Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
16 
yenicə  Yejovun  yerinə  NKVD-yə  rəhbərliyə  gətirilmiş  Beriyadan  onun 
gözü  heç  su  içmir,  düzgün  adam  təsiri  bağışlamır,  ondan  ehtiyatlı  olmaq 
lazımdır.  İçkinin  təsirindənmi,  yoxsa  özünə  çox  güvəndiyindənmi  bu 
bədbəxt  unudub  ki,  Bağırovun  beş  il  əvvəl  yenidən  dirçəlməyində  və 
Azərbaycana  rəhbər  gətirilməsində  keçmiş  Zaqafqaziya  federasiyası 
liderinin xüsusi rolu olub və Azərbaycanda sovet hökuməti qurulanda ÇK-
nın  sədri  təyin  olunan  Bağırovun  yanında  Lavrenti  Beriya  onun  müavini 
işləyirmiş.  Bağırov  söhbəti  olduğu  kimi  köhnə  dostuna  və  himayəçisinə 
çatdırdıqdan sonra, Kosaryev tutuldu və və xalq düşməni elan olundu. 
Müharibə  dövründəki  neft  hasilatının  ən  yüksək  səviyəyə  qalxması 
isə  respublikanın  rəhbərinə  əlavə  siyasi  dividendlər  gətirdi  və  onun  bu 
kapitalı  əvvəlki  dövrlərə  nisbətən  xeyli  dərəcədə  böyüdü.  Elə  gətirdi  ki, 
mən filosof alim İvan Tixonoviç Vinoqradovla bir müddət yaxın dostluq 
etdim  və  o,  Bağırovla  şəxsən  tanış  olduğunu,  dəfələrlə  görüşdüyünü 
xatırlayaraq müxtəlif əhvalatlar danışırdı. Həmin şəxs müharibədən sonra 
partiya  ierarxiyasında,  Mərkəzi  Komitədə  ikinci  şəxs  sayılan  Georgi 
Malenkovun  başçılıq  etdiyi  təşkilat  şöbəsində  onun  birinci  müavini 
işləmişdi.  "Bolşevik"  jurnalının  redaksiya  kollegiyasının  üzvü  kimi  o,  az 
qala  Bağırovun  qəzəbinə  düçar  olmaqdan  təsadüfən  yayındığını  səmimi 
şəkildə danışaraq, dönə-dönə qeyd edirdi ki, Bağırov özünü nə qədər sadə 
aparsa da, zahiri görünüş xatirinə bizə, hətta təlimatçılara da baş çəksə də, 
hamımız  bilirdik  ki,  istənilən  məsələni  o,  Stalinin  yanında  birbaşa  həll 
etmək qüdrətinə malikdir. Ona görə də hər birimiz ondan  çəkinir, əslində 
qorxurduq.  Hətta  Malenkov  belə,  onun  məkrinə,  qəzəbinə  tuş  gəlməkdən 
ehtiyatlanırdı. Bəlkə də respublika rəhbərləri arasında yeganə şəxs idi ki, 
istənilən məsələni Stalinin yanında qaldırmağa cəsarət edirdi və nə qədər 
hiperbola edilmiş kimi səslənsə də, Dağıstan xalqlarının da guya almanlara 
xidmət  göstərməsi  meyllərinə  görə  sürgün  edilməsinin  qarşısını  almaqda 
onun  müstəsna  rolu  olması  ehtimalına  da  şübhə  ilə  yanaşmamaq  lazım 
gəlir. 
Dəvət olunan mədəniyyət xadimləri otağa girərkən Bağırovun hirsli, 
ən azı kefsiz olduğunu hiss etdilər. Onsuz da cəbhədə işlər yaxşı getmirdi, 
düşmən irəliləyirdi və belə getsə, təhlükə Bakının da qapısını döyəcəkdi. 
Amma bu adamlar başa düşürdülər ki, onlar nə hərbçi, nə də bir səlahiyyət 
sahibidirlər ki, müharibədəki vəziyyətin dəyişməsinə hansısa təsir göstərə 
bilələr. İqtisadiyyatın da, neft istehsalının və nəql edilməsi vəziyyətinin də 
onlara  heç  bir  dəxli  yoxdur.  Yəqin  özlərinə  aid  nəsə  bir  məsələ  var.  Heç 


 
17 
kəs  xüsusən  şair,  yazıçı,  artist  hökmdarın  yanına  bircə  dəfə  də  qorxusuz 
girmir,  çünki  onlar  bir-biriləri  ilə  yola  getmir,  digərini  nüfuzdan  salmaq 
üçün  dəridən  qabıqdan  çıxırlar.  Həm  də  hansısa  yazının,  hansısa 
tamaşanın hökmdara xoş gəlməməsi, yaxud da pis rəylə təqdim olunması 
ehtimalları da  az deyildir. 
Onsuz da  son vaxtlar  bir qrup  yazıçı və  şairi  yanına  çağırıb, rüsvay 
etmişdi  ki,  siz  olduqca  istedadsız  adamlarsınız,  gül-bülbül  mövzusundan 
uzaqlaşa  bilmirsiniz,  müharibə  haqqında  yazdığınız  əsərlərə  görə  isə 
yalnız xəcalət çəkmək olar. Vuruşan ölkənin şairi, yazıçısı bir qəhrəmanlıq 
mövzusu  tapmırsa,  özünü  Vətən  yolunda  fəda  etməyin  yüksəkliyini 
tərənnüm  edə  bilmirsə,  bu  qədər  adamı  niyə  arxada  saxlayırıq,  elə  ön 
cəbhəyə  göndərək,  orada  kor  qələmlərini  atıb  silaha  sarılsınlar,  bəlkə  bir 
fayda  gətirdilər.  Sizi  ki,  tanıyıram,  ona  görə  də  qorxuram  ki,  bir  alman 
görən kimi səngərdən çıxıb, əllərinizi qaldırıb, ondan aman diləyəcəksiniz 
və and-aman eləyəcəksiniz ki, xalq bizim çağırışı gözləyir, biz desək hamı 
sizə  xilaskar  kimi  baxacaq,  arxamızca  gələcəkdir.  Hətta,  rişxəndlə  gülüb 
ki,  xalqı  qoyun  sürüsü  hesab  etsəniz  də,  heç  vaxt  sizdən  onu  arxasınca 
aparan  qoç  ola  bilməz.  Sizdən  ancaq  qəssabxanadakı  provokator  keçi  ola 
bilər  ki,  xalqı  qəssab  bıçağının  altına  aparasınız.  Yaxşı  ki,  xalq  arasında 
elə  bir  nüfuzunuz  da  yoxdur,  ona  nə  söz  deyə  bilirsiniz,  nə  təsir  edə 
bilirsiniz.  Xalqın  arasında  aşığın,  meyxana  deyənin  hörməti  sizdən 
artıqdır.  Provokator  keçisi  olmağınızı  isə  bir-birinizə  münasibətdə 
bacarıqla  göstərə  bilirsiniz.  Bu  son  4-5  ildə  nə  qədər  qələm  yoldaşınızı, 
səhnə  yoldaşınızı  güdaza  vermisiniz.  Vaxt  gələcək,  özünüzü  təmizə 
çıxaracaq, bütün günahı mənim üstümə yıxacaqsınız. Ona görə də sizə çox 
üz vermirəm. Çünki adamların həyasız sifətləri də mənə bəllidir. 
Bu  fağır  bəndələr  yaxınlarda  baş  vermiş  həmin  ağır  söhbətin 
təsirindən  qurtarmamış,  yenidən  onun  dəmirçi  çəkicindən  ağır  olan 
yumruğunun altına düşməkdən qorxurdular. Ancaq onu da bilirdilər ki, o, 
heç  vaxt  sürünün  hamısını  birdən  bıçaq  altına  göndərmir,  ovu  tək-tək 
ovlasa  da,  zənbil  çox  tezliklə  ovlanmış  quşlarla  dolur,  ancaq  bir  qədər 
artıq  vaxt  sərf  etmək  lazım  gəlir.  Ona  görə  də  əmin  idilər  ki,  bu  gün  də 
kiminsə başı üzərində ildırım çaxacaq. Hər birisi bircə onu arzulayırdı ki, 
bu dəfə də zərbə ona dəyməsin, ondan yan keçsin. 
Uzaqda, iri masanın arxasında oturan Bağırov başını aşağı dikmişdi, 
ovcunda  tutduğu  karandaşları  oynadan  əli  ilə  deyəsən  oturmaq  işarəsini 
andıran  bir  hərəkət  etdi.  Hamı  divar  boyu  əyləşsə  də,  qocaman  yazıçı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə