Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   2   3   4   5   6   7   8   9   ...   54

 

dəyişə bilim. Bəlkə də bu həyat zahirən sakit görünür, lakin onda tektonik 
dəyişikliklər baş verdiyindən, bu həyəcan və narahatçılığımın mənbələrini 
aradan qaldırmaq iqtidarında deyiləm. 
Deyirlər  ki,  insan  öz  taleyinin  ustasıdır.  Yəqin,  bu  mülahizə  yalnız 
xoşbəxtlərin  uğurunu  izah  etmək  naminə  uydurulub,  bədbəxtlər  isə 
şəraitin,  dövrün,  təsadüfən  başına  gələn  təsadüfün  qurbanlarına, 
üzərlərində  onların  apardıqları  təcrübənin,  şıltaqlığın  xırda  alətinə,  adicə 
oyunçağına çevrilirlər. Burada çox vaxt tale, fatum, qismət kor-koranə öz 
hökmünü verdiyindən səfillər ordusu yaranmağa başlayır. Bu adamlar elə 
çətinliklərlə,  faciələrlə  üzləşirlər  ki,  əksər  hallarda  o  dünyanın  sirli 
həddində dayanırlar və mistik hisslərdən yaxa qurtara bilmirlər. Bir vaxtlar 
həyat  mənim  üçün  də  qızıl  yuxu  kimi  idi,  özümü  xoşbəxtliyin  ağuşunda 
hiss  edirdim.  Lakin  bu  uzun  sürmədi,  faciə  ilə  üzləşdim.  İnsan  olduqca 
güclü  varlıq  olduğu  kimi,  elə  həmin  ölçüdə  də  qeyri-adi  dərəcədə  zəif, 
kövrək məxluqdur. Bəzən onun heyrətə səbəb olan ağlı, gücü, qabiliyyəti 
xırda  bir  çətinliyin  öhdəsindən  gəlməkdə  aciz  qalır,  özünün  köməksiz 
olduğunu  göstərir.  Bioloqların  müşahidəsinə  görə  Afrika  filləri  özündən 
bəlkə  də  milyon  dəfələrlə  kiçik  olan  vəhşi  bal  arılarının  çalmasından 
qorxurlar, çünki arı adətən vuranda elə maddə buraxır ki, onun qoxusuna 
pətəkdəki  bütün  arı  sürüsü  yığılıb  gəlir  və  fili  aramsız  olaraq  sancmağa 
başlayır.  İnsan  da  belədir,  bəzən  kiçik  bir  bəla  onun  həyatını  zəhərləyə 
bilir,  çünki  ilkin  xarakter  daşıyan  zərbə  o  qədər  güclü  olmasa  da  daha 
dəhşətli  olan  digərlərinin  gəlib  bu  bədbəxti  haqlamasına  yol  açır. 
Yaşadığımız  həyat,  müşahidə  etdiyimiz  hadisələr,  nəhayət  keçirdiyimiz 
ömür  bu  fikri  təsdiq  edən  çoxlu  misallar  təqdim  edir  və  öz  timsalımda 
məhz  belə  nümunə  ilə,  onun  bir  məhvedici  təsiri  şəklində  tanış  olmaq 
imkanı  əldə  etmişəm.  Aldığım  ibrət  dərsi  ümumən  bədbəxtliklər 
tarixçəsinin  əks-sədası  olduğundan  onu  örtülü  şəkildə  saxlamağa  da 
ehtiyac  duymuram.  Həyat  çox  vaxt  faciələrin  döyüş  səhnəsi  olduğundan 
onu dərk etmək lüzumu meydana çıxır. Bu dərk bəlkə də başqalarını aşkar 
səhvlərdən  çəkindirdi,  gələcəyə  təhlükəli  cığırlarla    getmək 
şirniklənməsinin  qarşısını  aldı.  Bu  xəbərdarlıq  ona  görə  vacibdir  ki, 
adamlar instinkt qaydasında çox vaxt möcüzəyə, sirrə can atır və nəticədə 
də  onların  bəhrələri  ilə  zəhərlənir.  Sonradan  isə  başına  gələnləri  özünün 
sadəcə bir qurbana çevrilməsi nöqteyi-nəzərindən irəli gələn arqumentlərlə 
qiymətləndirməyə  və  izah  etməyə  çalışır.  Başqalarına  hətta  yad  görünən 
hər  bir  taleyin  arxasında,  heç  şübhəsiz,  gerçəkliyin  özü  gizlənir,  onun 


 
10 
öyrənilməsi, təhlil edilməsi isə bizi müəyyən bilik və təcrübə ilə, gələcəyə 
illyuziyasız baxmaq səriştəsi ilə silahlandırır. 
 
İlk sevgimi, ya itirilmiş imkanmı? 
 
Biz  onunla  universitetin eyni  fakültəsində  təhsil  alırdıq,  məndən bir 
kurs  aşağıda  oxuyurdu.  Olduqca  fərasətli  bir  qızıydı,  rəfiqələri  onun 
sözünə  əsgər  xidməti  ilə  yanaşırdılar.  Bəlkə  də  bütün  fakültədə  birinci 
gözəl hesab olunurdu. Başqa oğlanlar kimi mən də gözucu ona baxırdım, 
ancaq  aramızdakı  böyük  fərq  ona  yaxınlaşmaq  cəsarətini  əlimdən  alırdı. 
Əgər bir-birimizə qarşı müəyyən hisslər var idisə də, onlar gizli, sirr kimi 
saxlanılırdı. Mən uşaqlıqdan təbiətən utancaq olmuşam, bəlkə də bu kasıb 
ailə  həyatımızdan  irəli  gəlirdi.  Həmin  qızdan  fərqli  olaraq  aclığı  da 
görmüşdüm,  uzun  müddət  kasıblığımı  kənardan  bildirən  paltar  da 
geyinmişdim.  Tozlu,  palçıqlı  kənddən  çıxıb,  şəhər  həyatına  gələndə 
özümü az qala əlçatmaz dağların sahibi hesab edirdim. Yaxşı oxuduğuma 
görə  başqalarından  seçilirdim.  Hətta  fakültənin  dekanı  işləyən,  məşhur 
iqtisadçı  professor  mənə  xüsusi  qayğı  ilə  yanaşırdı,  məni  fakültə 
tələbələrinin  lideri  kimi  qəbul  edirdi,  axı  ictimai  təşkilata  rəhbərlik 
edirdim.  Təqaüd  və  ya  yataqxana  paylanmasında  mənim  rəyimi  xüsusilə 
nəzərə  alırdı.  Belə  nüfuz  sahibi  olmağım  gizli  qalmırdı,  bundan  həm 
müəllimlər, həm d ə tələbələr xəbər tuturdu. Əminəyə gələndə isə, həmin 
gözəl  qızın  adı  belə  idi,  varlı,  daha  doğrusu  imkanlı  ailədən  idi.  Atası 
bizim  təhsil  aldığımız  universitetin  professoru,  anası  ilə  rus  dili 
institutunda müəllimə idi, qədim binaların birində yaxşı mənzilləri var idi. 
Onlar öz qızlarını yaxşı  yerə ərə  vermək barədə fikirləşirdilər. Lakin hələ 
nə  qız,  nə  də  idddiaçılar  bir  təşəbbüs  göstərmirdi.  Mən  özümü  iddiaçı 
hesab  edə  bilməzdim.  Çünki  mənim  nə  evlənməyə  imkanım,  nə  də 
yaşamağa  mənzilim  var  idi.  Qoca  bir  arvadın  evində,  dar  bir  otaqda 
kirayədə  yaşayırdım.  Təqaüdümün  və  valideynlərimdən  aldığım  pulun 
xeyli hissəsini kirayə haqqı  kimi  verirdim. Ona  görə də  pis  qidalanırdım, 
imkan  düşəndə  az-az  puldan  yığıb  axırda  özümə  yaxşı  paltar  alırdım.  Bu 
nisbətən  bahalı  paltarları  geyinəndə  tələbə  yoldaşlarım  mənim  maddi 
imkanım  barədə  rəylərini  dəyişirdilər.  Əminə  isə  gözəl  olduğu  kimi, 
olduqca  dəbə  uyğun  da  geyinirdi.  Mən  də  elə  bil  ki,  özümü  göstərmək 
üçün ac qalmağım hesabına yığdığım pulla nisbətən yaxşı geyinməyə səy 
göstərirdim. 


 
11 
Tələbə  yoldaşlarım  arasında  məndən  kasıb  olanlar  da  az  deyildi. 
Uzaq kənddən gəlmiş bir qrup yoldaşım, bukledən olan bir pencəyi birinci 
kursdan sonuncu kursa qədər geyinmişdi. Hər il qış yaxınlaşanda bizə elan 
edirdi  ki,  bədənini  möhkəmlətmək  üçün  bu  qışı  da  paltosuz  keçirmək 
istəyir, sonrakı illərdə də bu elan təkrar olunurdu. Biz yaxşı başa düşürdük 
ki,  Əvəzin  nəinki  palto,  heç  adicə  köynək  almağa  belə  pulu  yoxdur. 
Əslində,  o  dövrlərdə  köynək  tapmaq  da  çətin  məsələ  idi.  Şəhərli  tələbə 
dostum  bir  pike  parçadan  köynək  tikilən  yer  tapmışdı.  Orada  hərəmiz 
özümüzə bir köynək sifariş edib tikdirdik. 
O  da  yaxşı  yadımdadır  ki,  uzaq  qohumum  birinci  kursa  qəbul 
olunmuşdu və elə bil ki,  hansısa sehrli seçim nəticəsində ölkənin ən kasıb 
dörd  uşağı  bir  qrupda  oxuduqlarına  görə  yataqxanada  da  bir  otaqda 
qalırdılar.  Onların  qidalanması  ilə  müqayisə  edilsə  mənimki  fransız 
kübarlarının  süfrəsini  andıra  bilərdi,  əgər  bu  kübarlar  da  gündə  bir  dəfə 
guya  qidalı  hesab  olunan  isti  xörək  yeyirlərsə.  Bu  dörd  kasıb  tələbə  isə 
əsasən kartof soyutması və soğanla dolanırdı. 
Bəzən  özlərinə  mal  ətindən  şorba  da  bişirirdilər.  Bir  dəfə  mən 
qohumuma baş çəkməyə getmişdim, bu yazıqlar əldən-ayaqdan çıxdılar ki, 
bizimlə  nahar  edəcəksən,  yaxşı  isti  xörəyimiz  var.  Mənə  qoyduqları 
boşqabda  nisbətən  iri  sümüklü  bir  ət  parçası  var  idi,  birdən  nəzərim 
onların  boşqablarına  dikildi,  orada  yalnız  bulanıq,  bir  qədər  yağ  ləkələri 
görünən su var idi və onlar böyük iştahla qara çörəklə bu xörəyi yeyir, onu 
bişirəni tərifləyirdilər. 
Həmin il qış tez düşdü və sərt keçməyə başladı. Bir küləkli havada, 
qar yağanda mən həmin qohumumu soyuqdan göyərmiş gördüm. Olduqca 
nazik geyinmişdi, əynində payız pencəyi və köhnə pambıq köynək var idi. 
Halını  soruşdum,  özünü  yığışdırıb,  yaxşı  olduğunu  dedi.  Titrətməsi, 
sifətinin  avazıması  danışığı  ilə  düz  gəlmirdi.  Birdən  yadıma  şəhərin 
ucqarında  yerləşən  mağazada  işləyən  bir  qiyabiçi  tələbə  tanışım  düşdü. 
Mən  ondan  elə  bu    qohumum  üçün  ehtimal  olaraq  ucuz  bir  palto  xahiş 
etmişdim.  O  da  demişdi  ki,  gələrsən,  hər  halda  bir  şey  fikirləşib  taparıq. 
İndi  qohumumun  bu  vəziyyətini  görəndə  ürəyim  ağrıdı,  onu  da  götürüb 
həmin satıcının yanına yollandım. Məni görən kimi dedi ki, elə dünən fetr 
paltolar almışıq, hələ belə ucuz qiymətə olan paltar satmamışıq, elə bil ki, 
bu  da  sizin  baxtınızdandır.  Bir  göy  rəngli,  tükləri  yolunub  tökülən  palto 
elə bil ki, bu qohumumun üstünə tikilmişdi. Qiymətini soruşanda özümüz 
də  heyrətləndik,  olduqca  ucuz  idi.  Hətta,  bir  il  əvvəl  satılan,  kasıb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə