Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   2   3   4   5   6   7   8   9   ...   54

 
14 
dərc etmişdi. Mənə regionun «Pavlik Morozovu» adı verilmişdi. Sonradan 
öyrəndim  ki,  o  uşaq  öz  atası  barədə  orqanlara  xəbər  veribmiş  ki, 
qolçomaqlarla  əlbirdir,  ona  görə  onu  öldürmüşdülər.  Mənim  atam  isə 
muzdur oğlu muzdur idi. Əlində imkan olsaydı bütün qolçomaqlar sinfinin 
qanını içərdi. Tələbələrin maraqlandığı görüb, ağzı köpüklənə- köpüklənə 
keçmiş hadisələri yada salırdı ki, kənddəki üç qolçomağın həyətində çoxlu 
inəkləri,  qoyunları,  hətta  yanı  dayçalı  atları  var  idi.  Bizim  qapıda 
özümüzdən  başqa  bir  canlı  da  yox  idi.  Qolçomaqların  bağına  ərik,  alma, 
üzüm oğurlamağa gedirdik, öz qapımızda heç söyüd ağacı da bitmirdi ki, 
altında kölgələnək. Ona görə də atam kənddə təzə yaranan "TOZ" adlanan 
artelə birinci yazılanlardan biri olmuşdu. Amma gileylənirdi ki, adını heç 
yaxşı seçməyiblər, bunun rusca olduğunu bilmirdi. Sonradan ali məktəbdə 
oxuyanda  öyrəndim  ki,  tərcümədə  mənası  "torpağı  birgə  (yoldaşlı) 
becərmə"  deməkdir.  Atam  bizi  öyrədirdi  ki,  harda  qolçomağın  malını, 
davarını  gördün  vurun,  gözünü  çıxarın,  oğurluğa  gedəndə  bağındakı 
ağacların  qanadlarını  sındırın,  amma  ehtiyatlı  olun,  indi  onlar  quduz 
canavar  kimidir.  Qonşu  qolçomağın  bir  danasını  həyətimizin  xəndəyinə 
salıb  öldürmüşdü,  amma  şikayət  etdi  ki,  gözümün  qabağında  kolxozun 
inəyini  həmin  qolçomaq  xəndəyə  salıb,  qılçasını  qırdı,  inək  elə  oradaca 
öldü.  Heç  kəs  maraqlanmadı  ki,  fermadan  inək  yoxa  çıxıbmı,  bəs  onun 
ölüsü hardadır? Elə həmin gün qolçomağı tutub apardılar, bir daha ondan 
xəbər-ətər çıxmadı. 
O  vaxtlar  muzdurun,  kolxozçunun  sözü  çox  qiymətli  tutulurdu, 
qolçomaq  barədə  nə  desələr  reaksiyasız  qalmırdı.  Qonşumuzun  uşaqları 
məndən  qorxurdular  ki,  onların  barəsində  nəsə  deyərəm.  Ataları 
tutulandan,  əmlakları  müsadirə  olunandan  sonra  lap  fağır  olmuşdular. 
Sonradan  iki  oğlunu müharibəyə  apardılar.  İkisindən də qara kağız  gəldi. 
İndiyə  qədər  də  mən  onlardan  şübhəliyəm,  yəqin  ki,  elə  ilk  döyüşdəcə 
almanlar  tərəfə  keçmişdilər.  Sovet  hökumətinin  düşməninin  oğlanları  bu 
hökumət  uğrunda  vuruşardımı?  Anam  danışırdı  ki,  onların  evdə  qalmış 
bacıları  göydə    təyyarə  uğultusu  eşidəndə  sevinə-sevinə  deyirmişlər  ki, 
allah  qoysa  bir-iki  günlükdür,  gəlib  buraları  da  alacaqlar,  kolxozu  viran 
qoyacaqlar,  hamının  torpağını,  mal-qarasını  özünə  qaytaracaqlar.  Hətta 
milis əməliyyatçısı bu sözlər qulağına çatandan sonra, günün günorta çağı 
qızları  qamçı  ilə  döymüş  və  demişdi  ki,  bir  də  belə  sərsəm  şeylər 
danışsanız, tutub atanızın arxasınca göndərəcəyəm. Dosent bir qədər hissə 
qapılaraq,  onu  da  əlavə  edirdi  ki,  o  qızlardan  kiçiyi  uşaqlıqdan  xoşuma 


 
15 
gəlirdi,  düşmənçiliyə  baxmayaraq  onu  almaq  istəyirdim,  ancaq  anam  bu 
hadisəni  danışandan  sonra  fikrimdən  yayındım.  Bacım  həmin  qızla 
söhbətində məsələni ona danışanda deyibmiş ki, kənddəki xristian dülgərə 
gedər,  mənim  kimisinin  evinə  ayaq  basmaz.  İtin  törəməsi  də  küçük  olur 
də, rəngini, görünüşünü dəyişsə də xasiyyətini dəyişmir. 
Dosentin  danışıqlarından  savayı  digər  söhbətlər  də  məni  əmin  etdi 
ki,  hətta  müharibə  vaxtı  qorxu,  xof  nə  qədər  güclü  olsa  da,  quruluşdan 
narazı  olanlar  faşistlərin  qısa  müddətdə  Bakını  tutacağı  barədə  şayiə 
yayırmışlar  və  bunu  sevinclə  qarşılayanlar  da  olurmuş.  Bir  məşhur  teatr 
xadiminin  söylədiyi  əhvalat  çox  maraqlı  idi.  Almanların  Şərqə,  Volqaya 
tərəfə hücumu uğurlu gedəndə, artıq Qafqazın da taleyininin tezliklə həll 
olunacağı fikri yayılıbmış. Bir gün opera müğənnisi olan xalq artisti 1942-
ci ilin soyuq payız günündə dostu ilə kiçik içki məclisi düzəldir. bir qədər 
keflənəndən  sonra  deyir  ki,  darıxma,  hər  şey  yaxşı  olacaq,  özü  də  çox 
tezliklə. Dostu lap çox maraqlanmağa başlayanda xəbərdar edib ki, bircə 
şərtlə  ki,  heç  kəsə  deməyəcəksən,  onda  bu  xoş  müjdəni  sənə  etibar  edə 
bilərəm.  Dostu  and-aman  eləyəndən  sonra  deyir  ki,  gecə  yarısı  saat  ikidə 
Hitler  özü  buraya  gələcək  ki,  şəhərin  dağıdılmasına,  neft  mədənlərinin 
partladılmasına  imkan  verməsin.  Müğənni  çox  əminliklə  danışırmış.  Bu 
ona bənzəyirdi ki, 1793-cü ildə almanlar Parisin qapısı ağzında dayananda 
şəhərdə  belə  bir  şayiə  gəzirdi  ki,  Prussiya  kralı  Operada  özünə  loja 
saxlanması  barədə  göstəriş  veribmiş.  Dostu  da  bu  xəbərə  çox  sevinir  və 
hər  ikisi  çox  şən,  həm  də  kefli  halda  xudmani  məclisi  tərk  edirlər.  Teatr 
xadimi  danışırdı  ki,  elə  həmin  gün  gecə  saat  birdə  özü  də  daxil  olmaqla 
iyirmi  nəfərə  yaxın  tanınmış  ədəbiyyat,  incəsənət  xadimini  Mərkəzi 
Komitəyə  yığdılar  və  bir  az  sonra  onları  Mircəfər  Bağırovun  kabinetinə 
dəvət  etdilər.  Mircəfər  Bağırov  isə  təkcə  sadəcə  respublikanın  rəhbəri 
deyildi,  çox  böyük  nüfuz  sahibinə  çevrilmişdi.  Stalinin  ən  sınanmış 
silahdaşı  kimi  məşhurlaşmışdı,  çünki  müharibəyə  və  ölkə  iqtisadiyyatına 
lazım  olan  yanacağın  üçdə  ikisindən  çoxunu  Bakı,  Abşeron  yarımadası 
verirdi. Stalin dünyadan keçənə qədər Bağırovun nüfuzü sarsılmaz olaraq 
qalmışdı,  sonra  isə  onu  həbs  etdilər,  mühakimə  etdilər  və  güllələdilər. 
Hamı Stalinin ona olan münasibətini və etibarını yaxşı başa düşdüyündən 
ondan  çəkinir,  ona  qulluq  göstərməyə  çalışırdı.  Ölkə  komsomolunun 
başçısı  Kosaryev  Bakıda  qonaq  olanda,  Bağırov  ona  xüsusi  diqqət 
göstərmiş,  şərəfinə  ziyafətlər  təşkil  edibmiş.  Belə  qonaqpərvərlikdən 
sayıqlığını  itirən  komsomol  rəhbəri  yaxın  adam  kimi  ona  çatdırıb  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə