
göstəriş  verdi.  Biletlər  çox  baha  olsa  da,  mən  sevincimdən  yerə-göyə 
sığmırdım, çünki Əminənin dediyinə görə atası çox yerə zəng etsə də, çox 
adama müraciət etsə də, heç nəyə nail olmamışdı, hətta biabır olduğundan, 
sözü yerə düşdüyündən qızının üzünə baxa bilmirmiş. Ona görə də Əminə 
əlacsız qalıb məndən xahiş etmişdi ki, cəhd  göstərim, bəlkə bir şey alındı, 
ancaq özü də başa düşürdü ki, mən də heç nə edə bilməyəcəyəm. Ona görə 
də  məşhur  ərəb  artistlərini  görməkdən  əlini  üzmüşdü.  Zəng  edib,  bileti 
aldığımı  deyəndə  əvvəlcə  inanmadı,  sonra  sevincindən  bilmədi 
təşəkkürünü mənə necə çatdırsın. Artıq bu rəfiqələrin gözündə mən milli 
qəhrəmana  çevrilmişdim.  Seansa  5-10  dəqiqə  qalmış  biz  filmin  nümayiş 
etirildiyi  böyük  zala  keçəndə,  ilk  dəfə  biletdə  qeyd  olunan    yerlərə 
baxanda  özümü  itirdim,  rəngim  ağappaq  oldu.  Yerimiz  birinci  sırada, 
ortada idi. 
Özümü  Şolom  Aleyxemin  məşhur  hekayəsindəki  yəhudi  kimi  hiss 
etdim.  Lotereya  uduşu  cədvəlini  yoxlayan  həmin  adam  görür  ki,  onun 
bileti böyük uduşa düşüb. Lakin o, bu bileti xeyli əvvəl satmışdı. İndi onu 
geri  almaq  lazım  idi.  Böyük  əziyyət  və  xərc  çəkdikdən  sonra  bileti  əldə 
etdi  və  artıq  milyoner  olmağı  arzulayan  bu  adam  bileti  götürüb  bir  də 
yoxladı  və  gördü  ki,  böyük  nömrənin  bir  rəqəmi  uduş  cədvəlindəkindən 
fərqlidir.  Xeyli  ziyana  düşən  yəhudi  artıq  məhv  olmuşdu.  Mən  də  bu 
vəziyyətdə idim. 


 
26 
Əminə xəcalət çəkməyimi başa düşüb mənə işarə etməyə başladı ki, 
sakit  olum,  dünya  dağılmayıb  ki.  Kino  başlamamışdan  əvvəl  yerli  kino 
xadimləri  ilə  ərəb  aktyorları  səhnəyə  çıxdılar  və  onların  təqdimatı 
başlandı.  Doğrudan  da  ən  məşhur  artistlər  həftəlikdə  iştirak  etməyə 
gəlmişdilər. Biz onları baxdığımız filmlərdən əzbər tanıyırdıq. Yarım saata 
qədər artistlərlə görüş tədbiri keçirildi. Biz lap yaxından onları görürdük, 
əllərimizi  uzatsaq  əllərini  də  sıxa  bilərdik.  Əminə  və  rəfiqələri  əvvəlki 
narahatlığı  tamam  unudub,  mənə  təşəkkür  etməyə  başladılar,  hətta 
qızlardan biri dedi ki, biz sənin belə fərasətli olduğunu bilmirdik, indi başa 
düşdüm  ki,  niyə  bu  yerlərə  bilet  almısan,  arxada  oturanların  hamısı  indi 
bizə həsəd aparır. Doğrudan da uzaqda oturanlar məşhur kino ulduzlarının 
cizgilərini  bizim  kimi  yaxından  müşahidə  edə  bilməzdilər.  Lakin  görüş 
başa çatdıqdan sonra, bizim məşəqqətli saatlarımız başlandı, ekrandakı iki 
seriyalı  filmə  başımızı  arxaya  tutub,  güclə  baxırdıq.  Yəqin  ki,  bu  qızlar 
heç vaxt belə əzaba qatlaşmamışdılar. Kino qurtaranda, cavan olmağımıza 
baxmayaraq,  hamımızın  boynu,  gözləri  ağrıyırdı.  Qızlar  məni 
utandırmamaq üçün söhbəti dəyişir, hər şeyin yaxşı olduğunu, kinoya da 
rahat tamaşa etdiklərini deyirdilər. Mənə təskinlik vermək üçün onlar belə 
ağ  riaykarlığa  da  əl  atırdılar.  Mən  Əminəni  evlərinə  qədər  ötürdüm,  çox 
razılıq  etdi.  Məni  ruhlandırmaq  üçün  dedi  ki,  atam  heç  ayaq  üstə 
dayanmaq  üçün  də  bilet  tapa  bilməmişdi,  sən  isə  bu  işin  öhdəsindən 
gəldin. Guya ki, kinoteatrda ayaq üstə dayanmağa da bilet satılır. 
Mən  ondan  ayrılanda  sevincimdən  özümü  göyün  yeddinci  qatında 
hiss  edirdim.  Kiçik  də  olsa,  Əminəyə  bir  xidmət  göstərə  bilmişdim, 
rəfiqələrinin  yanında onun  başını  uca  etmişdim.  Onlar özləri də  gördülər 
ki, zalda ancaq kübar zümrəsindən olanlar və onların uşaqları oturmuşdu. 
Deyəsən,  mən  də  ilk  dəfə  o  zümrəyə  daxil  olmaq  təşəbbüsündə 
bulunmuşdum, ən azı iddiamı ortaya qoymuşdum. Əlbəttə, bu təcrübəsiz, 
həyatda  heç  nəyi  görməmiş  bir  cavanın  özündən  razı  qaydadakı 
düşüncələri  idi,  bilet  bəlkə  də  bütöv  gün  ərzində  alçalmaq,  yalvarmaq, 
sədəqə  xahiş  etmək  hesabına  əldə  edilmişdi.  İşin  bu  cəhəti  mənə  məlum 
idi, qızlar isə mənim çəkdiyim iztirablardan hali deyildilər. Əlahəzrət fakt 
isə  göz  qabağında  idi,  biz  ərəb  kino  ulduzları  ilə  görüş  seansında  iştirak 
etmişdik.  Düzdür,  üç  saat  ərzində  az  qala  güləşçilərin  körpü  pozasını 
andıran qaydada geniş ekranlı filmə tamaşa etmək asan məsələ deyildi, biz 
bu  sınağı  da  keçməli  olmuşduq.  Hətta  bu  qanqaraldıcı  ştrix  də  nəzərə 
alınsa  belə  məqsədə  çatmışdıq.  Əminənin  niyyəti  reallaşmışdı.  Bəlkə  də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə